266
İkincisi, qeyd olundu ki, həzrətin 313 nəfərdən əlavə on min nəfər
civarında yardımçısı olar.
Üçüncüsü, 313 nəfər yardımçının olması zühur üçün yetərli amil
yox, sadəcə şərtdir.
Zühurdan sonrakı tarix
Sual: 475. Zühur dövründə hamı bir əqidədəmi olacaq?
Cavab: Vahid cəmiyyət və vahid ümmətin təşkil olunması üçün
vahid dünyagörüşü və vahid etiqada ehtiyac var.
Zühur dövründə bütün yer üzündə vahid bir dünyagörüşü hakim
olacaq.
Həqiqi xilaskar olan Mehdinin (ə) proqramları əbədi haqq-ədalət
qanunları üzərində qurulmuşdur.
İmam Әli (ə) Malik ibn Həmzəyə buyurur: “Həmin vaxt bizim
Qaim (ə) qiyam edər və bütün xalq bir əqidə ətrafında birləşər.”
1
İmam Sadiq (ə) buyurmuşdur: “And olsun Allaha, ey Müfəzzəl!
İmam Qaim (ə) millətlər və ayinlər arasından ixtilafları götürər və
hamıya bir din hakim olar.”
2
Sual: 476. İmam Mehdi (ə) dünyaya hansı dinlə hakimlik edər?
Cavab: İmam Mehdinin (ə) etiqad etdiyi və zühur dövründə
əsaslandığı din İslamdır. Bu müddəanı bir neçə dəlillə sübuta yetirmək
olar:
1. Həzrət Mehdi (ə) İslam peyğəmbərinin (s) son canişini
olduğundan onun hakimiyyəti İslama əsaslanacaq.
2. Mütəvatir rəvayətlərə əsasən bu hökumət haqq-ədalət
hökumətidir. Kamil ədalət isə yalnız İslamdadır.
3. Rəvayətlərə əsasən həzrət Mehdi (ə) İslam ümmətinə hakim
olacaq. Bu da öz növbəsində onun İslama əsaslanacağını göstərir.
4. Bir qrup rəvayətdə bildirilir ki, həzrət Mehdi (ə) zühur
etdikdən sonra İslam hökmlərini və peyğəmbər sünnəsini həyata
keçirəsidir.
3
5. İslam peyğəmbəri (s) və əhli-beytdən (ə) nəql olunmuş
mütəvatir rəvayətlərə əsasən, imam Mehdi (ə) yer üzündə ədaləti
bərpa edəcək. Bu prinsiplər isə yalnız İslamda mövcuddur.
1
“Nemani, “Әl-ğeybət”, s. 206.
2
“Bihar”, c. 53, s. 4.
3
“Әl haviyyu lil-fətavi”, c. 2, s. 126.
267
Sual: 477. Həzrət Mehdinin (ə) zühur dövründə yer üzündə
qeyri-müsəlman qalacaqmı?
Cavab: Rəvayətlərdən məlum olur ki, həzrət Mehdinin (ə)
hakimiyyəti dövründə qeyri-müsəlman olmayacaq.
İbn-Bəkir nəql edir ki, həzrət Әbül-Həsən “Ali-İmran” surəsinin
83-cü ayəsini təfsir edərkən buyurur: “Ayə Qaimin şənində nazil
olmuşdur. Qaim zühur edən vaxt yəhudiləri, məsihiləri, sabiiləri, şərq
və qərbin kafirlərini İslam dininə dəvət edər. Öz meyli ilə qəbul
edənlərə namaz, zəkat və digər vacib əməllər əmr olunar. İslamı qəbul
etməkdən imtina edənlərin boynu vurular. Şərq və qərbdə bir Allaha
pərəstiş edənlərdən savay kimsə qalmaz...”
1
Amma bəzi rəvayətlərdə bildirilir ki, yəhudilər və məsihilər
qiyamət gününədək qalacaq.
Әbu-Bəsir deyir: İmam Sadiqdən (ə) zühur dövründə zimmə
əhlinin, yəhudilərin və məsihilərin vəziyyəti haqqında soruşdum.
Həzrət buyurdu: “Onlarla peyğəmbərsayaq rəftar olunar, onlar da itaət
göstərib cizyə verərlər.”
2
İmam Baqir (ə) buyurur: “Həzrət Qaim (ə) ona görə Mehdi
adlandırılır ki, Tövrat və digər səmavi kitabları Antakiyadakı
mağaradan çıxarıb yəhudilərlə Tövrat, məsihilərlə İncil, Zəbur əhli ilə
Zəbur, Quran əhli ilə Quran əsasında rəftar edər.”
3
Bu baxışı Quran ayələri də təsdiqləyir.
4
Sual: 478. Zühur dövründə hansı məzhəb hakimdir?
Cavab: Heç şübhəsiz ki, İslam Allah tərəfindən təsdiqlənmiş son
dindir. Bu səbəbdən də Allah Öz peyğəmbərini “Xatəmun-nəbiyyin”
adlandırmışdır. Maraqlıdır ki, zühur dövründə hansı İslam məzhəbi
hakim olacaq?
Ayə və rəvayətlərdən məlum olur ki, zühur dövründə İslam dini
hakimdir. “İkmal” ayəsini nəzərə aldıqda isə həmin dövrdə şiə
məzhəbinin hakim olacağı sübuta yetir. Allah-təala buyurur: “Bu gün
sizin dininizi kamil etdim, sizə olan nemətlərimi tamamladım və din
olaraq sizin üçün İslamı bəyəndim.”
5
1
“Bihar”, c. 52, s. 340.
2
“Bihar”, c. 52, s. 376-381.
3
“Nemani, “Әl-ğeybət”, s. 125.
4
Bax: “Ali-İmran”, 55; “Maidə”, 14.
5
“Maidə”, 3.
268
Bəs həmin gün nə baş vermişdir? Rəvayətlərdən məlum olur ki,
bu ayə Qədire-Xum hadisəsi ilə bağlı nazil olmuşdur. Qədire-Xum
hadisəsi həzrət Peyğəmbərin (s) həzrət Әlini (ə) özünə canişin təyin
etməsindən ibarətdir. Demək, zühur dövründə Allahın bəyəndiyi din
bütün dinlərə qalib gələcək. O dövrün hakim məzhəbi isə həzrət Әli (ə)
və onun on bir məsum övladının imamətini qəbl edən şiə məzhəbidir.
Sual: 479. Həzrət Mehdi (ə) zühur etdikdən sonra əqidə
azğınlıqları ilə necə mübarizə aparacaq?
Cavab:
Həzrət
Mehdinin
(ə)
zühur
dövründə
əsas
çətinliklərindən biri cəmiyyətdə Allah dini ilə bağlı yanlış düşüncənin
rəvac tapmasıdır. Bu sayaq yanlışlıqlar əsrlər boyu cəmiyyətdə kök
atmışdır. Müsəlmanlıq iddiasında olub, dini təlimləri təhrif edən
şəxslə mübarizə aparmaq kafirlə mübarizədən daha çətindir. Quran və
hədisləri yanlış təfsir edənlər üç hissəyə bölünür: dünyapərəst və asılı
ruhanilər; sərmayədarlar və kübarlar; adı müsəlman olan hökumətlər.
İmam Sadiq (ə) buyurur: “Qiyam zamanı Qaimin cahillərdən
çəkdiyi əziyyət peyğəmbərin cahil xalqdan çəkdiyi əziyyətdən ağırdır.
Peyğəmbər zühur edən vaxt xalq daşa-taxtaya pərəstiş edirdi. Qaim
zühur etdikdə isə insanlar öz mövqelərini Quran ayələri ilə sübut
etmək istəyəcək.”
1
Sual: 480. İmam Mehdinin (ə) hökumətində millətçilik əsas
götürülürmü?
Cavab: Həzrət Mehdinin (ə) hökumətində heç bir milli və irqi
ayrıseçkiliyə yer yoxdur. Bu müddəanın bir sıra dəlilləri var:
1. Həzrətin dəvəti İslam hökmlərinə əsaslanır və İslam
hökmlərində milli, irqi ayrıseçkiliyə yer yoxdur.
2. Həzrət Mehdinin (ə) dəvəti ümumdünyəvidir. Belə bir dəvətdə
milli və irqi ayrıseçkiliyə yol verilə bilməz.
3. Bəzi rəvayətlərə əsasən, həzrət Mehdinin (ə) hakimiyyəti
ədalət hökumətidir və ayrıseçkiliyə müxalifdir.
4. Rəvayətlərə əsasən, həzrət Mehdi (ə) Allah rəsulunun yolunu
gedəcək.
Sual: 481. Həzrət Mehdinin (ə) hökuməti digər hökumətlərə
oxşayırmı?
1
“Nemani, “Әl-ğeybət”, s. 297.
Dostları ilə paylaş: |