Бисмиллаһир рәһманир рәһим



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə72/100
tarix26.10.2018
ölçüsü3,34 Mb.
#75699
1   ...   68   69   70   71   72   73   74   75   ...   100

 
217 
yerinə  yetirsin.  (Bunlar  yalnız  o  haldadır  ki,  o  eynilə  mömin  qardaşı 
kimi həqiqi mömin olsun. Yoxsa, bunlar fəsadsız ötüşməz.) 
 
◘Əmmar ibn Əbil-Əhvəs deyir ki, bir gün İmam Sadiqə (ə) ərz etdim: 
Bizim aramızda elələri var ki, Əlini (ə) başqalarından üstün tutaraq onu 
Əmirəl-möminin  deyə  çağırırlar,  lakin,  onlar  bizim  siz  barədə  malik 
olduğumuz  əqidədə  deyillər.  Biz  bunlarla  dost  münasibətdə  ola 
bilərikmi? Həzrət (ə) buyurdu: Bəli, Allah İslamı yeddi hissəyə bölüb: 
səbr,  doğruçulluq,  yəqin,  ümid,  vəfa,  elm  və  helm.  Bu  yeddi  hissəni 
camaat  arasında  bölüb.  Ən  kamil  iman  bu  yeddi  hissənin  hamısına 
sahib  olanlardadır.  Bu  kəslərdən  başqaları  isə  ya  bir,  ya  iki,  ya  üç,  ya 
dörd,  ya  beş,  yaxud  da altı paya sahibdirlər.  Bir  payı    olanlara iki  pay 
yükləməyin  və  eyni  zamanda  iki  paya  sahib  olmayanlara  üç  pay 
yükləməyin  və  s.  çünki,  bu  yükləmələr  ağırlıq  və  nifrətə  səbəb  olar. 
Camaatla  dostcasına  və  mehribanlıqla  rəftar  edin.  Yolu  onlara  asan 
göstərin.  Bundan  ötrü  bir  məsəl  çəkim  ki,  qoy  güc  və  taqətdən  artıq 
yüklənmənin  axırının  nə  olduğu  sənin  üçün  aydın  olsun.  Bir 
müsəlmanın mülayim və yumşaq təbiətli bir qonşusu var idi. Müsəlman 
həmin  kafir  qonşusuna  İslamı  təbliğ  etdi.  Nəticədə  həmin  şəxs 
müsəlman  oldu  və  öz  keçmiş  əqidəsindən  üz  döndərdi.  Sübh  çağı 
müsəlman həmin qonşusunu özü ilə birlikdə məscidə aparmaqdan ötrü 
onun  qapısına  gəldi.  Camaat  namazı  qurtardı,  müsəlman  üzünü 
qonşusuna tutub dedi: Yaxşı olar ki, gün çıxanadək elə buradaca zikrlə 
məşğul olaq. Elə ki, gün çıxdı yenə üzünü qonşusuna tutub dedi: Çox 
yaxşı olar ki, bu günü oruc tutub, günorta azanına qədər oturub Quran 
əzbərləyəsən.  Beləliklə,  onlar  günorta  azanına  qədər  məsciddə 
orurdular.  Zöhr  və  əsr  namazlarını  qıldıqdan  sonra,  yenə  üzünü 
qonşusuna  tutub  dedi:  Yaxşı  olar  ki,  elə  birdəfəlik  məğrib  azanına 
qədər də oturub gözləyək, sonra gedək. Yenicə müsəlman olmuş zavallı 
kişi  oturub  gözlədi,  məğrib  və  işa  namazlarını  da  qıldı.  Lakin  artıq 
taqəti  kəsilmişdi  və  bütün  bunlar  onun  qüdrətindən  artıq  idi.  Sabahısı 
gün  həmin  mömin  yenidən  onu  özü  ilə  birlikdə  məscidə  aparmağa 
gəldiyi zaman qonşusu üzünü ona tutub dedi: Get. Mən sənin dininə tab 
gətirə bilmərəm. 
Camaatı azdırmayın. Bizim imamətimiz dostluq, mehribanlıq, vüqar, 
təqiyyə, xoş  rəftar, təqva və çalışqanlıq kimi əsasların üzərində durur. 
Camaatı öz din və əqidənizə qarşı meyilləndirin. 
Xatimə 
◘Həzrət  Riza  (ə)  buyurur:  “Yeddi  nəfər  özünü  məsxərəyə  qoyub: 
Dildə  istiğfar  edib  qəlbində  peşman  olmayan,  Allahdan  tövfiq  istəyib 


 
218 
özü  isə  çalışmayan,  behişt  arzusunda  olub  çətinliklərə  səbr  etməyən, 
cəhənnəm  odundan  Allaha  pənah  aparıb  dünya  ləzzətlərindən  əl 
çəkməyən,  ölümü  xatırlayıb  özünü  ona  hazırlaşdırmayan,  Allahı  yad 
edib  Onunla  görüşməyə  müştaq  olmayan  və  günahda  davamlı  olaraq 
tövbə etmədən Allahdan onu əvf edib bağışlamasını diləyən kəs.” 
 
◘Salman  Farsi  deyir:  “Simic  yeddi  bədbəxtlikdən  birinə  düçar  olar: 
Ya  ölər  var-dövlətini  isə  vərəsələrindən  ötrü  qoyar  və  o  da  Allahdan 
başqasından ötrü xərcləyər, ya hər hansı bir zalım zorla və biabırçılıqla 
ondan  alar,  ya  başına  düşər  və  bütün  varını  daha  artıq  qazancdan  ötrü 
əlindən  çıxarar,  ya  da  evini  yenidən  təmir  etmək  fikrinə  düşüb  əlində 
olanı da bada verər, ya hər hansı bir bədbəxt hadisə nəticəsində əlindən 
verər,  ya  yanğın  vasitəsilə  əlindən  çıxar,  ya  oğruya  nəsib  olar,  ya 
müalicəsiz  bir  xəstəliyə  mübtəla  olub  bu  yolda  sərf  etməklə  əlindən 
verər,  yaxud  da  bir  yerdə  torpağa  basdırar  və  sonradan  isə  yadından 
çıxar.” 
 
◘Bir  hikmət  sahibi  deyib:  “Təəccüb  edirəm  o  kəslərə  ki,  Allahı 
tanıyır,  lakin,  itaət  etmir,  savaba  ümidi  var,  lakin  iş  görmür,  Allahın 
əzabından qorxur, amma günahdan çəkinmir. Elmin şərəfini bilir, lakin, 
cahilliklə  razılaşır,  dünyaya  bel  bağlamamalı  olduğunu  bilir,  lakin 
bütün səy və himmətini dünyaya sərf edir, axirətə gedəcəyini bilir lakin 
ondan  qəflət  edərək  onu  bərbad  edir,  ölüm  ona  doğru  gəlməkdədir,  o 
isə uzun-uzadı arzulardadır.” 
 
◘Başqa birisi deyib: “Yeddi şey sədəqəni zinətləndirir və onu yuxarı 
aparır:  
1. Halaldan olsun.  
2. Kasıbçılıq zamanı olsun. 
3. Ölüm gəlməmişdən qabaq olsun.  
4. Gizlin olsun.  
5. Yaxşı maldan olsun.  
6. Minnətsiz olsun.  
7. Həddi-hüdudu aşmasın.” 
 
◘Həzrət  Sadiqdən  (ə)  aşağıdakı  məzmunda  bir  şer  rəvayət  olunub: 
“Qəməri aylarının yeddi günü nəhsdir: üçüncü, beşinci, on üçüncü, on 
altıncı,  iyirmi  birinci,  iyirmi  dördüncü,  iyirmi  beşinci  günləri.  (Bu 
günlərin nəhsliyi sədəqə verməklə aradan qalxır.) 
 


 
219 
◘Bir  hikmət  sahibi  deyib:  “Özünü  batil  şeylərdən  qorumaq  oruc, 
haqqı  ödəmək  namaz,  başqalarına  fayda  vermək  zəkat,  haqq  əhlinin 
arxasınca düşmək həcc, camaata əziyyət verməkdən çəkinmək sədəqə, 
bədən üzvlərini nalayiq  işlərdən qorumaq ibadət, nəfsani istəkləri tərk 
etmək isə cihaddır. 


 
220 
 
SƏKKİZİNCİ BÖLMƏ 
Səkkiz tərkibli nəsihətlər 
BİRİNCİ FƏSİL 
Peyğəmbərdən (s) hədislər 
◘Səkkiz iş var ki, mənim ümmətimdən hər kəs onları yerinə yetirsə, 
peyğəmbərlər, siddiqlər, şəhidlər və salehlərlə birlikdə həşrdə olar: bir 
kəsin həcc səfərindən ötrü lazım olan xərclərini ödəmək, bir cavana qız 
vermək,  fəryad  çəkənin  dadına  yetişmək,  yetim  saxlamaq,  yolunu 
azmışı hidayət etmək,  aca  yemək vermək, susuza su vermək və  yayın 
isti günlərində oruc tutmaq. 
 
◘Allahın  bir  kəsdən  xoşu  gəlsə,  ona  səkkiz  xüsusiyyət  ilham  edər: 
naməhrəmdən göz yummaq, Allahdan qorxmaq, həya, salehlərin əxlaqı, 
səbr, əmanətdarlıq, doğruçulluq və səxavət. 
 
◘İnsanların ən abidi odur ki, vacibatı yerinə yetirir, ən zahidi odur ki, 
haramlardan  çəkinir,  ən  təqvalısı  odur  ki  zərərinə  də  olsa,  xeyrinə  də, 
həmişə  haqqı  deyir.  Ən  pəhrizkarı  odur  ki,  haqlı  da  olsa  mücadilə 
etməsin, hamıdan çalışqan odur ki, günahları tərk etsin, hamıdan daha 
artıq əziz olanı ən təqvalı olanıdır, ən dəyərlisi odur ki, boş-boş sözlər 
danışmasın və ən xoşbəxti odur ki, şərəfli insanlarla oturub-dursun. 
 
◘Hər  kəs  səkkiz  dəstə  insanla  oturub-dursa,  Allah  onun  vücudunda 
səkiz şeyi artırar: Dövlətli ilə yoldaşlıq etsə, Allah onun qəlbində dünya 
məhəbbətini artırar, kimsəsiz salehlərlə yoldaşdlıq edənin Allah səbr və 
rizayətini  artırar,  sultanlarla  yoldaşlıq  edənin  Allah  qəsavət  və 
təkəbbürünü  artırar,  qadınlarla  oturub-duranın  Allah  nadanlıq  və 
şəhvətini  artırar,  uşaqlarla  oturub-duran  günah  etməkdən  ötrü  cürəti 
artar və tövbə etməyi təxirə salar, (çünki, uşaqlar şəri nöqteyi-nəzərdən 
mükəlləf  olmadıqları  üçün  onların  ruhiyyəsinin  onlarla  oturub-duran 
böyüklərə  də  keçməsi  labüddür),  salehlərlə  yoldaşlıq  edənin  itaətə 
rəğbəti  artar,  alimlərlə  yoldaşdıq  edənin  elmi  çoxalar  və  nəhayət, 
zahidlərlə yoldaşlıq edənin axirətə meyl və rəğbəti artar. 
 
◘Səkkiz  şey  səkkiz  şeydən  doymaz:  Göz  baxmaqdan,  yer  yağışdan, 
qadın  kişidən,  alim  elmdən,  dilənçi  dilənməkdən,  həris  mal 
toplamaqdan, dərya sudan və atəş odundan. 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə