Бисмиллаһир рәһманир рәһим



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə82/100
tarix26.10.2018
ölçüsü3,34 Mb.
#75699
1   ...   78   79   80   81   82   83   84   85   ...   100

 
249 
 
ON İKİNCİ BÖLMƏ 
On iki tərkibli nəsihətlər 
◘Həzrət Peyğəmbər (s) buyurub:  ”Hər kəs gündəlik vacib namazları 
camaatla  qılmaqda  süstlük  etsə  Allah  onu  on  iki  əzaba  düçar  edər. 
Bunlardan  üçü  dünyada,  üçü  ölüm  zamanı,  üçü  qəbirdə,  üçü  də 
Qiyamət  günü  verilər.  Dünyada  olanlar  bunlardır:  qazancının  bərəkəti 
çəkilər,  xeyir  siması  üzündən  alınar,  iman  əhli  onun  düşməni  olar. 
Ölüm zamanı olan əzablar bunlardır: ac, susuz və şiddətli qorxu ilə can 
verər. Qəbirdə olanlar bunlardır: Nəkir və Münkər onun hesabını çətin 
çəkər,  qəbri  qaranlıq  olar  və  onun  üçün  darlaşar.  Qiyamətdə  olanlar 
bunlardır: çətinliklə haqq-hesab verər, Allahın qəzəbi və atəşlə üz-üzə 
gələr. 
 
◘Həzrət Əli (ə) vəsiyyətində buyurur: “Yaxşı olar ki, süfrə başında on 
iki  şeyə  riayət  olunsun;  yeməyin  halal  və  haram  olmasını  bilmək, 
“Bismillah”  demək,  şükr  etmək,  Allahın  təqdirinə  razılıq,  ağırlığı 
ayağın  üzərinə  salmaq,  üç  barmaqla  yemək,  öz  qabağından  yemək  və 
yeməkdən  sonra  barmaqları  yalamaq,  tikələri  kiçik  götürmək,  yeməyi 
yaxşı  çeynəmək,  başqalarına  az  baxmaq  və  yeməkdən  sonra  əlləri 
yumaq.” 
 
◘Həzrət  Əli  (ə)  buyurub:  ”Təqvalıların  xüsusiyyətləri  bunlardır; 
doğru  danışmaq,  əmanətdarlıq,  əhdə  vəfa,  fəxr  etməmək,  səbr,  sileyi-
rəhm,  kimsəsizlərə  qarşı  mərhəmət,  qadınlarla  az  uyğunlaşmaq  (yəni, 
batil  və  lazımsız  işlərdə  onlarla  az  müvafiqət  etmək),  ehsan, 
xoşxasiyyətlilik,  təmkin,  Allaha  yaxınlaşdıran  işlərdə  elm  və  bilik 
ardınca getmək.” 
 
◘Yenə  də  Həzrət  Əli  (ə)  buyurur:  “Tövratdan  on  iki  ayə  seçib  ərəb 
dilinə tərcümə etdim və gündə üç dəfə onlara nəzər salıram:  
1.  Ey  Adəm  övladı!  Nə  qədər  ki,  Mənim  səltənətim  əbədidir 
rəhbərlərdən, rəislərdən qorxun olmasın.  
2.  Ey  Adəm  övladı!  Nə  qədər  ki,  Mənim  xəzinələrim  doludur, 
başqasına ümidvar olma.  
3.  Ey  Adəm  övladı!  Nə  qədər  ki,  Məni  tapırsan,  başqası  ilə  ülfət 
yaratma,  çünki,  istənilən  vaxt  çağırsan  sənə  yaxın  və  sənə  qarşı 
mehribanam.  
4. Ey Adəm övladı! Mən səni sevirəm, sən də Məni sev.  


 
250 
5.  Ey  Adəm  övladı!  Nə  qədər  ki,  Sirat  körpüsündən  keçməmisən 
arxayın olma.  
6.  Ey Adəm övladı!  Hər şeyi sənin üçün  yaratmışam,  səni  isə  Özüm 
üçün, Məndən necə qaçırsan?!  
7. Ey Adəm övladı! Səni ilk öncə torpaqdan, sonra nütfədən yaratdım, 
nütfəni çeynənmiş ət parçasına çevirib səni xəlq etdim. 
8.  Özünə  xatir  Mənə  qəzəblənirsən,  lakin,  Mənə  görə  özünə 
qəzəblənmirsən.  
9. Mənim qoyduğum vəzifələri icra etmək sənin öhdənə düşür, sənin 
ruzin  isə  Mənim  öhdəmə.  Sən  vəzifələrini  yerinə  yetirməkdən  boyun 
qaçırsan  da,  Mən  öz  öhdəmdə  olanı–bəndəmin  ruzisini  verməyi  daim 
yerinə yetirirəm. 
10. Ey Adəm övladı! Hamı səni özləri üçün istəyir, Mən isə səni sənin 
özündən ötrü istəyirəm. Elə isə Məndən qaçma.  
11.  Necə  ki,  Mən  səndən  sabahın  vəzifələrini  tələb  etmirəm,  sən  də 
Məndən sabahın ruzisini tələb etmə.  
12.  Əgər,  öz  qismətinə  razı  olsan,  sənin  qəlbini  və  bədənini  rahat 
edərəm, yox əgər, narazı olsan səndə dünyaya qarşı tamah yaradaram. 
Nə  qədər  ardınca  qaçsan  da  öz  qismətindən  başqa  bir  şey  ələ  gətirə 
bilməzsən. 


 
251 
 
ON ÜÇÜNCÜ BÖLMƏ 
On üç tərkibli nəsihətlər 
◘Həzrət Əli (ə) deyir ki, bir gün Peyğəmbərdən (s) soruşdum: “Məsx 
edilmiş  (şəkli  dəyişdirilmiş)  heyvanlar  hansılardır?”  Buyurdu:  “On  üç 
heyvan;  fil,  ayı,  donuz,  meymun,  ilanbalığı,  kərtənkələ,  yarasa,  qara 
qurd,  əqrəb,  hörümçək,  dovşan,  süheyl  və  zöhrə  (sonuncu  iki  heyvan 
dənizdə yaşayan su heyvanlarıdır.)” Soruşdum:  
“Bunların məsx olmasının səbəbi nədir: Buyurdu: Fil «ləvatla məşğul 
olan»  bir  kişi  idi.  Ayı  «mərde  mabuni»  idi  ki,  kişiləri  özünə  çağırırdı. 
Donuz  olanlar  bir  dəstə  nəsrani  idi  ki,  Allahdan  onlara  asimandan  bir 
yemək  göndərmələrini  istədilər  və  bu  istəkləri  həyata  keçdi,  lakin,  bu 
hadisə onların küfrlərini daha da artırdı. Meymun olanlar öz dinlərinin 
şənbə  günü  barədə  onlara  verdiyi  göstərişə  boyun  əyməyənlər  idi. 
İlanbalığı öz  arvadını başqa kişilərin ixtiyarında  qoyan bir dəyyus idi. 
Kərtənkələ köçəri həyat tərzi yaşayan bir nəfər idi ki, Həccə gedənlərin 
yolu  üstündə  gizlənib  onların  mallarını  oğurlayardı.  Yarasa  da  xurma 
oğrusu  idi  ki,  camaatın  xurmasını  elə  ağacların  üstündən  oğurlayardı. 
Qara qurd dostların arasını vurmaqla məşğul olan sözgəzdirən bir şəxs 
idi. Əqrəb acıdilin biri idi ki, dili ilə hamını sancardı. Hörümçək  ərinə 
xəyanət edən qadın idi. Dovşana çevrilən də bir qadın idi ki, heyz və s. 
qüsullar  almazdı.  Süheyl  yəmən  əhlindən  olan  bir  nəfər  idi.  Zöhrə  isə 
Harut və Marut adlı mələkləri aldadan nəsrani qadın idi.” 
Mərhum Şeyx Səduq buyurur ki, məsx olan insanlar üç gündən artıq 
yaşamırlar  və  onların  nəsil  artırma  qabiliyyətləri  də  olmur.  Yuxarıda 
qeyd olunan məsx olunmalar şərti xarakter daşıyır.  Yəni, məsx olunan 
insanlar  sadəcə  olaraq  adları  çəkilən  heyvanlar  şəklinə  çevrilmişlər, 
nəinki, həmin heyvanların mənşəyi bu məsx olunmadan başlanır. 
 
 
 
 
 
 
 


 
252 
Əmirəl-mömininin (ə) on üç fəziləti 
◘Cabir  ibn  Əbdüllah  Peyğəmbərin  (s)  belə  buyurduğunu  nəql  edir: 
“Əlidə (ə) bir sıra fəzilətlər var ki, əgər onların biri sair insanlarda olsa 
onlara bəs edər. Bunlar aşağıdakılardır:  
1. Hər kəsin rəhbəri mənəmsə Əli də onun rəhbəridir. 
2. Əlinin mənə nisbəti Harunun Musaya olan nisbəti kimidir. 
3. Əli məndəndir, Mən də Əlidən. 
4.  Şəxsən  mənim  öz  yerimdədir–ona  itaət  mənə  itaətdir,  ona 
itaətsizlik mənə itaətsizlikdir. 
5.  Əli  ilə  müharibə  Allahla  müharibə,  onunla  sülh  Allahla  sülh 
deməkdir. 
6. Əlinin dostu Allahın dostu, düşməni isə Allahın düşmənidir.  
7. Əli Allahın höccəti və bəndələri arasında Onun canişinidir. 
8. Əli ilə dostluq iman, düşmənçilik isə küfr əlamətidir. 
9.  Əlinin  dəstəsi  Allahın  dəstəsi,  düşmənlərinin  dəstəsi  isə  Şeytanın 
dəstəsidir.  
10.  Əli  haqq  ilədir,  haqq  da  Əli  ilə.  Kövsər  hovuzuna  qədər  bir-
birindən ayrılmazlar.  
11.Əli Cənnət və Cəhənnəmi ayırandır. 
12.  Əlidən  ayrılan  məndən  ayrılıb,  məndən  ayrılan  isə  Allahdan 
ayrılıb. 
13.Qiyamət gününün nicat tapanları Əlinin şiələridir. 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə