Бисмиллаһир рәһманир рәһим



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə71/100
tarix26.10.2018
ölçüsü3,34 Mb.
#75699
1   ...   67   68   69   70   71   72   73   74   ...   100

 
214 
Quran yazmaq, elm yadigar qoymaq, özündən sonra ata-anasından ötrü 
istiğfar edən saleh övlad qoyub getmək. 
 
◘Yeddi  yerdə  danışmaq  məkruhdur;  dəfn  mərasimində  (cənazəni 
müşayiət  edərkən),  qəbristanlıqda,  xəstənin  başı  üstündə,  elm 
məclisində,  məsciddə,  cinsi  yaxınlıq  edən  zaman,  bəla  və  müsibət  üz 
verən zaman (çünki, bəla və müsibətin müddəti gərək ibrət almağa sərf 
olunsun) 
 
◘Ey Əli! Yeddi əmələ görə Cəbrail bəni-adəmdən olmaq arzusu edir; 
camaat  namazı,  alimlərlə  oturub-durmaq,  camaatın  ixtilaflarını  həll 
etmək, yetimə nəvaziş göstərmək, xəstəni yoluxmaq, cənazəni müşayiət 
etmək  və  hacılara  su  vermək.  Elə  isə,  sən  də  ey  Əli,  bu  işlərə  xüsusi 
diqqət yetir. 
 
◘Ey Əli! Allah sənin şiələrinə yeddi məziyyət əta edib; ölüm zamanı 
rahatlıq, vəhşət zamanı  aramlıq, qaranlıqlarda  aydınlıq, iztirab zamanı 
əmniyyət,  əməllərin  hesabı  zamanı  ədalət  (ola  bilsin,  bunda  məqsəd 
fəzl və ehsandır), sirat körpüsündən keçid və başqalarından qırx il əvvəl 
behiştə daxil olmaq. 
 
◘Allah-təala  bizə  yeddi  xislət  əta  edib  ki,  bizdən  sonra  heç  kəsdə 
olmayacaq; camal, fəsahət, kərəm, şücaət, elm, səbr və  qadınlara qarşı 
məhəbbət. 
 
◘Yeddi  iş  var  ki,  mənim  ümmətimdən  hər  kəs  onları  yerinə  yetirsə 
Allah-təala  onu  peyğəmbərlər,  şəhidlər,  siddiqlər  və  salehlərlə  məhşur 
edər: Bir adamı həccə göndərmək, kömək istəyənin harayına yetişmək, 
yetim  saxlamaq,  yolunu  azmışı  hidayət  etmək,  acı  doyurmaq,  susuzu 
sirab etmək və isti gündə oruc tutmaq. 
 
◘Allah tərəfindən belə vəhy gəldi: «Ey Əhməd! Bilirsənmi ki, bəndə 
nə vaxt abid  olur?»  Ərz etdi:  «Xeyr, Pərvərdigara!»  Buyurdu:  «Yeddi 
xislət  bir  bəndədə  cəm  olsa,  həmin  vaxt  o,  abid  hesab  olunar.  Həmin 
yeddi xüsusiyyət bunlardır:  
1. Onu günahdan çəkindirən təqva.  
2. Faydasız sözlər danışmaqdan çəkinmək.  
3. Onu ağlamağa vadar edən Allah qorxusu.  
4. Təklikdə onu Allahdan utanmağa vadar edən həya.  
5. Zəruri miqdarda olan yeməyə qane olmaq.  


 
215 
6.  Dünya  ilə  düşmənçilik,  çünki  Mən  də  onu  (dünyanı)  düşmən 
tuturam.  
7. Yaxşı insanlarla dostluq.» 
 
◘Hər  kəs  öz  meyl  və  rəğbəti  ilə  zəkat  versə  və  zəkat  verməkdə 
Allahın  razılığından  başqa  bir  məqsədi  olmasa  onu,  göyün  birinci 
qatında  səxavətli,  ikinci  qatında  bağışlayan,  üçüncü  qatında  itaətcil, 
dördüncü  qatında  xoşrəftar,  beşinci  qatında  əta  edən,  altıncı  qatında 
mübarək və zəmanət verilmiş, yeddinci qatında isə bağışlanılmış deyə 
çağırarlar. 
Zəkat verməyən kəsi isə, göyün birinci qatında simic, ikinci qatında 
acgöz və tamahkar, üçüncü qatında qəzəbə düçar olmuş, beşinci qatında 
üz-gözünü turşutmuş, altıncı qatında xeyir-bərəkətsiz, yeddinci qatında 
isə namazdan üz döndərmiş adlandırarlar. 
 
◘Cəbrail  mənə  qadınlar  barədə  o  qədər  tapşırdı  ki,  onlara  talaq 
verməyin haram olmasını zənn etdim, qullar barədə o qədər tapşırdı ki, 
müəyyən  vaxtdan  sonra  onların  öz-özlərinə  azad  olacağını  düşündüm, 
qonşu  barədə  o  qədər  tapşırdı  ki,  onların  da  vərəs  olduğunu  güman 
etdim,  misvak  barədə  o  qədər  tapşırdı  ki,  onun  vacib  olmasını 
fikirləşdim, camaat namazı barədə o qədər tapşırdı ki, ondan başqa bir 
namazın  Allah  dərgahında  qəbul  olmadığını  düşündüm,  zikr  barədə  o 
qədər  tapşırdı  ki,  zikrdən  başqa  heç  bir  danışığın  faydalı  olmadığını 
zənn  etdim  və  nəhayət,  gecə  namazı  barədə  o  qədər  tapşırdı  ki,  gecə 
yatmağın qadağan olmasını güman etdim. 
ÜÇÜNCÜ FƏSİL 
Həzrət Əmirəl-möminindən (ə) olan hədislər 
◘Mömin  o  kəsdir  ki,  qazancı  halal,  xasiyyəti  gözəl,  qəlbi  sağlam 
olsun,  malının  artığını  bağışlasın,  artıq  sözü  saxlasın,  camaat  onun 
şərindən amanda olsun və özü də başqaları barədə insaflı davransın. 
 
◘Yoldaş  istəyirsənsə  Allah,  dünya  istəyirsənsə  ibrət  dərsi,  dost 
istəyirsənsə əməli yazan mələklər, qazanc istəyirsənsə ibadət, həmdəm 
istəyirsənsə  Quran,  moizə  istəyirsənsə  ölüm.  Əgər,  ölüm  bəs  deyilsə, 
atəş bəs edər. 
 
◘Həzrət  Əlidən  (ə)  soruşdular:  Asimandan  ağır,  yerdən  geniş, 
dəryalar  qədər  ehtiyacsız,  daşdan  da  möhkəm,  atəşdən  də  qaynar, 
şiddətli  şaxtadan  da  soyuq  və  zəhərdən  də  acı  olan  nədir?  Buyurdu: 


 
216 
Asimandan  da  ağır  günahsıza  vurulan  töhmətdir,  yerdən  də  geniş 
haqqın ətəyi, dəryalar qədər ehtiyacsız qane olan kişinin qəlbi, daşdan 
da  möhkəm  münafiqin  qəlbi,  oddan  da  isti  zülümkar  padşah,  sərt 
şaxtadan da soyuq simicə ağız açmaq, zəhərdən də acı səbrdir. 
 
◘Elmin (dini elm və maarifin) var-dövlətdən  yeddi üstün cəhəti var; 
elm  peyğəmbərlərin  mirasıdır,  var-dövlətsə  fironların,  elmi  bağışlayıb 
əta etdikcə artır, var-dövlət isə azalır,  elm alimin qoruyucusudur, var-
dövlətsə  özü  qorunmağa  möhtacdır,  elm  kəfəndə  olarkən  də  insana 
yoldaşdır,  var-dövlət  isə  yox,  var-dövlət  kafirə  də  məxsus  ola  bilər, 
möminə  də,  lakin,  elm  yalnız  möminlərə  məxsusdur,  alim  dini 
məsələlərdə hamının müraciət nöqtəsidir, lakin, dövlətli isə belə deyil, 
elm  sirat  körpüsündən  keçərkən  sahibinə  qüdrət  bəxş  edər,  mal-dövlət 
isə öz sahibinin qüdrətini əlindən alar. 
DÖRDÜNCÜ FƏSİL 
İmam Sadiqdən (ə) hədislər 
◘Müəlla  ibn  Xənis  deyir  ki,  bir  gün  Həzrət  Sadiqdən  (ə)  soruşdum:  
Möminin  mömin  boynunda  nə  haqqı  var?  Buyurdu:  Möminin  mömin 
boynunda  yeddi  vacib  haqqı  var  ki,  əgər  o  bunlardan  birini  yerinə 
yetirməsə,  Allahın  vilayətindən  xaric  olmuş  və  Allaha  itaətdən  boyun 
qaçırmış hesab edilir. Dedim: Bu haqlar hansılardır? Buyurdu: Mənim 
səndən  xoşum  gəlir,  qorxuram  bunlara  əməl  etməyəsən.  Dedim:  La 
hövlə  və  la  quvvətə  illa  billahil-əliyyil-əzim  (yəni,  Allahın  qüdrət  və 
qüvvətindən başqa qüdrət və qüvvət yoxdur. Red.) Buyurdu: Möminin 
Mömin  boynunda  olan  ən  kiçik  haqqı  budur  ki,  özü  üçün  hər  nə 
istəyirsə, onun üçün də istəsin və hər nəyi özü üçün bəyənmirsə, onun 
üçün  də  bəyənməsin.  İkincisi  budur  ki,  onun  ehtiyaclarını  ödəməkdən 
ötrü səy göstərsin, razılığını əldə etsin və sözündən çıxmasın. Üçüncüsü 
odur ki, canı, malı, əli, ayağı və dili ilə ona yaxşılıq etsin. Dördüncüsü 
odur  ki,  onun  görən  gözü,  yolgöstərəni,  aynası  və  eyiblərinin  örtüyü 
olsun.  Beşincisi  odur  ki,  sən  tox  olmayasan,  o  isə  ac,  sən  geyimli 
olmayasan, o isə çılpaq, sən sirab olmayasan, o isə susuz. Altıncısı odur 
ki,  sənin  qulluqçun  varsa,  onun  yoxdursa,  qulluqçunu  göndər  onun 
paltarını yusun, yeməyini bişirsin və yatağını düzəltsin. Yeddinci odur 
ki,  ona  and  versə,  gərək  xahişini  yerinə  yetirsin,  dəvətini  qəbul  etsin, 
xəstə  olanda  ona  baş  çəkməyə  getsin,  öldükdən  sonra  cənazəsini 
müşayiət  etsin  və  dəfn  mərasimində  iştirak  etsin,  ehtiyacını  həyata 
keçirməkdən ötrü özünü əziyyətə salsın, onun istəyini ağız açmamışdan 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə