218
4. Müqəddəs Cəmkəran məscidi Әhli-beyt (ə), xüsusi ilə İmam-
zaman aşiqlərinin ictima yeridir. Bu səbəbdən də onun xüsusi cazibəsi
var. Çox insanlar həzrət Mehdi (ə) eşqi ilə uzun yol gəlib bu
məsciddən bəhrələnirlər. Bildirilir ki, bəzi gecələr bu müqəddəs yerdə
bir milyona yaxın Mehdi aşiqi toplanır.
5. Bu müqəddəs məkanda hətta çarəsiz xəstələr şəfa tapmışdır.
6. Bu məsciddə həzrətin bir çox aşiqləri onunla görüşə bilmişdir.
7. Bu yer o qədər müqəddəsdir ki, tarix boyu böyük alimlər
piyada və ya süvari həzrətə təvəssül və namaz qılmaq üçün oraya
gəlmişlər.
Sual: 359. Bir istəyin qəbul olunması üçün 40 dəfə Cəmkəran
məscidinə getmək doğrudanmı təsirlidir?
Cavab: Bu mövzu ilə bağlı xüsusi dəlil olmasa da, üç yolla onu
sübuta yetirmək olar...
1. Alimlər Cəmkəran məscidinə ardıcıl olaraq 40 dəfə getməyi
faydalı saymışlar. Belə bir təsir Səhlə məscidi haqqında da bəyan
olunur.
2. Rəvayətlərdə bildirilir ki, hər kəs 40 gün özünü Allaha xatir
xalis, səmimi etsə hikmət çeşmələri onun qəlbindən dilinə cari olar.
1
3. Çoxsaylı rəvayətlərdən aydın olur ki, maddi və mənəvi
fəaliyyətlərin çiçəklənməsində 40 rəqəminin mühüm təsiri var. O
cümlədən: 40 rəqəmi övladın bətndə inkişafına təsirlidir; Şərab
namazın 40 gün qəbulunun qarşısını alır; Bəhlul Nəbbaşın tövbəsinin
40 gündən sonra qəbul olunması; Həzrət Zəhranın bətndə
möhkəmlənməsi üçün həzrət Peyğəmbərin (s) Xədicədən 40 gün
kənarlaşması; 40 gün əhd duası oxumaq insanın həzrət Mehdiyə
yaxınlaşmasına səbəb olur; həzrət Mehdi (ə) 40 gün mələklərin
tərbiyəsi altında olmuşdur; həzrət Adəmin 40 gün xəmir hаlındа
olması; həzrət Musanın Tur dağında Allahla 40 gün ünsiyyəti; İslam
peyğəmbərinin 40
yaşdan sonra nübüvvətə çatması; insan
təfəkkürünün 40 il inkişaf edə bilməsi; 40 möminin şəhadətinin
möminin bağışlanmasına səbəb olması; 40 hədis öyrənən insanın
qiyamətdə fəqih kimi məhşur olması; qonşuluq həddinin 40 ev olması;
məscidin qonşuluğunun 40 evə çatması...
Bu hədislərdən məlum olur ki, insanın kamala çatmasında 40
rəqəminin xüsusi təsiri var.
1
“Kafi”, c. 2, s. 16.
219
Seyyid Bəhrul-ülum deyir: “ Biz gözlərimizlə müşahidə etmiş və
öyrənmişik ki, 40 rəqəminin istedadların çiçəklənməsində xüsusi təsiri
var.”
1
Sual: 360. Çərşənbə axşamı Cəmkəran məscidinə getməyin
savabı ilə bağlı dəlil varmı?
Cavab: Həsən ibn Məslə Cəmkəraninin rəvayətinə əsasən, o,
həzrətlə çərşənbə axşamı görüşmüşdür. Həzrət ona göstəriş verir ki,
Cəfər Kaşaninin sürüsündəki keçini alıb həmin yerə aparsın və
növbəti gecə (yəni çərşənbə gecəsi) kəsib çərşənbə günü ətini
paylasın...
2
Bu səbəbdən də həzrətin aşiqləri həmin mübarək gecə Cəmkəran
məscidinə toplaşır, Allah-təaladan yardım diləməklə həzrətə təvəssül
edib istəklərini ondan diləyirlər.
Sual: 361. 40 çərşənbə gecəsi Cəmkəranda olan insan həzrət
Mehdini (ə) ziyarət edə bilərmi?
Cavab: Bu barədə xüsusi bir dəlil yoxdur. Amma bəzi
rəvayətlərə əsasən 40 rəqəminin təkvini təsirləri var. Әgər bir şəxs bu
niyyətlə Cəmkəran məscidinə gedib ciddi şəkildə arzusunu Allahdan
diləsə, digər bir tərəfdən bu görüş üçün ləyaqət əldə etsə, ümid var ki,
həzrətlə görüşə bilsin. Bir çoxları bu yolla istəyinə çatmışdır.
Sual: 362. Әgər həzrət Mehdi (ə) hər yerdə olursa, nə üçün
Cəmkərana gedək?
Cavab: Bəli, biz inanırıq ki, həzrət Mehdi (ə) hər yerdə olur.
Amma Cəmkəran məscidinin xüsusi imtiyazları var:
Әvvəla, Həsən ibn Məslə Cəmkəraninin rəvayətinə əsasən bu
məscid həzrət Mehdinin (ə) göstərişi ilə tikilmişdir. Həzrət xalqın
burada toplanmasını və dörd rəkət namaz qılmasını istəmişdir.
İkincisi, bu müqəddəs yer əsrlər boyu aşiqlərin ictima məhəlli
olmuşdur. Biz də bu müqəddəs məkanın bərəkətindən faydalana
bilərik.
Üçüncüsü, məhbuba doğru hərəkətin özü təsirlərə malikdir. Belə
bir hərəkət insanın həzrətə olan rəğbətini artırır.
1
“Risaleyi-Seyri-Suluk”, s. 23.
2
“Bihar”, c. 53, s. 232.
220
Sual: 363. Səhlə məscidinin həzrət Mehdi (ə) ilə hansı əlaqəsi var?
Cavab: Bəzi rəvayətlərə əsasən zühur dövründə bu məscid
həzrətin şəxsi iqamətgahı olacaq.
Bir gün imam Sadiqin (ə) yanında Səhlə məscidindən söz düşdü.
Həzrət buyurdu: Agah olun! Həqiqətən, bu yer qiyam edəcəyi vaxt
əmr sahibinin iqamətgahıdır.”
1
Nəql olunur ki, həzrət Әbu-Bəsirə xitabən buyurmuşdur: “Ey
Әba-Məhəmməd! Səhlə məscidində Qaimin gəlişini sanki gözlərimlə
görürəm.”
2
Sual: 364. Səhlə məscidində olmaqla bağlı hansı tövsiyələr var?
Cavab: Bəzi rəvayətlərə əsasən bu məsciddə olmaq və orada
namaz qılmaq çox tövsiyə olunmuşdur:
1. İmam Sadiq (ə) Әla ibn Rəzinə xitabən buyurur: “Sizin
yaxınlığınızda Səhlə məscidi adlanan bir məscid var. Biz o məscidi
Şurə məscidi adlandırırıq. Həmin məsciddə namaz qılırsanmı? (Әla
bildirir ki, orada namaz qılır) Oraya get. Çünki orada qəm yoxdur.
Qəmi olanın qəmini Allah götürür. (İstəyini qəbul edir).”
3
2. Həzrət Sadiqdən (ə) belə buyurduğu nəql olunur: “Elə bir insan
yoxdur ki, Səhlə məscidinə gedib məğrib və işa arasında iki rəkət
namaz qıla və Allah onun qəm-qüssəsini aradan götürməyə.”
4
3. Başqa bir məqamda həzrət buyurur: “Kufəyə daxil olduqda
Səhlə məscidinə get və orada namaz qıl. Maddi və mənəvi istəklərini
Allahdan dilə.”
5
Sual: 365. Çərşənbə gecəsi Səhlə məscidində olmaqla bağlı dəlil
varmı?
Cavab: Bu barədə Әhli-beyt (ə) tərəfindən göstəriş yoxdur.
Yalnız Seyyid ibn Tavus buyurmuşdur: “Әgər Səhlə məscidinə
getmək istəsən bunu çərşənbə gecəsi məğrib və işa namazı arasına sal.
Bu vaxt başqa vaxtlardan üstündür.”
6
1
“Kafi”, c. 3, s. 495.
2
“Bihar”, c. 100, s. 436.
3
“Bihar”, c. 100, s. 437»
4
“Vəsailuş-şiə”, c. 5, s. 266.
5
“Bihar”, c. 100, s. 434.
6
“Misbahul-Zair”, s. 105.
Dostları ilə paylaş: |