Бисмиллаһир рәһманир рәһим



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə75/100
tarix26.10.2018
ölçüsü3,34 Mb.
#75699
1   ...   71   72   73   74   75   76   77   78   ...   100

 
227 
 
DOQQUZUNCU BÖLMƏ 
Doqquz tərkibli nəsihətlər 
BİRİNCİ FƏSİL 
Şiələrin Peyğəmbərdən (s) nəql etdikləri hədislər 
◘Doqquz  şeyin  doqquz  afəti  var:  danışığın  afəti  yalan,  elmin  afəti 
unutmaq,  helmin  afəti  ağılsızlıq,  ibadətin  afəti  süstlük,  xoş  təbiətli 
olmağın afəti boşboğazlıq, şücaətin afəti zülm, səxavətin afəti minnət, 
gözəlliyin afəti lovğalıq, əsil-nəcabətin afəti iftixardır. 
 
◘Peyğəmbər (s) Xeybərin fəthindən sonra üzünü müsəlmanlara tutub 
onları  doqquz  şeydən  çəkindirdi:  zina  müqabilində  muzd  ödəmək, 
heyvanları pul müqabilində cütləşdirmək, qızıl üzük taxmaq, itə qiymət 
qoymaq  (ov  iti,  çoban  iti,  evi  və  bağ-bostanı  qoruyan  itlər  istisnadır.), 
ipək  paltar  geymək,  yırtıcı  heyvanların  ətindən  istifadə  etmək,  qızılı 
qızıla,  gümüşü  gümüşə  satarkən  artıq-əskikliyə  yol  vermək,  uğur  və 
nəhs  işləri  və  s.  məsələləri  təhqiq  etməkdən  ötrü  astronomik 
araşdırmalar aparmaq. 
 
◘Mənim  ümmətimə  doqquz  şeydən  günah  yazılmaz:  Səhv, 
unutqanlıq,  zorla  məcburiyyət,  qüdrəti  çatmadığı  şeydən  ötrü,  zərurət, 
ürəyə pis şey gəlmək (məqsəd budur ki, bu cür şeylərin, məsələn, səfərə 
çıxarkən  qarşısında  qara  pişik  keçməyin  və  s.  bu  kimi  işlərin  günahı 
bağışlanmışdır,  lakin,  bunlara  etina  etmək  olmaz.)  və  qəlbə  gələn 
vəsvəsələr, məsələn, hər hansı bir şəxs barədə pis fikirləşmək, bu da nə 
qədər ki dilə gəlməyib, günah hesab olunmaz. 
 
◘Allah-təala İslamı mənim əlimlə rövnəqləndirdi, Quranı mənə nazil 
etdi.  Kəbəni  mənim  əlimlə  açdı,  məni  bütün  insanlardan  üstün  etdi, 
dünyada  məni  bəşərin  sevinc  və  şadlıq  vasitəsi,  Qiyamət  günündə  isə 
məhşərdə toplaşan insanların ziynəti qərar verdi, məndən qabaq behiştə 
daxil  olmağı  bütün  peyğəmbərlərə,  eləcə  də,  bütün  ümmətlərə  mənim 
ümmətimdən  qabaq  haram  etdi.  Məndən  sonra  canişinliyi  Qiyamətə 
qədər  əhli-beytimə  həvalə  etdi  və  mənim  dediyim  hər  bir  şeyə  qarşı 
çıxan şəxs Allaha qarşı kafir olmuşdur. 
 
◘Cabir  deyir:  “Bir  gün  Həzrət  Peyğəmbərin  (s)  hüzurunda  idim. 
Üzünü  Əliyə  (ə)  tutub  buyurdu:  “Ey  Əbəlhəsən!  İstəyirsənmi  ki,  sənə 


 
228 
bir  müjdə  verim?”  Əli  (ə)  ərz  etdi:  “Bəli,  əlbəttə,  ya  Rəsuləllah!” 
Peyğəmbər (s) buyurdu: “Elə indicə Cəbrail nazil olub Allah tərəfindən 
xəbər  gətirdi  ki,  sənin  şiələrinə  doqquz  imtiyaz  verilib:  ölüm  zamanı 
rahatlıq  və  xoş  münasibət,  vəhşət  zamanı  qəlbi  aramlıq,  (axirət  və 
qəbir)  qaranlığından  nur,  (Qiyamət)  qorxusundan  amanda  olmaq, 
əməllər  haqq-hesab  olunarkən  fəzl  və  kərəm,  Sirat  körpüsündən 
asanlıqla  keçmək,  behiştə  digər  insanlardan  qabaq  daxil  olmaq  və 
nəhayət, nurları öndən və sağdan onlara doğru tələsər.” 
 
◘Allah-təala  mənə  doqquz  şey  tapşırıb,  mən  də  onları  sizə  tövsiyə 
edirəm: gizlində də, aşkarda da ixlaslı olmaq, qəzəbli olanda da, halın 
xoş olduğu vaxtda da ədalətli olmaq, yoxsul olanda da, varlı olanda da 
iqtisada  riayət  etmək,  zalımı  bağışlamaq,  məni  məhrum  edənə  əta 
etmək,  məndən  əlaqəni  kəsənlə  əlaqə  yaratmağa  çalışmaq,  sükutumun 
təfəkkür, danışığımın zikr və baxışımın ibrət olmasını. 
 
◘Bir gün bir yəhudi öz dostuna dedi: “Gedək bu peyğəmbəri görək.” 
Dostu dedi: “Peyğəmbər demə. Çünki eşitsə öz-özünə fəxr edər.” Onlar 
Peyğəmbərin (s) hüzuruna gəlib soruşdular: “Doqquz açıq-aşkar hökmü 
olan ayə hansılardır? “Peyğəmbər (s) buyurdu: “Allaha şərik qoşmayın, 
israf  etməyin,  zina  etməyin,  Allahın  möhtərəm  bildiyini  nahaqdan 
öldürməyin, günahsızı öldürmək üçün qoluzorluların çənginə verməyin, 
cadu  ilə  məşğul  olmayın,  pakdamən  qadınlara  böhtan  atmayın, 
döyüşdən  qaçmayın  və  xüsusən,  siz  israillilər,  şənbə  günü  həddi 
aşmayın.”  Yəhudilər  Peyğəmbərin  (s)  əlindən  öpüb  onun 
peyğəmbərliyinə şəhadət verdilər. 
 
 
 
 
 
İKİNCİ FƏSİL 
Əmirəl-möminindən (ə) hədislər 
◘And  olsun  Allaha!  Allah  mənə  doqquz  imtiyaz  vermişdir  ki,  bu 
imtiyazları  məndən  və  İslam  Peyğəmbərindən  (s)  başqa  heç  bir  kəsə 
verməmişdir:  Səbəblərin  yollarını  üzümə  açıb  (yəni,  bütün  işlərin 
səbəblərindən  xəbərdaram),  bulud  məndən  ötrü  hərəkət  etmişdir, 
ölümlərdən və giriftarçılıqlardan xəbərdaram, haqq və batili tanıyıram, 
Allahın  izni  ilə  mələkut  aləminə  baxıb  keçmişdən  və  gələcəkdən 


 
229 
xəbərdar  oldum  və  heç  bir  şey  məndən  örtülü  deyil,  Allah  mənim 
vilayətimlə  bu  ümmətin  dinini  kamil  etdi  və  onlara  öz  nemətini 
tamamladı  və    dinlərini  qəbul  etdi.  Bunu  Allah  Qədir-Xum  günündə 
Peyğəmbərə (s) vəhy olaraq bu ayədə göndərdi: “Bu gün sizin dininizi 
kamil etdim,  sizə  olan  nemətimi tamamladım  və  sizin  üçün  din  olaraq 
İslamı  bəyəndim.”  Bütün  bunlar  Allahın  mənə  əta  etdiyi  nemətlərdir. 
Əlhəmdulillah. 
 
◘Şəbi  deyir:  “Əli  (ə)  doqquz  misli  görünməmiş  fəsahət  və  bəlağətli 
cümlə işlətmişdir ki, bütün insanlar bir yerə cəm olsalar da bunların bir 
cümləsi kimi cümlə işlədə bilməzlər. Bu cümlələrin üçü o həzrətin (ə) 
münacatlarından,  üçü  hikmətli  sözlərindən,  üçü  də  ədəb  və  əxlaq 
mövzusunda  olan  kəlamlarındandır.  Münacatlarından  olan  üç  cümləsi 
bunlardır: 
“İlahi,  mənim  başucalığımdan  ötrü  Sənə  bəndə  olmağım  və  iftixar 
etməyimdən ötrü, Sənin kimi bir Allahımın olmağı mənə bəsdir. İlahi, 
Sən mənim sevdiyim kimisən və məni də elə et ki, sənin sevdiyin kimi 
olum.” 
 
◘Hikmətli sözlərindən olanlar bunlardır: 
“Hər  kəsin  qədir-qiyməti  onun  elmi  və  (Allaha  qarşı  olan)  mərifəti 
qədərdir.  Hər  kəs  öz  qədrini  bilsə  həlak  olmaz.  Hər  kəs  dilinin 
arxasında gizlənmişdir.” 
 
◘Ədəb barəsində olan sözlərindən olanlar isə bunlardır: 
“Hər  kəsi  yaxşılıqlara  tutsan,  onun  əmiri  olarsan.  Hər  kəsə  tərəf 
ehtiyac  əlini  uzatsan,  onun  əsiri  olarsan.  Hər  kəs  qarşısında  öz 
ehtiyaclılığını gizlətsən, onunla bərabər və həmtay olarsan.” 
Həm şiələrin, həm də sünnilərin nəql etdikləri hədislərdən 
◘Həzrət  Sadiq  (ə)  buyurub:  “İslam  Peyğəmbəri  (s)  doqquz  şeydən 
ötrü  zəkat  qərar  verib:  buğda,  arpa,  xurma,  kişmiş,  qızıl,  gümüş,  inək, 
qoyun və dəvə.” 
 
◘Harun  ibn  Həmzə  deyir  ki,  bir  gün  həzrət  Sadiqdən  (ə)  soruşdum: 
“Həzrət  Musanın  (ə)  doqquz  möcüzəsi  hansılar  idi?”  Həzrət  (ə) 
buyurdu:  “Çəyirtkə,  gənə,  qurbağa,  qan,  tufan,  dərya,  daşı  çatlatmaq, 
əsa və öz əli.” 
 
◘Dünya  bir  surətə  bənzəyir  ki,  başı  təkəbür,  gözü  hərislik,  qulağı 
tamah, dili riya, əli şəhvət, ayağı xudpəsəndlik, qəlbi qəflət, varlığı fəna 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə