Bismillahir-Rəhmanir-Rəhim



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə70/93
tarix26.10.2018
ölçüsü4,36 Mb.
#75761
1   ...   66   67   68   69   70   71   72   73   ...   93

 
209 
Abdullah  Həsəninin  və  Həsəni  seyyidlərinin  rolu  olmamış  deyil. 
Həsəni  seyyidləri  bəni-Üməyyəyə  qarşı  qiyam  fikrində  olduğundan 
mənəvi dayağa ehtiyac duyurdu. Bu səbəbdən də həzrət Mehdi (ə) ilə 
bağlı  nəql  olunmuş  rəvayətlərdən  faydalanıb,  uyğun  hədisi  Abdullah 
ibn  Həsənə  tətbiq  etdilər.  Onlar  rəvayət  uydurub  dinin  imam  Həsən 
nəslindən olduğunu bildirdilər.  
Sual:_336._Böyük_qeyb_dövründə_imamla_görüşmək_mümkündürmü_Cavab'>Böyük qeyb dövründə imam Mehdi (ə) ilə görüş 
Sual: 
336. 
Böyük 
qeyb 
dövründə 
imamla 
görüşmək 
mümkündürmü? 
Cavab: Bəli, cavab olaraq iki nöqtəni qeyd etmək olar:  
a)  Böyük  qeyb  dövründə  faydalı  sayılmışdır  ki,  həzrət  arabir 
özünü  sözü  keçərli  böyüklərə  göstərsin.  Belə  bir  görüş  insanlarda 
əminlik yaradır, qeybin uzun çəkməsi ilə bağlı ortaya çıxan şübhələri 
aradan  qaldırır.  Avam  xalq  üçün  hər  hansı  dəlil  yetərli  olmur.  Ona 
görə də din böyükləri göstəriş verirlər ki, imamla baş tutmuş görüşlər 
xalqa danışılsın. Bu sayaq söhbətlər xalqın qəlbini isidir, onlara ümid 
verir.  Çünki  bir  şeyin  mümkünlüyünün  ən  böyük  dəlili,  onun  baş 
verməsidir.  
b)  Həzrətlə  görüşün  mümkünlüyünü  istisna  edən  heç  bir  şəri  və 
əqli dəlil yoxdur.  
 
Sual: 337. Hansı alimlər belə bir görüşün mümkünlüyünə inanır? 
Cavab: Uzaq keçmişdən bu günədək şiə alimləri həzrətlə görüşü 
mümkün saymışdır. Bəzi alimlərin uyğun məsələ ilə bağlı fikirləri ilə 
tanış olaq:  
1.  Seyyid  Mürtəza:  “Biz  imamla  görüşün  mümkünlüyünü istisna 
etmirik... 
Әgər  imamın  qeybə  çəkilməsinin  səbəbi  zalımlardan  təqiyyə 
etməkdirsə,  bu  məqsədi  həqiqi  övliya  və  şiələrə  aid  etmək  olmaz. 
Demək, imamın onlara görünməsi zəruridir...”
1
 
2. Şeyx Tusi: “Biz təsdiqləyirik ki, bir çox övliyalar və imamətə 
inananlar həzrətlə görüşmüş və ondan faydalanmışlar.”
2
 
3.  Seyyid  ibn-Tavus:  “(Ey  övladlarım)  Allahın  inayət  və  ehsan 
etdiyi kəs üçün imamətə doğru yol açıqdır.”
3
  
                                                 
1
 “Tənzihul-Әnbiya”, s. 182-184. 
2
 “Kəramatul-Muhəqqiqin”, s. 533. 
3
 “Kəşful-Muhəccə”, s. 143-154. 


 
210 
Alim  digər  bir  məqamda  deyir:  “İmam  ümumi  şəkildə  şiələrdən 
qeybdə  olsa  da,  kimlərinsə  onunla  görüşə  bilməsi  istisna  olunmur. 
Kimlərsə  imamın  söz  və  rəftarından  bəhrələnib,  bunu  başqalarından 
gizlədə bilər...”
1
  
4. Axund Xorasani: “Bəzi saleh insanların imamla görüşə bilməsi 
mümkündür...”
2
  
5. Tədqiqatçı (mühəqqiq) Naini: “Qeyb dövründə, adətən, həzrəti 
görmək  mümkünsüzdür.  Bəli,  bəzən  saleh  fərdlər  onunla  görüşüb 
göstərişlərini əldə edə bilər.”
3
 
 
Sual: 338. Həzrətlə görüş qeyb məsələsi ilə zidd deyilmi? 
Cavab:    Bəziləri  iddia  edirlər  ki,  qeyb  dövründə  həzrətlə 
görüşmək qeybin hikməti ilə ziddir.  
Qeyb ümumi şəkildə zəruri olmuş bir gerçəklikdir. Yəni həzrətlə 
görüşə  hamı  yol  tapa  bilməz.  Amma  bu  həqiqət  bəzi  ləyaqətli 
insanların həzrətlə görüşə bilməsini istisna etmir.  
 
Sual:  339.  Әgər  böyük  qeyb  dövründə  də  imamla  görüşmək 
mümkündürsə,  böyük  qeyb  dövrünün  kiçik  qeyb  dövründən  hansı 
fərqi var? 
Cavab:  Kiçik  qeyb  dövründə  həzrət  Mehdi  (ə)  tamamilə 
gözlərdən  gizlidir.  O  yalnız  vəkilləri  və  səfirləri  vasitəsi  ilə  əlaqə 
saxlayır.  Bəzən  səfirlər  müəyyən  adamların  həzrətlə  görüşünü  təşkil 
etmişlər.
4
 
Amma  böyük  qeyb  dövründə  məsələ  başqa  cürdür.  Bu  dövrdə 
zərurət  olduqda  həzrət  özü  bəzilərin  görüşünə  gəlir  və  onlar  həzrətin 
varlığından bəhrələnirlər.  
 
Sual: 340. Məgər həzrətin Әli ibn Məhəmməd Səməriyə yazdığı 
məktubda böyük qeyb dövründə həzrətlə görüşün mümkünlüyü istisna 
edilmirmi? 
Cavab:  Bəziləri  belə  bir  görüşün  mümkünlüyünü  inkar  edərkən 
həzrət Mehdinin (ə) Әli ibn Səməriyə yazdığı məktubu əsas göstərirlər. 
Çünki  bu  məktubda  yazılmışdır:  “Agah  ol!  Әgər  Süfyaninin 
                                                 
1
 “Әl-təraif”, s. 185. 
2
 “Kifayətul-üsul”, c. 2, s. 291. 
3
 “Fəraidul-üsul”, c. 2. 
4
 Tusi, “Әl-Ğeybət”, s. 216. 


 
211 
zühurundan  və  böyük  səsdən  öncə  kimsə  məni  gördüyünü  iddia  etsə, 
yalançı və böhtançıdır...”
1
 Bəs həqiqət necədir? 
1. Kimsə bu rəvayətin düzgünlüyünü qəbul etməmişdir. Ona görə 
də  alimlərdən  və  salehlərdən  bir  dəstəsi  həzrətlə  görüş  haqqında 
danışır. 
2.  İnkar  olunan  müşahidə  tanımaqla  müşahidədir.  Hansı  ki,  bir 
çox görüşlərdə ilkin mərhələdə tanışlıq olmamışdır.  
3.  Olsun  ki,  bəziləri  əsassız  olaraq  imamı  naib  və  səfir  kimi 
gördüklərini  iddia  etmişlər.  Amma  həzrət  böyük  qeyb  dövründə 
naiblərin  olmadığını  bildirir.  Məktublardan  birində  həzrət  bildirir  ki, 
tezliklə şiələrin arasında məni gördüyünü iddia edənlər tapılacaq...”  
4.  Şeyx  Tusi  bu  məktubu  nəql  etsə  də,  saleh  insanların  imamla 
görüşə bilməsini mümkün sayır.  
5.  Olsun  ki,  müşahidə  dedikdə  xüsusi  bir  görüş  nəzərdə 
tutulmuşdur.  Rəvayətdə  oxuyuruq:  “Әgər  sənin  yanında  50  nəfər  bir 
nəfərin  ziddinə  and  içsə,  amma  həmin  şəxs  onların  dediyinin  ziddini 
söyləsə,  onu  təsdiqlə,  həmin  50  nəfəri  inkar  et.”  Bu  rəvayətdə  50 
nəfərin andının təsiri açıqlanılır.  
6.  Rəvayəti  onun  sənədinin  mötəbərliyi  təsdiqləyir.  Hansı  ki, 
görüşlər o qədər çox olmuşdur ki, insanda yəqinlik yaradır.  
7.  Olsun  ki,  uyğun  məktubda  ixtiyari  bir  görüş  nəzərdə 
tutulmuşdur.  Әslində  böyük  qeyb  dövründə  yalnız  Allahın  məsləhət 
bildiyi şəxs həzrətlə görüşə bilər.  
8. Uyğun məktub sənəd baxımından zəifdir.  
 
Sual:  341.  İmamla  görüşün  mümkünlüyü  yalançılara  meydan 
açmırmı? 
Cavab:  Әgər  bir  işin  mümkünlüyü  ilə  bağlı  qəti  dəlillər  varsа, 
ikinci  dərəcəli  problemlərə  görə  onu  inkar  etmək  olmaz.  Xalqı 
yalançıların 
hiyləsindən 
qorumaq 
alimlərin 
işidir. 
Bəziləri 
peyğəmbərlik iddiasına düşüb deyə, peyğəmbərliyi inkar etmək olmaz.  
 
Sual: 342. “Haram müqəddimə” qaydasına əsasən imamla görüş 
iddiasını yalan saymaq olarmı? 
Cavab:  Sünnə  əhli  bu  əqidədədir  ki,  haramla  sonuclanan  yollar 
qəti  şəkildə  bağlanmalıdır.  Başqa  sözlə,  “haram  müqəddimə”  külli 
şəkildə haramdır.  
                                                 
1
 “Bihar”, c. 52, s. 151. 


Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə