Biz öz məqsədlərinə nail olmaq üçün heç bir vasitədən çəkinməyən



Yüklə 2,89 Mb.
Pdf görüntüsü
səhifə25/137
tarix22.10.2018
ölçüsü2,89 Mb.
#75303
1   ...   21   22   23   24   25   26   27   28   ...   137

BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

76

Zabratda bilavasitə erməni qoşunlarının qərargahları yerləşmiş və onlar 



bütün müsəlmanları – yerli sakinləri və yoldan keçənləri – bir neçə ay 

qorxu içində saxlayırmışlar. Həmçinin, erməni əsgərləri avqust-sentyabr 

aylarında cəbhədən geri çəkilərkən bütün bu kəndləri tamamilə darma-

dağın etmiş, qaçmağa macal tapmamış sakinləri isə amansız işgəncələrlə 

qətlə yetirmişlər. 

Bu fəsildə Bakı kəndlərinin – Balaxanı, Ramana və qismən Binəqədi 

sakinlərinin FTK üzvlərinin təfsilatı ilə sənədləşdirdiyi çoxlu sayda şahid 

ifadələri yer almışdır. Həmin sənədlərdə 1918-ci ilin yayında, Bakı şəhəri-

nin türk-azərbaycanlı qoşunları tərəfindən azad edilməsi ərəfəsində Bakı 

şəhəri və onun ətraf kəndlərində baş vermiş hadisələr haqqında çoxsay-

lı və acınacaqlı məlumatlar vardır. Məs., məlum olur ki, erməni dəstələri 

Bakının ən qədim və böyük kəndlərindən olan Ramanaya bir neçə dəfə – 

1918-ci ilin mart, avqust və sentyabr aylarında – hücum etmişlər və kənd-

də daşı daş üstə qoymadan, qaçmağa macal tapmamış bütün sakinləri 

ailəliklə qırmışlar. (sənədlər №№ 862, 863, 865-867, 885, 894, 924, 961 və s.) 

Bakının digər qədim və neft yataqlarına görə ən zəngin kəndlərin-

dən sayılan Balaxanının artıq mart hadisələrini yaşamış və erməni 

vəhşilikləri haqqında çox eşitmiş əhalisi iyul-avqust aylarında cə-

bhədən geri çəkilən erməni hərbi birləşmələri qarşısında öz evlərini 

qoyub qaçırdılar. Bu kəndi tutmuş və kəndə aparan yolları bağlamış 

erməni əsgərləri bir neçə gün ərzində bütün evləri və həyətlərdəki ti-

kililəri qarət və darmadağın etmiş, kənddən çıxmağa macal tapmamış 

sakinləri isə amansızlıqla öldürmüşlər. Sənədlərdən həmçinin məlum 

olur ki, silahlanmış sakinlər tərəfindən müdafiə olunan Maştağa, Bu-

zovna, Pirşağı və d. Bakı kəndləri erməni birləşmələri tərəfindən ar-

tıq hücuma məruz qalmış və xüsusilə cəbhə xəttində yerləşən ətraf 

kəndlərin sakinləri üçün sığınacaq yeri olmuşdur. Bu vəziyyət Bakının 

1918-ci il sentyabrın 15-də türk-azərbaycanlı ordusu tərəfindən azad 

edilməsi ərəfəsində və sonrakı günlər davam etmiş, ingilis qoşunları 

getdikdən sonra bir gün belə davam gətirə bilməyən Sentrokaspi hö-

kumətinin əsas hərbi qüvvələrini təşkil edən erməni birləşmələri gö-

rünməmiş zorakılıq və azğınlıq “nümunələri” göstərərək, 16-17 sent-

yabr tarixlərində geri çəkildikləri yolların üstündə yerləşən kəndlərə 

basqınlar etmişlər (sənəd № 832 və s.). Həmin günlər erməni əsgərlə-

rinin istər ətraf kəndlərdə, istərsə şəhərin özündə qarətlərdən, zorakı-



77

BAKIDA 1918-ci il MART HADİSƏLƏRİ: İLKİN ŞƏRTLƏRİ, XÜSUSİYYƏTLƏRİ, NƏTİCƏLƏRİ

lıqlardan, qətllərdən əl çəkmədiklərini sübut edən FTK sənədləri bunu 

iddia etməyə əsas verir ki, 1918-ci ilin sentyabr günlərində özbaşınalıq 

edən quldur, soyğunçu və qatillərin arasında xeyli sayda ermənilər ol-

muşdur və Bakıda 1918-ci ilin faciəli sentyabr hadisələrinə görə onlar 

da məsuliyyət daşıyırlar.

Toplunun  VI fəslinə “Bakı şəhərinin talan edilməsi haqqında” 

FTK üzvləri, respublikanın prokurorluq orqanlarının və Azərbaycan 

Məhkəmə Palatasının müstəntiqləri tərəfindən tərtib edilmiş məh-

kəmə-istintaq materialları daxil edilmişdir. Bu materiallar Bakıda 

1918-ci ilin mart hadisələri zamanı törətdikləri cinayətlərdə kifayət 

qədər ifşa edilmiş Bakı şəhərinin 24 nəfər erməni sakininin müttəhim 

qismində məsuliyyətə cəlb edilməsi haqqında qətnamələr, həmin itti-

hamlar üzrə artıq həbs edilmiş şəxslərin dindirmə protokolları, şahid-

lərin təkrar dindirmə və üzləşmə protokolları, zərərçəkənlərin, həbs 

edilənlərin qohumlarının və digərlərinin ərizələri və s. sənədlərdən 

ibarətdir. Çoxsaylı sənədlər istər müttəhimlərin, istərsə də şahidlərin 

şəxsiyyətlərinin, ünvanlarının, olduğu yerlərin təyin edilməsi, axtarı-

şı, istintaqa dəvət və cəlb edilməsi üzrə Azərbaycan məhkəmə-istin-

taq orqanlarının son dərəcə ağır, səbirli və gərgin fəaliyyətindən xə-

bər verir. Toplunun materiallarından göründüyü kimi, müstəntiqlərin 

bütün səy və axtarışlarına baxmayaraq, mart hadisələri üzrə ittiham 

edilənlərin əksəriyyətini nə Bakıda, nə də FTK-nın Gürcüstan Respub-

likasının istintaq orqanları ilə sıx əlaqə saxladığı Tiflisdə aşkar etmək 

mümkün olmamışdır. Bu şəxslərin hər biri haqqında ayrılıqda axtarış 

elan edilmiş və istintaq işləri xətm olunana qədər FTK onları inadla 

axtarmışdır.

Bu fəslin sənədləri arasında 1918-ci ilin bir neçə ayı ərzində Bakı-

da və Şamaxıda qanlı faciələrin törədilməsində ən mənfur şəxs hesab 

edilən Stepan Lalayevin ittiham olunması üzrə istintaq materialları 

xüsusi əhəmiyyət daşıyır. Onun adı yüzlərlə şahid və zərərçəkənlərin 

ifadələrində çəkilir və bu zaman silahsız dinc müsəlmanları – qoca, 

qadın, uşaq, xəstə insanları xüsusi qəddarlıq və vəhşiliklə qətlə yetir-

miş qaniçən bir yırtıcının obrazı yaranır. S.Lalayevin istintaq işinə 

aid olan sənədlər, eyni zamanda həmin dövr Bakı küçələrində açıq-aş-

kar və həyasızcasına gəzən erməni cinayətkarlarını məsuliyyətə cəlb 

etməyə hazırlaşan FTK müstəntiqlərinin necə mürəkkəb şəraitdə iş-




BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

78

ləməli olduqlarını bariz surətdə nümayiş etdirir. Məlum olduğu kimi, 



1918-i ilin noyabr ayının ortalarından etibarən Bakının hakimi özünü 

şəhərin general-qubernatoru elan etmiş, Britaniya qoşunlarının Ko-

mandanı general V.M.Tomson idi. Yeni yaradılmış strukturun – Müttə-

fiq Dövlətlər Polisinin komissarı isə polkovnik Kokkerel təyin edilmiş-

di. Bakı və Şamaxıda müsəlman qırğınları törətmiş Stepan Lalayevin 

təqsirinin təkzibedilməz sübutlarını təqdim etmiş FTK sədri Ə.b.Xas-

məmmədov polkovnik Kokkereldən onun həbsinə icazə almağa nail 

olsa da və S.Lalayev Müttəfiq Dövlətlər Polisi tərəfindən 1918-ci ilin 

noyabrının sonunda həbs edilsə də, məhbus özü və onun istintaq işi 

ingilislərin sərəncamında qalmış və “araşdırılmaq” üçün Müttəfiqlə-

rin Hərbi Məhkəməsinə verilmişdi.

Fəslin sənədləri FTK-nın və Azərbaycan Ədliyyə Nazirliyinin Stepan 

Lalayevin istintaq işinin və müttəhimin özünün “yerli hakimiyyət məh-

kəməsinə” qaytarılması məqsədilə nə kimi səylər göstərdiyini, ittihamçı 

tərəfin öz mövqeyini son dərəcə dəqiq və savadlı şəkildə quraraq əsaslan-

dırdığını və bunun nəticəsi olaraq öz məqsədlərinə nail olduğunu aydın 

surətdə əks etdirir. Qeyd edilməlidir ki, kitaba Stepan Lalayevin istintaq 

işinin yalnız Bakı hadisələri ilə bağlı sənədləri daxil edilmişdir. İstintaqın 

gedişi vaxtı Stepan Lalayev Bakı həbsxanasından Gəncəyə göndərilmiş, 

onun işi xüsusilə mühüm işlər üzrə müstəntiqlərə həvalə edilmişdi. Top-

luda S.Lalayevin dindirmə protokolları, iş üzrə şahidlərin təkrar dindirmə 

və üzləşdirilmə protokolları, həmçinin S.Lalayevin şiddətlənən zöhrəvi 

xəstəlikdən Gəncə həbsxanasında ölməsi haqqında arayış və s. sənədlər 

cəmlənmişdir. (sənəd №№ 1100, 1101 və s.)

Fəslin materialları arasında mart hadisələrində zərər çəkmiş, FTK-

na ifadə vermiş, lakin bu və ya digər səbəblərdən təkrar istintaqa gəl-

məyən, yaxud dəqiq şərh verməkdən boyun qaçıraraq, əvvəlki ifadələ-

rini tam şəkildə təsdiq etməyən azərbaycanlı şahidlərlə işləməli olan 

müstəntiqlərin kifayət qədər mürəkkəb şəraitdə çalışdıqlarını təsdiq 

edən sənədlər də böyük maraq doğurur. Bəzi şahidlərin ifadələrindən 

göründüyü kimi, bu hallar ən əvvəl həbs edilənlərin qohumları, eləcə 

də ermənilərin müxtəlif millətçi təşkilatları tərəfindən ayrı-ayrı yol-

larla şahidlərə təzyiq göstərilməsi ilə izah edilirdi. Maraqlıdır ki, Azər-

baycanın yüksək təbəqələrinin və yəhudi icmasının bəzi nümayəndələ-

ri, yalnız qorxudan deyil, “keçmiş xoş xatirələrə” rəğmən öz əvvəlki 



Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə