Бисмиллаһир рәһманир рәһим



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə68/100
tarix26.10.2018
ölçüsü3,34 Mb.
#75699
1   ...   64   65   66   67   68   69   70   71   ...   100

 
204 
 
◘Mömin dünyanın altı şeyindən öldükdən sonra da yararlanar; ondan 
ötrü  bağışlanma  diləyən  saleh övlad, ondan  yadigar  qalan  və  camaatın 
oxuduğu Quran, əkdiyi ağac, davamlı sədəqə (Məs. kitabxana, məscid 
və s.) və ondan yadigar qalan gözəl bir adət. 
ALTINCI FƏSİL 
Sair imamlardan (ə) nəql olunan hədislər 
◘İmam  Səccad  (ə)  buyurub:  ”Bizim  dövrün  insanları  altı  təbəqəyə 
bölünüb;  şirlər,  canavarlar,  tülkülər,  itlər,  donuzlar  və  qoyunlar.  Şirlər 
sultanlardır  ki,  kimə  istəsələr  qalib  gəlir  və  məğlub  olmurlar. 
Canavarlar  tacirlərdir  ki,  alanda  yalandan  pisləyirlər,  satanda  isə 
yalandan  tərifləyirlər.  Tülkülər  riyakarlardır  ki,  camaatdan  istifadə 
etməkdən  ötrü  özlərini  hiyləgərcəsinə  müsəlman  kimi  göstərirlər, 
əslində  isə  onların  içində  imandan  əsər-əlamət  yoxdur.  Donuzlaar 
arvadsifətlər  və  şəhvətpərəstlərdir  ki,  hər  çirkin  işə  getməkdən 
çəkinməzlər.  İtlər  acıdil  insanlardır  ki,  camaat  onlara  dillərinin 
qorxusundan  hörmət  edirlər.  Qoyunlar    möminlərdir  ki,  yununu 
qırxırlar,  ətini  yeyirlər,  sümüklərini  də  sındırırlar.  Biçarə  qoyun,  bir 
sürü şirin, canavarın, tülkünün, donuzun və itin arasında nə etsin?” 
 
◘İmam Musa ibn Cəfər (ə) buyurub: “Elə ki, İbrahimi (ə) mancanağa 
qoydular,  Cəbrail  qəzəbləndi.  Allah  tərəfindən  vəhy  nazil  oldu:  “Nə 
üçün  qəzəblisən?”  Ərz  etdi:  “İlahi,  sənin  dostun  –  yer  üzərində  ondan 
başqa bir kəsin Sənə ibadət etmədiyi bir dostun - indi Sənin və özünün 
düşməninin  əlindədir.”  Cavab  gəldi:  “Sakit  ol.  Sənin  kimi  bəndələr 
qorxar  ki,  birdən  fürsət  əlindən  çıxar.  Amma  mən  hər  bir  an  istəsəm 
ona  nicat  verə  bilərəm.”  Cəbrail  sevindi.  Üzünü  İbrahimə  (ə)  tutub 
dedi:  “Köməyə  ehtiyacın  varmı?”  Buyurdu:  “Bəli,  var,  amma  sənin 
köməyinə yox.” Bu zaman Allah İbrahimdən (ə) ötrü bir üzük göndərdi 
ki,  onda  altı  kəlmə  yazılmışdı:  “La  ilahə  illəllah”,  Məhəmmədən 
rəsulullah”,  “La  hövlə  və  la  qüvvətə  illa  billahil  əliyyil-əzim”, 
“Fəvvəztu  əmri  iləllah”  (İşimi  Allaha  tapşırdım),  “Əsnədtu  zuhri 
iləllah” (Allaha etimad etdim) “Həsbiyəllah” (Allah mənə bəsdir). 
Bundan  sonra  vəhy  nazil  oldu:  “Bu  üzüyü  barmağına  tax.  Mən  odu 
səndən ötrü sərin edəcəyəm.” 
 
◘Məhəmməd  Hənəfiyyə  deyib:  “Biz  altı  imtiyaza  malikik.  Bizdən 
əvvəl heç kəs bu imtiyaza sahib olmayıb və bizdən sonra da belə bir şey 
olmayacaq:  Peyğəmbərlərin  sərvəri  olan  Məhəmməd  (s)  bizim 


 
205 
nəsildəndir. Həmçinin övsiyaların sərvəri Əli (ə) də bizdəndir. Bundan 
başqa  şəhidlərin  sərvəri  Həmzə  (ə),  behişt  cavanlarının  ağası  olan 
Həsən  (ə)  və  Hüseyn  (ə),  Allahın  ona  behiştin  istədiyi  yerinə 
uçmasından  ötrü  iki  qanad  verdiyi  Cəfəri-Təyyar  (ə)  və  İsa  ibn 
Məryəmin  (ə)  onun  arxasında  namaz  qılacağı  Məhdi  (ə)  də  bizim 
nəsildəndir. 
 
◘Həzrət Musaya (ə) vəhy  oldu:  “Altı şey altı  yerdədir, lakin camaat 
onu başqa yerdə axtarır və (belə etsələr) heç vaxt tapmayacaqlar; Mən 
asayişi və rahatlığı behiştdə qərar vermişəm, lakin camaat onu dünyada 
axtarır.  Elmi  aclıqda  qərar  vermişəm,  camaatsa  onu  toxluqda  axtarır. 
İzzəti  gecə  oyaq  qalmaqda  qərar  vermişəm,  camaatsa  onu  padşahların 
qapısında  axtarır.  Ucalığı  təvazödə  qərar  vermişəm,  camaatsa 
təkəbbürdə axtarır. Duanın müstəcab olmasını yeməyin halal olmasında 
qərar  vermişəm,  camaat  onu  səs-sədada  axtarır.  Ehtiyacsızlığı  da 
qənaətdə  (qane  olmaqda)  qərar  vermişəm,  lakin  camaat  onu  mal-
dövlətin çoxluğunda axtarır.” 
 
◘Həzrət  Davuda  (ə)  vəhy  oldu:  “Ey  Davud!  Hər  kəs  Məni  tanısa 
Məni  yad  edər,  hər  kəs  Məni  yad  etsə  Mənə  diqqət  yetirər,  hər  kəs 
Mənə diqqət  yetirsə Məni axtarar, hər kəs Məni axtarsa tapar, hər kəs 
Məni  tapsa  qoruyub  saxlayar  və  hər  kəs  də  Məni  qoruyub  saxlasa 
həmişə başqalarından üstün tutar.” 
 
◘Əmirəl-möminin  (ə)  buyurub:  «Mən  altı  nəfərin  behiştə  getməsinə 
zaminəm;  sədəqə  verən  yerdə  ölən,  xəstəni  yoluxmağa  gedən  yerdə 
ölən,  Allah  yolunda  cihada  gedən  yolda  ölən,  Həcc  səfərində  ölən, 
Cümə namazına gedərkən yolda ölən və hər hansı bir müsəlmanın dəfn 
mərasimində onun cənazəsini müşayiət edərkən ölən kəsin.» 
 
◘Bir nəfər Həzrət Əlinin (ə) yanında “Əstəğfirullah” yəni, “Allahdan 
bağışlanma  istəyirəm”  dedi.  Həzrət  ona  belə  buyurdu:  “Anan  sənə 
ağlasın! Heç bilirsənmi ki, “istiğfar” nədir? İstiğfar ali-məqam kişilərin 
dərəcəsidir. Bu sözün altı şərti var: 
1. Keçmiş günahlara görə peşman olmaq. 
2. Gələcəkdə də bir daha günah etmək qərarına gəlməmək. 
3.  Camaatın  haqqını  ödəmək  və  bundan  sonra  heç  bir  kəsin  haqqı 
ölənədək boynunda qalmasın. 
4. Keçmişdə yerinə yetirmədiyi vacib əməlləri icra etmək. 
5. O qədər qəm-qüssədə olmaq ki, bədənin günah zamanı əmələ gələn 
ətləri əriyib aradan getsin. 


 
206 
6. Günahın şirinliyini daddığın kimi ibadətin də əziyyətini dadmaq. 
Yalnız  bütün  bunları  yerinə  yetirdikdən  sonra  “əstəğfirullah”  de. 
(Əvvəlki  dörd  şərt  vacib,  axırıncı  iki  şərt  isə  müstəhəbdir.  Bu  altı  şərt 
birlikdə tövbənin ali dərəcəsini bildirir.) 
 
◘Deyirlər  ki,  bir  gün  həzrət  Adəm  (ə)  oturmuşdu.  Altı  nəfər  ona 
yaxınlaşdı.  Üçü  sağ  tərəfində,  üçü  isə  sol  tərəfində  oturdu.  Adəm  (ə) 
ağlardan birindən soruşdu:  
–Sən kimsən? 
Cavab verdi: 
–Əql. 
Soruşdu:  
–Sənin yerin haradır? 
–Beyin. 
Adəm (ə) ikincidən soruşdu: 
–Sən kimsən? 
–Məhəbbət. 
–Sənin yerin haradır? 
–Ürək. 
Həzrət Adəm (ə) üçüncüdən soruşdu: 
–Sən kimsən? 
Dedi: 
–Həya. 
–Sənin yerin haradadır? 
–Göz. 
Sonra Adəm (ə) üzünü sol tərəfə tutub qaralardan birindən soruşdu: 
–Sən kimsən? 
Cavab verdi: 
–Təkəbbür. 
–Sənin yerin hardadır? 
–Beyin. 
Adəm (ə) soruşdu:  
–Əql ilə bir yerdəsiniz? 
Dedi: 
–Elə ki, mən gəldim əql gedir. 
İkincidən soruşdu:  
–Sən kimsən? 
–Həsəd. 
Soruşdu:  
–Yerin hardadır? 
–Ürək. 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə