Biz öz məqsədlərinə nail olmaq üçün heç bir vasitədən çəkinməyən



Yüklə 2,89 Mb.
Pdf görüntüsü
səhifə16/137
tarix22.10.2018
ölçüsü2,89 Mb.
#75303
1   ...   12   13   14   15   16   17   18   19   ...   137

49

BAKIDA 1918-ci il MART HADİSƏLƏRİ: İLKİN ŞƏRTLƏRİ, XÜSUSİYYƏTLƏRİ, NƏTİCƏLƏRİ

qırğınına son qoymazlarsa, onlar şəhərin erməni hissəsinə toplardan 

atəş açacaqlar.” (104) 

Bu mövzunu davam etdirməyə yəqin ki, daha ehtiyac yoxdur. 

Bakıda mart hadisələrində erməni amilini inkar edən erməni xadim-

lərin və müəlliflərin ikinci arqumenti, tanınmış azərbaycanlı milyonçu, 

neft sənayeçisi, ictimai xadim və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev 

tərəfindən guya mart qırğınlarından bir həftə sonra Tiflisə, Zaqafqaziya 

Seyminin adına göndərdiyi və mənşəyi məlum olmayan aşağıdakı məz-

munlu teleqramdır: “Bakıda sakitlik yaranmışdır. Vilayətin xoş güzəranı 

naminə, mən şəxsən ümumxalq qarşısında bəyan etməyi özümə borc bi-

lirəm ki, Bakı hadisələri erməni-tatar (azərbaycanlı - müəl.) toqquşması 

xarakteri daşımamışdır. Bütün döyüşlər zamanı tatarlar tatar məhəllələ-

rində yaşayan ermənilərə toxunmamışlar. Erməni hissələri isə 14 000-dən 

çox müsəlmanı xilas edərək onlara sığınacaq vermişdir və onlar İran kon-

sulunun vasitəçiliyi ilə qaytarılmışlar. Mən öz səsimi hər yerdə və hər cür 

qisasçılıq və düşmənçilik əməllərinə dərhal son qoyulması yolunda qaldı-

rıram. Bunun ümumi maraqlara uyğun olduğunu düşünərək, sizdən əhali 

arasında sülh və əmin-amanlığın bərqərar olması üçün hər cür köməklik 

göstərməyinizi xahiş edirəm. Qoy hər kəs öz dinc həyatına qayıtsın”. (105) 

 Bu teleqramın həqiqətən H.Z.Tağıyevə aidiyyəti bir sıra səbəblərdən 

şübhə doğurur. Əvvəla, 1918-ci il mart faciələri günlərində Tağıyevin bü-

tün ailəsi böyük matəm və son dərəcə dərin sarsıntı içində idi. Həmin 

ərəfədə onun oğlu, müsəlman diviziyasının zabiti Məhəmməd Tağıyev 

silahla ehtiyatsız davranması səbəbindən faciəli şəkildə həlak olmuş-

du. Məhz onun silahdaşlarının, M.Tağıyevin cənazəsini müşayiət edərək 

Lənkərandan Bakıya dəfnə gəlmiş müsəlman diviziyasının 48 zabit və əs-

gərinin tərksilah edilməsi mart hadisələrinin başlanmasına səbəb olmuş-

du. Həmçinin qeyd edilməlidir ki, bu dəstənin başçısı Hacının kürəkəni, 

onun qızı Leyla xanımın əri, digər Bakı milyonçusu Şəmsi Əsədullayevin 

oğlu Əli Əsədullayev idi və bu Azərbaycan zabiti mart hadisələri başlanan 

andan demək olar ki, bir sutkaya yaxın öz döyüşçüləri ilə birgə bolşe-

vik-erməni qüvvələrinə silahlı müqavimət göstərmişdi. H.Z.Tağıyevin özü 

bu günlərdə evindən bayıra çıxmamış və tanınmış neft sənayeçisi Am-

barsum Melikovun onun ardınca göndərdiyi oğlanları – Georqiy və Ser-

geyin öz atalarının adından təhlükəsizlik naminə onların evinə getmək 

təklifini qəbul etməmişdi. 




BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

50

Yeri gəlmişkən qeyd edilməlidir ki, həmin günlərdə Erməni Milli 



Şurasının və “Daşnaksütun”un Bakı Komitəsinin rəhbərlərindən biri 

olan Ambarsum Melikovun evində “Daşnaksütun”un qərargahı yerlə-

şirdi və bir çox tanınmış azərbaycanlı əsirləri məhz buraya gətirirdilər. 

Bu sonuncular arasında rus ordusunun zabiti, şahzadə Mansur Qacar 

da olmuşdur ki, sonralar o, yalnız yəhudi dostları sayəsində erməni əs-

gərləri tərəfindən qaçılmaz ölümdən qurtulması və əsir qismində Me-

likovun evində saxlanma şəraiti haqqında ətraflı ifadə vermişdi. Son-

ralar həmçinin Melikovlar ailəsinin özünün – ata və iki oğulun – mart 

günlərində müsəlmanların qətlə yetirilməsində şəxsən iştirakı təkzi-

bedilməz sübutlarla təsdiq edilmişdi. Melikov-ata Bakını vaxtında tərk 

edə bilmişdi, oğulları isə Azərbaycanın İstintaq orqanları tərəfindən 

həbs edilmişdilər.

 Bu zaman 80 (başqa mənbələrə görə - 95) yaşı olan qoca Tağıyev, şü-

bhəsiz ki, Melikovlar haqqında bütün bu təfərrüatları bilmirdi. Amma 

istənilən halda o, öz evini tərk etməmişdi və həmin günlər artıq bir çox 

kübar və zəngin azərbaycanlıların evlərini talan etmiş ermənilər Hacının 

zəngin ev-sarayına hücum etməyə cəsarət etməmişdilər. Tağıyev həddən 

artıq böyük və tanınmış şəxsiyyət idi. Lakin bu, heç də tədbirli və uzaq-

görən ermənilərə bu böyük azərbaycanlının adını öz məqsədlərinə uyğun 

şəkildə istifadə etməyə mane olmamışdı. 

Burada qeyd edilməlidir ki, geniş dünyagörüşünə malik və maarifpər-

vər bir insan olan Tağıyevin əslində savadı yox idi və adı çəkilən teleqra-

mın Hacının özü tərəfindən göndərilməsi bu baxımdan da inanılmaz gö-

rünür. Bundan əlavə həmin teleqramın göndərilməsi heç bir sübut-dəlil, 

yaxud hər hansı başqa bir mənbə tərəfindən təsdiq olunmurdu. Eləcə də, 

mart hadisələrindən dərhal sonra şəhərdə bolşevik Bakı Sovetinin tək ha-

kimiyyətliliyi bərqərar edilmişdisə və bu hakimiyyət Zaqafqaziya Seymini 

tanımırdısa Bakı əhalisi arasında sülhün yaradılması haqqında xahişdən 

ibarət olan teleqramın ümumiyyətlə Tiflisə, Zaqafqaziya Seyminə göndə-

rilməsinin nə mənası var idi?

Əgər Tağıyevin yeni hakimiyyət haqqında hələ “heç nə bilmədiyi” fərz 

edilərsə, o zaman Hacı şəhərdə nə baş verdiyi, və xüsusilə də “ermənilərin 

xilas etdiyi 14 000 müsəlmanlar” haqqında məlumatı haradan və kimdən 

öyrənə bilərdi? Həmin günlər demək olar ki, Bakının bütün azərbaycanlı 

əhalisi, o cümlədən Tağıyevin özünün yaxın ətrafı, əsasən ermənilərdən 



51

BAKIDA 1918-ci il MART HADİSƏLƏRİ: İLKİN ŞƏRTLƏRİ, XÜSUSİYYƏTLƏRİ, NƏTİCƏLƏRİ

ibarət olan yeni hakimiyyətdən xilas olmaq məqsədilə kütləvi surətdə və 

təşviş içində tələsik şəhəri tərk etdiyi halda, qırğınların 9-cu günü guya 

Bakıda hökm sürən hansı “sakitlikdən” söhbət gedə bilərdi? 27 martda 

(köhnə tarixlə) Bakıdan Zaqafqaziya Seyminə göndərilmiş teleqram hansı 

yolla eserlərin Tiflisdəki “Знамя труда” (“Əmək bayrağı”) qəzetinin redak-

siyasına düşmüşdü və artıq martın 29-da dərc edilmişdi? Ermənilər guya 

azad etdikləri 14 000 müsəlmanı “İran konsulunun vasitəçiliyi ilə” kimə 

və necə geri qaytarmışdılar (!)? 

Yuxarıda qeyd edildiyi kimi, bu dövr İranın Bakıdakı konsulu əslən 

azərbaycanlı olan Məhəmməd Said-əl Vəzarə Marağayi idi və o, əksəriy-

yəti etnik azərbaycanlı olan minlərlə İran vətəndaşlarının da qətlə yeti-

rildiyi mart günlərində qan tökülməsinin qarşısının alınmasında ən fəal 

surətdə iştirak etmişdi. 1940-cı illərdə iki dəfə İranın baş naziri olmuş 

bu tanınmış siyasi və dövlət xadimi sonralar, Tehranda nəşr etdirdiyi 

özünün “Siyasi xatirələr”ində 1918-ci ilin Bakıdakı mart hadisələrinə də 

xüsusi diqqət yetirmişdi. Bu xatirələrdən məlum olur ki, qırğınlar dayan-

dırıldıqdan sonra konsul tərəfindən xüsusi komissiya yaradılmış və bu 

komissiya “Bakının küçə və həyətlərindən 5000-dən artıq müsəlmanın - 

iranlı və qeyri-iranlı - meyitini toplamış və müsəlman adəti üzrə dəfn et-

mişdir”. (106) Konsulun özünün mart hadisələri qurbanlarının meyitləri 

yanında çəkdirdiyi fotoşəkillər sonradan poçt-kartlar şəklində nəşr edil-

miş və tarixi sənədə çevrilərək, bütün dünyanı dolaşmışdır. Lakin keçmiş 

İran konsulunun xatirələrində mart hadisələri kifayət qədər ətraflı təsvir 

edildiyi halda baş verdiyi təqdirdə son dərəcə mühüm sayılacaq hadisə – 

guya ermənilər tərəfindən “sığınacaq” tapmış 14 000 müsəlmanın “geri 

qaytarılmasında” konsulun vasitəçilik missiyası haqqında bir kəlmə də 

olsa deyilmir.

Ən nəhayət, “Hacı Zeynalabdin Tağıyev” birmənalı şəkildə “Bakı ha-

disələrinin” “erməni-tatar toqquşması xarakteri daşımadığı” iddiası ilə 

“Bakı hadisələrinin” xarakterini müəyyən etməkdə çox “tələsməmişdimi”? 

Axı 27 mart (9 aprel) – bədnam teleqramın göndərildiyi gün – Bakı şəhəri 

artıq minlərlə Şamaxı qaçqınları ilə dolu idi. Bu qədim Azərbaycan şəhəri 

erməni-molokan birləşmələri tərəfindən yandırılmış və tamamilə məhv 

edilmişdi, onun müsəlman əhalisi isə bakılılar kimi mart günlərinin dəh-

şətlərini yaşamışdılar. Məlumdur ki, millət atası hesab edilən hörmətli Hacı 

Zeynalabdin öz xalqının düçar olduğu müsibətlər və faciələr qarşısında on 




Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə