Bismillahir-Rəhmanir-Rəhim



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə65/93
tarix26.10.2018
ölçüsü4,36 Mb.
#75761
1   ...   61   62   63   64   65   66   67   68   ...   93

 
194 
Sahibəzzaman  xalqı  Allaha  doğru  dəvət  etdiyindən  ona  qarşı  eşq 
yarandıqda insan Allaha doğru meyl edir.  
Qeyd  etməliyik  ki,  xalqın  imam  Mehdiyə  (ə)  məhəbbətə  dəvəti 
əslində  Allaha  doğru  çağırış,  qəlblərdə  Allah  eşqinin  ərsəyə  gəlməsi 
üçün cəhddir.  
 
Sual: 310. Sahibəzzaman dünyanın bütün nöqtələrində olurmu? 
Cavab:  Prinsipcə,  həzrət  Mehdi  (ə)  Allahın  qeyb  elminin 
məzhəri olduğundan hər  yerdə olur və hər şeydən xəbərdardır. Başqa 
sözlə,  imamın  istədiyi  onun  üçün  hazırdır.  Həzrət  bəzən  Allah 
tərəfindən  çarəsizlərə  yardımla  bağlı  əmr  alır.  Beləcə,  həzrət  Allahın 
məsləhət bildiyi yerdə hazır olur.  
 
Sual: 311. Həzrətin “Bəqiyyətullah” ləqəbinin mənası nədir? 
Cavab:  “Bəqiyə”  fəna  və  yoxluğun  ziddidir.  Bu  sözün  lüğət 
mənası  davamlılıq  və  sabitlikdir.  “Bəqiyyətullah”,  yəni  Allahın  yer 
üzündə sabit qalmışı.  
“Nüdbə”  duasında  oxuyuruq:  “Allahın  yalnız  pak  itrətdən  olan 
sabit qalmışı haradadır?” 
Burada iki ehtimal var:  
1. “Bəqiyyətullah” dedikdə Allahın yer üzündəki höccətinə işarə 
olunur. Yez üzü heç vaxt onsuz deyil və olmayacaq. 
2.  “Bəqiyyətullah”  yer  üzündə  davamlı  vücudu  olan 
Sahibəzzamanın ləqəbidir.  
İbn  Sikkit  deyir:  “Bu  cümlə  o  zaman  işlədilir  ki,  insan  bir  kəsi 
gözləyir, onun intizarı ilə əyləşmişdir.” 
 
Sual:  312.  Nə  üçün  həzrət  Mehdini  (ə)  görənlərin  bir  çoxu 
öncədən onu tanımırlar? 
Cavab: Әvvəla hər adam imamla görüşə nail ola bilmir. Öncədən 
həzrəti  tanımış  və  onunla  görüşmüş  şəxslər  azdır.  Seyyid  Bəhrül-
ülumu, Müqəddəs Әrdəbilini misal göstərmək olar.  
İkincisi,  həzrətin  insanlarla  görüşməkdə  məqsədi  problemləri 
aradan  qaldırmaqdır.  Belə  bir  məqsəd  həzrəti  tanımadan  da  ödənə 
bilər.  
Üçüncüsü,  həzrət  ünsiyyət  olmadığı  üçün  tanınmır.  Adətən, 
birinci görüşdə insanlar onu tanıya bilmir. 


 
195 
Dördüncüsü,  insan  bəzən  eşqinin  çoxluğundan  qarşısında 
dayanan  adamdan  qəflətdə  qalır.  Yalnız  istəyi  qəbul  olduqdan  sonra 
anlayır ki, qarşısındakı kim imiş.  
Bеşincisi,  böyük  qeyb  dövründə  həzrətin  tanınmaması  prinsipial 
bir  məsələdir.  Bu  qeyb  dövründə  onun  məxfi  halda  qalması  ilahi  bir 
məsləhətdir.  
 
Sual: 313. Nə üçün başqa imamlar qeybə çəkilməmişdir? 
Cavab:  İmam  Mehdinin  (ə)  şəraiti  digər  imamların  şəraitindən 
fərqlənmişdir.  
a) Həzrət Mehdi (ə) 12 imamın sonuncusudur.  
b)  Hər  an  qiyamı  gözlənilən  həzrət  zahir  olub  hansısa  zalım 
hakimə beyət edə bilməz.  
v)  Qeyb  olmasaydı,  Allahın  yer  üzündəki  yeganə  höccəti 
düşmənlər tərəfindən qətlə yetirilərdi.  
Bütün  bu  səbəblərdən  həzrətin  qeyb  pərdəsi  arxasında  qalması 
məsləhət olmuşdur.  
 
Sual: 314. Nə üçün biz öz imamımızla görüşə bilməyək? 
Cavab:  Әvvəla,  hazırkı  dövrdə  vəzifəmizi  bilməli,  kamilliyə 
çatmaq üçün nə etməyimizi dərk etməliyik. 
Bizim  yeganə  vəzifəmiz  məsum  imamlar  tərəfindən  bəyan 
olunmuş  ilahi  göstərişlərə  əməl  etməkdir.  Həzrətlə  görüşmək  şərəf 
olsa da, belə bir ilahi əmr yoxdur.  
İkincisi,  həzrətin  qeybə  çəkilməsinin  səbəbi  özümüz  olmuşuq. 
Әgər  yaratdığımız  maneələri  aradan  götürə  bilsək,  onunla  görüşə 
bilərik.  
Üçüncüsü, hər bir ümmət hər bir dövrdə hansısa imtahana çəkilir. 
İmamın qeybə çəkilməsi şiə cəmiyyəti üçün böyük imtahan sayılır.  
Dördüncüsü,  kimsə  deməyib  ki,  biz  imamın  xidmətinə  çata 
bilmərik.  Belə  bir  arzuya  çatmaqdan  ötrü  göz  və  qəlbdən  çirkabı 
təmizləyib ləyaqəti əldə etsək, həzrət özü görüşümüzə gələcək.  
 
Sual: 315. Hansı yolla həqiqi Mehdi (ə) aşiqi olmaq mümkündür? 
Cavab:  Aşiq  insan  üçün  cəhət  var.  Həzrət  Mehdiyə  aşiq  olmaq 
istəyiriksə,  şübhəsiz,  cəhət  götürməliyik.  Biz  onu  sevirik.  Çünki  o 
bütün yaxşılıqların, ədalətin, bəndəliyin məzhəridir... 
Biz  həzrət  Mehdini  (ə)  yaxşılıqlara  əməl  baxımından  ən  kamil 
fərd  saydığımız  üçün  onu  sevirik.  Әslində  həqiqi  imam  aşiqi 


 
196 
yaxşılıqların  aşiqi  olmalıdır.  Həqiqi  imam  aşiqi  əslində  yaxşı  əməl 
aşiqidir.  
Әgər yaxşılıqlara aşiqiksə və bu məqsədlə əməl ediriksə, demək, 
əslində Sahibəzzaman (ə) aşiqiyik.  
 
Sual: 316. Zühurun təxirə düşməsinin səbəbi nədir? 
Cavab:  Zühurun  təxirə  düşməsinin  səbəbkarı  insanlar  özüdür. 
Ümumdünya  ədalət  hökumətinin  qurulması  üçün  insanlar  özü  şərait 
yaratmalıdır. O cümlədən:  
1. Xalq ədalət məfhumunu anlamalıdır; 
2. Can-qəlbdən ədalət istəyəcək həddə çatmalıdır; 
3.  Şəriət  göstərişlərinə  əməl  etməklə  yüksək  düşüncə  və 
mədəniyyət səviyyəsinə çatmalıdır; 
4. Bəşəriyyət elm və texnika sahəsində inkişafa nail olmalıdır.  
 
Sual:  317.  İmam  Sadiqin  (ə)  “Әgər  onun  dövründə  olsaydım, 
ömrü boyu ona xidmət edərdim” buyuruğu həzrət Mehdinin (ə) digər 
imamlardan üstünlüyünü göstərmirmi? 
Cavab:  Zühur  dövründə  rəhbər  həzrət  Mehdi  (ə)  olduğundan 
hamı  ona  yardım  göstərməyə  borcludur.  Uyğun  təbir  bu  məqsədlə 
işlədilmişdir.  
 
Sual: 318. Dövrünün imamını tanımayan nə üçün cahil kimi ölür? 
Cavab:  Әvvəla,  insanın  mərifəti  onun  əməllərinə  təsirlidir. 
Həzrət Mehdi (ə) Allahın yer üzündəki höccətidir. Ona itaət vacibdir. 
Bu səbəbdən də hər bir insan onu tanımağa çalışmalıdır. Әks-təqdirdə 
cahil bir ölümlə dünyadan gedəsiyik.  
İkincisi,  imamı  tanımasaq,  ləyaqətsiz  bir  adama  itaət  edəsiyik. 
İnsan  kimi  ideal  seçməli  və  dini  kimdən  öyrənməlidir?  Rəhbərlik 
iddiasına düşmüş hər kəsə itaət göstərmək, onu imam seçmək olarmı?! 
 
Sual: 319. Zühurun tezləşməsi üçün vəzifəmiz nədir? 
Cavab:  İmamın  zühuru  şəraitdən  asılıdır.  Şiələrə  aid  olan  isə 
aşağıdakılardır: 
Әvvəla,  özümüzü  islah  edib,  zühur  dövrünün  şərtləri  ilə 
uyğunlaşdıraq. 
İkincisi,  cəmiyyətdə  həzrətin  zühuru  üçün  zəmin  yaradaq, 
gücümüz  həddində  xalqın  islahı  üçün  çalışaq.  Belə  etsək,  həzrətin 
qüdrət  əli  ilə  maneələr  aradan  qalxar,  ümumdünya  ədalət  hökuməti 


Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə