245
tündxasiyyətlik,
döyüşçüdə
qorxu,
zahiddə
xudpəsəndlik
(özünübəyənmə) və abiddə riyakarlıq.
◘Loğman öz oğluna deyib: “Oğlum! Hikmətin on hünəri var;
insanların qəlbini dirildər, dərvişi sultanların məclisində oturdar, qədri
bilinməyəni şərəfləndirər, qulu azad edər, qəribə yer verər, möhtacı
ehtiyacsız edər, şəriflərin şərəfini, böyüklərin böyüklüyünü və
əzəmətini artırar, qorxunu cürətə çevirər, döyüş meydanının zirehi, sülh
zamanı mənfəətlə dolu sərmayədir, yəqin yolunu qət etməkdən ötrü bir
çıraqdır, eyibləri örtən bir libasdır.”
◘Bir hikmət sahibi deyib: “Dünyanın sonu zaval, həyatın sonu ölüm
yeməyin sonu zibillik, mal toplamağın aqibəti haqq-hesab, abadlığın
sonu viranlıq, zalımın aqibəti əzab, ictimanın axırı pərakəndəlik,
tövbənin nəticəsi bağışlanmaq, günahın sonu biabırçılıq, zöhdün sonu
Allahın razılığı, hər bir mövcudun sonu ölümdür. Yalnız Allahın
müqəddəs vücudundan başqa.”
◘Əflatun deyir: “On şəxs həmişə xardır: borclu, sözgəzdirən, yalançı,
paxıl, aşiq, möhtac, tamahkar, əsir, müttəhim və nadan.
YEDDİNCİ FƏSİL
Zahidlərin dediklərindən
◘Bir zahid deyir: “Ən faydasız şey ondur; istifadəsiz alim, əməl
olunmayan elm, qəbul edilməyən səhih rəy, işlədilməyən silah,
istifadəsiz məscid, oxunulmayan Quran, infaq olunmayan mal,
minilməyən at, dünyapərəstin qəlbində olan elm, axirət tədarükü
görülməyən uzun ömür.”
◘Hər kəs on şeydən sağlam olsa, hər şeydən sağlam olar; xəsislik,
təkəbbür, özünübəyənmə, riya, həsəd, şiddətli əsəbilik, yeməyə qarşı
həris olmaq, cinsi yaxınlığa qarşı hərislik, var-dövlət hərisliyi və cah-
cəlal və şöhrət hərisliyi.
◘Hər kəs insana nicat verən on xüsusiyyətə yiyələnsə onun üçün
kafidir; günahdan peşimanlıq, bəlalara səbr, təqdirə razılıq, nemətin
şükrü, ümid və qorxu arasında etidal, dünyada zahidlik, ibadətdə ixlas,
camaata qarşı xoşxasiyyət olmaq, Allaha məhəbbət, Onun qarşısında
müti olmaq.
246
Bu iyirmi xüsusiyyət bütün yaxşı və pis xüsusiyyətlərin kökü və
əsasıdır.
◘Mövlana Cəlaləddin Rumi öz yaxınlarından birinə belə deyib: “Sənə
tapşırıram; gizlində də, aşkarda da Allahdan qorx, az ye və az yat, artıq
danışıqdan çəkin, günahdan uzaq ol, şəhvətlərə qurşanma, oruca
mühüm yer ver, heç vaxt namazı əlindən vermə, camaatın əziyyətinə
səbr et, adi camaatdan olan ağılsızlardan uzaq gəz, saleh və kərim
insanlarla dostluq et.”
◘Bəni-İsraildən olan bir abid deyib: “Allahı tanı, başqalarını tanıma,
Onun dostlarını dost, düşmənlərini də düşmən bil, dünyaya qarşı
etinasız, axirətə qarşı meyilli ol, dünya malında səxavətli ol, axirət
işlərində isə xəsis (yəni, heç bir savabdan imtina etmə), haqqa itaətdə
şücaətli ol, günah etməkdə isə çox zəif.”
247
ON BİRİNCİ BÖLMƏ
On bir tərkibli nəsihətlər
◘Peyğəmbərdən (s) bir hədis: “Bilin! Hər kəs Məhəmməd (s) və Ali-
Məhəmməd (ə) məhəbbəti ilə ölsə şəhiddir. (Məqsəd budur ki, bu
məhəbbət özünü əməldə və haqqa itaətdə də göstərsin), hər kəs Ali-
Məhəmməd (ə) məhəbbəti ilə ölsə bağışlanmış halda dünyadan gedər,
hər kəs Ali-Məhəmmədi (ə) sevdiyi halda ölsə tövbəkar kimi dünyadan
gedər, hər kəs Ali- Məhəmməd (ə) məhəbbəti ilə ölsə kamil imanlı
mömin kimi dünyadan gedər, hər kəs Ali-Məhəmməd (ə) məhəbbəti ilə
ölsə ölüm mələyi, Nəkir-Münkər ona cənnət müjdəsi verər, hər kəs Ali-
Məhəmməd məhəbbəti ilə dünyadan getsə Allah onun qəbrinə
behiştdən bir qapı açar, hər kəs Ali-Məhəmməd (ə) məhəbbəti ilə
dünyadan getsə qəbri rəhmət mələklərinin ziyarətgahına çevrilər, hər
kəs Ali-Məhəmməd (ə) məhəbbəti ilə ölsə sünnədən və cəmaətdən
(yəni, İslam ümmətindən) ayrılmamış halda dünyadan getmiş hesab
olunar, hər kəs Ali-Məhəmmədlə (ə) düşmən olduğu halda dünyadan
getsə Qiyamət günü alnına belə yazılar: “Allahın rəhmətindən
naümiddir”, hər kəs Ali-Məhəmmədlə (ə) düşmən olduğu halda ölsə
kafir olaraq dünyadan gedib, hər kəs Ali-Məhəmmədlə (ə) düşmən
olduğu halda dünyadan getsə behiştin iyini hiss etməz.
Alimlərin dediklərindən
◘On bir yerdə salam vermək məkruhdur; yəhudi və nəsraniyə, cümə
namazında imam cümə xütbə söylədiyi və camaatın da qulaq asdığı
vaxt, hamamda və başqa halda çılpaq vəziyyətdə olana, azan və ya
iqamə deməklə məşğul olana, Quran oxuyana, hədis, yaxud elmi
məsələ barəsində danışmaqla məşğul olana, qumarbaza, mahnı
oxuyana, günah halında olan hər bir kəsə, ayaqyolunda olana və
naməhrəm qadına.
◘On bir şey hafizəni qüvvətləndirər; halal yemək, şirniyyat, ət, mərci,
Ayətəl-Kürsi oxumaq, həmişə dəstəmazlı olmaq, üzü qibləyə oturmaq,
ata-anaya itaət etmək, əməl sahibi olan alimin üzünə baxmaq, alimin
sözünə qulaq asıb ona əməl etmək və gecə namazı.
◘On bir şey ölümü gecikdirər; çoxlu sədəqə, çoxlu dua, ata-anaya
itaət, gecə namazı, dan yeri açılmamışdan (yəni, fəcrdən, sübh
azanından qabaq) istiğfar etmək, gecə-gündüz nafilələrinə riayət etmək,
248
camaat namazı, möminlərdən ötrü dua, çoxlu Quran oxumaq, gizlində
də, aşkarda da Allahı yad etmək və salavat göndərmək.
◘Xoşagəlməz xüsusiyyətlərin kökü on bir şeydir; çox yemək, çox
danışmaq, qəzəb, paxıllıq, mal-dövlət məhəbbəti, şöhrətpərəstlik,
təkəbbür, özünəpərəstiş, riya, lovğalıq, özünübəyənmə və bir də
xəsislik.
◘Bəyənilmiş əxlaqın da on bir kökü var; tövbə, Allahdan qorxmaq,
ümid, zahidlik, səbr, şükür, ixlas, doğru danışmaq, təqdirə razılıq,
camaatı sevmək, ölümü yad etmək.
Dostları ilə paylaş: |