215
Sual: 351. Həzrətlə görüş üçün israr etmək düzgündürmü?
Cavab: Qeyb dövründə insanların vəzifəsi həzrətin zühuruna
mane olan halları aradan qaldırmaqdır. Həzrətə mənəvi cəhətdən
yaxın olmaq üçün öz vəzifələrimizə əməl etməliyik.
Әgər həzrətlə görüş istəyinin səbəbi onun vücudundan
bəhrələnmək, onun lütfünü əldə etmək, qəlbən əminliyə çatmaqdırsa
bu görüşə can atmaq faydalıdır. Әks-təqdirdə, hazırkı dövr qeyb
dövrüdür və bu dövrdə xalq nəzərlərdən gizli qalmalıdır. Buna görə də
səbr etmək, bu həssas məqamda imtahandan üzüağ çıxmaq üçün
vəzifələrə əməl etmək lazımdır.
Bəli, bəzi iddialardan həzrətlə görüş istəyi sezilsə də, bu istəyi
zühur dövrünə aid etmək olar.
Müqəddəs Cəmkəran məscidi
Sual: 352. Cəmkəran məscidinin tikilməsi ilə bağlı hansı
məlumatlar var?
Cavab: Cəmkəran məscidinin tikilməsi ilə bağlı mərhum hacı
Nuri “Nəcmus-Saqib”, “Cənnətul-məva”, “Әl-kəlimətut-təyyibə”
kitablarında, Mirza Məhəmməd Təqi Әrbabe Qummi “Tarixi darul-
iman” kitabında məlumat verir. Bundan əlavə Həsən ibn Məhəmməd
ibn Həsən Qumminin “Tarixe-Qum” (“Munisul-həzin” kitabı əsasında)
məlumatlar var.
Bu məlumat Həsən ibn Məslə Cəmkəraninin əhvalatına əsaslanır.
Bildirilir ki, bu şəxs 293-cü ildə həzrət Mehdi (ə) ilə görüşmüşdür. Bu
görüşdə həzrət ona göstəriş vermişdir ki, dəyərli Qum alimlərindən
olan Seyyid Әbül-Həsən Әr-riza ilə əlaqə yaradıb, onun köməyi ilə bu
yerdə (Cəmkəranda) məscid tiksin...
1
Bundan əlavə, “Munisul-həzin” kitabına əsaslanaraq bildirirlər ki,
Әmirəl-möminin həzrət Mehdi (ə) bayrağının Cəmkəran məscidində
qalxacağını bildirmişdir.
Sual: 353. Cəmkəran məscidində namazın müstəhəb olmasının
dəlili nədir?
Cavab: Həsən ibn Məslə Cəmkəraninin nəql etdiyi əhvalatlarda
nəql olunur ki, həzrət buyurmuşdur: “Bu məkanda 7 gün qal və orada
4 rəkət namaz qıl. İki rəkət məscid üçün təhiyyət namazı qıl, hər
1
“Bihar”, c. 53, s. 230.
216
rəkətdə bir dəfə Həmd, 7 dəfə “İxlas” surəsini oxu, rüku və səcdənin
təsbihini də 7 dəfə təkrarla. İki rəkət də Sahibəzzaman namazı niyyəti
ilə namaz qıl. Birinci rəkətdə “Həmd” surəsini oxu və “iyyakə nəbudu
və iyyakə nəstəin” cümləsinə çatdıqda bu cümləni 100 dəfə təkrarla.
“Həmd” surəsini tamamlayıb, bir dəfə “İxlas” surəsi oxu. Sonra rüku
və səcdənin zikrlərini 7 dəfə de. İkinci rəkətdə də eyni əməlləri
təkrarla. Namazı başa çatdırdıqdan sonra bir dəfə “la ilahə illəllah”
söylə, həzrət Zəhranın (s) təsbihatından sonra səcdədə 100 salavat çək.
Bu namazdan qəflətdə qalma! Bu məsciddə olub həmin namazı qılan
kəs Beytul-ətiqdə (Allahın evində) namaz qılmış kimidir.”
Sual: 354. Cəmkəran məscidinin tikintisi haqqında məlumat
verən sənəd mötəbərdirmi?
Cavab: Müqəddəs Cəmkəran məscidi və orada qılınan namaz
haqqında sənəd araşdırması aparmağa ehtiyac yoxdur. Çünki mötəbər
sənədli hədislərə əsasən, savaba çatmaq ümidi ilə müstəhəb iş görən
kəs əməlin müstəhəbliyindən xəbər verən hədis mötəbər olmasa belə,
savaba çatır.
Kuleyni səhih sənədə əsasən nəql edir ki, imam Sadiq (ə)
buyurmuşdur: “Hər kəs bir işin savab olduğunu eşidib onu yerinə
yetirsə, eşitdiyi xəbər düzgün olmasa belə, həmin şəxsə savab
veriləcək.”
Bərqi nəql edir ki, imam Sadiq (ə) buyurmuşdur: “Bir şəxs
peyğəmbərin savab saydığı bir işi yerinə yetirsə, əslində peyğəmbər o
işi savab saymamışsa da, bu şəxsə savab verilər.”
Sual: 355. Nə üçün “Qumun tarixi” kitabında Cəmkəran
əhvalatına yer verilməyib?
Cavab: Hazırda araşdırmaçıların əlində olan “Tarixe-Qum”
kitabı orijinal mənbənin yalnız dörddə bir hissəsidir. Әslində 20
fəsildən ibarət olan bu kitabın yalnız 5 fəsli əlimizdədir. Çox ehtimal
ki, kitabın əlimizə çatmayan hissələrində Cəmkəran haqqında
məlumat vardır. Mərhum Mühəddis Nuri və başqaları kitabın ilkin
mənbəsini əldə edə bilməmişdilər. Ona görə də alim həmin əhvalatı
“Tarixe-Qum” kitabının əsli nüsхəsi əlində olan Nemətullah
Cəzairidən nəql etmişdir.
Sual: 356. “Munisul-həzin” kitabının Şeyx Səduqa aid olduğu
dəqiq deyilsə, ona istinad etmək olarmı?
217
Cavab: Biz də bu kitabın Şeyx Səduqa aid olduğunu iddia
etmirik. Amma bu münasibət həmin kitabın etibarsız olduğunu
göstərmir. İbn-Şəhr Aşub “Әl-mənaqib” kitabında uyğun kitabı
Həmmal Nişapuriyə aid edir. O bu kitaba istinadən imam Həsən
Müctəbadan bir möcüzə nəql edir.
1
Әllamə Məclisi də bu kərаməti “Әl-Mənaqib” kitabından nəql
etmişdir. O bu kitabın Həmmal Nişapuriyə aid olduğunu inkar etmir.
2
Mərhum Məclisidən öncə Seyyid Məhəmməd ibn Әbu-Talib
Həsəni “Təsliyətul-Məcalis” kitabında Fəttal Nişapurinin “Munisul-
həzin” kitabında hədis nəql edir və bu kitabın ona aid olmasını şübhə
altına almırdı.
Sual: 357. Nə üçün “Munisul-həzin” kitabını Şeyx Səduqa aid
etmişlər?
Cavab: Çox ehtimal ki, bu əhvalat Qum tarixi ilə bağlı olduğu
üçün həmin kitabın haşiyəsində yazılmış və sonradan haşiyədən mətnə
keçmişdir. Fəttal Nişapuri hicri 508-ci ildə şəhadətə çatmış, “Tarixe-
Qum” kitabının müəllifindən iki əsr sonra yaşamışdır. O, Şeyx
Səduqun müasiridir. Buna görə də kitab Şeyx Səduqa aid edilmişdir.
Çox olub ki, “Qamusur-rical” sahibi həmin kitabdan nümunələr
nəql etmişdir.
Beləcə, məlum olur ki, qədim dövrlərdə çap olmamış və kitablar
əlyazma yolu ilə yayılmışdır. Üz köçürmədə peşəkar olan bir çox
adamlar kitabın mövzularından yetərincə məlumatlı olmamışlar.
Sual: 358. Cəmkəran məscidinin xüsusi əhəmiyyəti nədir?
Cavab: Bu məscidin bir sıra əhəmiyyətləri var:
1. Cəmkəran məscidi Həsən ibn Məslə Cəmkəraninin imam
Mehdidən (ə) nəql etdiyi rəvayətə əsasən Allah-təalanın xüsusi
diqqətində olan məkanlarındandır.
2. Məscid həzrət Mehdinin (ə) göstərişi ilə tikildiyindən şərafət
və müqəddəsliyə malikdir.
3. Bu məsciddə qılınan namazın xüsusi savabları var. Həzrət
buyurdu: “Orada həmin iki namazı qılan şəxs beytül-Әtiqdə namaz
qılmış kimidir.”
1
“Әl-mənaqib”, c. 4, s. 8.
2
“Bihar”, c. 33, s. 327»
Dostları ilə paylaş: |