Bismillahir-Rəhmanir-Rəhim



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə68/93
tarix26.10.2018
ölçüsü4,36 Mb.
#75761
1   ...   64   65   66   67   68   69   70   71   ...   93

 
203 
7. Mömin qardaşlara yardım – İmam Sadiq (ə) “Әsr” surəsindəki 
“əmilus-salihati”  təbirini  din  qardaşları  arasında  bərabərlik  və 
qarşılıqlı yardım kimi izah etmişdir.
1
 
İmam Әsgərinin (ə) təfsirində deyilir: “Hər kəs bizə xatir, əlimiz 
çatmadığından  möhnətə  düşmüş  bir  yetimi  öhdəsinə  götürsə,  bizim 
elmimizdən  bacardığını  ona  öyrətsə,  Allah-təala  onun  haqqında 
buyurmuşdur: “Ey yardım göstərən kərim bəndə! Mən kərəmdə ondan 
yuxarıyam.  Ey  mənim  mələklərim,  ona  öyrətdiyi  hər  bir  hərf  üçün 
behiştdə milyon qəsr verin...”
2
 
8.  Məhdəviyyət  iddiasında  olan  yalançılara  inanmamaq  –  İmam 
Sadiq (ə) buyurur: “Heç şübhəsiz, bir-birinə oxşar on iki bayraq qalxar 
və onlar bir-birindən seçilməz...”
3
 
9. Zühurun tezləşməsi üçün çoxlu dua etmək – Həzrət Mehdi (ə) 
bir məktubunda İshaq ibn Yaquba buyurur: “Zühurun tezləşməsi üçün 
çox dua edin. Çünki sizin qurtuluşunuz ondadır.”
4
 
10.  Tələsməmək  –  Kuleyni  imam  Sadiqin  (ə)  belə  buyurduğunu 
nəql  edir:  “Həqiqətən,  xalq  bu  işdə  tələsdiyi  üçün  həlak  oldu. 
Bəndələri  tələsdiyi  üçün  Allah  tələsməyəcək.  Çünki  bu  iş  üçün  bir 
nəhayət var...”
5
 
11.  Zühurun  vaxtını  müəyyənləşdirməmək  –  İmam  Sadiq  (ə) 
buyurur: “Həqiqətən, biz əhli-beyt vaxt müəyyənləşdirmirik...”
6
 
12.  Həzrət  Mehdini  (ə)  sevmək  –  Bir  çox  rəvayətlərdə  əhli-beyt 
məhəbbəti  tövsiyə  olunmuşdur.  Belə  bir  tövsiyə  xalqın  diqqətinin 
Mehdiyə (ə) cəlb olunmasında və onun göstərişlərinə itaət edilməsində 
mühüm təsirə malikdir.  
İmam Mehdinin (ə) əsil-nəsli 
Sual:  330.  Həzrətin  zahiri  görünüşü  necədir?  Kimsə  özünü  ona 
oxşada bilərmi? 
Cavab:  Atasına  cənazə  namazı  qıldığı  vaxt  xalq  həzrət  Mehdini 
(ə)  gördü.  O  buğdayıbəniz  bir  uşaq  idi,  saçları  gözəl,  ön  dişlərinin 
arası açıq idi.
7
 
                                                 
1
 “Kəmalud-din”, s.656; “Bihar”, c. 24. 
2
 “Bihar”, c. 2, s. 4. 
3
 “Kəmalud-din”, s.348. 
4
 “Kəmalud-din”. 
5
 “Kafi”, c. 1, s. 369. 
6
 “Bihar”, c. 52, s. 119. 
7
 “Tarixul-ğeybətul-suğra”, s. 540. 


 
204 
Şeyx  Tusi  həzrəti  kiçik  qeyb  dövründə  görənlərin  dilindən  nəql 
edir  ki,  həzrət  gözəl  simalı,  xoşətirli,  böyük  heybətli  bir  gənc  idi. 
Rəvayətçi deyir: “Mən ondan gözəl danışanını görmədim.”
1
 
Digər  bir  rəvayətdə  deyilir:  “O,  ortaboyludur.  Başı  girdə,  alnı 
genişdir... Çöhrəsi safdır, sağ yanağında xalı var.”
2
 
İkinci suala gəldikdə, bir şəxs özünü zahirən imama oxşada bilsə 
də, zühur əlamətləri və imamdan müşahidə olunan möcüzələr belə bir 
yanlışlığa yol verməz. Bunu Allahın lütfü tələb edir. Allah lütfü özünə 
vacib etmişdir. Bu səbəbdən də elə bir iş görəsidir ki, zühur dövründə 
həzrətin vücudu kimsəyə oxşamasın.  
 
Sual: 331. Həzrətin adını (Məhəmməd) çəkmək olarmı? 
Cavab:  Yüzdən  çox  rəvayətdə  həzrətin  adının  çəkilməsinə 
münasibət bildirilir. Bu rəvayətləri dörd qismə bölmək olar:  
1.  Qeyd-şərtsiz  həzrətin  adının  çəkilməsini  qadağan  edən 
rəvayətlər; 
2.  Zühur  dövrünədək  onun  adının  çəkilməsini  qadağan  edən 
rəvayətlər; 
3.  Uyğun  qadağanı  qorxu,  təqiyyə  və  başqa  amillərlə  izah  edən 
rəvayətlər; 
4. Həzrətin şərif adının bildirildiyi rəvayətlər. 
Birinci  və  ikinci  qisim  rəvayətlər  eyni  bir  mənanı  bəyan  edir. 
Bəziləri  bu  sayaq  rəvayətlərə  istinadən  həzrətin  adının  çəkilməsini 
qadağan  etmişlər.  Onların  nəzərincə,  onun  adını  çəkmək  zühur 
dövrünədək  haramdır.  Әllamə  Məclisi,  Şeyx  Səduq,  Şeyx  Müfid, 
Təbərsi,  Mirdamad,  Mühəddis  Cəzairi,  Mühəddis  Nuri,  Mirza  Şirazi, 
Mirza Məhəmməd Təqi İsfəhani belə alimlərdəndir.  
Bəziləri  də  bu  adın  çəkilməməsinin  səbəbi  kimi  qorxu  və 
təqiyyəni göstərirlər. Әrbili, Hürr Amili bu qəbil alimlərdəndir.  
Bəziləri  isə  qadağa  hökmünün  yalnız  kiçik  qeyb  dövrünə  aid 
olduğunu bildirir.  
Belə görünür ki, ikinci baxış həqiqətə daha çox uyğun gəlir. Yəni 
bu qadağa qorxu və təqiyyə səbəbindəndir. Dəlilləri göstərək: 
1.  Can  verən  insana  (möhtəzir)  təlqin  haqqında  danışılarkən 
deyilir:  “Can  verən  insana  fərəc,  şəhadəteyn  kəlmələrini  və  hər  bir 
                                                 
1
 “Әl-Ğeybət”, Tusi, s. 152. 
2
 Həmin mənbə, s. 156. 


 
205 
imamın  adını  təlqin  et.”
1
 Belə  görünür  ki,  təlqin  zamanı  həzrətin  adı 
da qeyd olunur. 
2. Meyyitə təlqin zamanı da bütün imamların, o cümlədən, həzrət 
Mehdinin (ə) adı da təlqin edilir.
2
 
3.  Məhəmməd  ibn  İbrahim  Kufi  deyir:  İmam  Әsgəri  (ə)  adını 
çəkdiyi  kəs  üçün  qurbanlıq  etmək  məqsədi  ilə  mənə  pul  verib 
buyurdu: “Bu, övladım Məhəmməd üçün əqiqədir.”
3
  
4. İmam Әsgərinin (ə) ən məşhur künyəsi “Әbu-Muhəmməddir”. 
Bu künyədə həzrət Mehdinin (ə) adı çəkilmişdir.  
5. İmam Rizadan (ə) imam Hüseynin (ə) qəbrini ziyarəti haqqında 
soruşulduqda buyurur: “Məhəmməd və onun əhli-beytinə çoxlu salam 
göndər,  onlardan  hər  birinin  adını  çək  və  onların  düşmənlərindən 
Allaha pənah apar.”
4
 
Tədqiqatçı  alim  Әrbili  deyir:  “Elə  düşünürəm  ki,  həzrətin  şərif 
adının çəkilməsinin qadağa səbəbi qorxu və təqib dövründə təqiyyə və 
onun  ad  və  ünvanının  axtarılması  olmuşdur. Amma  qorxu və  təqiyyə 
olmayan dövrümüzdə bu adı çəkməyin eybi yoxdur.”
5
  
6.  Cabir  ibn  Abdullah  Әnsari  imam  Baqirə  (ə)  deyir:  “Həzrət 
Fatimənin  (s)  görüşünə  getdim  ki,  övladı  Həsənin  dünyaya  gəlişinə 
görə  ona  təbrik  edəm.  Onun  əlində  bəyaz  dürdən  bir  səhifə  gördüm. 
Soruşdum  ki,  ey  aləmin  ən  üstün  qadını,  əlinizdəki  səhifə  nədir? 
Həzrət  buyurdu:  “Burada  imam  övladlarımın  adı  var...”  Cabir  deyir: 
“Səhifəyə baxıb imamların hər birinin adını orada gördüm...”
6
 
7.  Həzrət  peyğəmbərdən  (s)  nəql  olunmuş  bir  çox  hədislərdə 
bildirilir ki, həzrətin adı Allah rəsulunun adı ilə eynidir. Bu da həzrət 
Mehdinin (ə) adını göstərir.  
 
Sual: 332. Həzrət Mehdi (ə) Abbasın övladlarındandırmı? 
Cavab: Abbasilər öz siyasi mövqelərini möhkəmləndirmək üçün 
yalan  hədislər  uydurmuşdular.  Onlar  mütəvatir  Məhdəviyyət 
hədislərindən  istifadə  edərək  öz  xeyirlərinə  hədislər  qoşurdular. 
Onlardan bəzilərini nəzərdən keçirək: 
                                                 
1
 “Kafi”, c. 3, s. 134. 
2
 “Vəsailuş-şiə”, c. 3, s.174. 
3
 Həmin mənbə, c. 21, s. 448. 
4
 Həmin mənbə, c. 14, s. 549. 
5
 “Kəşful-ğəmmə”, c. 3, s. 310. 
6
 “Kəmalud-din”, s.307. 


Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə