Бисмиллаһир рәһманир рәһим



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə76/100
tarix26.10.2018
ölçüsü3,34 Mb.
#75699
1   ...   72   73   74   75   76   77   78   79   ...   100

 
230 
və  hasilatı  zavaldır.  Onu  sevən  təkəbbürə  düçar  olar.  Gözü  önündə 
dünya  cilvələnən  tamahkar  olar.  Arxasınca  gedən  hərisliyə  düçar  olar. 
Ona  pərəstiş  edən  riya  donu  geyər.  Onu  ələ  keçirən  xudpəsənd  olar. 
Ona  arxayın  olan  qəflətə  düçar  olar.  Dünyanın  bər-bəzəyini  gözü 
önündə  canlandıran  ona  aldanar.  Dünya  malı  cəm  edən  kəs  xəsisliyə 
düçar olar və cəhənnəmə yuvarlanar. 
 
◘Hədislərdə  buyurulur  ki,  kamil  bəndənin  imanının  doqquz 
xüsusiyyəti var: şadlıq və fərəh onu batil yola çəkməz, qəzəb onu haqq 
yoldan  çıxarmaz,  qüdrəti  təcavüzə  səbəb  olmaz,  artıq  danışıqlardan 
uzaq  olar,  malının  artığını  infaq  edər,  yaşayışında  iqtisadçı  olub  orta 
həddə  yaşayar, düşmənlərinə qarşı mülayim, xoş xasiyyət və səxavətli 
olar. 
 
◘Sünnilər həzrət Peyğəmbərdən (s) nəql edirlər ki, buyurub: ”Həzrət 
Musanın  (ə)  Tövratında  gəlmişdir  ki,  bütün  günahlar  üç  pis 
xüsusiyyətdən  qaynaqlanır:  təkəbbür,  hərislik  və  həsəd.  Bu  üç 
xüsusiyyətdən  də  altı  bəyənilməmiş  xüsusiyyət  meydana  gəlir  ki, 
bunların da cəmi doqquz ədəddir: çox  yemək, çox  yatmaq, var-dövlət 
hərisliyi,  tərifdən  və  yaltaqlardan  xoşu  gəlmək  və  rəyasət  (böyüklük) 
eşqi.” 
 
◘Əli  (ə)  buyurub:  “Faydası  olan  ağlamaq  üç  cürdür:  Allah 
qorxusundan  ağlamaq,  günahdan  utanmağa  görə  ağlamaq  və  Allahdan 
ayrı düşmək qorxusu ilə ağlamaq. Bu ağlamaqların birincisi günahların 
kəffarəsidir,  ikincisi  eyiblərdən  paklanmağa  səbəb  olar,  üçüncüsü  isə 
Allaha  və  onun  razılığına  qovuşmaq  vasitəsidir.  Günahın  kəffarəsinin 
verilməsi  əzabdan  xilas  olmağa,  eyiblərdən  paklanma  nemətlərin 
davamlı  olmasına,  Allaha  və  Onun  razılığına  qovuşmaq  isə  onun 
tərəfindən daha artıq mərhəmət və lütfə səbəb olar.” 
Son 
◘Peyğəmbərin (s) səhabələrindən biri deyib: “Beş vacib namazı əvvəl 
vaxtında qılan kəsə Allah doqquz inayət göstərər: Allahın məhbubuna 
çevrilər, bədəni sağlam olar, onu mələklər qoruyar, evi bərəkətlə dolar, 
üzü  saleh  insanların  surətini  alar,  ürəyi  yumşalar,  sirat  körpüsündən 
ildırım  surəti  ilə  keçər,  atəşdən  xilas  olar,  Allah  dərgahında  heç  bir 
qorxusu və qəm-qüssəsi olmayanlarla bir yerdə olar.” 
 
◘Başqa birisi deyib: “Ağlı olmayanın dini də yoxdur, dini olmayanın 
əməli  də  yoxdur,  əməli  olmayanın  səhih  fikri  olmaz,  qane  olmayanın 


 
231 
rahatlığı da olmaz, batini çirkin olanın tövfiqi də olmaz, ehtiyatla addım 
atan  salamat  qalar,  hər  kəs  tənbəlliyin  əsiri  olsa,  ətrafını  peşmançılıq 
alar,  günahdan  çəkinməyən  şəxsin  Allahdan  qorxusu  yoxdur,  nəfsinin 
istəklərindən  boyun  qaçırmayan  kəs  əqlə  itaət  edə  bilməz,  əxlaqi 
rəzilətlərdən acığı gəlməyən kəsin əxlaqi fəzilətlərdən də xoşu gəlməz.” 
 
◘Bil  ki,  sözgəzdirən  gərək  həmişə  qəzəb  və  kinə  tuş  gəlsin  və  belə 
adamların  dostluq  və  yoldaşlıqdan  ötrü  heç  bir  etibar  və  etimadı 
yoxdur. Çünki, onun vücudundan doqquz çirkin xüsusiyyət var:  yalan, 
qeybət,  peyman  sındırmaq,  xəyanət,  hoqqa,  paxıllıq,  nifaq,  fitnə 
yaratmaq  və  məkr.  Sözgəzdirən  o  kəsdir  ki,  Allahın  göstərişi  əsasında 
insanlar  arasında  mövcud  olan  dostcasına  ünsiyyət  və  rabitələri  bir-
birinə vurur, insanlar arasındakı xoş münasibətləri korlayır. 
 
◘Deyirlər  Bozorgmehr  öldükdən  sonra  onun  kəmərində  doqquz 
cümlə yazıldığını görürlər:  
1. Əgər Allah ruziyə zamindirsə, bəs qəm-qüssə nə üçün?  
2. Əgər ruzi təqsim olunubsa, bəs hərislik nə üçün?  
3. Əgər dünya aldadandırsa, bəs ona etimad nədir?  
4. Əgər behişt haqdırsa, onda ibadətdən boyun qaçırmaq nədir?  
5. Əgər qəbir haqdırsa, bəs möhkəm tikililər nə üçündür?  
6. Əgər cəhənnəm haqdırsa, onda bütün bu gülüşlər nədir?  
7. Əgər haqq-hesab haqdırsa, var-dövlət toplamaq nə üçündür?  
8. Əgər Qiyamət günü varsa, bəs lərzəyə gəlməmək nə üçün?  
9.  Əgər  şeytan  insanın  düşmənidirsə,  onda  ona  itaət  etmək  nə 
deməkdir? 


 
232 
 
ONUNCU BÖLMƏ 
On tərkibli nəsihətlər 
BİRİNCİ FƏSİL 
Peyğəmbərdən (s) hədislər 
◘Sədəqəni  heç  vaxt  yaddan  çıxarmayın.  Çünki  onun  on  xüsusiyyəti 
var. Bunların beşi dünyaya, beşi isə axirətə aiddir. Dünyaya aid olanlar 
bunlardır: malı və canı  paklaşdırar, xəstələrə şəfa olar, qəlblərə şadlıq 
bəxş  edər,  var-dövləti  çoxaldar  və  ruzini  artırar.  Axirətə  aid  olan 
xüsusiyyət isə bunlardır: Qiyamət günü baş üzərinə kölgə salar, haqq-
hesabın  asan  çəkilməsinə  səbəb  olar,  savabları  artırar,  Sirat 
körpüsündən  asanlıqla  keçməyə  kömək  edər  və  insanı  ali  dərəcələrə 
çatdırar. 
 
◘Elə  ki,  mənim  ümmətim  arasında  on  xüsusiyyət  meydana  gəldi, 
onlar  on  əzaba  düçar  olarlar;  elə  ki,  dua  etmək  azalar,  bəla  nazil  olar, 
elə  ki,  sədəqə  vermədilər,  xəstəliklər  çoxalar,  zəkat  verməkdən  boyun 
qaçırsalar,  heyvanlar  qırılar,  padşahlar  zülm  etsə,  yağış  yağmaz,  zina 
artsa, qəfil  ölümlər  çoxalar, riya  və  ikiüzlülük,  özünügöstərmə  artarsa, 
zəlzələlər  çoxalar.  Allahın  hökmü  əsasında  deyil,  özlərindən  hökm 
versələr,  düşmən  onlara  müsəllət  olar,  əhd-peyman  sındırmaq  artsa, 
adam öldürmək rəvac tapar, satış zamanı çəkini azaltsalar, onlara qıtlıq 
üz verər. 
 
◘Allahdan  qorxun,  qohumlarınızla  əlaqə  yaradın.  Bu  iki  xüsusiyyət 
dünyada  xeyir-bərəkət,  axirətdə  isə  bağışlanmağa  səbəb  olar.  Sileyi-
rəhmin isə (qohumlarla əlaqə saxlamağın) on özünəməxsus xüsusiyyəti 
var:  Allahın  razılığı,  qəlblərin  şadlığı,  mələklərin  sevinci,  camaatın 
(bir-birinə)  təşəkkür  və  razılığı,  şeytanın  xar  olması,  ömrün  uzanması, 
ruzinin genişlənməsi, ölülərin ruhunun şadlığı, alicənablığın artması və 
savabın çoxluğu. 
 
◘Bir  gün  bir  kişi  Peyğəmbərin  (s)  hüzuruna  gəlib  ərz  etdi:  “Olarmı 
mən ölümü arzulayım? “ Peyğəmbər (s) buyurdu: “Ölümə çarə yoxdur. 
Lakin  bu,  uzun  bir  səfərdir.  Bu  səfəri  arzulayan  gərək  öz  yanında  on 
töhfə  aparsın.”  Kişi  soruşdu:  “Nə  töhfə?”  Peyğəmbər  (s)  buyurdu: 
“Əzraildən  ötrü,  qəbirdən  ötrü,  Nəkir  və  Münkərdən  ötrü,  mizan 
tərəzisindən  ötrü,  Sirat  körpüsündən  ötrü,  Cəhənnəmin  qapıçısından 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə