206
1. Әhməd ibn Hənbəl nəql edir ki, həzrət Peyğəmbər (s)
buyurmuşdur: “Әgər Xorasan tərəfdən qara bayraqların qalxdığını
görsəniz, onlara qoşulun. Çünki Allahın xəlifəsi Mehdi (ə) onların
arasındadır.”
1
Bu hədisi ibn Qəyyim Cəvziyyə “Әl-Minarul-munif” kitabında
zəif saymışdır. Çünki bu rəvayətin sənədi Әli ibn Zeydə aiddir. Təkcə
bu şəxs tərəfindən nəql olunmuş hədislər isə höccət deyil.
2
2. İbn Macə də eyni məzmunu qeyd etmişdir.
3
Amma İbn
Qəyyim məhz Yəzid ibn Әbu-Ziyad xəbəri nəql edənlərdən olduğu
üçün zəif olmuşdur. O deyir: “Bu və bundan öncəki hədis səhihlik
baxımından dəlil ola bilməz ki, ümumdünyəvi hökumətin rəhbəri
Abbas övladındandır və o, dünyanın sonunda zühur edəcək...” (“Әl-
Minarul-munif”,s.137, 138)
Mehdi (ə) Abbasinin dünyanın sonunda olmaması, rüku və
məqam arasında ona beyət edilməməsi, Dəccalı öldürməməsi və
İsanın ona yardım üçün səmadan enməməsi rəvayətlərdə həzrət
Mehdiyə (ə) aid sadalanmış xüsusiyyətlərin onda olmadığını göstərir.
Başqa sözlə, xilaskarın vəd olunmuş heç bir xüsusiyyəti bu
şəxsdə yoxdur.
3. Osman ibn Әfvan Allahın rəsulundan (s) belə nəql edir:
“Mehdi (ə) mənim əmim Abbasın övladlarındandır.”
4
Әvvəla, ibn Әl-Cоvzi bu hədisi uydurma hədislər toplanmış “Әl-
mоvzuat” kitabında nəql etmişdir.
İkincisi, bu hədis Kəbul Әhbar, Osman ibn Әfvan və Abdullah
ibn Ömər tərəfindən nəql olunmuşdur. Kəbin nəql etdiyi hədislər şiə
və sünni tərəfindən etibarlı sayılmır. Osman ibn Әfvanın nəql etdiyi
hədisdə Məhəmməd ibn Vəlidin nəqli var və rical alimləri onu zəif
sayır. Abdullah ibn Ömərin nəql etdiyi hədisin də sənədi zəifdir.
Sual: 333. Vəd olunmuş xilaskar İsa ibn Məryəmdirmi?
Cavab: Belə bir iddianı irəli sürənlər ibn Macənin həzrət
Peyğəmbərdən (s) nəql etdiyi belə bir hədisə əsaslanırlar: “Mehdi (ə)
İsa Məryəmdən başqa bir kəs deyil.”
5
Qeyd etməliyik ki:
1
“Müsnəde-Әhməd”, c. 5, s. 277.
2
“Әl-Minarul-munif”, s. 157.
3
“Sünəne-ibn Mace”, c. 2.
4
“Kənzul-Ummal”, c. 14, s. 264.
5
“Sunəne ibn Maccə”, c. 2, s. 1340.
207
1. Həzrət Peyğəmbərdən (s) Məhdəviyyət (ə) hədislərini nəql
edən səhabələrin əksəriyyəti bu şəxsin həzrət peyğəmbər nəslindən
olduğunu bildirir.
2. İbn Macənin bu hədisi hədis və kəlam alimlərinin etirazı ilə
üzləşmişdir və kimsə ona istinad etməmişdir.
3. İbn-Macə özü “Mehdi Fatimə övladlarındandır” hədisini nəql
etmişdir.
1
4. İbn-Qəyyim Cоvziyyə bu hədisi “Әl-Minarul-munif” kitabında
nəql etmiş və onu zəif saymışdır. Hakim Nişapuri də öz növbəsində bu
hədisə təəccübünü gizlətməmişdir.
2
Zəhəbi deyir: “Bu hədis inkar olunası xəbərdir.”
3
Qurtubi deyir: “Uyğun hədis bu mövzuda olan digər hədislərə
ziddir. Mehdinin (ə) Peyğəmbər (s) və Fatimə (s) övladı olduğu sabit
bir məsələdir.”
4
5. Bu hədisi Təbərani nəql etsə də, “Mehdi İsa ibn Məryəmdən
savay başqa kəs deyil” cümləsini zikr etməmişdir.
5
6. Fatimə (s) övladlarından olan Mehdinin (ə) zühuru ilə bağlı
rəvayətlər mütəvatirdir. Xilaskarın İsa olduğunu bildirən hədis isə heç
bir cəhətdən mötəbər sayıla bilməz. Peyğəmbər Әhli-beytindən olan
xilaskarın zühuru İslam tarixi boyu müsəlmanlar arasında məşhur
inanclardandır.
Әbül-Feyz Ğəmari də uyğun hədisə qarşı səkkiz irad
bildirmişdir.
6
Sual: 334. Həzrət Peyğəmbərin (s) “Mehdinin (ə) adı mənim
adımdan, onun atasının adı atamın adındandır” buyruğunu nəql edən
hədisi necə dəyərləndirirsiniz?
Cavab: Әksər sünni alimləri bu fikirdədir ki, həzrət Mehdinin (ə)
atasının adı Abdullahdır. Belə bir rəvayəti Әbu-Davud nəql etmişdir.
7
Bu rəvayət imamiyyə etiqadı ilə uyğun deyil. Çünki imamiyyə şiələri
həzrət Mehdinin (ə) imam Həsən Әsgərinin (ə) övladı sayırlar.
Buna dəlil nədir?
1
Həmin mənbə, s. 1368.
2
“Mustədrəke-hakim”, c. 4, s. 441.
3
“Təhzibul-təhzib”, c. 9, s. 125.
4
“Әl-Təzkirə”, Qurtubi, c. 2, s. 701.
5
«Әl-məcəmul-Kəbir», c. 8, s. 214.
6
“İbrazul-Vəhmul-məknun”, s. 538.
7
“Sünəne Әbu-Davud”, c. 2, s. 309.
208
1. Həzrət Mehdi (ə) ilə bağlı tərtib olunmuş kitablarda o
cümlədən “Səhihe-Termizidə”, “Sünəne-ibn Macədə”, Әbu-Nəimin
kitablarında, “Müsnəde-Әhməd ibn Hənbəldə” belə bir hədis nəql
olunmamışdır.
2. Çox ehtimal ki, uyğun rəvayət Abbasilərin uydurmalarındandır.
Çünki Abbasilər öz hakimiyyətlərini möhkəmləndirmək üçün, üçüncü
Abbasi xəlifəsi Məhəmməd ibn Abbasa xalqdan beyət almaq məqsədi
ilə belə bir işə əl ata bilər.
Adı Abdullah olan Mənsur Abbasi oğlu Məhəmmədi özünə
canişin təyin etmişdi. O, xalqı Məhəmmədə beyətə məcbur edirdi. Bu
məqsədlə oğlunun adını Mehdi qoymuşdu. O öz oğlunu xalqa xilaskar
kimi tanıtdırıb beyət almaq istəyirdi. Xəlifə öz adı Abdullah
olduğundan belə bir hədis uydurmağı göstəriş vermiş və həmin
hədisdə xilaskarın atasının adını Abdullah kimi qeyd etmişdi.
1
Sual: 335. Mehdi (ə) Həsənin (ə) övladlarındandır” hədisini necə
qiymətləndirmək olar?
Cavab: Әbu-Davud Әbu-İshaqdan nəql edir ki, həzrət Әli (ə) öz
övladı Həsənə (ə) baxıb buyurdu: “Həqiqətən, bu övladım ağadır.
Necə ki, Peyğəmbər (s) onu ağa adlandırıb. Tezliklə ondan
peyğəmbərlə bir adda olan kəs dünyaya gələr.”
2
Uyğun hədisə münasibətimizi bildirək:
1. Mehdinin (ə) Hüseynin (ə) övladı və onun nəslindən olması ilə
bağlı onlarla hədis mövcuddur.
2. Mehdi (ə) həm də Həsən (ə) nəslindəndir. Çünki imam Baqirin
(ə) anası Fatimə (s) imam Həsənin qızı olmuşdur. Demək, həzrət
Mehdi (ə) həm Həsən (ə), həm də Hüseyn (ə) övladıdır. Həzrət
Peyğəmbər (s) buyurur: “Ümmətin Mehdisi (ə) Həsən (ə) və Hüseyn
(ə).”
3
3. “Әqdud-durər” kitabının müəllifi uyğun hədisi nəql etmiş,
amma Həsənin (ə) yox, Hüseynin (ə) adını çəkmişdir. “Səhihi-
Termizi”, “Sünəne-nəsai”, “Sünəne-beyhəqi”də də hədis bu formada
nəql olunmuşdur.
4. Belə bir nöqtə də maraqlıdır ki, uyğun hədislərin meydana
çıxmasında Әbva məntəqəsində xalqdan beyət almış Məhəmməd ibn
1
“Şəhid Mütəhəri, əsərlər külliyyatı, c. 18, s. 173, 174.
2
“Sünəne ibn Davud”, c. 2, s. 311.
3
“Məcməul-Zəvaid”, c. 9, s. 165.
Dostları ilə paylaş: |