Biz öz məqsədlərinə nail olmaq üçün heç bir vasitədən çəkinməyən



Yüklə 2,89 Mb.
Pdf görüntüsü
səhifə24/137
tarix22.10.2018
ölçüsü2,89 Mb.
#75303
1   ...   20   21   22   23   24   25   26   27   ...   137

73

BAKIDA 1918-ci il MART HADİSƏLƏRİ: İLKİN ŞƏRTLƏRİ, XÜSUSİYYƏTLƏRİ, NƏTİCƏLƏRİ

rus, gürcü qonşularının, tanışlarının, və ya sadəcə olaraq təsadüfən yol-

dan keçən insanların fəal iştirakı və hadisələrə müdaxiləsinə dair çoxlu 

nümunələr vardır. Faciəvi günlərin ayrı-ayı anlarını təsvir edən parlaq və 

orijinal sənədlər olmaqla, bu ifadələr Bakının qeyri-müsəlman əhalisinin 

1918-ci ilin mart hadisələrinə olan münasibətini dəqiq göstərmək baxı-

mından xüsusi əhəmiyyət kəsb edir. Bundan əlavə, həmin ifadələrdə Ba-

kının müsəlman elitasının ayrı-ayrı tanınmış nümayəndələri haqqında 

çoxlu sayda maraqlı faktlar mövcuddur. Sənədlər həmçinin onu da sübut 

edir ki, həmin günlərdə şəhərin küçələrində həlak olanlar arasında digər 

millətlərin nümayəndələri də var idi və onlardan əksəriyyətinin mənzi-

li və əmlakı erməni quldur dəstələri tərəfindən talan edilmişdi. FTK-ya 

zərərçəkən qismində ifadə verənlər arasında ermənilərin də olması diqqə-

ti cəlb edir. (sənəd №№ 588, 593)

Bu fəslin sənədləri arasında xarici vətəndaşların, indiki halda – İran 

təbəələrinin ifadələri xüsusi yer tutur. Mart hadisələri zamanı zərər-

çəkənlərin bu qrupunun ifadələrinin III fəslə daxil edilməsi ilə millə-

tindən və hətta vətəndaşlığından asılı olmayaraq, bütün müsəlman-

ların erməni talançılarının qurbanı olması faktı bir daha vurğulanır. 

Artıq yuxarıda qeyd edildiyi kimi, mart hadisələri zamanı həlak olanla-

rın arasında çoxlu sayda İran təbəələri var idi və öz vətəndaşlarının təh-

lükəsizliyini təmin etmək üçün hətta İran konsulunun son dərəcə fəal 

cəhdləri də onları qırğınlardan qoruya bilməmişdi. (sənəd № 8) Sənəd-

lərdən göründüyü kimi, ermənilər bəzi hallarda imkanlı İran vətəndaş-

larının mənzillərinə qəsdən hücum edir, “iranlıları” axtarır, yaşına, cin-

sinə və mənsəbinə, xahişlərə, yalvarışlara və hətta vətəndaşlıq haqqında 

təqdim olunan sənədlərə məhəl qoymadan, onları dəstə-dəstə küçələr-

də, mehmanxanalarda qətlə yetirirdilər. İran vətəndaşlarının ifadələri 

arasında Bakı Türk-Azərbaycan qoşunları tərəfindən azad edildikdən 

sonra Petrovsk şəhərinə qaçmış, qəddarlığı ilə ad çıxarmış erməni qul-

duru, bədnam S.Lalayevin bu şəhərdə müsəlmanlara, o cümlədən iranlı 

təbəələrə qarşı vəhşiliklərini təsvir edən Əli Əsgər Xuda Baxış oğlunun 

ifadəsi xüsusi diqqətə layiqdir. (sənəd № 606)

Mart hadisələri zamanı İran vətəndaşları arasında qurbanların, 

həmçinin öz yaxınlarını və əmlakını itirənlərin sayının kifayət qə-

dər çox olmasına baxmayaraq, ifadə vermiş şəxslərin sayının azlığı 

ən əvvəl həlak olan iranlı təbəələrin əksəriyyətinin kasıb, imkansız 




BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

74

təbəqələrə mənsubiyyəti, iş dalınca gəlmiş bu insanların Bakıda qo-



hum və tanışlarının olmadığı ilə izah edilir. Mart qırğınlarının qurba-

nı olmuş bu insanlar, ümumən həlak olmuş İran vətəndaşlarının sayı 

haqqında daha çox məlumatı olan Bakıdakı İran Konsulluğunun isə 

FTK ilə əməkdaşlıq etməsinə dair hər hansı sənəd yoxdur. Bu da qeyd 

olunmalıdır ki, mart qırğınları zamanı şəhəri tərk etmiş İran vətən-

daşlarının əksəriyyəti, şəhərdəki vəziyyətin hələ də sabit olmadığını 

hesab edərək, geriyə qayıtmağa tələsmirdilər. Lakin, istər zərər çəkmiş 

İran vətəndaşlarının öz ifadələri, istərsə də bakılıların ifadələrində on-

ların dəfələrlə xatırlanması 1918-ci ilin mart hadisələri zamanı ermə-

nilər tərəfindən məhv edilmiş müsəlman əhalisi arasında İran vətən-

daşlarının, əslində etnik azərbaycanlı qurbanların sayının kifayət 

qədər çox olduğuna dəlalət edir.

Toplunun  IV fəsli Bakıda 1918-ci ilin mart hadisələri günlərində 

şəhərin həm azərbaycanlı, həm digər millətlərdən olan əhalisinə mən-

sub mülki, sənaye, sosial, ticarət və digər obyektlərə vurulmuş zərərləri 

göstərən sənədlərdən ibarətdir. Məlum olduğu kimi, FTK qarşısında qo-

yulmuş vəzifələr arasında, “bütün zorakılıq hadisələrinin dəqiq qeydiyya-

tının aparılması” və “həmin zorakılıqların törədildiyi şəraitin müəyyən 

edilməsi” ilə yanaşı, “müqəssirlərin aşkar olunması və onların vurduqları 

zərərin ümumi miqdarının müəyyənləşdirilməsi” də qeyd olunurdu. 

 Təsadüfü deyil ki, Bakıda 1918-ci ilin mart hadisələri zamanı zərər-

çəkənlərin bütün ifadələrində onlara dəyən zərərin miqdarı, həcmi və 

dəyəri göstərilmiş, FTK üzvləri isə ayrı-ayrı təcavüz hallarının və hadisələ-

rin geniş təfərrüatı verilməyən ifadələrdə belə, vurulan ziyan haqqında 

məlumatları təsbit etmişlər. Sahibləri evdə olmadığı zaman qarət və talan 

edilmiş mənzillər barədə çoxlu sayda faktların və sakinlərə dəyən ziyanın 

göstərildiyi FTK sənədləri deyilənləri bir daha təsdiq edir. Lakin, mart ha-

disələri günlərində azərbaycanlıların məruz qaldığı itkilər və maddi zərər 

yalnız bu faktlarla kifayətlənmirdi. Bu fəsildə təqdim edilən sənədlər Ba-

kıda mart hadisələri zamanı şəhərin müsəlman əhalisinə – iri sənaye-

çilərə, zavod, liman, neft mədənləri sahibkarlarından başlayaraq çoxsay-

lı mülki, sosial və ticarət obyektlərinin: ev, idarə, mehmanxana, məktəb, 

restoran, bərbərxana, emalatxana, mağaza, anbar, dükan, tövlə və s. sahib-

lərinə vurulan maddi ziyanın miqyasını və əhəmiyyətini çox aydın nü-

mayiş etdirirlər.



75

BAKIDA 1918-ci il MART HADİSƏLƏRİ: İLKİN ŞƏRTLƏRİ, XÜSUSİYYƏTLƏRİ, NƏTİCƏLƏRİ

1918-ci ilin faciəli mart günlərində müsəlmanlara məxsus olan binala-

rın qəsdən yandırılması və dağıdılması faktlarının təsbit edildiyi və FTK 

üzvləri tərəfindən tərtib olunmuş aktlar IV fəslə aid olan sənədlər arasın-

da xüsusi əhəmiyyət kəsb edir. Bu, ilk növbədə, azərbaycanlıların mədə-

ni-ictimai və dini mərkəzini təcəssüm etdirən “İsmailliyə” - Müsəlman 

Xeyriyyə Cəmiyyətinin binası, “Kaspi” və “Açıq göz” qəzetlərinin binaları, 

habelə “Dağıstan”, “İsgəndəriyyə” və ”İslamiyyə” mehmanxanalarının bi-

nalarıdır. (sənəd №№ 621-624)

Kitabın  V fəsli 1918-ci ilin martından sentyabrınadək bir neçə ay ər-

zində azğınlıq edən erməni silahlı dəstələrinin, erməni nizami birləş-

mələrinin hücumlarına məruz qalmış Bakı şəhərinin və Bakı kəndləri-

nin sakinlərinin ifadələrini əhatə edir. Sənədlərdən göründüyü kimi, Bakı 

şəhəri və onun ətraf kəndlərinin müsəlman əhalisinin müsibət və izti-

rabları mart qırğınlarından sonra da bitməmiş və Bakı şəhəri 1918-ci ilin 

sentyabrında azad edilənədək davam etmişdir. (sənəd № 807 və s.) 

 Məlumdur ki, 1918-ci ilin martında azərbaycanlı qırğınları yalnız 

şəhərin özünün hüdudları ilə məhdudlaşmamışdır. Həmin günlər 

erməni quldur dəstələri Bakı yaxınlığındakı ətraf kəndlərə də hücu-

ma keçərək müsəlmanların evlərinə basqın edir, şəhərkənarı yollarda 

pusqu qurur, yoldan keçən müsəlmanları qarət edir və öldürürdülər. 

FTK materialları arasında az saylı ifadələrdən aydın olur ki, 1918-ci 

ilin martında Bakı kəndlərinin – Məmmədli (Məhəmmədi), Əhməd-

li, Balaxanı, Binəqədi, Bibiheybət, Hökməli, Digah, Zabrat, Sabunçu, 

Ramana, Xırdalan və digər kəndlərin bir çox sakinləri erməni silahlı 

dəstələrinin vəhşiliklərinin qurbanı olmuşlar. FTK sənədləri arasında 

iyirmidən çox Bakı kəndlərində mart günlərində baş vermiş qanlı ha-

disələr haqqında hər hansı - çox və ya az - ifadələrin yer almadığının 

səbəbi bir mənalı şəkildə FTK üzvlərinin son dərəcə çətin iş şəraiti və 

müstəntiqlərin çatışmazlığı ilə izah edilir. Məhz bu səbəbdən də Ko-

missiya üzvləri bütün sonrakı aylarda dəfələrlə erməni əsgərlərinin 

basqınlarına məruz qalmış Bakı kəndlərinin sakinlərinin əksəriyyəti-

ni dindirə bilməmişlər.

Bununla belə, həmin kəndlərin sakinlərinin azsaylı ifadələri və xüsu-

silə, FTK-nın ən çox dindirdiyi Ramana kəndinin sakinlərinin ifadələri 

Bakının ətraf kəndlərinin insan və maddi itkiləri haqqında az-çox ümu-

mi təsəvvür yaradır. Sənədlərdən aydın olur ki, Sabunçuda, Əhmədlidə, 




Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə