Бисмиллаһир рәһманир рәһим



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə70/100
tarix26.10.2018
ölçüsü3,34 Mb.
#75699
1   ...   66   67   68   69   70   71   72   73   ...   100

 
210 
 
◘Xalid  deyir:  “Mömini  bir-biri  ilə  müxalif  olan  altı  xüsusiyyətlərdə 
görərsən; iffətli və çox üz vuran, əziz və zəlil, ehtiyacsızlıq və ehtiyac. 
Camaat  qarşısında  iffətli,  Allah  qarşısında  çox  şey  istəyəndir.  (Yəni, 
yalvarıb-yaxarandır), öz-özlüyündə əziz (yəni, özünü xar etməz), haqq 
qarşısında  isə  zəlildir,  camaatdan  ehtiyacsız,  Allah  qarşısında  isə 
ehtiyaclıdır.” 
 
◘İbrahim  Ədhəm:  “Çox  danışan  adam  qəlb  yumşaqlığına  ümid 
bəsləməsin. Çox yatan şəxs gecə namazı tamahında olmasın. Camaatla 
çox 
qaynayıb-qarışan  adam  ibadətin  şirinliyini  arzulamasın. 
Zülümkarlarla yoldaşlıq edən dində davamlı olmaq intizarında olmasın. 
Qeybət və yalana adət edən kəs imanla dünyadan gedəcəyinə ümidvar 
olmasın.  Hər  kəs  camaatın  rəğbətini  güdsə,  Allah  razılığı  arzusunda 
olmasın.” 
 
◘Həsən Bəsri deyir: “Qəlbin qəsavət və bərkliyi altı şeydən irəli gəlir; 
tövbə  etmək  ümidi  ilə  günah  etmək,  elm  öyrənib  ona  əməl  etməmək, 
ixlassız  əməl,  yeyib  şükür  etməmək,  Allahın  təqdirinə  razı  olmamaq, 
ölüləri dəfn edib bunlardan ibrət götürməmək.” 


 
211 
 
YEDDİNCİ BÖLMƏ 
Yeddi tərkibli nəsihətlər 
BİRİNCİ FƏSİL 
Peyğəmbərdən (s) nəql olunan hədislər 
◘Əbuzərə  nəsihətində  buyurur:  “Həmişə  səndən  aşağıda  olana  bax, 
səndən yuxarı olana yox, yoxsulları sev və onlarla yoldaşlıq et, acı olsa 
da  haqqı  de,  qohumların  səndən  uzaqlaşsalar  da  sən  onlarla  əlaqəni 
kəsmə,  Allaha  aid  olan  işlərdə  heç  kəsi  danlamaqdan  qorxma,  “La 
hovlə və la quvvətə illa billahil əliyyil əzim” zikrini çox de, çünki, bu 
zikr behişt xəzinələrindəndir. 
 
◘Həzrət Əliyə (ə) nəsihətlərində buyurur: “Ey Əli! Yeddi xüsusiyyət 
var ki, hər kəsdə olsa imanını kamil etmişdir və behiştin qapıları onun 
üzünə  açıqdır;  fərəhlə  dəstəmaz  almaq,  gözəl  namaz  qılmaq,  malın 
zəkatını  vermək,  qəzəbi  boğmaq,  dilini  saxlamaq,  günahdan  istiğfar 
etmək və Peyğəmbərin (s) Əhli-beytinə (ə) qarşı xeyirxah olmaq.” 
 
◘Elə bir mömin yoxdur ki, ramazan ayında Allaha görə oruc tutsun, 
Allah  ona  yeddi  imtiyaz  verməsin;  bədənində  haramdan  əmələ  gəlmiş 
ət  əriyib  gedər,  Allahın  rəhmətinə  yaxınlaşar,  bu  ayda  oruc  tutmaq 
günahlarının  kəffarəsi  hesab  olunar,  ölümün  çətinlikləri  onun  üçün 
asanlaşar, Qiyamət gününün aclığından və susuzluğundan amanda olar, 
Behiştin  ləziz  və  dadlı  yeməklərindən  bəhrələnər  və  Cəhənnəmin 
atəşindən amanda qalar. 
 
◘Mən  yeddi  nəfərə  lənət  etmişəm,  Allah  da  onlara  lənət  edib  və 
məndən əvvəlki peyğəmbərlər də onlara lənət etmişlər. Onlar bunlardır: 
Allahın  kitabına  bir  şey  artıran  kəslər,  qəza-qədəri  təkzib  edənlər, 
mənim sünnə və dinimə müxalif olanlar, əhli-beytimə (ə) qarşı düşmən 
münasibətdə  olanlar,  Alalhın  dostlarını  zəlil,  düşmənlərini  isə  əziz 
etmək  məqsədi  ilə  hakimiyyəti  zorla  ələ  alanlar,  camaatın  ümumi 
malını  öz  çənginə  keçirən  qəddar  hakim  və  bir  də  Allahın  halallarını 
haram, haramlarını isə halal bilənlər. 
 
◘Bir gün bir neçə yəhudi alimi Peyğəmbər (s) ilə mübahisəyə gəlirlər. 
Söhbət əsnasında Həzrətdən (s) soruşurlar: Allahın yalnız sənə verdiyi 
yeddi xüsusiyyət hansılardır? Həzrət (s) buyurdu:  


 
212 
1. Həmd surəsi.  
2. Azan.  
3. Məsciddə cəm olma və Cümə günü.  
4. Meyit namazı.  
5.Üç namazı ucadan qılmaq.  
6.  Xəstə və səfərdə olan zaman ibadətlərin güzəşti.  
7. Ümmətimdən böyük günahlara mürtəkib olanlar üçün şəfaət. 
Dedilər: Düz dedin. 
 
◘Allah  bir  qövmə  qarşı  qəzəblənib  əzab  göndərsə,  onların  malları 
baha,  ömürləri  qısa,  ticarətləri  xeyirsiz,  meyvələri  dadsız  olar; 
məskunlaşdıqları  yerə  yağış  yağmaz,  gölləri  quruyar  və  şər  insanlar 
onlara hakim kəsilər. 
 
◘Mənimlə  və  mənim  əhli-beytimlə  dostluq  dəhşətli  qorxuya  səbəb 
olan  yeddi  yerdə  dada  çatar;  ölüm  vaxtı  qəbirdə,  (Qiyamət  günü) 
qəbirdən  qalxan  zaman,  əməl  dəftərləri  paylananda,  haqq-hesab 
çəkiləndə, əməllər ölçüləndə və sirat körpüsündən keçən zaman. 
 
◘Həzrət  Əliyə  (ə)  buyurub:  Mən  peyğəmbər  olduğuma  görə  səndən 
üstünəm.  Çünki,  məndən  sonra  peyğəmbər  yoxdur.  Sən  də  yeddi 
xüsusiyyətə  görə  başqalarından  üstünsən  və  bu  xüsusiyyətlərə  görə 
Qüreyşdə  bir  nəfər  də  sənə  qarşı  çıxa  bilməz.  Həmin  xüsusiyyətlər 
bunlardır:  
1. Hamıdan birinci iman gətirmisən.  
2. Əhd-peymanda hamıdan vəfalısan.  
3. Allaha aid olan işlərdə hamıdan möhkəmsən.  
4. Bölüşdürmə zamanı hamıdan ədalətlisən.  
5. Rəiyyət arasında ən çox dada yetişənən.  
6. Qəzavət zamanı hamıdan daha müdriksən.  
7. Allah yanında hamıdan daha əzizsən. 
 
◘Cəbrail  mənə  nazil  oldu  və  dedi:  “Allah  sənə  salam  göndərib 
buyurur. Mənimlə sənin ümmətin arasında yeddi qərar var: 
1.  Əgər  mənə  itaət  etsələr,  müqəssir  də    olsalar  itaətlərini  qəbul 
edərəm. Çünki, Mən Kərim olan Allaha məxsus olanı yerinə yetirərəm, 
bəndə isə zəif olan bəşərə layiq olan bir iş yerinə yetirər. 
2.  Tövbə  etsələr  və  bir  daha  günaha  geri  dönməsələr,  onları  anadan 
olduqları gündəki kimi pak-pakizə dünyadan apararam. 


 
213 
3.  Onların  yeddi  bədən  üzvlərindən  olan  dil,  qulaq,  göz,  əl,  ayaq, 
qarın  və  cinsiyyət  üzvünün  altısı  günahkar,  biri  isə  günahsız  olsa, 
həmin bir üzvə görə o birilərinin də günahından keçərəm. 
4.  Bir  kəs  günah  etsə  və  bilsə  ki,  Allah  bağışlayandır,  onun 
günahlarından keçərəm. 
5.  Onları  müxtəlif  xəstəliklərə  düçar  etməklə  günahlarını  yuyub 
apararam. 
6.  Hər  qış  və  yayda  onlara  soyuq  və  istilik  göndərməklə  onları 
Qiyamətin isti-soyuğundan qoruyaram. 
7. Onlar üçün fəzilətlə dolu olan aylar və günlər müəyyən edərəm ki, 
həmin  vaxtlarda  ibadətlərinin  savabını  qat-qat  artırım,  günahlarını 
bağışlayım və Öz rəhmətimlə onları behiştə daxil edim. 
İKİNCİ FƏSİL 
Peyğəmbərdən (s) nəql olunan əhli-sünnə hədisləri 
◘Allah  yolunda  öldürülənlərdən  başqa  yeddi  qrup  insan  da  şəhid 
hesab olunur; ürək xəstəliyinə tutulan,  yanmış, uçqun və dağıntı altında 
qalmış,  suda  batmış,  plevrit  (ağ  ciyər  qabığının  iltihabı)  xəstəliyindən 
ölən, vəba xəstəliyindən ölən və doğuş zamanı ölən qadın. (Yəni, Allah 
bu kəslərə şəhid olanların savabını əta edər.) 
 
◘Yeddi  evə  rəhmət  nazil  olmaz;  talaq  verilmiş  qadın  olan  evə,  sözə 
baxmayan  qadın  olan  evə,  camaatın  əmanətinə  xəyanət  olunan  evə, 
zəkatı verilməyən mallar olan evə, vəsiyyətinə əməl olunmayan şəxsin 
vərəsələrinin evinə, şərab olan evə, ərinin malından oğurlayan qadının 
yaşadığı evə. 
 
◘Qiyamət  günü  Allah-təala  yeddi  dəstə  insana  nəzər  salmaz  və  əmr 
verər  ki,  onları  atəşə  salsınlar;  ləvat  verən,  əli  ilə  istimna  edən, 
heyvanla  yaxınlıq  edən,  ləvat  edən,  öz  arvadının  qızı  ilə  zina  edən, 
qonşunun arvadı ilə zina edən və qonşusunu incidib ona əziyyət verən. 
 
◘Allah-təala  yeddi  tayfaya  üç  dəfə  lənət  edib;  ləvatla  məşğul  olana, 
heyvanla  yaxınlıq  edənə,  ata-anasını  söyənə,  torpaq  oğrusuna, 
qaynanası  ilə  zina  edənə,  özünü  atasına  deyil,  başqa  kişiyə  nisbət 
verənə və heyvanın başını kəsərkən Allahdan başqasının adını çəkənə. 
 
◘Yeddi əməlin savabı öləndən sonra da davamlı olaraq yazılar; ağac 
əkmək, quyu qazmaq, axar suyun özülünü qoymaq, məscid tikdirmək, 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə