Biz öz məqsədlərinə nail olmaq üçün heç bir vasitədən çəkinməyən



Yüklə 2,89 Mb.
Pdf görüntüsü
səhifə33/137
tarix22.10.2018
ölçüsü2,89 Mb.
#75303
1   ...   29   30   31   32   33   34   35   36   ...   137

BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

102


Sənəd № 8

Dindirmə protokolu

1918-ci il. 2 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Ağa Hüseyn Tağıyev, 38 yaşım var, Bakı şəhəri, Aziatskaya küçəsin-

də (Krasnovodskaya, 25) yaşayıram.

Bu il mart ayının 18-də, bazar günü, mən müsəlman nümayəndələrin 

iclası keçirilən “İsmailiyyə” Müsəlman Xeyriyyə Cəmiyyətinin binasında 

idim. Oraya Bakının keçmiş Şəhər Rəisi Hayk Ter-Mikaelyants gəldi və Er-

məni Milli Şurasının və “Daşnaksütun” partiyasının adından bildirdi ki, 

əgər müsəlmanlar bolşeviklərə qarğı çıxış edərsə, erməni qoşunları onla-

ra qoşular və bolşeviklərin Bakıdan qovulmasına yardım edərlər. Bununla 

belə, sonrakı gün, bazar ertəsi, mart ayının 19-da, erməni əsgərləri müsəl-

manların evlərinə soxulmağa, müsəlmanları qətlə yetirməyə və qarət et-

məyə başladılar. Saat 4-də bolşeviklər müsəlmanlarla sülh bağladılar, la-

kin ermənilər buna baxmayaraq şəhərin müsəlmanlar yaşayan hissəsinə 

öz basqınlarını davam etdirir, müsəlmanları qırır və qarət edirdilər. 

Mən bu zaman İçəri şəhərdə - Qalada idim və biz burada səngərlər qaza-

raq, bizə hücum edən ermənilərdən müdafiə olunmağa başlamışdıq. İran 

konsulu

49

 dənizçi Natanson ilə birlikdə Qalaya bizim yanımıza gəldi, bə-



ziləri deyirdi belə şayiə gəzir ki, guya biz Qalada, Mir Əli Nağı Hüseynovun 

evində olan bütün erməni və xristianları doğrayıb qırmışıq. Biz onların 

hər ikisini Hüseynovun evinə apardıq və 240 xristian kişi, qadın və uşaqla-

rın (o cümlədən çoxlu ermənilərin) olduğu yerləri göstərdik. Sonra biz on-

lara bələdçilər verdik və bələdçilər onları xristianların olduğu digər evlərə 

də apardılar. Orada qadın və kişilər göz yaşları ilə müsəlmanların onlarla 

yaxşı rəftar etdiyinə, çörək, düyü və su verdiklərinə görə öz minnətdarlıq-

larını bildirdilər. Onlara, Qalada qalmaqdan ehtiyat edirlərsə, getmək təklif 

olunduqda, onlar bildirdilər ki, müsəlmanların taleyini bölüşmək istəyir-

lər və Qaladan sonuncularla birlikdə gedəcəklər. Eyni zamanda xristianlar 

Qalanın bombardman edilməsinin dayandırılması xahişi ilə matrosların 

yanına kişi və qadınlardan ibarət öz nümayəndələrini göndərdilər.




103

FƏSİL I. AZƏRBAYCANLI SAKİNLƏRİN ŞAHİD İFADƏLƏRİ

Xristianlarla yaxşı rəftar edildiyinə tam əmin olan İran konsulu və 

Natancon Qaladan getdilər. Lakin üç saatdan sonra hər ikisi yenidən Qa-

laya qayıtdı və bildirdilər ki, guya onlar çıxıb gedəndən sonra müsəlman-

lar bütün xristianları qırıblar; onların dediyinə görə, bu barədə onlara 

Jorj Melikov və həkim Ter-Zaxaryants telefonla xəbər vermişlər. Biz onla-

ra yenidən Hüseynovun evini, habelə xristianların yerləşdiyi digər evləri 

göstərdik, beləliklə hər ikisi əmin oldular ki, bütün xristianlar sağ-sala-

matdır. Natanson Qaladan gedərkən qala divarları önündə 20 dənizçi qo-

yulması haqqında sərəncam verdi, və onlar erməni əsgərlərinin hücumla-

rının qarşısının alınmasında bizə kömək etdilər.

Hücum edən ermənilərin başında tüfənglərlə silahlanmış və bizə atəş 

açan Stepan Lalayevin, Jorj Melikovun, Dovlatovun, Xristofor Dildarovun 

və Ambarsum Melikovun durduğunu görmüşəm.

Martın 20-də, mən Qala divarlarının və “İsmailiyyə” Müsəlman Xey-

riyyə Cəmiyyətinin binasının yanındakı pilləkənin yaxınlığında olarkən, 

“Kaspi” qəzetinin redaksiyasının qarşısındakı tindən Tatevos Əmirovun

50

 

üç silahlı erməni ilə bu binaya necə girdiyini öz gözlərimlə gördüm; bun-



dan az sonra binada alov göründü və o yanmağa başladı. Alov Nikolayev-

skaya küçəsi ilə Krasilnikov qardaşlarının qarşıda yerləşən evinə keçdi; 

tezliklə bu evə yanğınsöndürənlər gəldilər və alovu söndürməyə çalışdılar. 

Tələbə, bolşevik Məmməd İrza Hacınski telefonla Şaumyana xəbər verən-

də ki, yanğınsöndürənlər Krasilnikovların evini söndürürlər, lakin “İsma-

iliyə”nin binasındakı yanğını söndürmək üçün heç bir tədbir görmürlər, 

Şaumyan “İsmailiyyə”nin saxlanılması üçün tədbir görülməsi barədə 

sərəncam verəcəyinə söz verdi. Əslində isə belə sərəncam olmadı və bü-

tün əzəmətli binadan yalnız divarlar qaldı. 

Ermənilər tərəfindən yandırılan “İsmailiyyə” bütün Qafqaz müsəl-

manlarının həyatında böyük rol oynayırdı. Qafqaz müsəlman komitələri-

nin hamısı bu binada yerləşirdi və bu komitələrə aid olan pullar və sənəd-

lər də burada saxlanılırdı. Bundan əlavə, müxtəlif müsəlman yığıncaqları 

və qurultayları bu binada keçirilirdi, məs., bu il fevralının 15-də açılmış 

Ümumqafqaz Müsəlman Qurultayı

51

 burada keçirilmişdi.



Ermənilərə yaxşı məlum idi ki, bütün məscidlərdə müsəlman qadın və 

uşaqları gizlənirlər; onların göstərişi ilə şəhərin müsəlman məhəllələrini 

bombalayan hərbi gəmilər məscidləri də top atəşinə tuturdular ki, nəticə-

də məscid binalarına 19 mərmi dəymişdi.




BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

104


Mart hadisələri zamanı o qədər müsəlman öldürülmüşdü ki, onların 

meyitlərini Petrovsk və Dəmiryolu limanından Bibiheybətə 6 barjada da-

şımışdılar. Bundan əlavə, arabalarda və yük avtomobillərində məscidlərə 

və qəbiristanlıqlara xeyli meyit daşımışdılar. Müsəlmanlar meyitlərin 

daşınmasında, habelə qətlə yetirilmiş qohumlarının axtarışında onlara 

yardım göstərilməsi xahişi ilə İcraiyyə Komitəsinə müraciət etmişdilər, 

lakin onların bu xahişi rədd edilmişdi. Stanislavskaya küçəsinin sonunda, 

“Poxlu Dərə” adlı yerdə torpağa çox da dərindən basdırılmamış 57 müsəl-

man qadının cəsədi təsadüfən aşkar edilmişdi. 

Ermənilər müsəlmanların evlərinə soxularaq nə qadınlara, nə də uşaq-

lara rəhm etmədən, hamını öldürürdülər. Məsələn, onlar Serkovnaya 

küçəsində, 80 yaşlı ağsaqqal Hacı Əmir Əliyevin evinə girərək, Əliyevin 

özünü, onun 60 yaşlı arvadını, 70 yaşlı ikinci arvadını, oğlunu öldürmüş-

dülər, üç uşağı (azyaşlı) doğramış, Əliyevin gəlinini, 35 yaşlı qadını divara 

mismarlamışdılar.

Təzə Pir


52

 məscidində 50-60 cəsəd görmüşəm; onların əksəriyyəti dəh-

şətli dərəcədə eybəcər hala salınmışdı və başları kəsilmişdi.

Ermənilər mart qırğınlarına əvvəlcədən hazırlaşmışdılar. Hələ mart 

ayının ilk günlərində mənim neft mədənlərimi idarə edən mühəndis Ge-

rasim Mixayloviç Ter-Akopov məni xəbərdar etmişdi ki, Bakıda qorxulu 

hadisələr gözlənilir və buna görə mənə şəhərdə qalmamağı, ailəmlə bir-

likdə bağ evimə köçməyimi məsləhət görmüşdü.

Ermənilərlə müsəlmanlar arasında barışıq elan edildikdən sonra da 

ermənilər mütəmadi olaraq imkan düşdükcə müsəlmanları öldürməkdə 

davam edirdilər. Məsələn, bizim təxmini hesablamalarımıza görə adı çə-

kilən barışıq dövründən ta Türk-Azərbaycan qoşunları Bakıya daxil ola-

nadək ermənilər tərəfindən 1500 müsəlman qətlə yetirilmişdir, mart ha-

disələri zamanı isə təxminən 11 000 müsəlman öldürülmüşdür. Bir çox 

müsəlmanların cəsədləri bu günədək hələ də tapılmamışdır. 

Şəhərin aşağı hissəsində, Sisyanovskaya küçəsindən aşağı, Hacı Zeyna-

labdin Tağıyevin

53

 evi istisna olmaqla, bir dənə də olsun qarət edilməmiş 



müsəlman evi qalmamışdı. Bəzi rayonlarda, məsələn, Məmmədli rayo-

nunda və ya bazarında müsəlmanların məskunlaşdığı bütün binalar ta-

mamilə yandırılmış və ya qarət edilmişdi. Ümumiyyətlə, Bakı şəhərinin 

müsəlman əhalisinə köhnə qiymətlə 400 000 000 rubla yaxın ziyan vurul-

muşdur, bu hesablama bizim tərəfimizdən yalnız bizə məlum olan faktlar 



Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə