Bismillahir-Rəhmanir-Rəhim



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə57/93
tarix26.10.2018
ölçüsü4,36 Mb.
#75761
1   ...   53   54   55   56   57   58   59   60   ...   93

 
170 
Bəzən səfirin həzrətdən gətirdiyi cavab şifahi olurdu. Hüseyn ibn 
Ruh Növbəxtinin gətirdiyi bəzi cavablar bu qəbildəndir.
1
 
Bəzən  isə  müəyyən  səbəblərdən  cavab  verilmirdi.  Məsələn, 
övladı  olmayan  bir  şəxs  bununla  bağlı  imamdan  dua  istədikdə, 
müəyyən səbəblərdən cavab almamışdı.
2
 
Bəzən məktuba bir neçə saatda cavab verilir, bəzən isə məktubun 
mürəkkəbi  qurumamış  cavab  gəlirdi.  Nadir  hallarda  xəyalından 
hansısa sual ötüşən şəxs imamdan cavab almışdır.
3
 
 
Sual: 270. Həzrət Mehdi (ə) fərmanları öz əli iləmi yazırdı? 
Cavab:  Bir  sıra  rəvayətlərdən  məlum  olur  ki,  bəzi  göstərişlər 
həzrətin öz əli ilə yazılmışdır.  
İshaq ibn Yəqub deyir: “Məhəmməd ibn Osman Әmri vasitəsi ilə 
müqəddəs  nahiyəyə  ünvanladığım  çətin  bir  suala  imamın  mübarək 
xətti ilə yazılmış cavab aldım.”
4
 
Məhəmməd ibn Osman Әmri deyir: “Müqəddəs nahiyədən  yaxşı 
tanıdığım bir xətlə yazılmış cavab gəldi.”
5
 
Şeyx  Səduq  buyurur:  “İmam  Mehdinin  (ə)  xətti  ilə  atam  üçün 
yazılmış qeyd hazırda məndədir.”
6
  
Şeyx  Әbu-Әmr  Amili  deyir:  “İbn  Әbu-Hakim  Qəzvini  bir  qrup 
şiə  ilə  mübahisə  edirdi.  Problemi  aradan  qaldırmaq  üçün  müqəddəs 
nahiyəyə  məktub  yazıb  sual  verdi.  İmamın  mübarək  xətti  ilə  cavab 
alındı.”
7
 
Bu rəvayətlərdən məlum olur ki, həzrətin səhabələri onun xəttini 
tanıyırmışlar.  Amma  bəzi  rəvayətlərə  əsasən,  imamın  müəyyən 
göstərişləri səfirlərin xətti ilə yazılmışdır.  
Әbu-Nəsr  Hibtullah  deyir:  “Həzrət  Mehdinin  (ə)  göstərişləri 
imam  Әsgərinin  (ə)  dövründəki  xətt  ilə,  Osman  ibn  Səid  və 
Məhəmməd ibn Osman vasitəsi ilə şiələrə çatdırılırdı.
8
 
 
                                                 
1
 Həmin mənbə, s. 309. 
2
 Həmin mənbə, s. 320. 
3
 “Bihar”, c. 53, s. 183. 
4
 “Bihar”, c. 51, s. 349. 
5
 Həmin mənbə, c.33. 
6
 “Әnvarul-Nemaniyyə”, c. 3, s. 24. 
7
 “Bihar”, c. 53, s. 178. 
8
 “Bihar”, c. 51, s. 346. 


 
171 
Sual:  271.  Müqəddəs  nahiyə  tərəfindən  neçə  “tоqi”  (göstəriş) 
verilmişdir? 
Cavab: Məhdəviyyətlə bağlı yetmişdən çox göstəriş mövcuddur. 
Onlar aşağıdakı şəxslərə ünvanlanmışdır: Әli ibn Məhəmməd Səməri, 
Әbu-Cəfər Әmri (atasının ölümü ilə bağlı), Səd ibn Әbdüllah Qummi, 
İshaq  ibn  Yəqub,  Məhəmməd  ibn  Abdüllah  ibn  Cəfər  Həmiri 
(məsələsi  ilə  bağlı),  Həmiri  (həzrətin  ziyarəti  ilə  bağlı),  Әhməd  ibn 
Xızır  ibn  Әbu-Saleh  Xocəndi,  Həsən  ibn  Fəzl  Yəmani,  Әbu-Әmr  və 
onun  övladı  Әbu-Cəfər  Məhəmməd,  Məhəmməd  ibn  İbrahim 
Məhzyari  (Cəfəri  Kəzzabın  rəddi  ilə  bağlı),  Әhməd  ibn  Həsən 
Madərayi  (Әhməd  ibn  Әbu-Ruhun  əhvalatı  ilə  bağlı),  Haciz  Vəşa, 
Məhəmməd  ibn  Cəfər,  Məhəmməd  ibn  Saleh  (Әbərətaninin 
ölümündən sonra), Səmərinin məktubuna cavab, Fanim əhlindən olan 
bir kişinin sualına cavab, Məhəmməd ibn Həsən Muruzi, Məhəmməd 
ibn  Yusifin  məktubuna  cavab,  Məhəmməd  ibn  Cəfər  Әsədinin 
suallarına cavab, Məhəmməd ibn Әli ibn Hilal Kərxi, Məhəmməd ibn 
Şazan, Әhməd ibn Həsən Xazən, Әli ibn Məhəmməd ibn İshaq Әşəri, 
Übeydullah  ibn  Süleymanın  gedişi  ilə  bağlı  xəbər,  ibn  Әbu-Ğanim 
Qəzviniyə  cavab,  Məhəmməd  ibn  Yəzdaza  cavab,  Qasim  ibn  Әlaya 
cavab,  Rəbəz  əhlindən  olan  kişiyə  cavab,  Qumdan  olan  sailə  cavab, 
Həsən  ibn  Әbdül-Həmid,  Məhəmməd  ibn  Cəfər  Әrəbi,  Әbül-Həsən 
Xızır  ibn  Məhəmmədə  cavab,  Şeyx  Müfid,  Şeyx  Müfidə  ikinci 
göstəriş,  Әli  ibn  Babəvеyhə  cavab,  Məhəmməd  ibn  Kəşmirə  cavab, 
Cəfər  ibn  Həmədana  cavab,  Әli  ibn  Ziyada  cavab,  Qasim  ibn  Әla, 
Әbül-Qasim  ibn  Әbu-Cüləys  Rəqə  Bərxi,  Әhməd  ibn  Həsən, 
Məhəmməd ibn Həmmam və başqaları.  
Böyük qeyb (Qеybəti kübrа) 
Sual: 272. Böyük qeyb dövrünün hansı xüsusiyyətləri var? 
Cavab:  Böyük  qeyb  dövrü  kiçik  qeyb  dövründən  sonra 
başlamışdır. Bu dövr imamın qeyd etdiyi hicri 329-cu ilə təsadüf edir. 
Həmin  ildə  imam  Məhəmməd  Səməriyə  məktub  yazmaqla  səfirlik 
dövrünün  başa  çatdığını  və  böyük  qeyb  dövrünün  başladığını  xəbər 
verdi.  
Böyük qeyb dövrünün bir sıra səciyyələri mövcuddur: 
1.  Həmin  dövrdə  müsəlmanlar  zahirən  öz  rəhbərlərindən  ayrı 
düşdülər.  Onlar  rəhbəri  görmür,  ya  da  görüb  tanımırdılar.  Bu  hökm 
bütün  şiələrə  aid  idi.  Әlbəttə  ki,  bəzi  səbəblərdən  kimlərsə  həzrətlə 
görüşə bilərdi.  


 
172 
2.  Həmin  dövrdə  yer  üzündə  zülm-sitəm  genişləndi.  Bu  səciyyə 
hazırkı  dövrü  İslam  peyğəmbərinin  həyatındakı  İslam  hökuməti 
dövründən fərqləndirir.  
3. Bu dövrdə İslam ümmətinin sınağa çəkilməsi; Çünki bu dövrdə 
xalq  bir  sıra  çətinliklərlə  üzbəüz  dayanmışdı:  İslam  cəmiyyətində  və 
dünyada fitnə-fəsadın genişlənməsi; siyasi sıxıntılar və haqqın qəbulu 
ilə bağlı problemlər; imamın varlığı ilə bağlı bir sıra şübhələrin ortaya 
çıxması; 
Nəticədə  görürük  ki,  imamlar  bu  mövzuya  xüsusi  diqqət 
yetirmişlər. Həzrət Musa ibn Cəfər buyurur: “Yeddinci övladdan olan 
beşinci  övlad  qeybə  çəkildikdə  dininizdən  ehtiyatlı  olun  etiqadınızı 
əldən verməyin. Ey övladım! Qəti olaraq, Qaim üçün qeyb dövrü var. 
Bu  qeybə  etiqad  sınaq  olar  və  Allah  bu  çətinliklə  xalqı  imtahana 
çəkər...”
1
 
 
Sual: 273. Həzrət Mehdinin (ə) qeybinin hansı səciyyəsi var?  
Cavab: Bu qeyblə bağlı iki nəzəriyyə mövcuddur: 
1.  Bu  nəzəriyyəyə  əsasən,  həzrətin  vücudu  xalqın  gözündə 
məxfidir. Bu baxış müəyyən rəvayətlərlə əsaslandırılır. İmam Riza (ə) 
buyurmuşdur: “Onun misli görünməz”.
2
 İmam Sadiq (ə) buyurmuşdur: 
“Yeddinci övladdan olan beşinci övlad sizdən qeybə çəkiləcək”.
3
 
2.  İkinci  baxışa  əsasən,  xalq  onu  görür,  amma  onun  Mehdi  (ə) 
olmasından  xəbərsizdir.  Bu  baxışa  Məhəmməd  ibn  Osman  Әmridən 
nəql  olunmuş  rəvayət  dəlil  göstərilir.  İmam  buyurur:  “And  olsun 
Allaha!  Həqiqətən,  imam  Qaim  hər  il  həcc  mövsümündə  vardır  və 
xalqı görür. Xalq da onu görür, amma tanımır.”
4
 
 
Sual:  274.  Hazırda  yer  üzünü  zülm-sitəm  bürüdüyü  halda  nə 
üçün imam zühur etmir? 
Cavab: Әksər hədislərdə bildirilir ki, həzrət zühur etdikdən sonra 
Allah onun vasitəsi ilə yer üzündə ədaləti bərqərar edəcək. Әslində bu 
o demək deyil ki, imamın zühuru üçün zülm-sitəmin yayılması şərtdir.  
Başqa  sözlə,  zülm-sitəm  məqsəd  deyil.  Məqsəd  hazırlıq  və 
hədəfdir.  Bəziləri  elə  düşünürlər  ki,  imamın  zühuru  üçün  yer  üzünü 
zülm-sitəmin  bürüməsi  kifayətdir.  Әslində isə  belə  deyil.  Zühur üçün 
                                                 
1
 “Kafi”, c. 1, s. 336. 
2
 “Kəmalud-din”, s.370. 
3
 “Bihar”, c. 51, s. 32. 
4
 “Kəmalud-din”, s.440. 


Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə