Biz öz məqsədlərinə nail olmaq üçün heç bir vasitədən çəkinməyən



Yüklə 2,89 Mb.
Pdf görüntüsü
səhifə11/137
tarix22.10.2018
ölçüsü2,89 Mb.
#75303
1   ...   7   8   9   10   11   12   13   14   ...   137

BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

34

kimi öz hərbi borclarının yerinə yetirilməsi naminə “erməni qoşunları-



nın döyüş ruhunu” yüksəltməyə çalışsa da, son nəticədə qoşunlarını Ba-

kıdan çıxarmaq haqqında öz qərarını verdi. Lakin bundan əvvəl, “diktator-

lara və cürbəcür komitələrə”, yəni yerli hakimiyyətə aşağıdakıları bildirdi: 

“Mən imkan verə bilmərəm ki, mənim adamlarımın həyatı faydasız yerə 

qurban verilsin. Biz buraya türklərə qarşı vuruşmaqda sizə kömək etmək 

üçün gəlmişdik, sizin vətəndaşlarınızın əylənməsi üçün müharibə apar-

mağa yox.” (72) 

1918-ci il sentyabrın 14-də bir neçə saatlıq ağır döyüşlərdən sonra in-

gilis qoşunları cəbhədən çıxdılar və gəmilərə yüklənərək Bakı buxtasını 

tərk etdilər. İngilislər getdikdən sonra “xristian” Bakısı heç iyirmi dörd 

saat da davam gətirə bilmədi. 

Beləliklə, faciəli mart hadisələrindən beş ay sonra, çox ağır və mürək-

kəb siyasi şəraitdə, inanılmaz səy və böyük iradə sayəsində, öz siyasi, təş-

kilati, diplomatik istedadlarının bütün gücünü tətbiq edərək, Azərbay-

canın milli elitasının görkəmli nümayəndələri, “Müsavat” partiyasının 

rəhbərləri, Azərbaycanın silahlı qüvvələri ilə birlikdə və türk qoşunlarının 

– türk hərbi komandanlarının rəhbərlik etdikləri Qafqaz İslam Ordusu-

nun qətiyyətli dəstəyi ilə 15 sentyabr 1918-ci il tarixdə Bakını “Sentrokas-

pi Diktaturasının” qüvvələrindən azad etdilər. 

Şəhər uğrunda sonuncu şiddətli döyüşlərin getdiyi günlərdə, S.Şaum-

yan, Caparidze, Korqanov və digərləri başda olmaqla, mart faciələrinin 

səbəbkarları olan bolşevik komissarları iki dəfə şəhəri tərk etməyə cəhd 

göstərərkən “Sentrokaspi Diktaturası” hökumətinin əmri ilə həbs edil-

dilər, sonra isə gəmidə Krasnovodska aparılaraq orada eserlərdən ibarət 

yerli Zakaspi hökuməti tərəfindən güllələndilər. Tarixə “26 Bakı Komissar-

ları” adı ilə düşmüş bu dəstənin içində tanınmış daşnak, Bakıda və Şa-

maxıda azərbaycanlı əhalisinin kütləvi qırğınlarına bilavasitə rəhbərlik 

etmiş Tatevos Əmirov da var idi. 

 * * *

Bakının azad edilməsi istər şəhərin tarixində, istərsə də ümumilikdə 



Azərbaycan dövlətçiliyinin tarixində son dərəcə mühüm hadisə olmaqla 

müstəqil Azərbaycan dövlətçiliyinin qurulması uğrunda milli qüvvələrin 

mübarizəsində bütöv bir dövrün qalibiyyətlə başa çatdığının və yeni bir 



35

BAKIDA 1918-ci il MART HADİSƏLƏRİ: İLKİN ŞƏRTLƏRİ, XÜSUSİYYƏTLƏRİ, NƏTİCƏLƏRİ

dövrün başlanğıcının tərənnümü oldu. Bu, həqiqətən böyük tarixi hadisə-

nin birinci ildönümündə “Azərbaycan” qəzeti yazırdı: “Əgər 28 may ta-

rixini biz müstəqilliyimizin rəsmi elan edilməsi günü hesab ediriksə, 15 

sentyabr gününü, Azərbaycan qoşunlarının və Azərbaycan hökumətinin 

Bakıya daxil olduğu günü dövlət quruluşunun bünövrəsinin və əsasları-

nın qoyulması günü kimi hesab etmək olar”. (73)

Bununla belə, həmin tarixi günlərin tam mənzərəsini yaratmaq üçün, 

əlbəttə ki, həmin günlər baş verən digər hadisələri də xatırlatmaq zəruri-

dir. Aydındır ki, Bakının alınması, erməni əhalisi də daxil olmaqla, qurban-

lar verilmədən başa gəlməmişdi. Qanlı mart hadisələrinin vurduğu yaralar 

azərbaycanlıların qəlbindən və yaddaşından hələ silinməmişdi. Şəhər özü, 

xüsusilə də onun ətraf kəndləri, qaçmağa macal tapmamış erməni əsgərlə-

ri ilə dolu idi və onlar, can verən yaralı vəhşi heyvan kimi qarşısına çıxan 

hər kəsi öldürür və hər şeyi talan edirdilər. Bakının azad edildiyi ilk günlər-

də şəhərdə hökm sürən tam sərbəstlik şəraitində mart faciələrini yaşamış, 

sonrakı aylarda daima əzilmiş və təhqir edilmiş yerli müsəlman əhalisinin 

bir hissəsi şəhərdə olan az saylı türk əsgərləri ilə birlikdə öz intiqam və qi-

sas yanğısını söndürmək üçün şəhərin erməni məhəllələrinə hücum et-

dilər. Yenidən qan töküldü, bu dəfə əsasən erməni əhalisinin qanı. 

Lakin üç gündən sonra Bakıya daxil olan Azərbaycan hökuməti kütləvi 

qırğına son qoydu. Sonralar, Azərbaycan Parlamentinin açılışı zamanı na-

zirlər kabinetinin başçısı F.X.Xoyski hökumətin məruzəsi ilə öz çıxışında 

bu məsələyə də toxundu. Lakin “çoxlu sayda kasıb və evsiz-eşiksiz müsəl-

manların zərər çəkdiyi” mart hadisələrinə görə “heç də məyus olmayan” 

və “qələbənin böyüklüyü” ilə qürrələnən Bakı Sovetinin rəhbəri S.Şaum-

yandan fərqli olaraq, Azərbaycan hökumətinin rəhbəri həmin hadisəyə 

belə münasibət bildirdi: “Doğrudur, şəhər alınarkən yalnız məyusluq və 

təəssüf doğuran bəzi hadisələr baş verirdi. Hökumət bunu gizlətmir və bu 

kədərləndirici faktların üstündən keçməyi ləyaqətsizlik hesab edir. Bu da 

doğrudur ki, bir çoxları ağır əzablara düçar olmuşlar… Lakin hökumətin 

bu hadisələrin qarşısını tam surətdə alması mümkün idimi? Düşünürəm 

ki, bu hadisələrə ədalətli gözlə baxanlar təsdiq edərlər ki, dünyada heç bir 

hökumət onların qarşısını ala bilməzdi. Axı burada müsəlmanlar qırıl-

mışdı, onların insani hüquqları tapdanmışdı. Şəhər üç ay çəkən döyüşlər-

dən sonra alınmışdı və əhalinin qəzəbi ən yüksək həddə çatmışdı. Burada 

əsgər, təəssüf ki, heç nə edə bilmədi. Həm də hökumət şəhərə yalnız üç 




BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

36

gündən sonra daxil oldu. Buna qədər olanlar bundan sonra artıq baş ver-



mədi. Hökumət şəhərə daxil olan kimi qəti qərarlar qəbul etdi və nəticədə 

əmin-amanlıq və təhlükəsizlik təmin edildi”. (74)

Həqiqətən də, Azərbaycan hökuməti şəhərdəki vəziyyətlə tanış olaraq, 

Bakı şəhərinə gəldiyinin elə ertəsi günü aşağıdakı məzmunda hökumət 

bəyanatı elan etdi: “Respublikanın paytaxtı Bakı şəhərinə daxil olmuş 

Azərbaycan hökuməti şəhərin və onun ətraf kəndlərinin əhalisini xəbər-

dar edir ki, Azərbaycanda yaşayan bütün vətəndaşlar, millətindən və dini 

etiqadından asılı olmayaraq, eyni hüquqlara malikdirlər. Hökumət bütün 

vətəndaşların həyatını, əmlakını və hüquqlarını eyni səviyyədə qoruya-

caqdır. Qarətçilər, qatillər və ümumiyyətlə nizam-intizamı, ictimai qayda-

ları pozan şəxslər, ölüm hökmü də daxil olmaqla, hərbi dövrün bütün sərt 

qanunları üzrə cəzalandırılacaqlar”. (75) 

F.X.Xoyski tərəfindən imzalanmış və əməldə yerinə yetirilmiş bu bə-

yanat, uzun müddət anarxiya və qarışıqlığın hökm sürdüyü şəhərdə qay-

da-qanunun bərpa edilməsi istiqamətində vacib addım idi. Cinayətkar-

ların cəzalandırıldığının əyani olması üçün şəhərin müxtəlif yerlərində 

– Quba meydanında (Füzuli meydanı), Quru bağda (Parapet-Fəvvarələr 

meydanı), dəmir yol vağzalının qarşısındakı meydanda, dənizkənarı bul-

varda, Qaraşəhər körpüsünün yanında dar ağacları quruldu. Onların hər 

birində yellənən meyitlərin sinəsində onun törətdiyi cinayətdən xəbər 

verən taxta lövhəcik asılmışdı. Dar ağacından asılanların bəzilərinin qar-

şısında onun qarət etdiyi əşyalar qoyulmuşdu. Asılanların arasında türk 

ordusunun qanunu pozmuş əsgərləri də var idi. (76)

 Lakin, hökumətin tez bir zaman ərzində şəhərdə qarət və soyğunçu-

luğun qarşısını almaq üçün gördüyü təsirli tədbirlərə baxmayaraq, er-

mənilər, “yeni türk-tatar vəhşiliklərini dünyaya” bəyan etməklə, növbəti 

təbliğat kampaniyasına başlamaq üçün təbii ki, sentyabr hadisələrindən 

istifadə etdilər.

Erməni Milli Şurası bu hadisə ilə əlaqədar olaraq xüsusi Anket ko-

missiyası təsis etdi və bu komissiya şəhərin erməni əhalisi arasında sor-

ğu keçirərək belə bir nəticəyə gəldi ki, Bakı alınan günlərdə şəxsiyyətlə-

ri müəyyən edilmiş “5248 nəfərədək” erməni öldürülmüşdür. Bu cərgəyə 

“ən azı, 1500-dək Bakıda sığınacaq tapmış Şamaxı və Göyçay qaçqınları” 

da əlavə edildi. Komissiya bu rəqəmlərə daha “2240 nəfəri” - “naməlum 

şəkildə öldürülmüş, ... subay və ya burada doğmaları olmayan əsgər və ya 



Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə