Biz öz məqsədlərinə nail olmaq üçün heç bir vasitədən çəkinməyən



Yüklə 2,89 Mb.
Pdf görüntüsü
səhifə34/137
tarix22.10.2018
ölçüsü2,89 Mb.
#75303
1   ...   30   31   32   33   34   35   36   37   ...   137

105

FƏSİL I. AZƏRBAYCANLI SAKİNLƏRİN ŞAHİD İFADƏLƏRİ

əsasında aparılmışdır. 

Çərşənbə axşamı, mart ayının 20-də gündüz, Qaladan şəhərin yuxarı 

hissəsinə Molla Cavad Axund, Molla Hacı Mir Mövsüm, Hacı Hüseyn Ta-

ğıyev, həkim Atabekyan və İcraiyyə Komitəsinin üzvü Denejkindən ibarət 

nümayəndə heyəti göndərilmişdi. Bu nümayəndə heyəti Zavedenska-

ya küçəsində altı erməni əsgəri tərəfindən saxlanılmışdı və onlara hara 

getdikləri barədə sual verilmişdi. Nümayəndə heyətinin müsəlmanlar-

la ermənilər arasında barışıq elan edildiyinə görə hərbi əməliyyatların 

dayandırılması xahişi ilə şəhərin müsəlmanların əlində olan hissəsinə 

keçməyə çalışdıqlarını öyrəndikdə, erməni əsgərləri bildirmişlər ki, onlar 

nümayəndə heyətini buraxmayacaqlar, çünki heç bir barışıq tanımırlar. 

Nümayəndə heyətinin üzvləri Zavedenskaya küçəsinin sonundakı müsəl-

man səngərlərinə doğru irəlilədikdə, erməni əsgərləri onların arxasınca 

tüfənglərdən atəş açaraq, səngərlərə qədər qaçmağa və orada gizlənməyə 

macal tapmış Molla Cavad Axunddan başqa, nümayəndələrin hamısını 

öldürmüşdülər. Əlavə deməyə başqa sözüm yoxdur. 

Oxundu. İmza. А.H.Tağıyev.

Komissiya üzvləri: А.Kluge, Məmməd Xan Təkinski (imzalar).

AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 1-4.

Sənəd № 10

Dindirmə protokolu

1918-ci il. 8 oktyabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyası aşağıda adı 

çəkilən şəxsi şahid qismində dindirmiş və o, Cinayət Prosessual Məcəlləsinin 307 

və 443-cü maddələrinin məzmunu ilə əvvəlcədən tanış olaraq göstərmişdir:

Ağabəy Səfərəliyev, 41 yaşlı, Bakı şəhərində, Şamaxinskaya küçəsin-

də, şəxsi evimdə yaşayıram.

Mart atışmaları zamanı mən heç yerə çıxmamışam, daima Şamaxin-

kada, öz evimin ətrafında olmuşam. Biz, müsəlmanlar, bir neçə gün Tate-

vos Əmirovun erməni hərbi dəstəsi ilə atışmalı olduq. Bu dəstə Lalaevin 

Şamaxinskaya və Kubinskaya küçələrinin kəsişməsində yerləşən evində 

oturmuşdu və oradan Şamaxinkadakı evləri atəşə tuturdu. Atışma bu il 




BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

106


mart ayının ortalarında, bazar günü başladı və çərşənbə gününədək, sülh 

bağlanana qədər davam etdi. Lakin bundan sonra da ermənilər vəhşilik-

lərini davam etdirirdilər: Məs., mənim evimin yaxınlığında, Məhəmməd-

li kəndinin sakini Dövlətəlinin evində ermənilər ev sahibinin 14 nəfər-

dən ibarət bütün ailəsini qətlə yetirmişlər. Hər gün şəhərə ətraflarda 

öldürülmüş insanların meyitləri gətirilirdi. Şəhərin yanında yaralanmış 

müsəlmanları da gətirir və Böyük bazarda, qadın həkimi Kaqanın müa-

licəxanasında

54

 yerləşdirirdilər. Müsəlmanlarla ermənilər arasında sülh 



bağlanandan artıq ay yarım sonra ermənilər Şamaxıdan qaçan müsəl-

man ailələrinin yerləşdiyi Şamaxı məscidinə

55

 gəlmiş və başqaları ilə 



birlikdə guya məsciddə olan bir neçə cavan qadının onlara verilməsini 

tələb etmişlər. Uzun yalvar-yaxardan sonra ermənilər, ertəsi gün saat 12-

də qadınların ardınca yenidən məscidə gələcəklərini bildirərək getmişlər. 

Yalnız Şaumyan kimi görkəmli ermənilərə, doktor Nərimanova

56

 və başqa-



larına kömək üçün müraciət sayəsində qadınları onları gözləyən rüsvay-

çılıqdan xilas etmək və onların hamısını Çəmbərəkənd məscidinə keçir-

mək mümkün olmuşdur və ermənilər daha ora gəlməmişlər.

Məscidləri və bəzi küçələri gəzərkən mən olduqca eybəcər hala sa-

lınmış meyitlərə təsadüf edirdim: qadınlar döşləri, burunları, qulaqları 

kəsilmiş, gözləri çıxarılmış halda uzanmışdılar. Ermənilər nə uşaqla-

ra, nə qocalara, nə qadınlara aman vermirdilər və hamını eybəcər hala 

salırdılar. Meyitlər hər tərəfdə, bir neçə gün, hətta bir həftəyə yaxın, 

yığışdırılmamış qalmışdı və buna görə küçələri dəhşətli üfunət bürü-

müşdü. Mənimlə qonşuluqda yaşayan mühəndis Keyl küçələri gəzir 

və ətrafa səpələnmiş eybəcər meyitlərin şəklini çəkirdi. Mantaşevin

57

 



Binəqədi mədənlərində işləyən mühəndis-texnoloq Ovanov artıq sülh 

bağlanandan sonra mənə dedi ki, Şamaxinkaya gəlməyə və məni xilas 

etməyə imkanı olmadığına görə təəssüf edir. O, izah etdi ki, onun özünə 

və başqa şəxslərə daşnaksakanlar tərəfindən müsəlmanları əsir götür-

mək tapşırılmışdı, əgər müsəlmanlardan kimsə bu zaman müqavimət 

göstərsəydi, onu öldürmək lazım idi. 

2-ci Qarşılıqlı Kredit Cəmiyyətində iş yoldaşım Çiknoverov mənim 

müsəlmanların bolşeviklərlə mübarizəsi vaxtı ermənilərin nə üçün 

bitərəf qalmadıqları sualıma açıq cavab verdi ki, ermənilər ona görə 

müsəlmanlara qarşı çıxış ediblər ki, əvvəla, 1905-ci

58

 ilə görə onlarla he-



sablaşmaq istəyirdilər, və ikincisi, bir də ona görə ki, müsəlmanların on-


107

FƏSİL I. AZƏRBAYCANLI SAKİNLƏRİN ŞAHİD İFADƏLƏRİ

lara qarşı hücumunu qabaqlamaq istəyirdilər. Eyni sözləri mənə Pitoyev 

və K˚ Neft Sənayesi Cəmiyyətinin

59

 mühəndisi Emiko Ambarsumov da 



təkrar etmişdir. 

Eybəcər hala salınmış qadın meyitlərinin arasında mən cinsiyyət 

yoluna taxta salınmış cəsədlər görmüşdüm. Mənə danışırdılar ki, ermə-

nilər gecələr bir neçə dəfə çörək dükanlarına növbələrdə duran insanla-

rın cərgəsinə yaxınlaşır və gözlərinə dəyən cavan müsəlman qız-qadın-

larını özləri ilə aparırdılar. Mənim iş yoldaşım Çiknoverovun adı Sergey 

İvanoviçdir. 

Oxundu. A.Səfərəliyev. 

Komissiya üzvləri: Prokuror müavini А.Kluge, andlı iclasçı Məmməd 

Xan Təkinski (imzalar).

Komissiyanın sədri: Ələkbər Xasməmmədov(imza)

AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 11-12



Sənəd № 11

Dindirmə protokolu

1918-ci il. 27 oktyabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyası aşağıda adı 

çəkilən şəxsi şahid qismində dindirmiş və o, Cinayət Prosessual Məcəlləsinin 307 

və 443-cü maddələrinin məzmunu ilə əvvəlcədən tanış olaraq göstərmişdir:

Manafov Rza Qulu oğlu, Bakılıyam, 48 yaşım var, Bakı şəhərində, 

Suraxanskaya küçəsi, ev № 178 ünvanda yaşayıram.

Martın 18-də axşam saat 8-də atışma başlandı. Mən öz kontoru-

mu bağladım və evə, Suraxanskaya küçəsinə, tələsdim. Bütün gecəni 

tüfəng və pulemyotlardan atəş atırdılar. Bizə deyirdilər ki, atan bolşe-

viklərdir və ermənilər müsəlmanlara öz bitərəfliyi barədə məlumat ve-

riblər. Qonşu evlərdə, mənim öz evimdə ermənilər yaşayırdı, lakin biz 

onları müsəlmanların dostu hesab edərək, onlara toxunmurduq. Bazar 

ertəsi, səhər tezdən ermənilər müsəlmanlara qarşı hücuma keçdilər və 

yalnız çərşənbə axşamı Suraxanskaya və Tatarskaya küçələrində yaşa-

yan müsəlmanlar başa düşdülər ki, ermənilər bizi aldadırdılar və er-

mənilər müsəlmanlara qarşı çıxıblar. Mən başqa müsəlmanlarla bir-



Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə