275
Sual: 497. Həzrət Mehdi (ə) yeni bir din gətirəcəkmi?
Cavab: Bəziləri elə düşünür ki, həzrət Mehdi (ə) zühur dövründə
yeni bir din gətirəcək. Hansı ki, Quran buyuruqlarına əsasən, İslam
peyğəmbəri (s) son peyğəmbərdir, onun dini son dindir. Hədis
mənbələrinə müraciət etdikdə görürük ki, həzrətin yeni din gətirməsi
ilə bağlı heç bir məlumat verilmir. Həzrətin zühur dövründə məsələləri
yenidən araşdırması yeni şəriət kimi başa düşülməməlidir. Həzrət yeni
üsullardan istifadə etsə də, onun məqsədi cəddinin şəriətini
dirçəltməkdir.
Sual: 498. Həzrət Mehdinin (ə) “yeni sultan” olması nə deməkdir?
Cavab: Bir rəvayətdə nəql olunur ki, imam Baqir (ə)
buyurmuşdur: “And olsun Allaha! Sanki xalqın rükn və məqam
arasında Mehdiyə səmadan enmiş yeni sultan kimi beyət etdiyini
görürəm.”
1
Bu sualla bağlı bəzi ehtimallar var:
1. Yeni sultan dedikdə yeni üsul, yeni yanaşma nəzərdə tutulur.
Elə bir üsul ki, bəşəriyyət heç bir dövlətin tarixində bu üsulla
rastlaşmamışdır.
2. Elə bir səltənət ki, bütün səltənət və hökumətlərə münasibətdə
yenidir.
Sual: 499. İmam Mehdinin (ə) yeni bir əmrlə qiyamı nə deməkdir?
Cavab: İmam Baqir (ə) bir rəvayətdə buyurur: “Mehdi xüruc
etdiyi vaxt yeni əmrlə qiyam edəcək.”
2
“Yeni əmr” ifadəsi ilə bağlı
müəyyən ehtimallar var:
1. “Yeni əmr” dedikdə yeni tələb nəzərdə tutulur.
2. “Yeni əmr” dedikdə yeni üsul, düşüncə və əqidə proqramı
nəzərdə tutulur.
3. “Yeni əmr” dedikdə xilafət və imamət nəzərdə tutulur.
Həzrətin xilafəti başqa xilafətlərdən fərqləndiyi üçün yeni sayılır.
Sual: 500. “Yeni mühakimə” nədir?
Cavab: İmam Baqir (ə) buyurur: “Ali-Məhəmmədin Qaimi xüruc
edəndə yeni sünnə, yeni mühakimə ilə qiyam edəcək.” (həmin mənbə,
s. 348)
1
“Bihar”, c. 52, s. 230.
2
Həmin mənbə.
276
Sualla bağlı iki ehtimal var:
1. Zühur əsrinə uyğun çeşidli və mütərəqqi proqramlar;
2. Mühakimədə yeni üslub.
Sual: “Yeni sünnə” nə deməkdir?
Cavab: İmam Baqir (ə) buyurur: “Mehdi (ə) xüruc edəndə yeni
əmr, yeni kitab, yeni sünnə ilə qiyam edəcək.”
1
Hansı ki, həzrət
Peyğəmbər (s) buyurmuşdur: “Mehdinin (ə) sünnəsi mənim sünnəm
kimidir.”
2
Zühur dövründə düşüncələr kamilləşdiyindən və həzrətin
hakimiyyəti bütün yer üzünü əhatə etdiyindən bu hakimiyyət başqa
hakimiyyətlərdən fərqlənir.
Sual: “Yeni kitab” nə deməkdir?
Cavab: Әbu-Bəsir nəql edir ki, imam Sadiq (ə) buyurmuşdur:
“And olsun Allaha! Sanki Mehdinin (ə) rükn və məqam arasında
xalqdan yeni kitabla beyət aldığını görürəm...”
3
Bu təbirlə bağlı
müxtəlif ehtimallar var:
1. Yeni bir Quranın gətirilməsi ehtimalı. Belə bir ehtimal batildir.
2. Həzrətin Quranı peyğəmbər dövründə olduğu şəkildə gətirməsi.
Bugünkü Quran peyğəmbər tərəfindən tərtib olunduğu üçün bu
ehtimal da qəbuledilməzdir.
3. Nəzərdə Әli ibn Әbi-Talib tərəfindən yazılmış Quran tutula
bilər. Bu ehtimal həqiqətə daha çox yaxındır.
4. Yeni kitab dedikdə daha uca maarif və mahiyyət başa düşülə
bilər. İmam ayələrin bu vaxtadək xalqa məlum olmayan yeni
mənalarını açıqlaya bilər.
Sual: Həzrət Məsihin ümumdünya ədaləti hökumətində
iştirakının hikməti nədir?
Cavab: 1. Həzrətin iştirakı çoxsaylı məsihi dünyasının hidayətinə
səbəb ola bilər.
2. Həzrət Məsihin iştirakı həzrət Mehdinin (ə) qələbəsi üçün
zəmin yarada bilər.
1
Həmin mənbə, c. 52, s. 230.
2
Həmin mənbə, c.51, s. 73.
3
“Bihar”, c. 52, s. 294.
277
3. Həzrət Məsih həzrət Mehdinin (ə) ümumdünya ədalət
hökumətində hansısa məsuliyyəti öhdəsinə götürə bilər.
Sual: Әgər həzrət İsa peyğəmbərdirsə, nə üçün ümumdünya
hökumətinin rəyasəti həzrət Mehdiyə (ə) məxsusdur?
Cavab: Yuxarıdakı suala bir neçə baxımdan cavab vermək olar:
1. Həzrət Mehdi (ə) İslam peyğəmbərinin (s) son canişini, şəri
varisdir.
2. Həzrət Məsih müsəlman olmayan ümmətlərin peyğəmbəridir.
Onun dini gücdən düşmüş, ardıcıllarına İslam dinini qəbul etmək əmr
edilmişdir.
Sual: Həzrət Mehdi (ə) yəhudi və məsihilərlə necə rəftar edəcək?
Cavab: Bəzi rəvayətlərə əsasən, həzrət Mehdi (ə) Tövrat əhli ilə
Tövratla, İncil əhli ilə İncillə, Zəbur əhli ilə Zəburla, Quran əhli ilə
Quranla mühakimə aparacaq. Әlbəttə ki, söhbət inadkarlıq
göstərməyən, həzrətə qarşı çıxmayan kitab əhlindən gedir.
Sual: İmamın zühuru ilə qiyamı arasında fasilə çoxdurmu?
Cavab: Şeyx Müfid deyir: “Qaim hakimiyyətə çatdıqdan sonra
kimsə üçün hakimiyyət olmayacaq. Rəvayətlərdə işarə olunub ki,
yalnız həzrətin övladı ona canişin olar. Amma bu məsələyə qəti dəlil
yoxdur. Әksər rəvayətlərdə bildirilir ki, ümmətin Mehdisi (ə)
qiyamətdən qırx gün öncə dünyadan köçər və həmin qırx gündə hərc-
mərclik düşər. Bu isə ölülərin dirilmə, hesab saatının başlama
əlamətidir.”
1
Sual: Әgər həzrətin hökuməti ümumdünya ədalət hökumətidirsə,
nə üçün o, şəhadətə çatır?
Cavab: Həzrətin şəhadəti ilə bağlı mütəvatir dəlil yoxdur. Onun
şəhadətə çatacağına inananlar iki dəlilə əsaslanır: a) Rəvayətlərdə
ümumi şəkildə göstərilmişdir ki, bütün imamlar qeyri-təbii ölümlə
dünyadan gedər; b) Rəvayətlərdən birində məlumat verilir ki, bəni-
təmim tayfasından olan Səidə adlı bir qadın həzrəti şəhadətə yetirər. O
həzrət yoldan keçdiyi vaxt böyük bir daşı onun üstünə salar.
Bəs həqiqət necədir?
1
“İrşadi-Mufid”, c. 2, s. 387.
Dostları ilə paylaş: |