Бисмиллаһир рәһманир рәһим



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə79/100
tarix26.10.2018
ölçüsü3,34 Mb.
#75699
1   ...   75   76   77   78   79   80   81   82   ...   100

 
239 
1. Halalzadəlik.  
2. Səhih iman.  
3. Allahın onları sevməyini.  
4. Qəbr genişliyini.  
5. Sirat körpüsünün aydınlığını.  
6. Fəqirlikdən qorxmamaq və qəlb ehtiyacsızlığı.  
7. Onların düşmənləri ilə Allahın da düşmən olması.  
8. Xora xəstəliyindən amanda olmaq.  
9. Günahlarının bağışlanması.  
10. Mənimlə behiştdə yanaşı olmaq.” 
 
◘Həzrət Əli (ə) buyurur: “Peyğəmbərdən (s) mənə on iftixar ediləcək 
şey  qalıb  ki,  bütün  dünyadan  və  günəşin  saçdığı  hər  bir  şeydən  daha 
dəyərlidir.  O  həzrət  mənə  buyurdu:  “Ey  Əli!  Sən  dünya  və  axirətdə 
mənim  qardaşımsan,  məhşərdə  mənə  hamıdan  yaxınsan,  sən  mənim 
vəzirim  və  vəsimsən,  ailə  və  malımda  mənim  canişinimsən,  dünya  və 
axirətdə  mənim  bayraqdarımsan,  sənin  dostun  mənim  dostum, 
düşmənin də mənim və Allahın düşmənidir.” 
 
◘Bir  gün  Peyğəmbərdən  (s)  soruşdular:  “Nə  üçün  bizim  dualarımız 
qəbul  olunmur?  Halbuki,  Allah-təala  buyurur:  “Məni  çağırın,  Mən  də 
sizə cavab verim.” Həzrət (s) buyurdu: “On şey sizin qəlbinizi öldürüb:  
1. Allahı tanıyıb öz bəndəlik vəzifələrinizi yerinə yetirməmisiniz.  
2. Quranı oxuyub ona əməl etməmisiniz.  
3.  Peyğəmbərlə  dost  olduğunuzu  iddia  edirsiniz,  lakin  övladları  ilə 
düşmənçilik etdiniz.  
4. 
Şeytanla  düşmən  olduğunuzu  deyirsiniz,  lakin  onun 
ardıcıllarındansınız.  
5. Dediniz ki, behişti istəyirik, lakin heç bir əməl yerinə yetirmədiniz.  
6. Dediniz oddan qorxuruq, lakin bədənlərinizi ora atdınız.  
7.  Camaatın  eyiblərini  araşdırmaqla  məşğul  oldunuz,  lakin  öz 
eyiblərinizdən xəbərsiz oldunuz.  
8.  Dünyaya  düşmən  olmağınızı  dilə  gətirdiniz,  lakin  var-dövlət 
toplamaqla məşğul oldunuz.  
9. Ölümü iqrar etdiniz, lakin ona hazırlaşmadınız.  
10.  Ölüləri  torpağa  tapşırdınız,  lakin  bundan  ibrət  almadınız.  Bütün 
bunlara görə də dualarınız qəbul edilmir.” 
 
◘On  şeydə  möhtəkirlik  etmək  qadağandır:  buğda,  arpa,  xurma, 
kişmiş, qarğıdalı, yağ, bal, pendir, qoz, zeytun. 
 


 
240 
◘Mənim  dediklərim  şəriətdir,  rəftarım  təriqət,  halətim  həqiqətdir, 
əqlimin  üstünlüyü  mərifət,  ləyaqət  və  səlahətim  elmdir,  geyimim 
təvəkküldür,  xəzinəm  qənaətdir,  mənzilim  doğruçulluq,  məskənim 
yəqin,  iftixarım  fəqirlikdir  və  elə  məhz  bu  da  mənim  başqa 
peyğəmbərlər yanında fəxrimdir. 
 
◘Əli (ə) buyurub: ”Elm ən gözəl irsdir, əql ən gözəl (ilahi) bəxşişdir, 
ədəbən gözəl məşğuliyyətdir, təqva ən gözəl ehtiyat azuqəsidir, ibadət 
ən  faydalı  sərmayədir,  saleh  əməl  ən  gözəl  rəhbərdir,  xoş  xasiyyət  ən 
gözəl dostdur, səbrli olmaq ən mənfəətli yoldaşdır, qənaət (qane olmaq) 
ən böyük dövlətdir və tövfiq ən yaxşı köməkçidir.” 
DÖRDÜNCÜ FƏSİL 
İmam Məhəmməd Baqir (ə) və İmam Sadiqdən (ə) hədislər 
◘Peyğəmbər (s) şərab barəsində on kəsə lənət edib: (şərab əldə etmək 
məqsədi  ilə)  ağac  əkənə,  ona  qulluq  edənə,  üzümünü  sıxana,  şərabı 
içənə, paylayana, daşıyana, təhvil alana, satana, müştərisinə və pulunu 
yeyənə. 
 
◘İslamın  on  sütunu  var:  tövhidi  iqrar  etmək,  gecə-gündüz  vacibi 
namazlar,  cəhənnəm  odu  qarşısında  sipər  olan  oruc,  zəkat,  həcc, 
müsəlmanların izzəti olan cihad, imanı qoruyub saxlayan əmr be məruf, 
günahkar  əleyhinə  höccət  olan  nəhy  əz  münkər,  cəmiyyət  və  ismət 
(yəni, nəfsi çirkinliklərdən qorumaq) 
 
◘On şey var ki, hər kəs ölüm zamanı onlara malik olsa, behiştə gedər: 
tövhid  və  nübüvvətin  iqrarı,  səmavi  kitabları  tanıyıb  etiraf  etmək, 
namaz,  zəkat,  oruc,  həcc,  Allahın  dostları  ilə  dostluq,  düşmənləri  ilə 
düşmənçilik və hər cür günahdan uzaq olmaq. 
 
◘On  kəs  on  şeyin  intizarında  olmasın:  lovğa  yaxşı  adın,  hiyləgər 
çoxlu  dostun,  ədəbsiz  şərəfin,  simic  sileyi-rəhmin,  məsxərəçi  həqiqi 
dostluğun,  təhsili  olmayan  qəzavətin,  qeybətcil  xoşagəlməz  hadisələrə 
düçar  olmaqdan  salamat  qalmağın,  paxıl  qəlb  rahatlığının,  xırdaçı 
böyüklüyün, özünübəyənən təcrübəsiz isə hakimliyin. 
 
◘Bir gün bir kişi İmam Sadiqin (ə) hüzuruna gəlib dedi: “Atam-anam 
sənə  fəda  olsun,  mənə  mövizə  et.”  Həzrət  (ə)  buyurdu:  “Əgər  Allah-
təala  ruziyə  zamindirsə,  qüssələnmək  nə  üçün?  Əgər  ruzi  bölünübsə, 
hərislik nə üçün? Əgər Qiyamət haqq-hesabı həqiqətdirsə (haram yolla) 


 
241 
dövlət  toplamaq  nə  üçün?  Əgər  Allah  infaqın  əvəzini  verəcəksə, 
simiclik  nə  üçün?  Əgər  Allahın  əzabı  atəşdirsə,  günah  nə  üçün?  Əgər 
ölüm  haqdırsa,  (günah  və  batil  işdən  ötrü)  sevinmək,  şadlanmaq  nə 
üçün?  Əgər,  əməllər  barədə  Allaha  səhih  hesabat  veriləcəksə,  özünü 
aldatmaq nədir? Əgər Sirat körpüsündən keçmək haqdırsa xudpəsəndlik 
nə üçün? Əgər hər şey müqəddər olunubsa, qəmlənmək nə üçün? Əgər 
dünya fanidirsə, ona etimad nə üçün? 
 
◘Ali  insani  keyfiyyətlər  ondur.  Bacarırsansa,  bu  keyfiyyətlərin 
hamısını əldə et. Bu xüsusiyyətlər bəzən atada olur, lakin oğulda olmur, 
bəzən  də  əksinə,  oğulda  olur,  atada  olmur,  bəzən  qulda  olur,  azad 
insanda  isə  olmur.  Həmin  keyfiyyətlər  bunlardır:  camaatla  rəftarda 
doğrucul  olmaq,  düz  danışmaq,  əmanətdarlıq,  sileyi-rəhm, 
qonaqpərvərlik,  dilənçiyə  yemək  vermək,  yaxşılığın  qədrini  bilmək, 
qonşuluq  haqlarına  riayət  etmək,  dostluq  haqlarına  riayət  etmək  və 
nəhayət, bütün bu xüsusiyyətlərin başı olan həya. 
 
◘Allah-təala  öz  Peyğəmbərini  (s)  ali  əxlaqi  keyfiyyətlər  vasitəsi  ilə 
üstün  etmişdir.  Siz  özünüzü  yoxlayın.  Görsəniz  ki,  bu  xüsusiyyətləri 
Allah  sizə  də  verib,  onların  daha  da  kamala  çatmasından  ötrü  çalışın: 
yəqin,  qənaət,  səbr,  şükr,  razılıq,  xoş  xasiyyət,  səxavət,  qeyrət,  şücaət 
və alicənablıq. 
 
◘“Qəsəsül-ənbiya” kitabında Peyğəmbərin (s) meracı barədə uzun və 
müfəssəl bir hədis nəql olunub. Biz onun bir hissəsini nəql edirik: 
–Ey Məhəmməd! İstə ki verim. 
–Pərvərdigara!  boynumuza  ağır  və  bizi  əldən  salacaq  yük  qoyma. 
Çünki mümkündür biz onları (ağırlığı səbəbindən) həll etməkdən boyun 
qaçıraq  və  bu  günahın  nəticəsində  Bəni-İsrailə  etdiyin  kimi  öz 
halallarını bizə haram edəsən. 
Xitab oldu: 
–Çətinlik  və  sıxıntını  sənin  ümmətinin  üzərindən  götürdüm.  Allah 
dininizi  sizdən  ötrü  asanlaşdırmış,  sizin  üçün  asayiş  və  rahatlıq 
istəmişdir. Bəni-İsrailin boynunda on ağır vacibat var idi:  
1.  Günah  etdikləri  zaman  halal  yeməklər  onlara  haram  olurdu.  Bu 
barədə  Quranda  belə  buyurulur:  “Yəhudilərin  özlərinə  etdikləri  zülm 
nəticəsində  onlardan  ötrü  halal  etdiyimiz  pak-pakizə  yeməkləri  onlara 
haram etdik.”  
2. Əlli rəkət vacib namazları var idi.  
3. Zəkatları mallarının dörddə-biri qədər idi.  


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə