188
5. Buludlar günəşi aradan götürə bilmir, sadəcə, onun üzərinə
pərdə çəkir. Qeyb də belədir. İmam görünməsə də mövcuddur.
Sual: 299. Biz “fətrət”, yəni imamət cərəyanının qırıldığı
dövrdəyikmi?
Cavab: Әhməd Katib deyir: “Bəzi şiələr elə düşünürlər ki,
peyğəmbərlik cərəyanı qırıldığı kimi imamət cərəyanı da qırıla bilər.
Onlar öz iddialarını müəyyən rəvayətlərlə sübuta yetirirlər. Onlar
düşünürlər ki, Allahın qəzəbi bu cərəyanı qıra bilər. Onlar deyirlər:
“Hazırda həmin dövrdür.”
Әvvəla, Şeyx Müfid “Әl-füsulul-muxtarə” kitabında imam Həsən
Әsgəridən (ə) sonrakı müxtəlif quruplar haqqında danışdıqdan sonra
buyurur: “Amma yaşadığımız hazırkı dövrdə 12 imamçı şiədən başqa
firqə qalmayıb.”
1
İkincisi, Әhməd Katibin üz tutduğu rəvayətləri araşdırdıqda
görürük ki, bu rəvayətlər nəinki həzrətin mövcudluğunu inkar etmir,
hətta bu mövludu təsdiqləyir. Bəzi rəvayətləri nəzərdən keçirək:
Məhəmməd ibn Fərəc deyir: İmam Әbu-Cəfər mənə yazdığı
məktubunda bildirirdi: “Әgər Allah-təala öz xalqına qəzəblənsə bizi
onlardan uzaqlaşdıracaq.”
2
Bu rəvayət aşkar şəkildə həzrət Mehdinin (ə) mövludunu
təsdiqləyir. Rəvayətdən məlum olur ki, o mövcuddur, amma
nəzərlərdən qeybdədir.
Üçüncüsü, bu rəvayətlər sənəd baxımından zəifdir. Mərhum
Məclisi də bu məsələni qeyd etmişdir.
Dördüncüsü, bu rəvayətlər qrupu mütəvatir rəvayətlərə ziddir.
Mütəvatir rəvayətlərdə bildirilir ki, yer üzü heç vaxt höccətsiz ola
bilməz.
Sual: 300. Həzrət Mehdi (ə) qeyb dövründə hansı işləri görür?
Cavab: Böyük qeyb dövründə həzrətin çox mühüm işləri var. O
zahiri hakimiyyətə malik olmasa da, bütün işlərə nəzarət edir və
müəyyən işlərə qatılır.
İmamət və rəhbərlik şəni onu öz vəzifəsini ən üstün şəkildə
yerinə yetirməyə sövq edir. Həzrətin ömrü Allaha itaət yolunda keçir.
İmam öz ictimai vəzifələrini insanların ümumi faydası istiqamətində
1
“Әl-füsulul-muxtarə”, s. 259.
2
“Kafi”, c. 1, s. 343.
189
yerinə yetirir. İnsanların hidayəti, müxaliflərə qarşı möminlərə yardım,
müşkül məsələlərin həlli, fərdlərin moizə-nəsihəti, xəstələrə şəfa,
yolda qalmışlara bələdçilik, elm və maarif təlimi, ehtiyaclılara iqtisadi
yardım, çətinliyə düşənlərin fəryadına çatmaq həzrətin işlərindəndir.
Həzrətin mühüm işlərindən biri də şiə cəmiyyətini nizama salmaq,
elmi hövzələri tarix boyu nəzarətdə saxlamaqdır.
Sual: 301. İmamın hadilik, tərbiyəçilik vəzifəsi onun qeybdə
olması ilə bir araya sığırmı?
Cavab: Kəlam, fəlsəfə və irfan kitablarına müraciət etdikdə
imamətin iki təfsiri ilə rastlaşırıq:
1. Kəlam əsasında tərif: İmamət dini və dünyəvi işlərə bir nəfər
vasitəsi ilə rəyasətdir.
1
2. Fəlsəfi-irfani tərif: İmamət peyğəmbərlik kimi bir mənsəbdir,
bu iki məqam arasında vəhydən savay fərq yoxdur. Peyğəmbərliyə aid
olan bütün vəzifələr (vəhydən savay) imamətə də aiddir. İmamət eyni
zamanda insanları zəruri kamala çatdırmaq üçün batini yardımdır.
Uyğun tərifə əsasən, din və dünya işlərinə rəyasət bu mənada
imamət şənindəndir. 12 imamçı şiə əqidəsinə əsasən bu məna
mötəbərdir. Bu səbəbdən də imamət dinin üsulu sayılmışdır.
Әllamə Təbatəbai buyurur: “İmamət itaət məqamıdan üstün bir
həqiqət, din və dünya rəyasəti, yer üzündə xilafət və canişinlikdir.”
2
İmamətin məna dərinliyi budur ki, o batini bir hidayət olub, xalq
üzərində vilayətdir. Bu hidayət istəyə doğru səydən başqa bir şey deyil.
Mütəkəllimlər (kəlam alimləri) imamətə verdikləri tərifdə bir
neçə dəlilə əsaslanır: Lütf qaydası, şəriətin hifzi zərurəti, Allah dininin
aydınlaşdırılması. Bütün bunlar imamın xalq arasında hüzuru ilə təmin
edilir.
Soruşula bilər ki, bu lütf imamın qeybi ilə necə uyğun gəlir?
Әvvəla, Sahibəzzəman şəriətin ümumi hifz edənidir. O batil
ittifaqa qarşıdır.
İkincisi, ilahi lütfün müxtəlif dərəcələri var. Әziyyət zamanı daha
çox lütf gətirən iş öndə gəlir. İmamın hüzurunda xalq ilahi lütfə çatsa
da, onun qeybi zamanı gerçəkləşən lütf daha mühümdür. Qeyb
fəlsəfəsi haqqında danışarkən bu məsələyə işarə olundu. İmamətin
ikinci tərifi irfani tərifdir. Bu tərifə əsasən imamət insanların batininə
1
“Nəhcul-Mustərşədin”, s. 62.
2
“Әl-Mizan”, c. 1, s. 271.
190
nüfuz edə bilən bir həqiqətdir. Bu hidayət sayəsində insanlar məqsədə
çatır.
İmamətə verilən bu tərif qeyblə uyğun gəlir. İmam qeyb
dövründə də nəzərdə tutulan işləri görə bilir. Qeyb dövrü boyu həzrətə
bu sayaq yardımlar göstərilmişdir.
1
Sual: 302. İmam qeybdə ikən onu necə tanımaq olar?
Cavab: Müxtəlif firqələrə aid mənbələrdəki rəvayətlərə əsasən
Peyğəmbər (s) buyurmuşdur: “Dövrünün imamını tanımadan ölən kəs
cahiliyyət dövründə ölmüş kimidir.”
2
Bəs qeybdə olan imamı necə
tanımaq olar?
İmamı tanımaq dedikdə onu zahiri baxımdan tanımaq nəzərdə
tutulmur. Məqsəd imamın məqamını, Allahın yanındakı yerini
tanımaqdır. İmam şəriəti qoruyan kəsdir. O, təkvini və təşrii feyz
vasitəsidir. O, Allahın izn və iradəsi ilə insanların batininə təsir
göstərir, onları haqqa yönəldir. O bütün əvvəl və axır elmlərin
toplumudur.
Bütün bu məlumatları imamı görmədən də əldə etmək olar.
Sual: 303. Hansı dəlilə əsasən bu zaman “axirüz-zəman”, “son
dövr” adlanır?
Cavab: İslami rəvayətlərdə axirüz-zəmanın, yəni dünyanın
sonunun əlamətləri zikr olunmuşdur. Bu nişanələr həyata keçdikcə
anlayırıq ki, hazırda həmin dövrdə yaşayırıq. Bu əlamətlərdən
bəzilərini yada salaq:
1. Qorxu və ümidsizliyin artması – İmam Baqir (ə) buyurur:
“Qorxu və ümidsizlik hakim olmayınca həzrət Qaim qiyam etməz.”
3
Başqa bir hədisdə həzrət buyurur: “İmam cəmiyyətin işləri
zalımların əlində olan vaxt qiyam edər.”
4
2. Məscidlərin hidayətdən uzaqlığı – Həzrət Peyğəmbər (s)
axirüz-zamanda məscidlərin vəziyyəti haqqında buyurur: “Həmin
dövrün məscidləri zahirən abad və gözəldir. Amma bu məscidlərdə
hidayət və tərbiyədən xəbər yoxdur.”
5
1
“Әl-Mizan”, c. 14, s. 304.
2
“Şərhe-Məqasid”, c. 2, s. 375.
3
“Nemani”; “Әl-Ğeybət”, s. 235»
4
“İbn-Tavus, “Məlahim”, s. 77.
5
“Bihar”, c. 2, s. 190.
Dostları ilə paylaş: |