Bismillahir-Rəhmanir-Rəhim



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə64/93
tarix26.10.2018
ölçüsü4,36 Mb.
#75761
1   ...   60   61   62   63   64   65   66   67   ...   93
    Bu səhifədəki naviqasiya:
  • Sual

 
191 
3.  İnsanlar  arasında  soyuqluq  – Həzrət  Peyğəmbər  (s) bu  barədə 
buyurur:  “Həmin  dövrdə  böyüklər  tabeçiliklərində  olanlara  və 
kiçiklərə rəhm etməz. Güclü zəifə rəhm göstərməz. Allah həmin vaxt 
ona (Mehdiyə) qiyam izni verər.”
1
  
4.  Әxlaqi  pozğunluqların  çoxalması  –  Həzrət  Peyğəmbər  (s) 
buyurur:  “Nə  qədər ki,  qadın günün günorta  çağı  aşkar  şəkildə  yolun 
ortasında  təcavüzə  məruz  qalmır  və  həmin  işə  görə  məzəmmət  edən 
var, qiyamət qopmaz.”  
Məhəmməd ibn  Müslim  deyir:  “İmam Baqirə  (ə)  ərz  etdim:  “Ey 
Allah  rəsulunun  övladı!  Sizin  qaim  nə  vaxt  zühur  edəcək?”  İmam 
buyurdu: “Kişilər özünü qadına, qadınlar özünü kişiyə oxşatdığı vaxt. 
O vaxt ki, kişilər kişilərlə, qadınlar qadınlarla kifayətlənər.”
2
 
5. Az övlad istəyi -  İslam peyğəmbəri buyurur: “Beş övladı olan 
dörd  övlad  arzusuna  düşməyincə  qiyamət  qopmaz.  Həmin  vaxt  dörd 
övladı olan “kaş üç övladım olaydı”, üç övladı olan “kaş iki övladım 
olaydı”, iki övladı olan “kaş bir övladım olaydı”, bir övladı olan, “kaş 
övladım olmayaydı” deyər.
3
  
6. Qəfil ölümlər –Həzrət Peyğəmbər (s) buyurur: “Ağ ölüm, yəni 
qəfil ölüm zahir olmayınca qiyamət bərpa olmaz.”
4
  
7.  Müharibə  və  qırğınlar  –  İmam  Riza  (ə)  buyurur:  “Həzrət 
Mehdinin  (ə)  zühurundan  öncə  ardıcıl  və  aramsız  qırğınlar  baş 
verəcək.”
5
 
 
Sual: 304. Necə ola bilər ki, imam aramızda olsun, amma biz onu 
tanımayaq? 
Cavab:  Həzrət  Mehdinin  (ə)  böyük  qeyb  dövründəki  məxfiliyi 
barədə iki nəzəriyyə var: 
Nəzəriyyələrdən  birinə  əsasən  həzrət  Mehdi  (ə)  şəxsən  məxfidir. 
Yəni o bizdən uzaqdadır, kimsənin əli çatmayan yerdə yaşayır.  
İkinci  nəzəriyyəyə  əsasən,  həzrət  Mehdi  (ə)  şəxs  olaraq  məxfi 
deyil. O bizim aramızdadır, amma biz onu tanımırıq. İkinci nəzəriyyə 
bir növ ünvanın məxfiliyindən ibarətdir.  
 
                                                 
1
 Həmin mənbə, c. 52, s. 380. 
2
 “Kəmalud-din”, c. 1, s.331. 
3
 “Firdovsul-əxbar”, c. 5, s. 227. 
4
 “Әl-faiq”, c.1, s. 141. 
5
 Nemani, “Әl-Ğeybət”, s. 271. 


 
192 
Sual:  305.  Həzrət  Mehdinin  (ə)  varlığına  imanı  necə 
gücləndirmək olar? 
Cavab:    Bu  istiqamətdə  imanı  gücləndirmək  üçün  bir  neçə  yol 
var: 
1. Әqli dəlilləri araşdırmaqla həzrət Mehdinin (ə) mövcudluğuna 
imanı gücləndirmək olar.  
2. Quran ayələrini və rəvayətləri araşdırmaqla həzrət Mehdinin (ə) 
mövcudluğuna dərin iman əldə etmək olar. 
3.  Həzrət  Mehdinin  (ə)  hüzurunda  olmuş,  onunla  görüşmüş 
insanların haqqında mütaliə etməklə insan uyğun istiqamətdə imanını 
gücləndirə bilər.  
4.  Həzrətə  xitabən  tərtib  olunmuş  bu  duaları  oxumaqla  onun 
mövcudluğuna iman güclənə bilər. 
 
Sual: 306. Sahibəzzaman qeyb dövründə xalqı necə hidayət edir? 
Cavab: 1. Təşrii hidayət (şəriət  yolu ilə tərbiyə): Xalq üçün şəri 
hökmlərin  və  ilahi  maarifin  bəyanı.  Bu  növ  hidayət  adətən  imamın 
iştirakı ilə təmin olunur.  
2.  Batini  hidayət:  Belə  bir  hidayət  insana  daxili  yardımlarla 
müşayiət  olunur.  Bu  hidayət  təkvini  hidayət  növüdür  və  onun 
gerçəkləşməsi üçün imamın hüzuruna, xalqla görüşünə ehtiyac yoxdur. 
İmam  qeybdə  ola-ola  batini  hidayət  gerçəkləşə  bilər.  Daxilində 
təlatüm  qopmuş  insanlar  Allahın  iradəsi  ilə  Sahibəzzaman 
nahiyəsindən qəlbən hidayət olur.  
3.  Şiələr  həzrət  Mehdinin  (ə)  bir  çox  başqa  hidayətlərindən  də 
bəhrələnir. Yol azanlara bələdçilik, xəstələrə şəfa bu qəbildəndir. 
 
Sual: 307. Milad bayramlarının hansı təsirləri var? 
Cavab:  Həzrət  Mehdinin  (ə)  mövlud  mərasimlərinin  bir  sıra 
müsbət təsirləri var. Onlardan bəzilərini nəzərdən keçirək: 
1. Şiələr hər il xüsusi bir gündə həzrət Mehdini (ə) yad edərək bir 
yerə  toplaşır.  Həzrətə  məhəbbətlərini  bildirməklə  qəlblərində  onun 
xatirəsini canlandırırlar.  
2.  Bu  sayaq  bayramlar  insanın  ruhuna  müsbət  təsir  göstərir, 
zühura olan etiqadı möhkəmləndirir.  
3.  Bu  bayramlarda  həzrətin  kamillik  və  fəzilətləri  yada  salınır, 
nəticədə xalq həzrətə təvəssül edərək Allaha yaxınlaşır.  
4.  Bu  mərasimlərdə  ehsanlarla,  şirni  paylamaqla  xalqın  könlü 
açılır, zəiflər təbəqəsi maddi baxımdan bəhrələnir.  


 
193 
5.  Belə  bir  mərasim  xalqı  Allaha  doğru  dəvət  üçün  münasib 
fürsətdir.  
 
Sual:  308.  Saleh  insanların  imamla  görüşünü  necə  sübut  etmək 
olar? 
Cavab: Yuxarıdakı sual əslində iki hissədən təşkil olunmuşdur: 
1. Bəzilərinin həzrətlə görüş iddiasını necə sübut etmək olar? 
2. Necə bilmək olar ki, bu görüşdə onlar şəxsən həzrəti görmüşlər? 
İlkin  olaraq  deyə  bilərik  ki,  biz  hər  görüş  iddiasında  olanın 
sözünü  qəbul  etmirik.  Belə  bir  görüşün  həqiqiliyi  yalnız  dəlillər 
əsasında qəbul edilir.  
Bu  şəxs  doğru  danışan  olmalı,  kimsə  ondan  yalan,  xilaf  əməl, 
ədalətsizlik görüb-eşitməməlidir.  
Digər  bir  nöqtə  budur  ki,  həzrətlə  görüş  iddiasında  olan  şəxsin 
dedikləri həqiqətə uyğun olmalı, qeybi xəbərlərlə münasib gəlməlidir.  
İkinci sualın cavabında deyə bilərik ki, həzrətlə görüş iddiasında 
olanlar  özləri  müəyyən  dəlillər  gətirmiş,  hər  biri  həzrətin  varlığını 
sübut edən möcüzələr və qeybi xəbərlərə şahid olmuşlar.  
Onlar  bu  yolla  məhz  həzrətlə  görüşdüklərinə  əmin  olmuş  və  bu 
xəbəri bizə nəql etmişlər.  
 
Sual:  309.  Sahibəzzaman  məhəbbətini  qəlblərdə  necə  diriltmək 
olar? 
Cavab:  İnsanların,  xüsusi  ilə  gənclərin  qəlbində  Sahibəzzaman 
məhəbbətini  diriltməyin  müəyyən  yolları  var.  Onlardan  bəzilərini 
nəzərdən keçirək:  
1.  Qəlbini  Allah  vəlisinin  eşqi  ilə  doldurmaq  istəyənlər  öncə  bu 
qəlbi 
paka 
çıxarmalıdır. 
Həm 
də 
nəfs 
çirkin 
sifətlərdən 
təmizlənməlidir.  
Bu  səbəbdən  də  əxlaq  ustadları  haqq  yol  yolçusu  (salik)  üçün 
ilkin mərhələdə  nəfsin  təmizlənməsini zəruri saymışlar.  Demək,  öncə 
nəfs 
çirkinlikdən 
təmizlənməli, 
sonra 
əxlaqi  gözəlliklərlə 
zinətlənməlidir.  
2.  Gücümüz  çatan  və  qarşı  tərəfin  qəbul  edəcəyi  həddə  imamın 
məqam  və  kamilliklərini  bəyan  edək.  Həzrətin  xalqın  halından 
xəbərdarlığını,  ilahi  rəhmaniyyət  məzhəri  olduğu,  daim  şiələr 
haqqında düşündüyü nəql edilməlidir.  
İnsan  zatən  və  fitrətən  kamillik  aşiqidir.  Digər  bir  tərəfdən, 
insanda  kiməsə  qarşı  belə  bir  eşq  yarandıqda  ona  müti  olur. 


Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə