Бисмиллаһир рәһманир рәһим



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə74/100
tarix26.10.2018
ölçüsü3,34 Mb.
#75699
1   ...   70   71   72   73   74   75   76   77   ...   100

 
224 
Səkkizinci  budur  ki,  gördüm  insanların  bəzisi  bədənlərinin 
sağlamlığına,  bəzisi  var-dövlətinə,  bəzisi  də  özləri  kimi  insanlara 
arxayın  olur.  Allah-təala  isə  Quranda  belə  buyurur:  “Hər  kəs  Allah 
qarşısında təqvalı olsa, Allah onun üçün düşdüyü çətin vəziyyətlərdən 
çıxış yolu açar və güman etmədiyi yerdən onun ruzisini yetirər və hər 
kəs Allaha təvəkkül etsə, Allah ona bəsdir.” Buna görə də mən Allaha 
etimad göstərib Ona təvəkkül etdim və gözümü başqa şeylərə yumdum. 
Həzrət (ə) buyurdu: And olsun Allaha! Tövrat, İncil, Zəbur, Quran və 
bütün asimani kitablar məhz bu səkkiz məsələni ehtiva edir. 
DÖRDÜNCÜ FƏSİL 
Zahidlərin dediklərindən 
◘Bir  zahid  bir  qaziyə  deyir:  “Mən  istərdim  sən  bu  vəzifədən  uzaq 
olasan. Lakin indi ki, bunu öz öhdənə almısan, onda səkkiz şeyə riayət 
et:  Danlaqdan  qorxma,  tərifə  ürək  bağlama,  işdən  çıxarılmaqdan 
qorxma,  hökmü  bilsən  də  məşvərət  etməkdən  imtina  etmə,  haqq  sənə 
məlum olsa, onu bəyan etməkdən ötrü bir an da yubanma, qəzəbli halda 
qəzavət  etmə,  nəfsani  istəklərə  uyma  və  nə  qədər  ki  münaqişə 
tərəflərinin hər ikisi hazır olmayıb, bir tərəfə qulaq asma.” 
 
◘Səkkiz  şey  səkkiz  şeyin  bəzəyidir:  heysiyyət,  izzəti-nəfs  fəqirliyin, 
şükr var-dövlətli olmağın. Səbr bəlanın, təvazö nəcabətin, helm alimin, 
özünü  kiçik  tutmaq  elm  öyrənənin,  ağlamaq  qorxunun,  xüşu  da 
namazın. 
 
◘Hər  kəs  səkkiz  şeyi  tərk  etsə,  səkkiz  şey  əldə  edər.  Boş-boş  və 
faydası  olmayan  danışığı  tərk  edən  hikmət  əldə  edər,  yersiz  baxışları 
tərk  edən  qəlbin  xüşusunu  əldə  edər,  çox  yeməkdən  çəkinən  şəxs 
ibadətin  ləzzətini  dadar,  dünya  məhəbbətini  qəlbindən  çıxaran  kəsə 
axirət məhəbbəti nəsib olar, başqaların eyiblərini axtarmaqdan çəkinən 
şəxsin diqəti öz eyiblərinə yönələr və onları islah etməklə məşğul olar, 
Allahın  zatı  barədə  düşünməkdən  çəkinən  kəs  nifaqdan  amanda  olar, 
camaatla düşmənçilik etməyən kəs onların məhəbbətinə nail olar və hər 
kəs bədənini bəsləməkdən əl çəksə, asayiş əldə edər. 
 
◘Səkkiz xüsusiyyətin ardınca gəzdim, bütün dünya və axirət xeyrini 
həmin şeylərdə tapdım:  
1. Qüdrət və məqam əldə etmək istədim, onu elmdən başqa bir şeydə 
görmədim.  Elm  və  bilik  ardınca  gedin  ki,  həm  dünyada,  həm  də 
axirətdə əzəmət sahibi olasınız.  


 
225 
2.  Böyüklük  axtardım,  bunu  təqvadan  başqa  bir  şeydə  görmədim. 
Təqvalı olun ki, böyüklük əldə edəsiniz.  
3.  Var-dövlət  əldə  etmək  istədim,  bunu  qənaətdən  başqa  bir  şeydə 
görmədim. Qənaət edin ki, ehtiyacsız olasınız.  
4.  Asayişi  əldə  etmək  istədim.  Bunu  nalayiq  və  fərsiz  insanlardan 
uzaq olmaqda gördüm. Bu cür insanlarla yoldaşlıq etməkdən uzaq olun 
ki, rahatlıq əldə edəsiniz və Allahın əzabından amanda qalasınız.  
5.  Salamatlıq  ardınca  gəzdim,  bunu  Allaha  itaətdən  başqa  bir  şeydə 
görmədim. Allaha itaət edin ki, salamat qalasınız.  
6. Xüzu və təvazö ardınca gəzdim, bunu haqqı qəbul etməkdən başqa 
bir şeydə görmədim. Haqqı qəbul edin ki, təkəbbürdən uzaq olasınız.  
7.  Həyatın  ləzzətini  axtardım,  bunu  nəfsani  istəkləri  tərk  etməkdə 
gördüm. Nəfsin istəklərini tərk edin ki, həyatın ləzzətini da dadasınız.  
8.  Camaatın  tərifinin  ardınca  getdim,  bunu  səxavətdən  başqa  bir 
şeydə görmədim. Səxavətli olun ki, yaxşı ad qazanasınız. 
 
 
◘Rum hakimi Qeysər bir keşişdən soruşdu:  
–Ən böyük hikmət nədir? 
–Keşiş cavab verdi: 
–Öz qədir-qiymətini bilmək. 
–Ən kamil əql hansıdır? 
–Elmin hüdudlarını aşmamaq. 
–Ən böyük helm nədir? 
–Söyüş qarşısında səbr etmək. 
–Heysiyyətin ən böyük qoruyucusu nədir? 
–Abırı qorumaq. 
–Ən kamil mal-dövlət hansıdır? 
–Haqqı ödənilmiş mal (yəni, vacib vergiləri ödənilmiş mal) 
–Ən yaxşı səxavət nədir? 
–Təqva və ixlas. 
–Ən yaxşı sultan kimdir? 
–Qüdrətli  olduğu  halda  helmi  hər  kəsdən  artıq,  qəzəb  halında  cəhli 
hər  kəsdən  az  və  qüdrətin  davamlı  olmasını  yalnız  və  yalnız  ədalətli 
olmaqda görən sultan. 
NƏTİCƏ 
Dili qorumaq barədə 
◘Əziz  qardaş!  Dilinin  bacardığın  qədər  qoru!  Bu  üzv  Allahı  zikr 
etməkdən  ötrü,  Quran  oxumaq,  insanları  irşad  etmək,  dini  və  dünyəvi 


 
226 
məsələlər barədə öz hacətlərini ödəmək üçün ötrü  yaradılmışdır. Əgər 
dildən  yaradılış  hədəflərindən  başqa  şeylərdən  ötrü  istifadə  etsən, 
böyük ziyana uğramış olarsan. Dilini səkkiz şeydən qoru:  
1.  Yalan  söz  danışmaqdan.  İstər  ciddi  olsun  istərsə  də  zarafatyana. 
Əgər yalan zarafata adət etsən, tədricən yalan deməklə həddi aşacaqsan. 
Bil ki, yalan kəbirə günahlardandır.  
2.  Verdiyin  vədə  xilaf  çıxmaqdan.  Məbada,  yaxşılıq  vədəsi  verib, 
sonra ona xilaf çıxasan! Gərək yaxşılığın əməldə olsun, dildə yox. Əgər 
naçar qalıb vədə vermiş olsan, heç vaxt ona xilaf çıxma. Yalnız, zəruri 
hallar istisnadır. Vədəyə xilaf çıxmaq münafiqlik əlamətidir. İkiüzlülük 
də napak əxlaqdan irəli gəlir.  
3.  Qeybətdən.  Bir  çox  hədislər  əsasında  məlum  olmuşdur  ki,  qeybət 
etməyin çox böyük günahları var.  
4. Camaatın narahatlığına və incikliyinə səbəb olan höcət və mücadilə 
etməkdən. Bil ki, bu, cəhl və nadanlıq əlamətidir.  
5.  Özünü  tərifləməkdən.  Bu  çox  pis  xüsusiyyətdir.  Allah-təala 
buyurur:  “Özünüzü  tərifləməyin  ki,  Allah  təqvalıları  daha  yaxşı 
tanıyır.” Bir hikmət sahibindən soruşdular: “Xoşa gələn düz, lakin pis 
söz nədir? “Cavab verir: “Özünü tərifləmək.”  
6. Müsəlmana lənət etməkdən. Bu işdən var gücünlə çəkin!  
7. Allahın yaratdıqlarına nifrin etməkdən. Hətta, əgər sənə zülm etmiş 
olsa  da.  Çünki,  hədislərdə  gəlib:  “Məzlum  şəxsin  intiqam  üçün  zalım 
barəsində etdiyi duanı Allah qəbul edər. Lakin gördüyü zülmdən artıq 
nifrin edərsə, həmin miqdarda zalımın onun boynunda haqqı var.”  
8.  Nalayiq  zarafat  və  məsxərədən.  Dilini  bu  cür  narəva  sözlərdən 
qoru. Çünki bu, insanın abrını aparar, onun alçalmasına, düşmənçiliyə, 
qəlblərdə  kin  və  ədavətin  cücərməsinə  səbəb  olar.  Heç  kəslə  zarafat 
etmə,  əgər  səninlə  də  zarafat  etsələr  cavab  vermə  ki,  qoy  söhbətin 
mövzusu  dəyişsin.  O  kəslərdən  ol  ki,  özünü  ağır  apararaq  ləğv  və 
bihudə işlərdən uzaq gəzir. 
Bütün bunlar dilin afətləridir. Bunlardan xilas olmaqdan ötrü təklikdə 
olmaq  və  zəruri  hallardan  başqa  bir  söz  deməkdən  çəkinmək  üçün 
ciddiyyət  göstərmək  lazımdır.  Bu  dildən  özünü  möhkəm  qoru!  Bu  dil 
vasitəsi ilə hər iki dünyanın həlakətinə məruz qalarsan. 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə