Бисмиллаһир рәһманир рәһим



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə80/100
tarix26.10.2018
ölçüsü3,34 Mb.
#75699
1   ...   76   77   78   79   80   81   82   83   ...   100

 
242 
4. Əgər cunub, ya heyz, yaxud da nifas halında olub su tapmasaydılar, 
o halda da gərək su tapana qədər gözləməli idilər. Çünki onlardan ötrü 
sudan  başqa  bir  paklayıcı  qərar  verilməmişdi.  (Lakin  İslamda  torpağa 
təyəmmüm etmək də paklayıcı qismindədir)  
5. Məsciddən başqa bir yerdə namaz qılmaq haqları yox idi.  
6.  Oruc  tutan  zaman  əgər  məğrib  namazını  qılsaydılar,  yaxud  onları 
yuxu  aparsaydı,  növbəti  gecəyə  qədər  bir  şey  yeməyə  haqları  yox  idi. 
(Yalnız,  məğrib  namazından  qabaq,  yaxud  yatmamışdan  qabaq  yemək 
yeyə bilərdilər).  
7.  Namazdan  sonra  və  yatandan  sonra  Ramazan  ayında  cima  onlara 
haram idi.  
8.  Sədəqələri  qəbul  edilməsəydi,  bu  onların  rüsvayçılığına  səbəb 
olardı.  Çünki  qəbul  olunduğu  halda  atəş  gəlib  onun  (yəni  onların 
sədəqələrinin)  bir  hissəsini  yandırar,  qalan  hissəsi  ilə  yoxsullara 
paylanılardı. Əgər, sədəqələri qəbul edilməsəydi, o zaman yanmırdı və 
sahibi camaat arasında rüsvay olurdu. 9. Paltarları nəcis olsaydı, həmin 
hissəni  kəsib  atmaqdan  başqa  çarəsi  yox  idi.  10.  Günahları  onların 
biabırçılığına  səbəb  olurdu.  Çünki  gecə  günah  etsəydilər,  səhər  çağı 
qapıları üzərinə yazılmış olurdu. 
Bu  on  məsələ  Musanın  (ə)  dininin  ən  çətin  hökmlərindən  idi.  Bu 
hökmlər  İslam  Peyğəmbərinin  (s)  duası  ilə  bu  ümmət  üzərindən 
götürüldü.  Bunun  əvəzində  on  asan  hökm  müəyyən  olundu.  Xitab 
olundu: 
Ey  Məhəmməd!  Sənin  dualarına  görə  günah  səbəbinə  halalları  sənin 
ümmətinə  haram  etmədim  və  Bəni-İsrailə  haram  etdiklərimi  sənin 
ümmətinə halal etdim. 
Bu  barədə  Quranda  belə  buyurulur:  “Adı  və  əlamətləri  Tövratda  və 
İncildə göstərilmiş məkkəli Peyğəmbər onları yaxşı işlərə sövq edir və 
pis işlərdən çəkindirir. Pak-pakizə  şeyləri onlara  halal,  çirkinlikləri isə 
haram edir.” 
Ey  Məhəmməd!  Sənin  etdiyin  dualar  səbəbinə  ümmətindən  ötrü  əlli 
rükət  namazı  vacib  etmirəm  və  Öz  fəzl  və  kərəmimə  əsasən  torpağı 
sənin ümmətindən ötrü paklayıcı qərar verdim ki, qüsullu halda olub su 
tapmadıqları təqdirdə pak torpaqla təyəmmüm etsinlər. 
Bu barədə Quranda buyurulur: “Əgər xəstə,  ya cunub, yaxud səfərdə 
olsanız,  yaxud  hər  hansı  bir  səbəb  üzündən  dəstəmaz,  yaxud  qüsul 
almalı olsanız, su tapmadığınız halda torpağa təyəmmüm edin. 
Ey Məhəmməd! Sənin duanın bərəkətinin səbəbinə sənin ümmətindən 
ötrü onların məscidlərdən başqa yerdə qıldıqları namazlarını batil qərar 
vermədim.  Harda  namaz  qılırlarsa  qılsınlar,  Öz  fəzl  və  kərəmimlə 
onların bu namazlarını qəbul edərəm. 


 
243 
Ey  Məhəmməd!  Sənin  duanın  bərəkəti  səbəbinə  Ramazan  ayında 
namazdan  və  yatdıqdan  sonra  yeməyi  sənin  ümmətinə  haram  etmirəm 
və  Öz  fəzl  və  kərəmimlə  sübh  azanına  qədər  yemək-içməyi  onlara 
mübah edirəm. 
Ey  Məhəmməd!  Sənin  duanın  bərəkətli  səbəbinə  Ramazan  ayının 
gecələrində yaxınlıq etməyi sənin ümmətindən ötrü mübah edirəm. 
Ey  Məhəmməd!  Sənin  ümmətinin  sədəqələrini  onların  rüsvayolma 
səbəbi etmirəm. 
Ey Məhəmməd! Suyu sənin ümmətindən ötrü paklayıcı qərar verdim. 
Sənin  ümmətinin  Bəni-İsrail  kimi  paltarlarının  nəcis  olmuş  yerlərini 
kəsmələrinə  ehtiyac  yoxdur  (həmin  hissəni  su  vasitəsi  ilə  paklaya 
bilərlər.) 
Ey  Məhəmməd!  Sənin  ümmətinin  günahlarını  qapıları  üzərinə 
yazmaram  və  onları  biabır  etmərəm.  Öz  fəzl  və  rəhmətimlə  onların 
günahlarını  mələklərin  və  digər  məxluqatın  gözündən  gizli 
saxlayaram.” 
BEŞİNCİ FƏSİL 
Duanın ədəbləri barədə 
◘Duanın on ədəbi vardır: 
1.  Şərəfli  məqamları  qənimət  hesab  etmək.  Məsələn,  ərəfə  günü, 
ramazan  ayı,  cümə  günü,  gecənin  axırları  (yəni,  gecənin  sübh 
namazından  qabaqkı  hissəsi)  və  s.  Peyğəmbər  (s)  buyurub:  Gecənin 
axırıncı  üçdə  bir  hissəsində  Allah-təala  bir  mələyi  dünya  səmasına 
göndərər  ki,  uca  səslə  car  çəkib  deyər:  Kimdir  ki,  dua  etsin  və  duası 
qəbul olunsun? Kimdir ki, xahiş etsin  və ona  əta olunsun? Kimdir ki, 
bağışlanma diləyir və bağışlanır? 
2.  Münasib  anlardan  yararlanmaq.  Məsələn,  hədislərdə  gəlmişdir  ki, 
göyün  qapıları  mücahidlərin  Allah  yolunda  döyüşmək  üçün  sıraya 
düzüldükləri  vaxt,  vacib  namaz  vaxtları  açıq  olur.  Elə  isə,  bu  vaxtları 
dua  etməkdən  ötrü  qənimət  bilin.  Bir  hədisdə  Peyğəmbər  (s)  buyurur: 
“Oruc  tutan  şəxsin  duası  rədd  olunmaz.”  Eləcə  də,  buyurub:  “Bəndə 
səcdədə olarkən Allaha yaxın olduğu qədər heç bir anda Ona bu qədər 
yaxın olmur. Elə isə, səcdədə olarkən çox dua edin.”  
3. Dua edərkən üzü qibləyə oturulsun və əlləri o qədər göyə qaldırsın 
ki,  qoltuqları  görünsün.  Salman  Farsi  Peyğəmbərin  (s)  belə 
buyurduğunu deyir: “Sizin Allahınız kərim və həyalıdır. Elə ki, bəndəsi 
dua etməkdən ötrü əllərini qaldırar, həya edər ki, Öz bəndəsinin əllərini 
boş  qaytarsın.”  Peyğəmbər  (s)  hər  zaman  dua  etdikdən  sonra  əllərini 
mübarək üzünə sürtərdi. 


 
244 
4.  Dua  gərək  aram  və  gizli  şəkildə  edilsin.  Quranda  buyurulur:  “Öz 
Pərvərdigarınızı  gizli  şəkildə  və  ah-zar  edərək  yalvardığınız  halda 
çağırın.”  
5.  Hacətlər  dilə  gətirilsin.  İmam  Cəfər  Sadiq  (ə)  buyurub:  “Allah-
təala  dua  edən  bəndələrinin  hacətlərindən  xəbərdardır,  amma  Allahın 
xoşu gəlir ki, bəndəsi öz hacətlərini dilə gətirsin və eləcə də, duanı cəm 
halda edin ki, qəbul olunmağa daha yaxındır.”  
6. Dua gərək ümid və qorxu halında edilsin; dua edərkən ali istəklərdə 
olsun.  Çünki,  heç  bir  şey  Allahdan  ötrü  çətin  deyil  və  duanın  qəbul 
ediləcəyinə  yəqini  olsun,  çünki,  qəflətdə  olan  qəlbdən  dua  qəbul 
edilməz. 
7. Dua edərkən gərək israr edilsin və öz istəyini üç dəfə dilə gətirsin. 
Məsud deyir ki, Peyğəmbər (s) dua və istəklərini üç dəfə təkrar edərdi. 
Dua edərkən gərək tələsmək lazım deyil. Peyğəmbər (s) bu barədə belə 
buyurur:  “Dua qəbul  olunar, lakin, siz  tələsməyin  və  deməyin ki,  mən 
dua  etdim,  lakin  qəbul  olmadı.  Çox  dua  edin,  çünki,  siz  Kərim  olan 
Allahı çağırırsınız.  
9.  Duadan  qabaq  Allaha  zikr  deyilsin.  Bir  hədisdə  deyilir  ki, 
Peyğəmbəri-Əkrəm  (s)  buyurub:  “Dua  etmək  istəyərkən  əvvəl  mənə 
salavat göndərin. Allah  böyük kərəm sahibidir.  Allah belə deyil ki, iki 
istəyin  birini  qəbul  edib,  digərini  geri  qaytarsın.  Çünki,  salavat  qəti 
olaraq qəbul edilən duadır. 
10.  Duanın  batini  qaydaları  yerinə  yetirilsin.  Bu,  yuxarıda  qeyd 
olunan  bütün  şərtlərin  əsası  və  köküdür.  Məsələn,  günahlardan  tövbə 
etsin, camaatın haqqını  ödəsin, Haqqın müqəddəs zatına kamil surətdə 
diqqət yetirsin və s.  
Duanın qəbul olunmasından ötrü ən mühüm şərtlər bunlardır.  
ALTINCI FƏSİL 
Hikmət sahiblərinin dediklərindən 
◘Bir  hikmət  sahibi  deyib:  “Ağıllı  insanın  on  xüsusiyyəti  var. 
Bunlardan  beşi  zahirdə,  beşi  isə  batindədir.  Zahirdə  olanlar  bunlardır: 
sükut,  xoş  xasiyyət,  təvazökarlıq,  doğru  danışmaq  və  yaxşı  əməl. 
Batində  olan  xüsusiyyət  isə  bunlardır:  təfəkkür,  ibrət  almaq,  xüzu, 
özünü kiçik tutmaq və ölümü yad etmək.” 
 
◘Başqa  birisi  isə  deyib:  “Allah  on  xüsusiyyətin  on  kəsdə  olmasını 
xoşlamır: Dövlətlidə xəsislik, fəqirdə təkəbbür, alimdə tamah, qadında 
həyasızlıq,  qocada  dünyapərəstlik,  cavanda  tənbəllik,  sultanda 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə