117
FƏSİL I. AZƏRBAYCANLI SAKİNLƏRİN ŞAHİD İFADƏLƏRİ
əmlakımı evdən aparmışlar. Sülh bağlanandan sonra Maks Manasoviç
mənə danışırdı ki, özünün yaşadığı “Metropol” mehmanxanasından Ni-
kolayevskaya küçəsi boyu müsəlmanlara yaylım atəşləri açan silahlı er-
məni dəstəsini görüb və o, Manaseviç, bu dəstənin arasında Ambarsum
Serqeyeviç Melikovun oğlu Jorju tanıyıb.
Barışıqdan bir neçə gün sonra mən öz ailəmlə kəndə köçdüm və ora-
da bir kəndlidən eşitdim ki, Ambarsum Melikov özü də silahlanmış və
erməni dəstəsi ilə müsəlmanlara qarşı vuruşmuşdur. Kəndən şəhərə
qayıtdıqdan sonra mən bunu da eşitdim ki, ingilislərin təkidi ilə bir
dəstə adam Zabrata göndərilmişdir və orada bu adamlar bir dərədən er-
mənilər tərəfindən doğranmış və dərəyə atılmış 22 müsəlman meyiti-
nin tikələrini çıxarmışlar. Ramana ərazisində də çoxlu müsəlman qa-
dın, uşaq və kişi doğranaraq öldürülmüşdür. Pyotr Moiseyeviç Zorabov
mənə danışırdı ki, onun mənzilinə bir rus qadını, Cavad Aşurbəyovun
yaxşı tanışı, gələrək Aşurbəyovun taleyi barəsində öyrənmək istəmişdir.
Və Zorabovun arvadının yanında həkim Tiqran Ter-Zaxaryantsın denşi-
ki xəbər verib ki, o, yəni denşikin özü, digər ermənilərlə birlikdə barışıq-
dan sonra Cavad Aşurbəyovu və doktor Kərim bəy Sultanovu öldürüblər
və hər ikisinin meyitini yanan “Dağıstan”
67
mehmanxanasının alovla-
rına atıblar. Denşikin bu bəyanatından sonra Cavad Aşurbəyovun tanışı
huşunu itirərək yıxılmış, doktor Ter-Zaxaryants isə demişdir ki, doktor
Sultanov onun yaxşı tanışı idi.
Oxundu. İmza. Ə.Babayev.
Komissiya üzvləri: Məmməd Xan Təkinski,
Prokuror köməkçisi А.Kluge (imzalar)
AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 3-4.
Sənəd № 22
Dindirmə protokolu
1918-ci il, 7 noyabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443- cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
118
Şıx Balayev, 39 yaşım var, Bakı şəhərində, Verxnyaya-Priyutskaya
küçəsi, 97 №-li evdə yaşayıram.
Bu il martın 19-da səhər saat 9-da tüfənglə silahlanmış Stepan Lalayev,
Tatevos Əmirov, Sergey Melikov və Arustam Tərcumanov və onlarla bir-
likdə əsgər paltarında olan daha 9-10 nəfər silahlı erməni mənim evimə
gəldilər. Onlar evimdən daha qiymətli əşyaları çıxarıb aparmağa, qalanla-
rını sındırmağa başladılar. Onlar üç dəfə mənim evimi yandırmış və hər
dəfə mənim kirayənişinlərim və bir neçə rus əsgərlərinin sayəsində onu
xilas etmək mümkün olmuşdur. Bundan başqa ermənilər gözlərinə dəyən
hər bir tatarı öldürürdülər. Mənim evimin yanında Sergey Melikovun mə-
nim dayım oğlu Tələt Hüseynova, sonra isə Ağadadaş Hacı Qurban oğluna
necə güllə atdığını və onları yaraladığını mən özüm görmüşəm. Bir qədər
keçdikdən sonra bu dəstə Ağadadaşın evinə girdi və onun özünü və ata-
sı Hacı Qurban oğlunu öldürdü. Mən sonradan evdən Şamaxinkaya qaça
bildim, buna görə də sağ qaldım. Mənim evimdən qarət edilmiş əşyaların
siyahısını təqdim edirəm. Ümumiyyətlə mənə 1.200.000 rubl məbləğdə
ziyan dəymişdir, bu məbləği Lalayevin və onun yoldaşlarının mülkiyyəti
hesabına ödəməyi xahiş edirəm.
Oxundu. İmza. Şıx Balayev.
Komissiya üzvləri: Məmməd Xan Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 125.
Sənəd № 24
Dindirmə protokolu
1918-ci il, 5 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Məmməd Əli bəy Səlimbəyov, diş həkimi, 41 yaşlı, Bakıda Mixaylov-
skaya küçəsi, №- 11 ünvanda, Aşumovun evində yaşayıram.
1918-ci i mart qırğınları vaxtı mən tələbəmlə birlikdə öz mənzilimdə
idim. Bazar ertəsi günü səhər saat 6-da mən kabinetdəki pəncərəyə yaxın-
laşdım və küçədə silahlı erməni əsgərlərinin kütləsini gördüm; mənə ay-
119
FƏSİL I. AZƏRBAYCANLI SAKİNLƏRİN ŞAHİD İFADƏLƏRİ
dın oldu ki, şəhərdə bolşeviklər deyil, ermənilər hücuma keçiblər və bir
müsəlman kimi məni ölümcül təhlükə gözləyir. Elə oradaca, mən tüfənglə
silahlanmış Stepan Lalayevin Ermansın aptekinin
68
yanında durduğunu
gördüm, biz şəxsən tanış olmasaq da, bir-birimizi üzdən tanıyırdıq. S.La-
layev də məni pəncərədə gördü və sol əlini yuxarı qaldıraraq barmağı ilə
məni hədələdi. Səhər saat 11-də ermənilər mənim mənzilimin giriş yolunu
dağıtmağa başladılar, oranı dağıtdıqdan sonra giriş qapısını sındırmağa ça-
lışdılar. Qapının bir hissəsi sındırılmışdı, lakin qapının zənciri basqınçıla-
ra mənzilə soxulmağa mane olurdu və bunun sayəsində mən və tələbəm
salamat qaldıq. Elə həmin gün küçədən mənim mənzilimə 4 atəş açıldı və
telefon xətti zədələndi. Gecə biz evin zirzəmisində gizləndik. Bura başqa sa-
kinlər də yığışmışdılar və biz burada gecə yarıyadək qaldıq, gecə saat 12-dən
isə Nusembaumun bu evin 4-cü mərtəbəsində yerləşən mənzilində olduq.
Çərşənbə axşamı mən səhər saat 4-də durdum və bütün günü, həmçinin
ertəsi, çərşənbə günü, mühəndis Qaysın mənzilində gizləndim. Çərşənbə
axşamı səhər saat 4-də ermənilər yenidən mənim mənzilimə gəlmiş, ling-
lər və baltalar ilə qapımı sındırmış, evə girmiş və hər şeyi dağıtmışlar. Mə-
nim əmlakım evdən aparılmış, mebel isə məhv edilmişdir.
Mən altı səhifədə əmlakımın ətraflı siyahısını təqdim edirəm və onun
işə əlavə olunmasını xahiş edirəm. Əmlakımın ümumi dəyəri 309.200
rubl təşkil edir və bu məbləğin mənə ödənilməsini xahiş edirəm.
Oxundu. İmza. M.Səlimbəyov.
Komissiya üzvləri: Məmməd Xan Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 30.
Sənəd № 25
Dindirmə protokolu
1918-ci il, 21 oktyabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Məmməd Tağı Həsən oğlu, şamaxılı, 45 yaşlı, Bakı şəhəri Kras-
no-Krestovskaya küçəsi, ev № 15 ünvanda yaşayıram.
Dostları ilə paylaş: |