31
BAKIDA 1918-ci il MART HADİSƏLƏRİ: İLKİN ŞƏRTLƏRİ, XÜSUSİYYƏTLƏRİ, NƏTİCƏLƏRİ
hakimiyyətinin Azərbaycanın regionlarında möhkəmləndirilməsi üçün
fəal surətdə istifadə edildi. Məsələn, türk əhalisinə qarşı qəddarlığı ilə
məşhurlaşmış daşnaksakan Amazaspın komandanlığı altında Qubaya
göndərilən 3 minlik qoşun yalnız “Daşnaksütun” partiyasına aid olan er-
mənilərdən ibarət idi və bu qoşun tərəfindən keçirilmiş cəza aksiyası nə-
ticəsində Quba qəzasında 4 minə yaxın dinc müsəlman əhali qətlə yeti-
rildi. Hələ Quba hadisələrinə qədər S.Lalayevin, T.Əmirovun və digərlərin
başçılıq etdiyi seçmə erməni quldur dəstələri tərəfindən Şamaxı şəhəri və
onun 110 kəndi darmadağın edilərək tamamilə yandırılmışdı. Azərbayca-
nın digər şəhər və iri qəsəbələri – Lənkəran, Salyan, Kürdəmirin, habelə
Ərəş, Nuxa, Göyçay, Şuşa, Cavanşir, Cəbrayıl, Zəngəzur qəzalarının da aqi-
bəti belə faciəli oldu.
Bakı quberniyasında qələbə çalan bolşevik-erməni qüvvələri tez-
liklə Yelizavetpola – Gəncəyə üz tutdular və Qarabağ erməniləri ilə söv-
dələşərək, Azərbaycan milli qüvvələrinin əsas istehkamının ələ keçirilmə-
sinə hazırlaşmağa başladılar.
Lakin, 1918-ci ilin mayında Azərbaycan Xalq Cümhuriyyətinin yaran-
ması və Azərbaycan xalqının öz milli hüquqları və müstəqilliyi uğrunda
ölüm-dirim mübarizəsinə qalxması respublikada siyasi vəziyyəti kökün-
dən dəyişdi. Azərbaycan milli qüvvələri öz növbəsində Türkiyənin hərbi
yardımı ilə öz respublikalarının paytaxtını – Bakı şəhərini bolşevik-daş-
nak hakimiyyətindən azad etmək üçün hazırlığa başladı.
Həmin dövr Bakının özündə hadisələr sürətlə bir-birini əvəz edir,
şəhərdə gündən-günə gərginlik və xaos güclənirdi. 1918-ci ilin martından
sentyabrınadək Bakı və onun ətraf kəndlərinin müsəlman əhalisi ermə-
ni quldur dəstələrinin tam mənası ilə girovuna çevrilmişdi. Rus generalı
Lyadovun təsvir etdiyi kimi, “daşnak zabitlərinin başçılıq etdiyi və demək
olar ki, yalnız heç bir döyüş qabiliyyəti olmayan erməni cəbhəçilərin-
dən ibarət Bakı Sovetinin qoşunları ətraf kəndlərdə soyğunçuluqla məş-
ğul olur və müsəlman kəndlisini daha da qəzəbləndirirdi”. (67) Şəhərdə
hökm sürən qanunsuzluq və özbaşınalıq, saysız-hesabsız müsadirələr və
açıq-aşkar qarətlər daha da dərinləşən ərzaq böhranı ilə müşayiət olunur-
du. Çörək yalnız orduya verilirdi, əhali aclıq çəkirdi və vəziyyət getdikcə
daha çox təhdidedici xarakter alırdı. Hər gün şəhərə Qafqaz cəbhəsini
yarmış türk qoşunlarının yaxınlaşması barədə xəbərlər gəlirdi. Bu məlu-
matlara Gəncədən əks hücuma keçmiş azərbaycanlı silahlı qüvvələrinə
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
32
türklərin yardımı haqqında xəbərlər də əlavə olunurdu. Yayın ortalarında
Bakı şəhərinin özündə Bakı Sovetinin mövqeyi güclü surətdə sarsılmışdı.
Digər siyasi qüvvələrin (sağ eserlərin, menşeviklərin və s.) bolçeviklərə
qarşı çıxış və qəsdlərinin qarşısı alınsa da, nə çar ordusunun polkovniki
L.Biçeraxovla qısamüddətli saziş, nə də Sovet Rusiyasının geniş miqyaslı
yardımına ümidlər özünü doğrultmadı. İyulun sonunda, Qızıl Ordunun
azərbaycanlı-türk qoşunlarının qarşısında tab gətirə bilməyəcəyi aydın
olduqda, qeyri-bolşevik rusların və ermənilərin ingilisləri Bakıya dəvət
etmək tələbləri qarşısında özünün tam tənəzzülünü göstərmiş bolşevik
hakimiyyəti öz səlahiyyətlərini könüllü surətdə təhvil verdi. Bu qərarın
necə qəbul edilməsi haqqında versiyalardan biri aşağıdakı sənəddə ifadə
edilirdi: “Bolşeviklərin gücü qalmamışdı, bolşevik hakimiyyətinin dəyiş-
dirilməsi – şəhərin ingilislərə təhvil verilməsi məsələsi müzakirə edilirdi.
İyun ayının 29-u axşam Şaumyan, Caparidze, Şeboldayev, bütün partiya-
ların, hərbi hissələrin və Erməni Milli Şurasının nümayəndələri (Rostom,
Petrov, Amazasp, Əmiryan və digərləri) hospitalda, general Baqratuninin
çarpayısının ətrafında toplaşmışdılar. Bu görüş haqqında qeyddə deyilir-
di: “General Baqratuni sual verdi: “Bizim cəbhədə nəyimiz var? Cavab belə
oldu: “Bir neçə yüz nəfər”. Onda Baqratuni yaxın günlər ərzində bolşe-
viklərin hansı qüvvələrə ümid etdiklərini soruşdu. Ona cavab verdilər ki,
Şimali Qafqazdan, sonra isə Həştərxandan və Muğandan 1000-1500 nəfər
gözləyirlər. General Baqratuni dedi ki, bu azdır və buna ümid etmək olmaz
… İngilislərin dəvət edilməsi məsələsi qəti şəkildə qoyuldu. Şaumyan ca-
vab verdi: “İngilisləri heç bir halda”. General Baqratuni qeyd etdi ki, mənə-
vi təkan zəruridir. O zaman türkləri geri oturtmaq üçün yerli qüvvələr də
kifayət edərdi. Bolşeviklərin artıq belə ruhlandırıcı elementi qalmamışdı.
İştirakçılardan qeyri-bolşeviklər Şaumyanın hakimiyyətdən getməsini
tələb etdilər. Şaumyan bəyan etdi ki, o, hakimiyyətdən gedir”. (68)
Yeni qurulan və “Sentrokaspi diktaturası” adlanan hakimiyyətin ömrü
cəmi ay yarım çəkdi və bu dövrdə o, yalnız iki əməli ilə – azacıq da olsa,
şəhər əhalisini ərzaqla təmin edə bilməsi və Bakının müdafiəsinə kömək
göstərilməsi üçün ingilisləri dəvət etməsi ilə yadda qaldı. İngilislər Ermə-
ni Milli Şurasının İrana ezam olunmuş üzvləri M. Ter-Poqosyanın və S.A-
raratyanın “dəvətini” qəbul etdilər. Belə ki, onları Bakıya siyasi maraqlar-
dan başqa, həm də “böyük ehtiyac duyduqları neft və benzin cəlb edirdi.
İngilislər gəlişlərinin şərtlərindən biri kimi benzini qoymuşdular. Onlar
33
BAKIDA 1918-ci il MART HADİSƏLƏRİ: İLKİN ŞƏRTLƏRİ, XÜSUSİYYƏTLƏRİ, NƏTİCƏLƏRİ
deyirdilər ki, benzin çatışmazlığı onların qoşunlarının gecikməsinin əsas
səbəblərindən biridir və ayda 25 min pud benzin tələb edirdilər. Lakin,
avqust ayı ərzində, onların dəvət edilməsi haqqında qərar qəbul ediləndə
və onların dəstələri gəlməyə başladıqda, onlara 25 min yox, əvəzinə heç nə
ödənilməyən 62.420 pud benzin ayrılmışdı, və nəticədə onların qoşunları-
nın gəlişi nəinki sürətləndi, əksinə, tezliklə tamamilə kəsildi”. (69)
Avqustun əvvəlində İrandakı ingilis silahlı qüvvələrinin komandanı gene-
ral Denstervilin başçılığı ilə Bakıya daxil olan ingilis qoşunları şəhərdə qar-
şılaşdıqları vəziyyətdən heyrətə gəldilər: demək olar ki, yalnız ermənilərdən
ibarət olan qoşunlar tamamilə qeyri-mütəşəkkil idi, heç bir əsgər əmrlərə
tabe olmurdu və heç bir zabitin öz əmrlərində təkid etməyə cürəti çatmır-
dı. İngilis zabitləri “cəbhənin böyük ərazilərini boş buraxaraq, həmin zaman
hansı mitinqdəsə siyasi nitqlər dinləyən və ya rəfiqələri ilə şəhərdə çay içən
Bakı müdafiəçilərinin qəribə hərbi etikasına” mat qalmışdılar. (70) Lakin,
“Bakının şanlı müdafiəçiləri” öz döyüş postlarını yalnız mitinqlərə, və ya öz
rəfiqələrinə görə boş buraxıb getmirdilər. Onlar bütöv dəstələrlə cəbhə xətti-
nin yaxınlaşdığı Bakı kəndlərinə basqınlar törədir, müsəlman əhalisinin qət-
lə yetirməklə, qarət etməklə, evlərinə od vurmaqla məşğul olurdular. Erməni
əsgərlərinin “öz döyüş postlarını boş qoyaraq, pulemyotlarını və silahlarını
özləri ilə apararaq”, tez-tez “istirahətə” getdikləri Bakı kəndlərinin sakinlə-
ri – silahsız və müdafiəsiz türklərin qarşısında “qəhrəmanlıqları” haqqında
saysız-hesabsız faktlar sanki general Denstervilin bu şəhadəti ilə “tamamla-
nır”: “Yerli qoşunlar, əksər hallarda ermənilər səngərlərin qazılması ilə çox az
məşğul olurdular və onlar buna məcbur edildikdə belə cavab verirdilər: “Biz
nə üçün səngər qazmalıyıq? Biz ümumiyyətlə səngər qazmaq istəmirik, bu
qorxaqların işidir, biz isə döyüşmək istəyirik”. Onlar zəncirvarı qaydada qa-
yaların arxasında düzülür və oradan havaya atəş açırdılar. Onlar bu manevri
adətən türklər hücuma keçmək barəsində heç düşünmədikləri və ən yaxın
türk əsgərinin bizdən üç min yard məsafədə olduğu vaxtlarda edirdilər... Bir
dəfə türklər öz mövqelərindən çıxdılar və günün günorta çağı açıq dərə ilə
hərəkət etməyə başladılar… Erməni batalyonuna komandanlıq edən zabit-
lərimdən biri öz adamlarına səngərlərdən çıxmağı və əks-hücuma keçməyi
əmr etdi. Qoşunlar hərəkət etməkdən imtina etdilər və onların nümayəndəsi
qışqırdı: “Necə yəni oraya gedin? Axı orada türklər var!”. (71)
İngilis generalı, “vaxtı dəyərləndirməyən və boş şeylərlə məşğul olan”
yerli hakimiyyətlə nə qədər mübarizə aparsa da, şəhərin “müdafiəçiləri”
Dostları ilə paylaş: |