Bismillahir-Rəhmanir-Rəhim



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə61/93
tarix26.10.2018
ölçüsü4,36 Mb.
#75761
1   ...   57   58   59   60   61   62   63   64   ...   93
    Bu səhifədəki naviqasiya:
  • Sual

 
182 
8.  İmamın  qeybə  çəkilmə  amillərindən  biri  onun  əsrin  zalım 
hakimlərinə beyətə məcbur edilməməsidir.  
Şeyx Səduq imam Sadiqin (ə) dilindən nəql edir: “Qaim (Mehdi) 
öhdəsində kimsə ilə beyət olmayan bir halda qiyam edəcək.”
1
 
9. Hidayət bir neçə qisimdir: 
a)  Fitri  hidayət:  Bu,  fitrət  yolu  ilə  hidayətdir.  Qurani-Kərimdə 
oxuyuruq:  Üzünü  Rəbbinin  xalis  ayininə  doğru  tut.  O,  Allahın 
insanları  yaratdığı  vaxt  onlara  verdiyi  fitrətdir.  İlahi  yaranışda 
nizamsızlıq  yoxdur.  Budur  möhkəm  ayin.  Amma  xalqın  əksəri 
bilməz.”
2
 
b)  Təşrii  (şəriət  yolu  ilə)  hidayət:  Bu,  xalqın  onlar  arasındakı 
imam  vasitəsi  ilə  doğru  yola  yönəldilməsidir.  Qurani-Kərimdə 
oxuyuruq:  “(Öncə)  Xalq  bir  dəstə  idi.  (Onlar  arasında  ziddiyyət 
yarandı, tədricən təbəqələr əmələ gəldi.) Allah xalqa müjdə vermək və 
onu  qorxutmaq  üçün  peyğəmbərlər  seçdi.  Xalq  arasında  ixtilaflı 
məsələlərdə  mühakimə  üçün  haqqa  dəvət  edən  səmavi  kitab  nazil 
oldu...”
3
  
v)  Təkvini  (təbiət  qanunları  vasitəsi  ilə)  hidayət:  Bu,  varlıq 
nizamında  tədbir  tökməklə  hidayətdir.  Qurani-Kərimdə  oxuyuruq: 
“Kitabdan  elmi  olan  kəs  dedi:  “Gözünü  qırpmamışdan  qabaq  onu 
sənin yanına gətirəcəyəm.” (Süleyman) Onu (taxtı) yanında dayanmış 
gördü  və  dedi:  “Bu  mənim  Rəbbimin  fəzlindəndir.  Məni  imtahana 
çəkir ki, görən şükür, yoxsa küfr edəcəyəm?!”
4
 
q)  Batini  hidayət:  O,  təkvini  vilayətin  bir  şöbəsidir  və  istəyə 
çatdırma  mənasını  bildirir.  Qurani-Kərimdə  oxuyuruq:  Onları 
insanlara  rəhbər  etdik  ki, xalqı  bizə doğru hidayət etsinlər.  Hər  yaxşı 
işi,  xüsusilə  namazın  bərpası  və  zəkat  ödənməsini  onlara  vəhy  etdik, 
onlar da bizə ibadətə qatıldılar.”
5
  
Yuxarıdakı müqəddiməni nəzərdən keçirdikdə belə bir nəticə əldə 
edirik  ki,  həzrət  Mehdinin  (ə)  nazənin  varlığı  haqlı  olaraq  vəd 
olunmuş  günədək pərdə  arxasında  qalmalı,  yalnız zəmin  yarandıqdan 
sonra Allah-təalanın izni ilə zühur etməlidir. 
 
 
                                                 
1
 “Kəmalud-din”» 
2
 “Rum”, 30. 
3
 “Bəqərə”, 213» 
4
 “Nəml”, 40. 
5
 “Әnbiya”, 73. 


 
183 
 
Sual:  289.  Həzrət  Mehdi  (ə)  ilə  bağlı  şeyxiyyə  firqəsi  hansı 
əqidədədir? 
Cavab: Şeyx Әhməd Ehsainin rəyasəti ilə formalaşmış şeyxiyyə 
əqidəsinə  əsasən,  xüsusi  bir  şəhərdə  yerləşmiş  xüsusi  bir  bədən 
forması mövcuddur. O öz baxışına əsasən bu nəzəriyyə ilə üç mühüm 
və  dərin  fəlsəfi  məsələni  təhlil  etmişdir:  Peyğəmbərin  cismani  merac 
səfəri,  cismani  məad  və  imam  Mehdinin  (ə)  10  əsrdən  çox  çəkmiş 
həyatı.  Onun  əqidəsincə,  əsrin  imamı  qeyd  olunmuş  şəhərdə  qeyri-
maddi, xüsusi bir bədənlə yaşayır.  
Şeyx Әhməd Ehsai imam Mehdini (ə) diri və xüsusi bir aləmdə 
mövcud bilir.
1
  
O deyir: “O xüsusi varlıq iki xüsusi şəhərdən ibarət son mülkdür. 
Həzrət  Qaim  (Mehdi)  dünyada  misal  aləmində  deyil.”  O sözünə  belə 
davam edir: “Әsrin imamı qeyb dövründə həmin xüsusi aləmdədir və 
istədiyi  vaxt  bizim  aləmin  surətində  buraya  gəlir  və  kimsə  onu 
tanımır.” 
  
Sual:  290.  “Cabulqa”  və  “Cabursa”  dedikdə  hansı  şəhərlər 
nəzərdə tutulur? 
Cavab:  289-cu  sualda  Şeyx  Әhməd  Ehsainin  nəzərdə  tutduğu 
şəhərlər  «Cabulqa»  və  «Cabursa»  adlanırdı.  Bu  şəhərlər  haqqında 
Әbdül-Kərim  Səfipur  deyir:  «Cabursa  qərbdə  bir  şəhərdir  və  ondan 
sonra insan yoxdur. Cabulqa isə şərqin Cabulsaya qardaş şəhəridir.» 
Xələf  Təbrizi  deyir:  “Misal  aləmi  haqqında  deyirlər  ki,  Cabulqa 
və Cabursa müsul aləmində iki şəhərdir. Bu məsələni araşdıran alimlər 
bildirirlər  ki,  bu  mənzil  salikin  (haqq  yolçusunun)  son  mənzilidir. 
Sonra bildirilir ki, Cabulqa salikin ilk mənzilidir.
2
 
Qütbüddin  Şirazi  Cabulqa  və  Cabursa  şəhərləri  haqqında  deyir: 
“Bu iki şəhər müsul ünsürləri aləminin şəhərlərindəndir.”
3
  
Şeyx Әhməd Ehsainin tanınmış şagirdlərindən olan Seyid Kazim 
Rüşti  deyir:  “Cabulqa  və  Cabursa  xalqdan  haqqa  doğru  ilk  səfərdə 
qərar  tutur.  Bu  səfərin  müxtəlif  məhəlləri  var.  Onun  19-cu  məhəlli 
“xəzirətul-qüds”  adlanır  və  bu  məhəldə  misali  quşlar  qərar  tutur. 
Cabursa  və  Cabulqa  bu  şəhərin  iki  məhəllidir.  Bu  məhəllərdən  hər 
                                                 
1
 “İrşadul-əvam”, c. 2, s. 151. 
2
 “Burhani-qate”, c. 4, s. 552. 
3
 “Şərhe-hikmətul-işraq”, s. 517-556» 


 
184 
birinin  70000  qapısı  var.  Hər  bir  qapının  ağzında  70000  ümmət 
dayanır. Onlar bir-birləri ilə 70000 dildə danışır və heç bir dilin o biri 
dilə oxşarlığı yoxdur.”
1
  
 
Sual: 291. “Hurqəlya bədən” dedikdə hansı bədən nəzərdə tutulur? 
Cavab:  Şeyxiyyə  əqidəsinə  əsasən,  imam  Mehdi  (ə)  “hurqəlya 
bədəndə” yaşayır.
2
 
Şeyx  Әhməd  Ehsayi  bildirir  ki,  “hurqəlyə”  sabiin  dilindən 
götürülmüşdür və Suryani (Suriya) kökündəndir.  
Qütbüddin  Şirazi  deyir:  Cabulqa  və  Cabursa  müsul  ünsürlü 
dəyərlərdəndir. Hürqəlya müsul əflakındandır. Demək, hurqəlya daha  
üstündür.
3
  
Dediklərimizdən məlum olur ki, “hurqəlya aləm” dedikdə həmin 
misal aləmi nəzərdə tutulur. Çünki misal aləmi iki qisimdir: Başlanğıc 
və  son  aləmlər.  Deyilir  ki,  bu  aləmin  iki  şəhəri  var:  Cabulqa  və 
Cabursa. Misal aləmi maddi aləmlə ilahi aləm arasında qərar tuta bilər. 
Bu  fikir  işraqilər  tərəfindən  qəbul  edilir,  məşşailər  tərəfindən  rədd 
olunur.  
İşraqilər  misal  aləmini  iki  mərhələyə  malik  bilirlər:  Dünyadan 
əvvəlki bərzəx və dünyadan sonrakı bərzəx.  
 
Sual: 292. İmam Mehdinin (ə) varlığı ilə bağlı şeyxiyyə etiqadına 
hansı iradlar tutulur? 
Cavab: Bu əqidəyə qarşı bir çox iradlar var. Onlardan bəzilərini 
nəzərdən keçirək: 
1.  İmamın  hurqəlya  bədəndə  olmasını  iddia  etmək  əslində  onun 
yer  üzündə  olduğunu  inkar  etməkdir.  Həzrət  Mehdi  (ə)  bərzəx 
aləmində  yaşayırsa,  demək,  yer  üzü  höccətsizdir.  Bu  isə  mümkün 
deyil.  
2. İmam Mehdinin (ə) hurqəlya bədəndə olması onun yer üzündə 
mövcudluğunu sübuta yetirən əqli dəlillərə ziddir.  
3.  Şeyx  Әhməd  Ehsayi  Hurqəlya  aləmi  dünya  aləmi  ilə  axirət 
aləmi arasında təsəvvür edir. Hansı ki, misal aləmi də ilahi aləmdəndir.  
4.  Həzrət  Mehdinin  (ə)  Hurqəlya    bədəndə  yaşamasının  heç  bir 
dəlili yoxdur. Bu iddia heç bir əqli və nəqli dəlillə sübut olunmur.  
                                                 
1
 “Şərhe-hikmətul-işraq”, s. 5. 
2
 “Burhani-qate”, c. 4, s. 2391. 
3
 “Şərhe-Hikmətul-işraq”, s. 517-556. 


Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə