Biz öz məqsədlərinə nail olmaq üçün heç bir vasitədən çəkinməyən



Yüklə 2,89 Mb.
Pdf görüntüsü
səhifə13/137
tarix22.10.2018
ölçüsü2,89 Mb.
#75303
1   ...   9   10   11   12   13   14   15   16   ...   137

BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

40

edilməsinə xüsusi təsiri olan Gürcüstan menşevikləri fraksiyasının üzv-



lərindən N.Jordaniyanın Bakıda olan Q.Ter-Qazaryan ilə yazışmaların-

dan aydın görünür. Q.Ter-Qazaryanın guya “Tiflisdən hərbi hissələrin və 

Gəncədən silahlı müsəlmanların Bakı üzərinə hərəkət etməsi haqqında 

məlumatların əldə edildiyi” barədə təlaş dolu məktubuna, və “sakitliyin 

hökm sürdüyü, ... və istisnasız olaraq bütün – sosialist, demokratik, inqi-

labi partiyaların Bakı rayonunun müdafiəsi üçün Bakı Soveti ilə birləş-

diyi” haqqında xəbərdarlığına N.Jordaniya tam əminliklə cavab verirdi 

ki, “nə inqilabi təşkilatlar, nə də hökumət Bakı üzərinə hərəkətdə işti-

rak etmir... müsəlmanların hərəkəti... kütləvi xarakter daşıyır və onun 

qarşısını almaq çətindir. Müsəlman korpusu yürüşə mütəşəkkil xarak-

ter vermək istəyir. Münaqişənin sülh yolu ilə həlli üçün bakılılar bütün 

tədbirləri görməlidirlər. Biz hamımız Türkiyə ilə aparılan müharibə ilə 

məşğuluq …”. (90)

 Hadisələrin sonrakı inkişafı göstərdi ki, bolşevik təcavüzündən daha 

çox Türkiyə təhlükəsindən narahat olan Seymin gürcü-erməni çoxluğu 

Bakı Sovetinə qarşı hər hansı güc metodlarından istifadə etməyə ümu-

miyyətlə hazırlaşmırdı. Beləliklə, Azərbaycan fraksiyasının Bakı hadisələ-

rinə müdaxilə etmək üçün bütün daxili vasitələri tükəndi və türk qoşun-

larının çağırılması onun əsas vəzifəsinə çevrildi. (91) Diqqətəlayiqdir ki

həmin günlər Bakı hadisələrinin nəticələrinin müəyyən şərtlər daxilində 

aradan qaldırılması haqda təklifi Seymdə “Daşnaksütun” partiyası frak-

siyasının nümayəndələri irəli sürmüşdü və bu şərtlər Bakıda gələcək ha-

kimiyyətin sırf azərbaycanlı deyil, beynəlmiləl olması və erməni birləş-

mələrinin şəhərdə qalmasına icazə verilməsindən ibarət idi. Ermənilərin 

bu təşəbbüsünün heç də həqiqi dinc yaşama arzusu ilə deyil, Türkiyə or-

dusunun yaxınlaşması ilə izah olunduğunu anlayan və son dərəcə həyasız 

təklif kimi səciyyələndirən Azərbaycan fraksiyasının cavabı qəti olmuşdu: 

“Bakıda və Cənub-Şərqi Qafqazda bütün hakimiyyət müsəlmanlara məx-

sus olmalıdır. Və əgər biz bu hakimiyyəti müvəqqəti olaraq itirmişiksə, bu 

onu bütövlükdə və birdəfəlik geri qaytarmaq üçün edilmişdir”. (92) 

26 may 1918-ci il tarixdə Tiflisdə Zaqafqaziya Seyminin son iclası 

keçirildi və bu iclasda Seym özünün buraxıldığını bildirdi. Həmin gün 

Gürcüstan öz müstəqilliyini elan etdi (Gürcüstan Demokratik Respubli-

kası). Mayın 27-də artıq keçmiş Seymin azərbaycanlı deputatları fövqə-

ladə iclas çağıraraq yaranmış vəziyyəti müzakirə etdilər və Müvəqqəti 



41

BAKIDA 1918-ci il MART HADİSƏLƏRİ: İLKİN ŞƏRTLƏRİ, XÜSUSİYYƏTLƏRİ, NƏTİCƏLƏRİ

Azərbaycan Milli Şurasının yaradılmasını qərara aldılar. Həmin iclasda 

iştirak etməyən Məmməd Əmin Rəsulzadə gizli səsvermə yolu ilə Milli 

Şuranın sədri seçildi. Elə həmin gün Milli Şuranın 9 nəfərdən ibarət ic-

raiyyə orqanı formalaşdırıldı və Fətəli Xan Xoyski yekdilliklə onun sədri 

seçildi. Milli Şuranın mayın 28-də keçirilən ilk iclasında Azərbaycanın 

müstəqilliyinin elan edilməsi qərara alındı və elə bu iclasda Azərbay-

canın İstiqlal bəyannaməsi - Azərbaycanın müstəqilliyi haqqında akt 

qəbul edildi. Bu akt azərbaycanlıların yeni milli demokratik dövlətinin 

– Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı faktını hüquqi cəhət-

dən təsbit etdi. Həmin iclasda həmçinin ilk Azərbaycan hökuməti – AXC 

Nazirlər Kabinəsi formalaşdırıldı. Fətəli Xan Xoyski hökumətin başçısı, 

Məmməd Həsən Hacınski xarici işlər naziri, Xəlil bəy Xasməmmədov 

ədliyyə naziri və i.a. seçildilər.

Fəaliyyətə başladıqdan və Tiflisdən Gəncəyə köçdükdən ay yarım son-

ra, 1918-ci ilin iyul ayının ortalarında, AXC Nazirlər Kabinəsi xarici işlər 

naziri M.H.Hacınskinin məruzəsini dinləyərək respublikada baş vermiş 

hadisələrə, xüsusilə də dinc azərbaycanlı əhalisinə qarşı törədilən kütlə-

vi zorakılıq hallarına öz mövqeyini bildirməyi vacib hesab etdi. Məruzə-

də deyilirdi: “Artıq dörd aydır ki, Azərbaycan ərazisinin müxtəlif bölgələri 

quldur dəstələri tərəfindən dağıdılır, bolşevik adı altında məsuliyyətsiz 

erməni hərbi hissələri və başqaları mülki müsəlman əhalisinin həyatı və 

əmlakına qarşı eşidilməmiş vəhşiliklər törədirlər. Eyni zamanda həmin 

quldur dəstələrinin təşkilatçıları tərəfindən göndərilən yanlış məlumat-

lar əsasında Avropa ölkələrində ictimai fikir tamamilə əks istiqamətə 

yönəldilir”. Məruzədə qeyd edilirdi ki, həm ümumdövlət maraqları, həm 

də əhalinin zərərçəkən qruplarının mənafeyi hökmən, elə bir təşkilatın 

yaradılması zərurətini irəli sürür ki, “o, aşağıdakılarla məşğul olsun: 1. bü-

tün zorakılıq hadisələrinin dəqiq qeydiyyatının aparılması; 2. həmin zo-

rakılıqların törədildiyi şəraitin müəyyən edilməsi; 3. müqəssirlərin aşkar 

olunması və onların vurduqları zərərin ümumi miqdarının müəyyənləş-

dirilməsi”. Bu təşkilat Fövqəladə Təhqiqat Komissiyası xarakteri daşımalı, 

onun işinin nəticələri müxtəlif Avropa və türk dillərində nəşr edilməli və 

geniş yayılmalı idi. M.H.Hacınski xüsusilə vurğulayırdı ki, Təhqiqat Ko-

missiyasının təşkilinə yubanmadan başlamaq lazımdır, “çünki, bu gün, 

hadisələrin isti izi ilə asanlıqla müəyyən edilməsi mümkün olan bir çox 

işləri - şəxslərin dindirilməsi, fotoşəkillərin çəkilməsi və digər əşyayi-də-




BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

42

lillərin əldə edilməsi – sonradan görmək çətinləşəcəkdir, hətta ola bilsin 



ki, qətiyyən mümkün olmayacaqdır”. (93)

Son dərəcə mürəkkəb və ağır şəraitdə fəaliyyətə başlayan gənc Azər-

baycan Respublikasının ilk Hökumətinin böyük uzaqgörənlik və opera-

tivlik nümayiş etdirərək həmin hadisələrə ən yüksək və ciddi şəkildə mü-

nasibət bildirmək və konkret tədbirlər görmək niyyəti, sözsüz ki, böyük 

təqdirə layiq idi və zaman özü görülmüş bu işin əsl qiymətini verdi. 

AXC hökuməti özünün Gəncədə keçirdiyi 15 iyul 1918-ci il tarixli hə-

min iclasında bu məsələni geniş və ətraflı müzakirə edərək, “Avropa mü-

haribəsi başlandığı vaxtdan bütün Cənubi Qafqaz hüdudlarında müsəl-

manlara və onların əmlakına qarşı törədilmiş zorakılıq hallarının təhqiq 

olunması üçün Fövqəladə Təhqiqat Komissiyasının” (FTK) yaradılması 

haqqında qərar qəbul etdi. Həmin il avqust ayının 31-də AXC hökuməti-

nin başçısı, eyni zamanda xarici işlər naziri F.X.Xoyskinin imzaladığı qə-

rara əsasən 7 nəfərdən ibarət Fövqəladə Təhqiqat Komissiyası yaradıldı. 

Tanınmış hüquqşünas, andlı iclasçı Ələkbər bəy Xasməmmədov FTK-nın 

sədri təyin edildi. Əvvəlcə 7 nəfərdən ibarət tərkibdə müəyyən edilən FTK-

nın tərkibinə, sonradan Bakı və Gəncə şəhərlərinin istintaq-prokurorluq 

və məhkəmə orqanlarının digər əməkdaşları cəlb edildilər. Komissiyanın 

işində Andrey Fomiç Novatski, Nikolay Mixayloviç Mixaylov, Aleksandr 

Yevgenyeviç Kluge, Məmməd xan Təkinski, Aley Adamoviç Aleksandro-

viç (Litovskiy) və digər peşəkar hüquqşünaslar və ictimai-siyasi xadimlər 

daha fəal iştirak etmişlər. 

Xarici İşlər Nazirliyinin yanında təşkil edilən FTK, artıq həmin ilin sent-

yabr ayından başlayaraq faktiki olaraq Ədliyyə Nazirliyi nəzdində fəaliyyət 

göstərirdi. Komissiyanın üzvləri qruplara bölünərək, Azərbaycan hökumə-

tinin nəzarətində olan, və ya bolşevik-erməni qoşunlarından xilas edilmiş 

ərazilərdə – respublikanın müxtəlif qəza və şəhərlərində baş vermiş faciəli 

hadisələrin araşdırılmasına başladılar. Beləliklə, 1918-ci ilin sentyabr ayının 

əvvəlindən müstəntiqlər artıq Bakı və Yelizavetpol quberniyalarının müxtəlif 

qəzalarında fəal şəkildə işləyirdilər. Bakı azad edildikdən və Azərbaycan Hö-

kuməti Gəncədən Bakıya köçdükdən sonra isə Fövqəladə Təhqiqat Komissi-

yası da öz fəaliyyətini Gəncədən Bakıya keçirdi və dərhal Bakı şəhərində və 

onun ətraflarında baş vermiş mart hadisələrinin araşdırılmasına başladı. 

FTK-nın Bakı qrupuna Bakı dairə prokurorunun müavini A.E.Kluge, and-

lı iclasçı Məmməd Xan Təkinski, andlı iclasçı A.Aleksandroviç (Litovski), 



Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə