Bismillahir-Rəhmanir-Rəhim



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə62/93
tarix26.10.2018
ölçüsü4,36 Mb.
#75761
1   ...   58   59   60   61   62   63   64   65   ...   93

 
185 
5.  XIII  əsrdə  yersiz  sözlər  danışmaq  geniş  rəvac  tapmışdı  və 
avam  xalq  bunu  alimlik  kimi  qəbul  edirdi.  Çox  ola  bilər  ki,  Şeyx 
Әhməd Ehsayi və Seyyid Kazim Rüşti avam xalqa xoş gəlmək üçün 
bu sayaq sözlərdən istifadə etmişlər.  
Şeyx Әhmədin sözləri nəticəsində azğın Babilik və Bəhailik kimi 
təriqətlər  meydana  çıxmış,  pak  ayin  adı  altında  dinsizlik  rəvac 
tapmışdır.  
 
Sual:  293.  Həzrət  Zəhranın  (ə)  (Fatimənin)  həzrət  Mehdinin  (ə) 
nümunəsi, idealı olması nə deməkdir? 
Cavab:  Həzrət  Mehdi  (ə)  bir  məktubda  öz  mübarək  xətti  ilə 
şiələrə duadan sonra bir neçə məsələyə toxunur: “Həzrət peyğəmbərin 
qızı Fatimə mənim üçün ideal və yaxşı nümunədir.”
1
 
Bəs  həzrət  Mehdi  (ə)  həzrət  Fatimənin  (ə)  hansı  söz  və  rəftarını 
nümunə  saymışdır?  Bəyan  olunmuş  ehtimallardan  üçünü  nəzərdən 
keçirək: 
1.  Həzrət  Fatimə  (s)  ömrünün  sonunadək  heç  bir  zalım  hakimə 
beyət  etməmişdir.  Həzrət  Mehdi  (ə)  də  heç  bir  zalım  hakimin 
qarşısında öhdəçilik götürməmişdir.  
2.  Şiələrdən  bəziləri  həzrətin  imamətini  qəbul  etmirdilər.  Həzrət 
onlara  cavab  olaraq  buyurur:  “Әgər  icazəm  olsaydı,  elə  edərdim  ki, 
haqq  söz  aşkarlanardı  və  heç  bir  şübhə  qalmazdı.  Amma  mən  həzrət 
Zəhranın  yolunu  gedirəm.  O  xanım  hakimiyyət  haqsız  yerə  Әlidən 
alınsa da, heç vaxt qeyri-adi vasitələrdən istifadə etmədi. Mən də onun 
yolunu  gedirəm.  Öz  haqqımı  almaq  üçün  qeyri-adi  yollardan 
faydalanmıram.”  
3. Həzrət buyurur: “Әgər sizin hidayətiniz şövqündə olmasaydıq, 
gördüyümüz  zülmlər  səbəbindən  sizdən  üz  döndərərdik.”  Həzrət 
xanım  Zəhraya  (s)  işarə  ilə  buyurur  ki,  düşmənlər  həzrət  Zəhraya  (s) 
nə qədər əziyyət versələr də, müsəlmanlar bu zülm qarşısında sussalar 
da, xanım heç vaxt müsəlmanlara duadan əl çəkmədi, hətta başqalarını 
özündən  üstün  tutdu.  Mən  də  bu  zülmlərə  dözürəm  və  sizə 
canıyananlığı, duanı, göstərişi əsirgəmirəm. 
 
 
 
 
                                                 
1
 “Әl-Ğeybət”, s. 286. 


 
186 
 
Sual:  294.  Zühurun  (fərəcin)  tezləşməsi  üçün  edilən  duaların 
hansı təsirləri var? 
Cavab:  Sahibəzzaman  (Mehdi)  İshaq  ibn  Yəquba  cavabında 
yazır:  “Həqiqi  və  kamil  qurtuluşun  tezləşməsi  üçün  çox  dua  edin. 
Həqiqətən, sizin qurtuluşunuz bundadır.”
1
 
Bilirik  ki,  şiələrin  qurtuluşu  həzrət  Mehdinin  (ə)  zühuru 
sayəsində  mümkün  olasıdır.  Nə  qədər  ki,  həzrət  qeybdədir,  şiələr 
sıxıntı və təzyiqə məruz qalasıdır.  
Hədisdən məlum olur ki, həzrət Mehdinin (ə) zühuru dövrü həm 
tezləşə, həm də  yubana  bilər. (“Bəda.”) Həzrətin zühurunun tezləşmə 
amillərindən  biri  duadır.  Bilirik  ki,  qəlb  istəyi  və  zəmin  olmadan 
edilən  dua  təsirsizdir.  İnsan  həm  dili  və  qəlbi  ilə  istəməli,  həm  də 
əməli olaraq öz istəyinə zəmin yaratmalıdır.  
 
Sual: 295. İmamın mövcudluğunun bəlalara hansı təsiri var? 
Cavab:  Sahibəzzaman  Şeyx  Müfidə  ilk  məktubunda  buyurur: 
“Biz sizə yardım və himayədə yubanmırıq və sizi yaddan çıxarmırıq. 
Әgər  belə  olsaydı  (yaddan  çıxarsaydıq)  bəlalar  üstünüzə  yağar, 
düşmənlər  sizi  məhv  edərdi.”
2
 Şiələr  haqq-ədalətə  üz  tutduqlarından 
daim  zalım  hakimlərin  təzyiqlərinə  məruz  qalmışdır.  Bu  səbəbdən də 
onların qurtuluş üçün yardımçıya ehtiyacı var. Həzrət bu məktubunda 
şiələrə müjdə verir ki, qeybdə olsam da, sizi himayə edirəm və imkan 
vermirəm  ki,  düşmənlərin  sizə  qarşı  yönəlmiş  planları  gerçəkləşsin, 
şiə məzhəbi aradan getsin. 
Digər  bir  hədisdə  həzrət  buyurur:  “Mən  vəsilərin  (canişinlərin) 
sonuncusuyam.  Allah  mənim  vasitəmlə  şiələrin  üzərindən  bəlanı 
götürər.”
3
 
 
Sual: 296. Dövrün imamını inkar edənlərin hökmü nədir? 
Cavab:  Sahibəzzaman  İshaq  ibn  Yaquba  cavablarından  birində 
buyurur:  Allah-təala  ilə  kimsə  arasında  heç  bir  qohumluq  yoxdur. 
Məni  inkar  edən  məndən  deyil.  Bu  şəxs  Nuhun  övladının  yolunu 
tutmuşdur.”
4
 
                                                 
1
 “Kəmalud-din”, s.485. 
2
 “Ehticac”, c. 2, s. 323. 
3
 “Kəmalud-din”, c. 2, s.441. 
4
 “Kəmalud-din”, s.484. 


 
187 
Bu  hədisi  şiə  və  sünnilərin  nəql  etdiyi  rəvayətlər  təsdiqləyir. 
Həzrət  Peyğəmbər  (s)  buyurmuşdur:  “Mənim  Әhli-beytim  (ə)  Nuhun 
gəmisi  kimidir.  Ona  süvar  olan  nicat  tapar,  ondan  üz  çevirən  qərq 
olar.”
1
  
 
Sual: 297.
 
İmam Mehdinin (ə) qeyb dövründə ümumi vəzifəmiz 
nədir? 
Cavab:  Sahibəzzaman  Şeyx  Müfidə  məktubunda  yazır:  “Hər 
biriniz sizi məhəbbət və dostluqda bizə  yaxınlaşdıracaq işlər görməli, 
bizi razı salmayacaq və qəzəbləndirəcək işlərdən çəkinməlisiniz.”
2
 
Aydın  məsələdir  ki,  Әhli-beytə  (ə)  məhəbbət  şəxsi,  fərdi  bir 
məsələ  deyil.  Bu,  ilahi  bir  meyardır.  Buna  görə  də  Әhli-beyt 
məsumları  şiələrin  pis  işdən  çəkinib,  yaxşı  iş  gördüklərini  müşahidə 
etdikdə xoşhal olurlar.  
Әgər  Sahibəzzamanın  məhəbbətini  qazanmaq  istəyiriksə,  onu 
narazı  salacaq  işlərdən  çəkinməliyik.  Digər  bir  tərəfdən,  çalışmalıyıq 
ki, bizi həzrətə yaxınlaşdıracaq işlər görək.  
 
Sual: 298. Bulud arxasındakı günəşlə qeybdə olan imamın hansı 
oxşarlığı var? 
Cavab: Sahibəzzamanın  İshaq ibn Yaquba cavabında buyurulur: 
“Qeyb dövründə mənim vasitəmlə fayda  əldə  etmək bulud arxasında 
günəşdən faydalanmaq kimidir.”
3
 
Bulud  arxasındakı  günəşlə  qeybdəki  imam  arasında  müqayisə 
aparılması bəzi nöqtələri üzə çıxarır: 
1.  İnsanlar  daim  günəşin  bulud  arxasından  çıxmasını  gözlədiyi 
kimi, qeyb dövründə imamın zühuru intizarında olurlar.  
2.  Qeyb  dövründə  imamın  varlığını  inkar  etmək  bulud 
arxasındakı günəşi inkar etmək kimidir.  
3.  Bulud  günəşi  tam  örtmədiyi  kimi,  qeyb  də  imama  tam  mane 
ola bilmir. Xalq qeyb dövründə həzrəti görməsə də, onun vücudundan 
bəhrələnir. İmamdan faydalanma yollarından biri təvəssüldür.  
4.  Günəş  buludlar  arasından  bəzən  göründüyü  kimi,  imam  da 
arabir bəzi  ləyaqətli  insanlarla  görüşür  və bu  yolla onun  mövcudluğu 
xalqa sübut olunur.  
                                                 
1
 “Mustədrəke-Hakim”, c. 3, s. 151. 
2
 “Ehticac”, c. 2. 
3
 “Bihar”, c. 53, s. 180. 


Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə