Бисмиллаһир рәһманир рәһим



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə67/100
tarix26.10.2018
ölçüsü3,34 Mb.
#75699
1   ...   63   64   65   66   67   68   69   70   ...   100

 
201 
 
◘Şəhidin  Allah  yanında  altı  mükafatı  var;  torpağa  yıxılan  kimi 
günahları  bağışlanar,  özünün  behiştdəki  yerini  görər,  qəbir  əzabından 
amanda  olar,  Qiyamət  gününün  qorxusundan  amanda  olar,  başına  elə 
bir  tac  qoyulub  ki,  bircə  yaqutu  bütün  dünyadan  üstündür,  onunla 
yetmiş  iki  huri  evləndirərlər  və  qohumlarından  yetmiş  nəfər  barədə 
şəfaəti qəbul olunar. 
 
◘Allah-təala buyurur: “Ey mənim bəndələrim! Altı şey sizdəndir, altı 
şey  Məndən;  tövbə  sizdəndir,  bağışlamaq  Məndən,  itaət  sizdəndir, 
behişt  Məndən,  şükr  sizdəndir,  ruzi  Məndən,  riza  (razılıq)  sizdəndir, 
qəza (təqdir) Məndən, səbr sizdəndir, bəla Məndən, dua sizdəndir qəbul 
etmək Məndən. 
ÜÇÜNCÜ FƏSİL 
Peyğəmbərin (s) Əliyə (ə) nəsihətləri 
◘Ey  Əli!  Elə  ki,  gördün  camaat  müstəhəbbi  əməllə  məşğuldur,  sən 
vaciblərlə məşğul ol. Elə ki, gördün camaat dünya işləri ilə məşğuldur, 
sən  axirət  işləri  ilə  məşğul  ol.  Elə  ki,  gördün  camaat  başqalarının 
eyiblərini  axtarmaqla  məşğuldur,  sən  öz  eyiblərini  axtarmaqla  məşğul 
ol.  Elə  ki,  gördün  camaat  öz  dünyasını  bəzəməklə  məşğuldur,  sən  öz 
axirətini  zinətləndirməklə  məşğul  ol.  Elə  ki,  gördün  camaat  əməlini 
artırmaqla  məşğuldur,  sən  əməllərinin  ixlası  ilə  məşğul  ol.  Elə  ki, 
gördün  camaat  məxluqatın  ətəyindən  tutub,  sən  Xaliqin  ətəyindən 
yapış. 
 
◘Ey  Əli!  Bir  neçə  şeyi  şəxsən  sənin  özünə  tapşırıram.    Onları  heç 
vaxt  unutma!  Allahdan  istəyirəm  onları  yerinə  yetirməkdə  sənə 
yardımçı olsun. 
1. Doğru danışmaq, məbada ağzından yalan söz çıxsın! 
2. Təqva, məbada xəyanət etmək cəsarətində olasan! 
3. Allahdan elə qorx ki, sanki onu görürsən. 
4.  Allah  qorxusundan  çox  ağla.  Belə  etsən  behiştdə  səndən  ötrü  min 
ev hazırlanar. 
5. Malını və canını din yolunda fəda et. 
6. Namaz, oruc, sədəqə və mənim sünnəmə ciddi riayət et! 
Sonra üç dəfə buyurdu: “Gecə namazını əldən vermə!” Sonra üç dəfə 
də buyurdu: “Zöhr namazını da əldən vermə! Hər bir halda Quran oxu! 
Namaz  halında  əllərini  qaldır,  dəstəmaz  alan  zaman  dişlərini  yumağı 
unutma.  Xoş  xasiyyət  ol  və  pis  xasiyyətləri  özündən  uzaqlaşdır.  Əgər 


 
202 
mənim  bu  dediklərimə  riayət  etməsən,  özündən  başqa  heç  kəsi 
günahlandırma!” 
 
◘Hər kəs gününü bu işləri yerinə yetirməmiş başa vursa həmin günə 
zülm  edib  və  Allahın  əzabına  düçar  olar;  hər  hansı  bir  haqqı  yerinə 
yetirmək,  hər  hansı  vacib  bir  əməli  yerinə  yetirmək,  elm  öyrənmək, 
xeyir bir işin təməlini qoymaq, yaxşı ad qazanmaq, böyük bir iş həyata 
keçirmək. 
 
◘Allah-təala  buyurub:  ”Ey  Adəm  övladı!  Hər  gün  ruzin  çatır,  lakin 
qəmginsən. Hər gün ömründən azalır, lakin şadsan. Sənə kifayət edəcək 
miqdarın çatır, sənsə tüğyanına səbəb olacaq artığın arxasınca gedirsən. 
Nə aza qane olursan, nə də çoxdan doyursan.” 
DÖRDÜNCÜ FƏSİL 
Əmirəlmöminindən (ə) nəql olunan hədislər 
◘Hər kəsdə altı xüsusiyyət olsa behiştin hansı qapısından istəsə içəri 
daxil olar və cəhənnəmin bütün qapıları üzünə bağlanar; Allahı tanıyıb 
ona  itaət  etmək,  şeytanı  tanıyıb  ona  qarşı  müxalifətçilik  etmək,  haqqı 
tanıyıb  ardınca  getmək,  batili  seçə  bilib  ondan  uzaq  gəzmək,  dünyanı 
tanıyıb tərk etmək və axirəti tanıyıb arzusunda olmaq. 
 
◘Kufə  məscidində  Şam  əhlindən  olan  bir  kişi  Həzrət  Əliyə  (ə) 
yaxınlaşıb  ondan  bir  neçə  sual  soruşdu:  “Ana  bətni  görməyən  altı 
məxluq  kimlərdir?”  Buyurdu:  “Adəm  (ə),  Həvva  (ə),  İbrahimə  (ə) 
göndərilən qurbanlıq qoç, Musanın (ə) əsası, Salehin (ə) dəvəsi, İsanın 
(ə) düzəltdiyi yarasa.” (İsa (ə) onu düzəltdi, ona üfürdü və o da Allahın 
izni ilə cana gəlib uçdu.” 
 
◘Allah-təala  altı  qrup  insanı  altı xüsusiyyətə  görə  əzaba  düçar  edər; 
çöl-biyaban əhlini təəssübünə görə, kənd-qəsəbə böyüklərini təkəbbürə 
görə,  rəhbərləri  zülmə  görə,  fəqihləri  həsədə  görə,  tacirləri  xəyanətə 
görə, kənd-qəsəbə əhalisini də cəhalətə görə. 
 
◘Ölü  heyvanın  pulu,  itin  pulu,  şərabın  pulu,  zinakarın  mehriyyəsi 
(yəni, ona verilən pul), məhkəməyə verilən rüşvət, qeybət edənə verilən 
muzd haramdır. 
 
◘Kişinin kamalı beş şeydədir; iki kiçik üzvündə, iki böyük üvzündə 
və ikisi də sair ona aid olan şeylərdə. İki kiçik üzvü bunlardır; ürək və 


 
203 
dil,  döyüşdə  ürək  lazım  olur,  danışıqda  dil.  İki  böyük  üzvü  bunlardır: 
əql və iman. Ona aid olan digər iki şey də bunlardır; malı və üzü. 
 
◘Altı gözəl xüsusiyyət var, lakin bu  altı xüsusiyyət altı nəfərdə olsa 
daha  gözəldir;  ədalət  yaxşıdır,  lakin  rəhbərdə  olsa  daha  yaxşıdır.  Səbr 
yaxşıdır,  lakin  yoxsulda  olsa  daha  yaxşıdır,  təqva  çox  gözəldir,  lakin 
alimlərdə  olsa  daha  gözəldir.  Səxavət  hamı  üçün  yaxşıdır,  lakin 
dövlətlidən  ötrü  daha  yaxşıdır.  Tövbə  hər  bir  günahkardan  baş  versə 
yaxşıdır,  lakin  cavanlardan  baş  versə  daha  yaxşıdır.  Həya  hər  kəsdə 
olsa  yaxşıdır,  lakin  qadınlarda  olsa  daha  yaxşıdır.  Ədalətsiz  rəhbər 
yağışsız  bulud  kimidir.  Səbirsiz  fəqir  nursuz  çıraq  kimidir,  təqvasız 
alim  bəhrəsiz  ağaca  bənzəyir,  simic  dövlətli  otsuz  torpağa  bənzəyir, 
tövbəsiz  cavan  susuz  arxa  bənzəyir  və  həyasız  qadın  duzsuz  yeməyə 
bənzəyir. 
 
◘Hər kəsdə altı xüsusiyyət olsa onunla dostluq etməyin heç bir xeyri 
yoxdur;  yalan,  başqalarının  sözünü  təkzib  etmək,  əmanətə  xəyanət, 
təmiz  adama  böhtan  atmaq,  başqalarının  yaxşılıqlarına  qiymət 
verməmək və öz etdiyi yaxşılığa minnət qoymaq. 
BEŞİNCİ FƏSİL 
Həzrət İmam Sadiqdən (ə) olan hədislər 
◘Altı  kəsə  salam  vermək  olmaz;  yəhudi,  məcusi,  nəsrani  (yalnız 
zərurət  olan  hallar  və  ya  onları  hidayət  etmək  məqsədi  istisnadır), 
ayaqyolunda  olan  kəsə,  şərab    süfrəsi  kənarında  oturan  kəs,  ərli 
qadınlara  nalayiq  sözlər  deyən  şairlərə  və  camaatla  onların  anasını 
söyməklə zarafat edən kəslərə. 
 
◘Süleyman  deyib:  “Altı  şey  məni  heyrətə  gətirir.  Onun  üçü 
ağlamalıdır, üçü gülməli. Ağlamalı şeylər bunlardır: “Məhəmmədin (s) 
dostları  və  əshabından  uzaq  düşmək,  qəbrin  dəhşətli  qorxusu,  Allah 
qarşısında  dayanmaq  (Qiyamət  günü).  Gülməyə  səbəb  olan  şeylər 
bunlardır: Gözü doymayan tamahkarlar dünya arxasınca qaçır, ölüm də 
onun arxasınca. Qafil insan özü Allahdan qafildir, Allah isə ondan yox. 
Çox gülən adama nə vaxt baxırsan gülür, amma bilmir ki, Allah ondan 
razıdır, ya yox. 
 
◘Məhəmmədin  (s)  sadə  və  asan  dini  bunlardan  ibarətdir:  Namaz, 
ramazan ayının orucu, həcc, imama itaət və möminlərin haqqına riayət 
etmək. 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə