Бисмиллаһир рәһманир рәһим



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə78/100
tarix26.10.2018
ölçüsü3,34 Mb.
#75699
1   ...   74   75   76   77   78   79   80   81   ...   100

 
236 
olduğu  imam  camaat,  sahibindən  qaçmış  qulun  namazı,  şərab  içənin 
namazı,  ərini  qəzəbləndirib  gecəni  səhər  edən  qadının  namazı,  başını 
örtməmiş  namaz  qılan  qadının  namazı,  zülmkar  rəhbərin  namazı, 
ribaxorun  namazı,  pis  və  çirkin  işlərin  qarşısını  almayan  kişinin 
namazı. 
 
◘Nazam  dinin  sütunudur.  Namaz  on  məziyyətə  sahibdir:  üzün 
gözəlliyini  artırar,  qəlbin  nurani  olmasına,  bədənin  rahatlığına  səbəb 
olar, qəbrdə insanın həmdəmidir, rəhmət nazil olma məhəllidir, göydən 
baxan  mələklərə  işıqlı  çıraq  kimi  görünər,  mizanın  ağırlığını  artırar, 
Allaha  xoş  gedər,  Behiştə  səbəb  olar,  Cəhənnəmlə  bəndə  arasında 
səddə  çevrilər.  Hər  kəs  namazı  dirçəltsə,  dini  dirçəldər.  Hər  kəs  də 
namazı tərk etsə, dini tərk edər. 
 
◘Allah  behişt  əhlini  behiştə  daxil  etmək  istəyərkən  bir  mələyi  bir 
töhfə və bir behişt libası ilə onlara  göndərər.  Behişt əhli behiştə daxil 
olmaq  istəyərkən  mələk  onlara  deyər:  “Dayanın,  mən  Aləmlərin 
Pərvərdigarı tərəfindən sizin üçün töhfə gətirmişəm.” Soruşarlar: “O nə 
töhfədir?”  Mələk  deyər:  “On  üzükdür.  Birincisinə  “Siz  artıq  paksınız, 
həmişəlik olaraq ora daxil olun!”, ikincisinə 

Həmişəlik olaraq

 salamat 
və əmniyyətlə 

ora daxil olun

”, üçüncüsünə “sizin qəm-qüssəniz, artıq 
bitdi”,  dördüncüsünə,  “sizi  bər-bəzəyə  bürüyəcəyik”,  beşincisinə, 
“Sizdən  ötrü  pak-pakizə  qadınlar–Hurilər  hazır  etmişik”,  altıncısına, 
“Etdikləriniz səbrə görə bu gün Mən onların mükafatlarını verəcəyəm”, 
yeddincisinə,  “Elə  bir  cavanlığa  qovuşdunuz  ki, 

həmin  cavanlığın

 
qocalığı 
yoxdur 
(yəni 
əbədi 
cavanlıqdır)”, 
səkkizincisinə, 
“Peyğəmbərlər,  şəhidlər  və  salehlərlə  yoldaşsınız”,  doqquzuncusuna, 
“Elə  bir  əmin-amanlığa  qovuşdunuz  ki,  heç  bir  qorxu  və  narahatlıq 
görməyəcəksiniz”,  onuncusuna  isə  “Siz  əzəmətli  ərşin  sahibi  olan 
mehriban  və  bağışlayan  Allahın  yanındasınız”  yazılıb.”  Mələk  daha 
sonra deyər: “Buyurun,  daxil olun!” Onlar behiştə daxil olub deyərlər: 
“Şükr  olsun  Allaha  ki,  qəm-qüssəni  qəlbimizdən  çıxartdı.  Bizim 
Allahımız  bağışlayan  və  mehribandır.  Şükr  olsun  Allaha  öz  vədəsinə 
əməl etdi və bizi buranın varisləri etdi ki, ürəyimiz istədiyi yerə gedib 
orada məskən salaq. Əməl sahibi olanların nə gözəl mükafatı var!!!” 
 
◘Elə ki, Cəhənnəm əhlinin cəhənnəmə salınma vaxtı yetişdi, yenə də, 
Allah-təala bir mələyii on üzüklə onlara göndərər. Həmin üzüklərə belə 
yazılıb: Birincisinə «Cəhənnəmə daxil olun. Orada nə ölmək var, nə də 
oradan  çıxmaq  imkanı»,  ikincisinə  «Əzaba  qərq  olun.  Sizin  üçün  heç 
bir  asayiş  yoxdur»,  üçüncüsünə  «Mənim  rəhmətimdən  naümid  olun», 


 
237 
dördüncüsünə  «Qəm-qüssəyə  batın»,  beşincisinə  «Geyiminiz, 
yeməyiniz,  suyunuz,  yatağınız  hamısı  atəşdən  hazırlanmışdır», 
altıncısına «Siz atəş içində olduğunuz müddətdə daim Mənim qəzəbimə 
uğrayacaqsınız»,  yeddincisinə  «Bütün  bunlar  etdiyiniz  günahların 
cəzasıdır,  səkkizincisinə  «Etdiyiniz  böyük  günahlara  görə  nə  tövbə 
edirdiniz,  nə  də  etdiklərinizə  görə  peşman  olurdunuz,  Mənim  lənətim 
olsun  sizə!»,  doqquzuncusuna  «Şeytanın  ardınca  getdiniz,  dünya 
həyatını  daha  üstün  saydınız,  axirətinizə  əhəmiyyət  vermədiniz.  Buna 
görə  də  dadın  əzabı!»,  onuncusuna  isə  «Yalnız  özünüzü  danlayın. 
Çünki sizə deyilənləri qəbul etmədiniz, günahlara davam etdiniz, bütün 
bu üzdöndərmələrinizə görə əzaba düçar olun!» 
 
◘Bir gün Peyğəmbər (s) İblisdən soruşdu: “Mənim ümmətimdən olan 
dostların  nə  qədərdir?”  İblis  cavab  verdi:  “On  dəstə:  zalım  rəhbərlər, 
lovğa dövlətlilər, hardan gəlib, hara sərf olunmasının ondan ötrü heç bir 
fərqi  olmayan  haramyeyən,  rəhbərin  zülmü  ilə  müvafiqət  edən  alim, 
xain  (camaatı  aldadan)  tacir,  möhtəkir  (yəni,  bir  şeydən  çox  miqdarda 
alıb  qıtlıq  zamanında  da  onu  baha  satmaqdan  ötrü  saxlayan  kəs), 
zinakar, ribaxor (sələmçi), simic və bir də hardan gəldi mal toplamağa 
çalışan kəs.” Sonra Həzrət (s) soruşdu: “Bəs mənim ümmətimdən olan 
düşmənlərin  kimlərdir?”  İblis  cavab  verdi:  “On  beş  dəstə  insan. 
Birincisi,  sən  özün,  ikincisi,  əməl  sahibi  olan  alim,  üçüncüsü,  Quran 
qiraət  edib  ona  əməl  edənlər  və  beş  dəfə  azan  deyənlər,  dördüncüsü, 
yoxsulları,  kimsəsizləri və  yetimləri  sevənlər,  beşincisi  insanları  sevib 
onlara  qarşı  mehriban  olanlar,  altıncısı,  haqq  qarşısında  təvazökar 
olanlar,  yeddincisi,  ömrünün  baharını Allaha  itaətdə  keçirərək  gecənin 
bir  aləmi  bütün  gözlər  yuxuda  olarkən  namazla  məşğul  olan  cavanlar, 
səkkizincisi,  haramdan  qorunan  kəslər,  doqquzuncusu,  Allah  yolunda 
xeyirxahlıq  edənlər,  (başqa  bir  hədisdə  “qəlbində  heç  bir  kin 
qoymayaraq  mömin  qardaşından  ötrü  dua  edənlər”),  onuncu,  daim 
dəstəmazlı  olanlar,  on  birincisi  səxavətlilər,  on  ikinci  xoş  xasiyyət 
olanlar,  on  üçüncüsü,  Allahın  vədələrini  təsdiqləyənlər,  on  dördüncü, 
pakdamən  və  örtülmüş  qadınlar,  on  beşincisi  də,  ölümə  hazır  olan 
kəslər.” 
ÜÇÜNCÜ FƏSİL 
Şiələrin Peyğəmbərdən (s) və Həzrət Əlidən (ə) nəql 
etdikləri hədislər 
◘Peyğəmbər (s) buyurub: ”Allaha ağıldan da artıq heç bir şeylə ibadət 
etmək olmaz. Mömin də nə qədər ki, on xüsusiyyətə yiyələnməyib onu 


 
238 
ağıllı hesab etmək olmaz. Həmin xüsusiyyətlər bunlardır: camaat onun 
xeyrinə ümidvar olsun, şərindən amanda olsun, başqalarının xeyir işini 
az  olsa  da,  çox  hesab  etsin,  öz  yaxşı  işlərini  isə  çox  olsa  da  az  hesab 
etsin,  ömrü  boyu  elm  öyrənməkdən  yorulmasın,  ona  ehtiyaclarını 
bildirənlərin işlərini yoluna qoymaqdan usanmasın, tanınmamağı şöhrət 
və  ehtiramdan  daha  artıq  sevsin,  yoxsulluğu  varlılıqdan  daha  artıq 
xoşlasın,  dünyadan  yalnız  zəruri  ehtiyaclarını  ödədiyi  qədər  istifadə 
etsin və nəhayət, onuncu və eyni zamanda ən mühümü budur ki, hər kəs 
barədə  onun  özündən  üstün  olduğu  fikrində  olsun.  Çünki  camaat  ona 
nisbətən iki dəstədir: ya ondan üstündür, ya da üstün deyil. Üstün olan 
barədə  təvazökar  olsun  ki,  ona  çata  bilsin.  Xoşu  gəlmədiyi  şəxs 
barəsində  də  belə  fikirləşsin:  “Ola  bilsin  ki,  batini  məndən  daha 
yaxşıdır”,  yaxud  “ola  bilsin  ki,  inhirafdan  qayıdar  və  aqibəti  xeyirlə 
tamamlanar.”  Hər  kəs  bu  on  xüsusiyyətə  riayət  etsə  əzəmətə  və 
insaniyyətin yüksək dərəcəsinə yiyələnmiş olar və bu şəxs öz dövrünün 
bütün insanlarından üstündür. 
 
◘Məaz  deyir  ki,  bir  gün  Peyğəmbərdən  (s)  Qiyamətin  dəhşətli 
qorxuları barədə soruşdum. Həzrət (s) buyurdu: “Böyük bir şey barədə 
soruşdun: “Sonra mübarək gözlərindən yaş axmağa başladı və buyurdu: 
“Mənim  ümmətimdən  on  tayfa  məhşərə  müxtəlif  sifətlərdə  daxil  olar. 
Bəziləri  meymun,  bəziləri  isə  donuz  sifətində  həşr  olunar.  Bəziləri 
ayaqları yuxarı, başı aşağı, üzləri də yerlə sürünə-sürünə məhşərə gələr, 
bəziləri kor, kar və lal halda həşr olar. Bəziləri dilləri ağızlarından çıxıb 
sinələrinə  qədər  sallanar  dilindən  üfunətli  çirk  axaraq  hamıya  əziyyət 
verər. Bəzilərini qolları və ayaqları kəsilmiş halda, bəziləri isə atəşdən 
olan  dar  ağacından  asılmış  halda  həşr  olunar.  Bəziləri  əyinlərində 
dərilərinə yapışmış qır köynəklər olduğu halda pis iy verə-verə məhşərə 
gələrlər.  Meymun  sifətində  olanlar  sözgəzdirənlərdir.  Donuz  sifətində 
olanlar haram yeyənlərdir. Başayaqlar riba yeyənlərdir. Korlar zülmkar 
qazilər,  korlar  və  lallar  isə  özlərini  bəyənənlərdir.  Dilləri  sallanaraq 
ondan  üfunətli  çirk  axanlar  qeybət  edənlərdir.  Qolları  və  ayaqları 
kəsilmiş halda həşr olunanlar qonşularına əziyyət edənlərdir. Odlu dar 
ağaclarından  asılmış  vəziyyətində  olanlar  camaatı  qaniçən  zalımların 
çənginə  verməyə  səy  göstərənlərdir.  Dərilərinə  pis  iyli  qır  köynəklər 
yapışmışlar  isə  şəhvətbazlar,  əyyaşlar  və  ilahi  hüquqları  ödəməkdən 
çəkinən  şəxslərdir.  Axırıncı  dəstədən  olanlar  isə  Allah  bəndələrinə 
böyüklük edən lovğalar və mütəkəbbirlərdir.” 
 
◘Əliyə (ə) verdiyi göstərişlərində belə buyurur: “Ey Əli! Sən öz xalis 
şiələrini on imtiyazla müjdələ:  


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə