Bismillahir-Rəhmanir-Rəhim



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə60/93
tarix26.10.2018
ölçüsü4,36 Mb.
#75761
1   ...   56   57   58   59   60   61   62   63   ...   93
    Bu səhifədəki naviqasiya:
  • Sual

 
179 
8.  Həzrət  İsa  (ə):Həzrət  İsanın  iki  növ  qeybi  olmuşdur:  Birinci 
qeyb  Şam  və  Misirdə  12  il  çəkdi,  ikinci  qeyb  dar  tək  təhlükəsi  olan 
gündən  bu  günədək  davam  edir.  Həzrət  İsa  (ə)  həzrət  Mehdinin  (ə) 
zühuru zamanı ədalət hökumətinin təşkilində iştirak edəcək.  
 
Sual:  284.  Әgər  həzrət  Mehdi  (ə)  xalq  arasında  görünsəydi, 
bunun nə eybi vardı? 
Cavab: Bəziləri irad tuta bilər ki, həzrət Mehdi (ə) xalq arasında 
görünsəydi,  bunun  heç  bir  eybi  olmazdı.  Unutmamalıyıq  ki,  həzrət 
Peyğəmbər  (s)  və  məsum  imamların  buyurduğu  kimi,  zülm-sitəm 
quruluşu həzrət Mehdinin (ə) əli ilə devriləsidir. Bu səbəbdən də onun 
varlığı iki zümrənin diqqət mərkəzindədir:  
a)  Әgər  imam  xalq  arasında  görünsəydi,  dünyanın  çoxsaylı 
məzlumları  onun  ətrafında  toplanar  və  ondan  qiyam  tələb  edərdilər. 
Hansı ki, hələ ümumdünya ədalət hökuməti üçün şərait yaranmamışdır.  
b)  Məzlum  millətlərə  hakim  kəsilmiş  qaniçən  rejimlər  öz 
mənafelərinə  çatmaq  yolunda  heç  nədən  çəkinmirlər.  Onlar  azğın 
məqsədlərini  həyata  keçirmək  naminə  bütün  bəşəriyyəti  qurban 
verməyə  hazırdılar.  Onlar  həzrət  Mehdini  (ə)  hər  an  aradan  götürə 
bilərdilər.  
 
Sual:  285.  Allah  həzrət  Mehdini  (ə)  qeybə  çəkmədən  qoruya 
bilməzdimi? 
Cavab:  Әvvəla,  möcüzə  prinsipcə  təbiət  qanunlarına  ziddir. 
Yalnız  zəruri  hallar  istisnadır.  Allah  həzrət  Mehdini  (ə)  qeybi  yolla 
qorumaq istəmişdir.  
İkincisi,  ilahi  təqdirlər  reallıqlar  şəklində  dəyişir.  Allah-təala 
İslam  ümmətinin  hidayəti  üçün  12  məsum  imam  qərar  vermişdir. 
Amma  onların  biri  o  birinin  ardınca  şəhadətə  yetirildi.  Bütün  bunlar 
həzrət Mehdinin (ə) bir müddət qeyb pərdəsi arxasında qorunması ilə 
müşayiət  olunan  təqdirlə  nəticələndi.  Məqsəd  imamın  qeybini  hiss 
etdirmək, zühur ilə onun qədr-qiymətə çatdırmaq idi.  
Üçüncüsü,  ayə  və  rəvayətlərə  əsasən,  Allah-təalanın  qəti 
sünnələrindən  biri  ümmətlərin  imtahanıdır.  İslam  ümməti  üçün də  bu 
qanun  istisna  deyil.  Hər  bir  ümmət  bir  yolla  imtahana  çəkilir.  İslam 
ümmətinin  imtahanı  hazırkı  dövrdə  imamın  qeybi  ilə  bağlıdır. 
Müəyyənləşdirilir  ki,  insanlar  məhz  qeyb  halında  din  və 
məzhəblərində möhkəm dayana bilirlərmi? 
 


 
180 
Sual:  286.  İmamın  xalq  arasında  olması  ilə  sitəmkarları  təslim 
etmək olmazdımı? 
Cavab:  Məlum  məsələdir  ki,  bir  çoxları  haqq-ədalət  qarşısında 
təslim  olmur.  Yaranışın  ilk  günlərindən  bu  günədək  bəşəriyyət 
arasında  haqq-ədalətə  düşmən  kəsilənlər  olmuşdur.  Onlar  haqqı 
aradan  götürmək  üçün  var  qüvvələri  ilə  çalışmış,  öz  çirkin 
məqsədlərinə  çatmaq  yolunda  heç  nədən  çəkinməmişlər.  Әgər  həzrət 
Mehdi  (ə)  qeybə  çəkilməsəydi,  heç  şübhəsiz,  onu  aradan  götürmək 
istəyəcəkdilər.  Amma  şərait  yaranmadığından  haqqın  batilə  qələbəsi 
mümkün olası deyildi.  
 
Sual: 287. Әgər imam aşkar olub öz dövrünün zalımları ilə sülh 
müqaviləsi bağlasaydı nə olardı? 
Cavab:  Məhdəviyyət (ə) məsələsi ilə tanış olanlar  yaxşı bilirlər 
ki,  həzrət  Mehdinin  (ə)  proqramı  digər  imamların  proqramlarından 
fərqlənir.  Digər  imamlara  dinin  yayılmasında  var  gücü  ilə  çalışmaq 
əmr  olunmuşdu.  Onlara  savaş  göstərişi  verilmədiyindən  bəzən  öz 
dövrlərinin  hakimi  ilə  müqavilələr  bağlayırdılar.  Amma  həzrət 
Mehdinin (ə) missiyası başqa imamlardan fərqlidir. Qərara alınmışdır 
ki,  həzrət  yalnız  zühur  etməklə  zülmə  qarşı  çıxıb  ədaləti  bərpa  etsin. 
Bu  səbəbdən  də  onun  boynunda  kimsəyə  beyət  olmamalıdır.  Çünki 
hər an zühur baş verə bilər.  
İmam Sadiq (ə) buyurmuşdur: “Həzrət Mehdinin (ə) mövludu ona 
görə  məxfidir  ki,  zühur  etdiyi  vaxt  kimsə  qarşısında  öhdəçiliyi 
olmasın. Allah Öz əmrini bir gecədə gerçəkləşdirər.”
1
 
Bundan əlavə, zalım hakimlər hər an bu qiyamı gözlədiklərindən 
və həzrətlə heç bir müqavilələri olmadığından çıxış yolunu yalnız onu 
öldürməkdə görürlər.  
 
Sual: 288. Әsrin imamının qeyb fəlsəfəsi nədir? 
Cavab:  Qeyb  dövrünün  tarix  boyu  ən  aktual  suallarından  biri 
imamın hansı məqsədlə qeybə çəkilməsi olmuşdur.  
Araşdırmaya  bizə  həqiqəti  aydınlaşdıracaq  bir  müqəddimənin 
bəyanı ilə başlayırıq:  
1.  Allah-təala  Quran-Kərimdə  və  İslam  peyğəmbəri  öz 
buyuruqlarında İslam dininin bütün dinlərə qələbəsini vəd etmişlər.  
                                                 
1
 “Bihar”, c. 52, s. 96. 


 
181 
Allah-təala  buyurur:  “Öz  rəsulunu  müşriklər  ikrah  duysa  belə, 
bütün  dinlərə  qalib  gəlmək  üçün  xalqın  hidayətinə  haqq  dinlə 
göndərən Odur (Allahdır).”
1
  
2.  Bəndələrin  halında  ixtilaf  göründükcə  onların  məsləhət  və 
tədbiri  dəyişir.  Allah-təala  bəndələri  ilə  bağlı  tədbiri  öz  öhdəsinə 
götürmüşdür.  Onların  ağlını  kamilləşdirmiş,  onları  saleh  əmələ 
yönəltmişdir.  Yalnız  bu  yolla  insan  səadətə  çata  bilər.  Әgər  insanlar 
Allahın  göstərişlərinə  əməl  etsələr,  onlara  yardım  göstərmək  Allahın 
öhdəsinədir. Vəzifəsini yerinə yetirən insana Allah öz yardımını artırır, 
getdiyi  yolu  onun  üçün  asanlaşdırır.  Amma  insan  ilahi  göstərişlərə 
qarşı  çıxdıqda,  günaha  yol  verdikdə  məsləhət  dəyişir  və  nəticədə 
mövqelər  də  əvəz  olur.  Bu  halda  Allah  öz  tövfiqini,  yardımını 
insandan  kəsir  və  o  məzəmmət  olunur.  Allah  ardıcıl  olaraq  öz 
imamlarını  xalqa  doğru  göndərmişdir.  Amma  insanlar  Allah 
övliyalarını qətlə yetirdiklərindən Allah son imamını qeybə çəkmişdir.  
3. İstər kiçik, istər böyük ictimai iş münasib şərait tələb edir. Bu 
səbəbdən də ümumdünyəvi qiyam üçün xüsusi hazırlıq olmalıdır.  
4.  Heç  şübhəsiz, zühur  əsrində dinin  qələbəsi  fövqəladə  qüdrətə, 
əhatəli elm və paklığa malik olan rəhbər və imama ehtiyaclıdır.  
5. Şiə və sünnilər arasındakı mütəvatir rəvayətlərə əsasən, həzrət 
Peyğəmbər  (s)  özündən  sonra  ardıcıl  şəkildə  gələcək  12  imamı 
sadalamışdır.
2
 
6.  Rəvayətlərdən  və  əqli  dəlillərdən  məlum  olur  ki,  qiyamət 
gününədək yer üzündə məsum imamın, ilahi höccətin olması zəruridir.  
Mərhum  Kuleyni  səhih  bir  sənəd  əsasında  Әbu-Həmzədən  belə 
nəql  edir:  İmam  Sadiqdən  soruşdum  ki,  yer  üzü  imamsız  qalarmı? 
Həzrət buyurdu: “Әgər yer üzü imamsız qalsa, məhv olacaq.”
3
 
7.  Peyğəmbərin  və  rəsulların  kənara  çəkilmə  səbəblərindən  biri 
İslam şəriətini yaymaq məqsədi ilə qətldən qorunmaq olmuşdur. İmam 
Mehdi  (ə)  də  qorunmaq  üçün  təbii  vasitələr  gücdən  düşdüyündən 
Allahın əmri ilə qeybə çəkilmişdir.  
İmam  Sadiq  (ə)  Zürarəyə  buyurur:  “Qaim  (Mehdi)  üçün 
qiyamından  öncə  bir  qeyb  var.”  Zürarə  deyir:  “Həzrətə  ərz  etdim  ki, 
hansı səbəbdən? Həzrət buyurur: “Qətlindən çəkindiyi üçün.”
4
 
                                                 
1
 “Tövbə”, 33; “Səff”, 9. 
2
 “Səhihe-Buxari”, c. 8, s. 127. 
3
 “Kafi”, c. 1, s.179. 
4
 “Kəmalud-din”, c. 2, s.441. 


Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə