Biz öz məqsədlərinə nail olmaq üçün heç bir vasitədən çəkinməyən



Yüklə 2,89 Mb.
Pdf görüntüsü
səhifə29/137
tarix22.10.2018
ölçüsü2,89 Mb.
#75303
1   ...   25   26   27   28   29   30   31   32   ...   137

89

FÖVQƏLADƏ TƏHQİQAT KOMİSSİYASININ YARADILMASI HAQQINDA AZƏRBAYCAN HÖKUMƏTİNİN QƏRARLARI



Azərbaycan Respublikası Hökumətinin qərar jurnalından

ÇIXARIŞ

15 iyul 1918-ci il

Dinlənildi: Müsəlmanlara və onların əmlaklarına qarşı törədilmiş zo-

rakılıq hallarının təhqiq olunması üçün Fövqəladə Təhqiqat Komissiyası-

nın təşkil edilməsi haqqında Xarici İşlər nazirinin məruzəsi.

Qərara alındı: Xarici İşlər nazirinin məruzəsi bəyənilsin və ona tapşırıl-

sın ki, Avropa müharibəsi başlandığı vaxtdan bütün Cənubi Qafqaz hüdud-

larında müsəlmanlara və onların əmlakına qarşı törədilmiş zorakılıq halla-

rının təhqiq olunması üçün Fövqəladə Təhqiqat Komissiyasını təşkil etsin.

Əsli ilə düzdür:

Katibin köməkçisi (imza).

AR DA, f. 1061, s.1, iş. 95, v.2.



QƏRAR

31 avqust 1918-ci il, Gəncə şəhəri.

Hökumətin 15 iyul 1918-ci il tarixli Qərarının icra olunması üçün sədr 

– andlı iclasçı Ələkbər bəy Xasməmmədovdan

3

 və aşağıdakı üzvlərdən 



ibarət olan tərkibdə Fövqəladə Təhqiqat Komissiyası yaradılsın: Gəncə 

Dairə Məhkəməsinin üzvləri İsmayıl bəy Şahmalıyev

4

 və Andrey Fomiç 



Novatski

5

, həmin dairə məhkəməsinin prokurorunun müavini Nəsrəd-



din bəy Səfikürdski

6

, Gəncə Köçürmə idarəsinin üzvü Nikolay Mixayloviç 



Mixaylov

7

 və Barışdırıcı hakimlər qurultayının keçmiş Sədri, həqiqi mülki 



müşavir V.V.Qudvillo

8

 və müəllim Məmməd Cavad Axundzadə. Gündəlik 



maaş təyin edilsin: Komissiya Sədrinə – 60 rubl məbləğində, dövlət xid-

mətində olan komissiya üzvlərinə gündəlik 40 rubl, qalanlarına isə 50 

rubl məbləğində. Səfərlər üzrə xərclər həqiqi qiyməti üzrə ödənilsin. Ko-

missiyaya katib, ekspertlər və ehtiyac olan digər şəxsləri dəvət etmək im-

kanı verilsin.

Xarici İşlər Naziri əvəzinə F. Xoyski

9

 

Komissiyanın Sədri: Ə.Xasməmmədov (imza).



AR DA, f. 1061, s. 1, i. 105, v. 2.


FƏSİL I

AZƏRBAYCANLI 

SAKİNLƏRİN 

ŞAHİD İFADƏLƏRİ




91

FƏSİL I. AZƏRBAYCANLI SAKİNLƏRİN ŞAHİD İFADƏLƏRİ



Sənəd № 1

Dindirmə protokolu

1918-ci il. 7 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyası aşağıda adı 

çəkilən şəxsi şahid qismində dindirmiş və o, Cinayət Prosessual Məcəlləsinin 307 

və 443-cü maddələrinin məzmunu ilə əvvəlcədən tanış olaraq göstərmişdir:

Kazım Ələsgər oğlu Axundov, 35 yaşım var, “Nikolay Bünyadov” gə-

misində Komandir köməkçisi (Bakı şəhəri, Verxnyaya Tazapirskaya 

küçəsi 17).

 Bu il mart ayının 17-də

10

 axşam saat səkkiz radələrində mən bolşevik-



lərin Musa Nağıyevin

11

 Birjevaya və Krasnovodskaya küçələrinin kəsişmə-



sində yerləşən evində

12

 keçirilən yığıncağına getdim. Məni bolşeviklərin 



yığıncağına buraxmadılar, çünki bu zaman orada sırf partiya iclası keçi-

rilirdi, mən isə Sosialist-inqilabçılar

13

 partiyasının üzvü idim və bununla 



belə Fəhlə, Əsgər və Matros Deputatların Bakı Sovetinin

14

 də üzvü idim. 



O zaman mən Musa Nağıyevin həmin evində, “Astoriya” mehmanxana-

sında


15

 yerləşən Hərbi-İnqilab Komitəsinə

16

 baş çəkdim. Bu vaxt Petrov-



skaya meydanı tərəfdə atışma başlandı. Ermənilərin və Avakyanın

17

 söz-



lərinə görə müsəlman diviziyasının

18

 süvariləri qırmızı qvardiyaçılara və 



Nəzarət rotasına atəş açıblar. Avakyan Hərbi-İnqilab Komitəsində onun 

yanına gələn bütün ermənilərə vəziyyətindən və peşəsindən asılı olma-

yaraq tüfəng və patron paylayırdı. Mən küçəyə çıxdım. Bütün evlərdən 

ermənilər - hərbçi və mülki - əllərində silah küçəyə çıxırdılar. Mən, er-

mənilərin izdihamının içindən keçərək və Krasnovodskaya, Qoqolevskaya 

və Mariinskaya küçələrini adlayaraq Molokanskaya küçəsi ilə getdim. Adı 

çəkilən bütün küçələr silahlı ermənilərlə dolu idi və erməni kütlələrinin 

izdihamı səbəbindən konkaların hərəkəti dayanmışdı. Mən Hərbi-İnqilab 

Komitəsinə qayıtdım. Mənim xatırladığıma görə, təxminən gecə saat 12 ½ 

radələrində Hərbi-İnqilab Komitəsinə Abbas Qulu Kazımzadə

19

, Qasım Qa-



sımov, həkim Tağıyev, Behbud xan Cavanşir

20

, Ter-Mikaelyan və digərlərin-



dən ibarət olan nümayəndə heyəti gəldi. Az sonra həkim Leon Atabekyan 

gəldi və Arakelyandan – İcraiyyə Komitəsi sədrinin köməkçisindən xahiş 

etdi ki, hadisələr sülh yolu ilə yoluna qoyulsun, yoxsa ermənilərlə müsəl-

manlar arasında milli qırğın baş verəcəkdir. Atışma getdikcə güclənirdi və 




BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

92

güllələr vıyıldayırdı. Sonradan müsəlman diviziyasının süvarilərindən öy-



rəndim ki, Lənkərana yola düşmək üçün onlar “Evelina” gəmisinə minən 

zaman erməni əsgərlərinin dəstəsi gəlmiş və süvarilərə silahlarını təhvil 

verməyi təklif etmişdir. Süvarilər imtina etdikdə, erməni dəstəsi atəş aç-

mışdır. Süvarilər də öz növbəsində onlara tüfəng atəşi ilə cavab vermişlər. 

Ermənilər “Evelina” gəmisinin durduğu Rusiya-Qafqaz Gəmiçilik Birliyi-

nin


21

 limanını dörd tərəfdən, Merkuryevskaya və Mariinskaya küçələrinin 

tinlərindən, Bolşaya Morskaya küçəsindən və 19 №-li limandan güllə atə-

şinə tutmuşlar. Süvarilərə 1500 nəfərdən ibarət ermənilər də atəş açırdılar. 

Hərbi-İnqilab Komitəsində nümayəndə heyəti süvarilərin silahları təhvil 

verməsinin şərtlərini hazırladı və nümayəndə heyətinin oraya gələcəyi 

barədə süvariləri əvvəlcədən telefon vasitəsilə xəbərdar edərək, limana 

yollandı. Nümayəndə heyəti gələn kimi hər iki tərəfdən atışma dayan-

dırıldı. Nümayəndə heyəti divizionun süvariləri ilə danışıqlar apararaq, 

süvarilərin silahlarını təhvil verəcəyi təqdirdə, onların özlərinin sağ-sa-

lamat buraxılacağına zəmanət almaq üçün Hərbi-İnqilab Komitəsinə qa-

yıtdı. Yalnız martın 18-i səhər saat 6-da nümayəndə heyəti süvarilərdən 

silah, patron və yəhərləri təhvil aldı. Mən səhər saat yeddidə evə gəldim 

və günorta saat üçə qədər yatdım. Nümayəndə heyəti mənimlə birgə da-

ğılışdı və işin həll olunduğuna görə müsəlmanlar razı qaldılar. Martın 

18-də günorta saat üçdə arvadım məni oyatdı və xəbər verdi ki, şəhərdə 

hadisələr gözlənilir. Mən həyəcanlandım, çünki bilirdim ki, ermənilər ar-

tıq bir neçə ay idi ki, şəhərin ermənilər yaşayan hissəsinə, Ermənikəndə 

və kəndlərə tüfənglər, pulemyotlar, patronlar daşıyaraq sürətlə silahla-

nırdılar. Mən şəhərdə öyrəndim ki, “İsmailiyyə”

22

 Xeyriyyə cəmiyyətinin 



binasında müsəlmanların iclası keçirilmişdir və Ter-Mikaelyan bu iclasa 

gələrək Erməni Milli Şurasının

23

 və “Daşnaksütun”



24

 partiyasının adından 

rəsmi şəkildə bildirmişdir ki, əgər müsəlmanlar çıxış edərsə, ermənilər də 

müsəlmanlara qoşulacaq və bolşeviklərin qovulmasına kömək edəcəklər. 

Müsəlmanlar minnətdarlıqlarını bildirmiş, lakin cavab vermişlər ki, çıxış 

etmək fikirləri yoxdur. Şəhərdə müsəlmanlar nədənsə narahat idilər, la-

kin nə baş verdiyini heç cür anlamırdılar. Mən İcraiyyə Komitəsinə yol-

landım və yalnız Parapetə

25

 kimi gedə bildim, çünki burada xeyli silah-



lı erməni var idi, onların yanından keçib getməyə risk etmədim. Mənim 

saatımla saat 4.40 dəqiqədə Parapetin qarşısında olan erməni kilsəsinin

26

 

yaxınlığında, Erməni Milli Komitəsinin döyüşçü drujinası adlandırılan 




Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə