269
Cavab: Qəti şəkildə iddia etmək olar ki, həzrət Mehdinin (ə)
hökuməti dünyanın heç bir mövcud hökumətinə oxşamır:
Әvvəla, həzrət Mehdi (ə) öz zühur dövründə İslamı tam mənada
ədalət hökuməti proqramı olaraq bərpa etməlidir. Bildiyimiz kimi,
İslam proqramları dünyanın heç bir mövcud hökumətinin proqramı ilə
oxşar deyil.
İkincisi, dünyanın mövcud hökumətləri zülm-sitəm üzərində
qurulmuşdur.
Demokratik
hakimiyyətlərdə
haqq-ədalətə
yox,
çoxluğun rəyinə əsaslanır. Bu quruluşlarda azlıqların haqqı pozulur.
Әdalətsizliyin aradan qaldırılması Mehdi (ə) hökumətinin əsas
məqsədlərindəndir.
Üçüncüsü, dünyanın bütün mövcud quruluşları maddiyyat
üzərində qurulmuşdur və bu quruluşlarda ilahi dəyərlər əsas
götürülməmişdir. Həzrət Mehdinin (ə) hakimiyyəti isə mənəviyyat,
insanın Allahla rabitəsi, cisim və ruhun tərbiyəsi üzərində
qurulmuşdur. Bu səbəbdən də həzrətin hökumətinin bütün qanunları
ilahi qanunlar olacaq.
Dördüncüsü, İmam Mehdinin (ə) hökumətində bəşəriyyətin bütün
maddi və mənəvi ehtiyacları nəzərə alınır. Bu səbəbdən də rəvayətdə
bildirilir ki, bu dövlət son dövlətdir.
1
Sual: 482. İmam Mehdi (ə) zalımlarla və ilahi hədlərin icrası
üçün necə rəftar edəcək?
Cavab: İmam Mehdinin (ə) hökumətində sazişçilik yoxdur. Bu
hökumətdə ilahi hökmlər qəti şəkildə icra olunar. Kimlərinsə qınağı və
zoru nəzərə alınmaz və günahkarlar ciddi şəkildə cəzalandırılar.
İmam Baqir (ə) buyurur: “Qaim qiyam ... Әrəblərlə ciddi rəftar
olunar, sözü qılınc deyər, ilahi qanunların icrasında kimsənin qınağı
maneçilik törətməz.”
2
İmam Kazim (ə) buyurur: “Allah-təala bizim ailədən olan on
ikinci imam üçün bütün çətinlikləri asanlaşdırar. Onun əli ilə hər bir
zalım məhv edilər, hər bir azğın şeytan aradan götürülər.”
3
Sual: 483. Zühur dövründə insanların həyatı sahmana düşərmi?
1
“Elamul-vəri”, s. 432.
2
“Nemani, “Әl-ğeybət”, s. 233.
3
“Kəmalud-din”, c. 2, s.369.
270
Cavab: Həzrət Mehdi (ə) və zühur dövrü ilə bağlı nəql olunmuş
ziyarətnamələrdə və rəvayətlərdə bildirilir ki, əsl və düzgün həyat
imam Mehdinin (ə) əbədi təlimləri sayəsində təmin olunar. Həzrət
Mehdi (ə) haqqında ziyarətnamədə oxuyuruq: “Salam olsun həyat
baharına və dövrün təravətinə...”
1
İmam Hüseyn (ə) buyurur: “Bizim ailədə on iki Mehdi var...
Onların sonuncusu mənim doqquzuncu övladımdır. O haqq olaraq
qiyam qaldırar, Allah onun əli ilə ölü yeri dirildər...”
2
İmam Sadiq (ə) buyurur: “Yer üzü zalım hakimlərin sitəmi ilə
öldükdən sonra Allah onu Qaimin ədaləti ilə dirildər...”
3
Sual: 484. İmam Mehdinin (ə) proqramlarının sərlövhəsi nədir?
Cavab: Bütün yer üzündə ədalətin bərpası imam Mehdinin (ə)
inqilabi amallarının birincisidir. Bu sərlövhə bütün peyğəmbərlərin
proqramlarında öndə gəlir. Peyğəmbərlər, adətən, ədalətin bərpası
üçün savaşa qalxmış, mübarizə aparmışlar...
İmam Hüseyn (ə) buyurur: “Dünyanın ömründən bir gün qalmış
olsa belə, Allah həmin günü uzadar ki, mənim övladlarımdan olan
şəxs qiyam etsin və yer üzünü zülm-sitəm bürüdükdən sonra onda
ədaləti yaysın.”
4
Sual: 485. Həzrət Mehdinin (ə) ədalətin yayılmasında əldə
edəcəyi müvəffəqiyyətə hansı amillər təsir göstərir?
Cavab: Bu quruluşda həm ədalətə əsaslanan qanunlar, həm də bu
qanunları icra edən şəxsin kimliyi mühüm rol oynayır. İmamət
quruluşunda haqq-ədaləti bərpa etməli olan imam kamil bir nümunədir.
Həzrət Mehdinin (ə) müvəffəqiyyətini təmin edən amillərdən biri
zühur dövründə ağılların kamilləşməsidir. Hədislərə əsasən, ədalət
ağıl, zülm isə cəhalətin ünsürüdür.
5
Sual: 486. Zühurdan sonra həzrət Mehdinin (ə) şəxsi
keyfiyyətləri necə olacaq?
1
“Məfatihul-Cinan”, s. 531.
2
“Kəmalud-din”, c. 1, s.317.
3
“Nemani, “Әl-ğeybət”, s. 25.
4
“Kəmalud-din”, c. 1, s.318.
5
“Kafi”, c. 1.
271
Cavab: İmam Mehdi (ə) bütün peyğəmbərlər və ilahi övliyalar
kimi sadə həyat tərzi keçirər, ucuz libaslar geyər, sadə xörəklərlə
qidalanar.
1
Sual: 487. Zühur dövründə ictimai asayiş necə olacaq?
Cavab: İmam Mehdi (ə) bəşəriyyətin tarix boyu görmədiyi
ictimai asayiş yaradacaq. İmam Sadiq (ə) “Nur” surəsinin 55-ci
ayəsinin həzrət Mehdiyə aid olduğunu bildirir.
Sual: 488. Zühur dövründə insanların əqli inkişafı və elmi
tərəqqisi hansı səviyyədə olacaq?
Cavab: Peyğəmbərlərin dəvəti əsasən elm və biliyin, təcrübənin
genişlənməsində rol oynayır. İman bilik və mərifətin budaqlarından
sayılır. Peyğəmbərlər insanlara yaşayış qanunlarını, onun məqsəd və
nəticələrini öyrədirdilər.
İnsanın yaranışında məqsəd onun təkamülü olduğundan bu hədəf
nə vaxtsa gerçəkləşməlidir. Bütün məqsədlərin gerçəkləşdiyi zühur
dövründə insanın mərifəti, biliyi təkamül həddinə çatır.
Bu yolla iki əsas mehvər gerçəkləşir:
1. Elm artdıqca, kainatın sirləri açıldıqca allahşünaslığın sütunları
möhkəmlənir ;
2. Elm və biliyin genişlənməsi bəşər cəmiyyətinin təşkilində və
rifah əldə olunmasında zəmin olur.
Həzrət Peyğəmbər (s) buyurur: “Onların doqquzuncusu Qaimdir
(ə), Allah onun əli ilə yer üzünü qaranlıqdan işığa çıxarar, ədalətlə
doldurar...”
2
İmam Baqir (ə) buyurur: “Bizim Qaim (ə) zühur edəcəyi vaxt
firqələrin ağıl gücünü mərkəzləşdirər, düşüncələri kamal həddinə
çatdırar.”
3
Sual: 489. Həzrət Mehdinin (ə) zühur dövrü tərbiyəvi inkişaf
baxımından necədir?
Cavab: Tərbiyəvi təkamül Mehdi (ə) qiyamının mühüm
proqramlarındandır. Həzrət digər proqramlarını icraya qoymaq üçün
məhz bu nöqtədən başlayır.
1
“Nemani, “Әl-ğeybət”, s. 233.
2
“Kəmalud-din”, c. 1, s.260.
3
“Bihar”, c. 52, s. 336.
Dostları ilə paylaş: |