Biz öz məqsədlərinə nail olmaq üçün heç bir vasitədən çəkinməyən



Yüklə 2,89 Mb.
Pdf görüntüsü
səhifə20/137
tarix22.10.2018
ölçüsü2,89 Mb.
#75303
1   ...   16   17   18   19   20   21   22   23   ...   137

61

BAKIDA 1918-ci il MART HADİSƏLƏRİ: İLKİN ŞƏRTLƏRİ, XÜSUSİYYƏTLƏRİ, NƏTİCƏLƏRİ

Təhqiqat Komissiyasının icraatında yaranmış bütün cinayət işlərinə hə-

mişəlik xitam verilirdi. (129) 

Beləliklə, FTK üzvlərinin inanılmaz səyi və son dərəcə ciddi fəaliyyə-

ti sayəsində məsuliyyətə cəlb edilmiş az saylı cinayətkarlar – 200 nəfərə 

yaxın adam cinayət məsuliyyətindən azad edilir, həbsxanada saxlanılan-

lar azadlığa buraxılır, “pullu girov” ilə zaminə buraxılmış müttəhimlərin 

isə pulları qaytarılırdı.

Bununla belə, amnistiya haqqında qanunun qəbul edilməsi ilə möv-

cud olduğu il yarım ərzində Azərbaycanın müsəlman əhalisinə qarşı törə-

dilmiş cinayətlərin araşdırılması, cinayətkarların müəyyən edilməsi və 

onların məsuliyyətə cəlb edilməsi üzrə çox böyük iş görmüş Fövqəladə 

Təhqiqat Komissiyasının bütün fəaliyyətinin heçə endirildiyini düşün-

mək tamamilə səhv olardı. Cənubi Qafqazın hüdudları daxilində ayrı-ayrı 

siyasi və milli partiyaların bayraqları altında çıxış edən müxtəlif erməni 

təşkilatları tərəfindən müsəlman əhalisinin, əsasən də, azərbaycanlıların 

məhv edilməsinə dair məqsədyönlü siyasəti haqqında hədsiz sayda ma-

terialların yaradılması və tərtib edilməsi sahəsində FTK-nın fəaliyyətinin 

əhəmiyyəti, şübhəsiz ki, yalnız hüquqi çərçivələrlə məhdudlaşmırdı. 

Azərbaycan hökuməti Fövqəladə Təhqiqat Komissiyasının fəaliy-

yətinin nəticələrini, onun yaradıldığı zaman nəzərdə tutulduğu kimi, 

müxtəlif Avropa dillərində və türk dilində dərc etdirmək və geniş yay-

maq niyyətini məlum səbəblərdən həyata keçirə bilməsə də, bununla 

belə, Fransaya - Paris Sülh Konfransına yollanan Azərbaycan nümayən-

də heyəti Bakı, Şamaxı, Quba, Göyçay və Cavad qəzalarında müsəlman 

əhalisinə qarşı erməni-bolşevik birləşmələri tərəfindən törədilən zora-

kılıq aktlarının araşdırıldığı FTK materialları ilə təchiz edilmişdi. Həm 

böyük dövlətlərin başçılarına, həm də müxtəlif beynəlxalq qurumla-

ra təqdim edilən bu materiallar 6 cild istintaq materialı və 95 şəkildən 

ibarət idi. 1919-cu ilin may ayında Azərbaycan Xarici İşlər Nazirliyi Pa-

risə - Azərbaycan nümayəndə heyətinin sərəncamına göndərmək üçün 

FTK-nın əlavə materiallarını, o cümlədən 95 fotoşəkil və 80-ə yaxın di-

apozitiv hazırlamışdı. Bu baxımdan, FTK tərəfindən toplanmış sənədlə-

rin xaricdə yayılaraq erməni nümayəndə heyətinin və siyasətçilərinin 

böhtan xarakterli hücumları qarşısında və əsl həqiqətin dünya ictima-

iyyətinə çatdırılmasında tutarlı sübutlar kimi öz funksiyasını yerinə ye-

tirdiyini söyləməyə tam əsas vardır. (130) 




BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

62

FTK-nın fəaliyyəti, həmçinin, ermənilərin vəhşiliklərini öz üzərində 



hiss etmiş respublika əhalisi arasında da böyük ictimai və əxlaqi-psoxo-

loji məna kəsb edirdi. Fövqəladə Təhqiqat Komissiyasının özünün 

mövcud olması və onun üzvlərinin cəmiyyətin ayrı-ayrı təbəqələri ilə, 

azərbaycanlılarla sıx əməkdaşlıq etməsi artıq özlüyündə geniş əhali 

kütlələri arasında ədalətin bərpa olunmasına inamı artırır və yeganə 

qanuni hakimiyyət kimi Azərbaycan hökumətinə xalqın etimadını və 

etibarını möhkəmlədirdi.

Burada FTK-nın fəaliyyətinin daha bir tərəfini nəzərdən keçirmək la-

zımdır. Məlumdur ki, Komissiya qarşısında “bütün zorakılıq hallarını 

dəqiq qeydiyyata almaqla” yanaşı erməni-daşnak hərbi hissələri tərəfin-

dən dinc müsəlman əhalisinə vurulmuş maddi zərərlərin həcmini müəy-

yən etmək vəzifəsi də qoyulmuşdu.

 Məsələn, mart qırğınları zamanı Bakıda müsəlman əhalisinə vurulan 

maddi ziyanın həcmi o dərəcədə böyük idi ki, yüz milyonlarla ölçülürdü. Ba-

kılıların özləri tərəfindən isə yalnız məlum faktlar əsasında, rublun köhnə 

dəyəri ilə 400.000.000 rubla yaxın təxmini ümumi rəqəm göstərilirdi. (131) 

Bolşeviklərin Bakıda hakimiyyəti möhkəmləndikdən sonra, Bakı Soveti 

tərəfindən yaradılmış Fövqəladə Hərbi-İstintaq Komissiyası müsəlmanlar-

dan qarət edilmiş əmlakın bir hissəsini, əsasən zinət əşyalarını ermənilər-

dən “müsadirə etmişdi”, lakin onları sahiblərinə qaytarmayaraq Rusiya 

dövlət bankının Bakı şöbəsinə yerləşdirmişdi. 1918-ci ilin avqustunda Bakı-

da hökm sürən xaos və onları gözləyən təhlükə qarşısında bolşevik komis-

sarları özlərinə məxsus olmayan milyonlarla pulu götürərək şəhərdən qaç-

mağa cəhd göstərərkən, yəqin ki, Bakı bankında saxlanılan və ağzına kimi 

zinət əşyaları ilə dolu olan 8 qutu və iki kisəni “yaddan çıxarırlar”.

Azərbaycan hökuməti əvvəlki hakimiyyətin hüquqi varisi kimi həmin 

əşyaları dövlət xəzinəsi ehtiyacları üçün müsadirə edir. Lakin son dərəcə 

böyük vəsaitlərə kəskin ehtiyacı olmasına baxmayaraq hökumət, hüquqi 

dövlət prinsiplərinə sadiq qalaraq, 17 avqust 1919-cu il tarixdə 1918-ci ilin 

mart hadisələri zamanı soyğunçuluq edənlərdən alınmış zinət əşyaları-

nın öz sahiblərinə qaytarılması haqqında məsələnin həll edilməsi üçün 

Xüsusi Komissiyanın yaradılması haqqında Qərar qəbul edir. (132)

Zinət əşyalarının siyahılarının tərtib edilməsi, qiymətləndirilməsi 

üzrə xeyli iş görən Xüsusi Komissiya 1919-cu ilin dekabr ayının sonun-

da “Keçid dövrü ərzində əllərindən alınmış qiymətli əşyaların sahiblərinə 



63

BAKIDA 1918-ci il MART HADİSƏLƏRİ: İLKİN ŞƏRTLƏRİ, XÜSUSİYYƏTLƏRİ, NƏTİCƏLƏRİ

qaytarılması qaydaları haqqında qanun layihəsini” Hökumətə təqdim 

edir. (133) Hökumət öz nəşrləri və “Azərbaycan” qəzeti vasitəsilə bütün 

zərərçəkmiş qiymətli əşya sahiblərinə həmin elan dərc olunandan üç ay 

ərzində Komissiyaya müraciət etmək təklif olunur. Ədliyyə naziri Parla-

mentdə baxılmaq üçün Qanun layihəsinin sonuncu variantını 15 aprel 

1920-ci il tarixində Hökumətə təqdim edir. Həmin layihədə qiymətli əşya-

ların geri qaytarılmasının hüquqi əsasları və qaydası, qiymətli əşyaların 

mənsubiyyətinin müəyyən edilməsi zamanı mübahisəli məsələlərin həlli 

və s. məsələlər açıqlanırdı. (134) Lakin, Qanun layihəsinin tarixindən ay-

dın olduğu kimi, hətta bu istiqamətdə belə ədalətin və qanunun bərqərar 

olmasının tərənnümü sayılacaq həmin sənədi müzakirə və qəbul etmək 

Azərbaycan Parlamentinə qismət olmadı.

1920-ci il aprelin 27 - də səhər erkən kommunist dəstələri Bakıda hərbi 

çevriliş həyata keçirməyə başladılar. Günorta hərbi drujinalar artıq fakti-

ki olaraq şəhərdə və onun kənarlarında vəziyyətə tam nəzarət edirdilər, 

Rusiyanın XI Qızıl Ordusu isə bu vaxt hələ suveren dövlət olan Azərbay-

can Respublikasının sərhədlərini keçmişdi. Axşam saat 11-də Azərbaycan 

Parlamenti, yaranmış siyasi vəziyyəti nəzərə alaraq, qan tökülməsinə və 

dinc əhali arasında qurbanlara yol verməmək məqsədilə, hakimiyyətin 

Azərbaycan kommunistlərinə təhvil verilməsi haqda kommunistlərin ul-

timatumunu qəbul etdi.

Beləliklə, Azərbaycan xalqının həyatında üç ilə – 1917-1920 - sığan bü-

töv bir tarixi dövr başa çatdı. Böyük hadisələrlə və böyük faciələrlə əlamət-

dar olan bir tarixi dövr. Bu hadisələrin ən mühümü, sözsüz ki, demokratik 

respublika formasında müstəqil Azərbaycan dövlətinin yaranması idi. Za-

man Azərbaycanın böyük övladlarına, millət atalarına öz parlaq ideya və 

düşüncələrini həyata keçirmək üçün cəmi 23 ay vaxt buraxdı. Onlardan 

yalnız 8 ayını Azərbaycan hökuməti öz paytaxtı Bakı şəhərində işğalçı qo-

şunların olmadığı şəraitdə işlədi. Lakin bu qısa dövr ərzində Avropa nü-

munəsində olan parlament yaradıldı, əsas dövlət strukturları və maliyyə 

sistemi formalaşdırıldı, ordu təşkil olundu, 8 saatlıq iş günü tətbiq edildi, 

Azərbaycan Universiteti təsis olundu, Azərbaycan dili dövlət dili elan edil-

di, məktəb islahatı aparıldı, vətəndaşlıq haqqında demokratik qanun və 

Azərbaycanın Təsisedici orqanına seçkilər haqqında qanun qəbul edildi, 

Muğan separatizmi aradan qaldırıldı və nəhayət, Azərbaycanın dünyanın 

böyük dövlətləri tərəfindən de-fakto tanınmasına nail olundu.




Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə