Biz öz məqsədlərinə nail olmaq üçün heç bir vasitədən çəkinməyən



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə12/137
tarix24.12.2017
ölçüsü2,62 Mb.
#17912
1   ...   8   9   10   11   12   13   14   15   ...   137

37

BAKIDA 1918-ci il MART HADİSƏLƏRİ: İLKİN ŞƏRTLƏRİ, XÜSUSİYYƏTLƏRİ, NƏTİCƏLƏRİ

fəhlələri” əlavə etdi, yəni “əgər qətllər şəhərin küçələrində, kənarlarında 

və şəhərin ətraflarında (mədənlərdə) baş vermişsə – siyahılar tərtib edilən 

zaman (onlar haqqında) heç kim məlumat verə bilməzdi”. (77) Dəqiq de-

yilərsə, meyitləri tapılmayan və barəsində heç kimin məlumat vermədiyi, 

sayı yalnız mülahizə edilərək hesablanmış qurbanlar! Beləliklə, komissiya 

tərəfindən öldürülənlərin ümumi sayı 8988 nəfərə çatdırıldı. Bu rəqəmə 

“itkin düşən” və ya “yoxa çıxan” daha 3572 nəfər əlavə edilmişdi ki, onlar-

dan 357 nəfəri tezliklə sağ və salamat “tapıldı”. Beləliklə, Anket Komissiya-

sı, “hər iki kateqoriyadan olanların – öldürülən və itkin düşənlərin” sayını 

ehtimal edərək və hesablayaraq, yuvarlaqlaşdıraraq və ümumiləşdirərək, 

“12560 nəfərdən ibarət olduqca sanballı rəqəm” aldı. (78)

 Bu rəqəmlərə diqqət yetirmiş bütün ciddi müəlliflər onların Erməni 

Milli Şurası tərəfindən toplandığının nəzərə alınmasının zərurətini qeyd 

edirlər, çünki “bu məsələdə çətin ki, Erməni Milli Şurasından obyektivlik 

gözləmək olar”. (79)

Bu məqama diqqət yetirmək həqiqətən çox mühümdür, çünki öl-

dürülənlərin siyahısına Bakıdan “qaçmağa cəhd edənlərin izdihamlı 

dəstələri və gəmilərin azlığının yaratdığı dəhşətli qarışıqlıq” şəraitində 

“özünü birtəhər xilas etmək” üçün erməni qadınların-anaların dənizə at-

dıqları südəmər körpələr də daxil edilmişdi. (80) 

Burada xüsusi olaraq qeyd etmək lazımdır ki, həmin günlər, hələ isti iz-

lərlə Ermənistanın Gürcüstandakı işlər müvəkkilinə göndərilmiş 22 sent-

yabr 1918-ci il tarixli teleqramda göstərilirdi ki, “Türklər tərəfindən Bakı 

alınarkən burada 28 tanınmış və 2000 sıravi erməni öldürülmüşdür”. (81) 

Lakin, artıq bir ay sonra Ermənistanın Tiflisdəki işlər müvəkkili Ca-

malyan tərəfindən Azərbaycanın Gürcüstandakı diplomatik nümayən-

dəsi Cəfərova göndərilən və Bakının erməni əhalisinə qarşı qətl və az-

ğınlıqlar ittiham edilən etiraz notasında öldürülənlərin sayı 20 min 

və ya 30 min göstərilirdi! (82) Həmin Camalyan tərəfindən daha sərt 

məzmunlu belə bir nota general Xəlil Paşanın ünvanına göndərilmiş-

di və burada qətiyyətli şəkildə iddia edilirdi ki, “talanlar nəticəsində 

ermənilər arasında qurbanların sayı 30 minə çatır” və guya “öz müd-

hişliyinə görə Bakı qırğınına bənzər hadisə hətta ermənilərin bədbəxt 

tarixində də olmamışdır”. Eyni zamanda ermənilər ən tələbkar tərzdə 

Türkiyə və Azərbaycan hökumətləri tərəfindən həbs edilmiş ermənilə-

rin dərhal azad edilməsini, günahkarların bütün sərtliklə cəzalandı-




BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

38

rılmasını, Bakı ermənilərinin həyat və əmlakına zəmanət verilməsini 



xahiş edirdilər. (83) 

Azərbaycan tərəfi də bu iddialara nota ilə cavab verərək, həmin zora-

kılıq faktlarının “bu ilin mart ayında baş vermiş hadisələr, bolşeviklər 

adı altında ermənilər tərəfindən Bakıda və Şamaxıda müsəlman qırğın-

larının törədilməsi, rəsmi şəkildə elan edilmiş məlumatlara əsasən qur-

banların sayının 10 mini aşması və ya elə bu ilin yazında İrəvan quber-

niyasının 200-dən çox kəndinin erməni hərbi hissələri tərəfindən təşkil 

edilmiş talanlar və bu qəbildən digər faktlar səbəbindən” Azərbaycanın 

müsəlman əhalisi arasında yaranmış həyəcanın nəticəsi olduğunu göstə-

rirdi. Azərbaycan tərəfinin verdiyi notada qeyd olunurdu ki, “iki yüz min-

dən artıq əhalisi olan şəhəri alarkən, onun müdafiəçilərinin geri çəkildiyi 

və yeni hakimiyyətin qurulduğu zaman kəsiyində asayiş pozulmaları və 

qurbanlar olmuşdusa da, bunlar gözlənilən idi. Çünki bu hadisələr mart 

ayında müsəlmanlara qarşı törədilmiş qırğınların, eləcə də sonrakı aylar-

da davam edən müsəlman əhalisi üzərində terrorun yaratdığı əhval-ru-

hiyyənin birbaşa nəticəsi olaraq baş vermişdi. Lakin hər halda sizin öz 

bəyanatınızda qeyd etdiyinizdən qat-qat kiçik miqyasda olmuşdur”. Azər-

baycan hökumətinin guya qarətçilərə və soyğunçulara qarşı tədbir gör-

mədiyi barədə erməni hökumətinin bəyanatını da Azərbaycan tərəfi rədd 

edirdi: “ictimaiyyətin gözü qarşısında millətindən asılı olmayaraq dara 

çəkilən soyğunçuların sayı yüz nəfərdən artıq idi”. (84) 

1918-ci ilin oktyabr günlərində erməni və Azərbaycan tərəfləri nota 

mübadiləsi edərkən, Azərbaycan hökuməti tərəfindən bütün Cənubi 

Qafqazın sərhədləri daxilində müsəlmanlara və onların əmlakına qarşı 

törədilmiş zorakılıqların araşdırılması üçün həmin ilin iyulunda yara-

dılmış Fövqəladə Təhqiqat Komissiyası Bakıda mart hadisələri zamanı və 

sonrakı aylar ərzində - şəhər azad edilənədək, müxtəlif mürtəce qüvvələr-

dən – bolşevik, menşevik, eser və əlbəttə ki, erməni daşnaklarından zərər 

çəkənlərin və şahidlərin dindirilməsinə başlamışdı. 

 * * *


Mart hadisələrinə siyasi qiymət vermək və onun nəticələrini aradan 

qaldırılmaq üçün təsirli tədbirlər görmək sahəsində ilk cəhd baş vermiş 

faciədən dərhal sonra Azərbaycanın milli qüvvələri tərəfindən edilmişdir. 



39

BAKIDA 1918-ci il MART HADİSƏLƏRİ: İLKİN ŞƏRTLƏRİ, XÜSUSİYYƏTLƏRİ, NƏTİCƏLƏRİ

1918-ci ilin aprel ayının 2-də Zaqafqaziya Seyminin Azərbaycan fraksiyası 

Seymi Bakı hadisələri haqqında məlumatlandıraraq müsəlman əhalisi-

nin müdafiəsi üçün Zaqafqaziya hökumətindən Bakıya qoşun göndəril-

məsini tələb etdi və əgər Seym qəti tədbirlər görməzsə, Azərbaycan frak-

siyasının “Seymdə birgə iş aparmasının qeyri-mümkün olacağı” barədə 

xəbərdarlığını bildirdi. (85) Ertəsi gün Seymin Bakı hadisələrinə həsr 

edilmiş iclasında F.X.Xoyski bəyan etdi ki, “əgər müsəlman əhalisinin 

müdafiəsi üçün tədbir görülməzsə, müsəlman nazirlər hökumətin tərki-

bindən çıxacaqlar”. (86) Seymin 17 aprel 1918-ci il tarixli iclasında etdi-

yi məruzəsində F.X.Xoyski bir daha mühüm xəbərdaredici bəyanat verdi: 

“Bakı hadisələri Yelizavetpol quberniyasının hər yerində müzakirə edilir 

və bütün qətnamələrdə türk qoşunlarının Bakıya buraxılmasını nəzərdə 

tutan maddələr var və əgər hökumət Bakı problemini ləğv edə bilməsə, 

onda Yelizavetpol quberniyasının müsəlmanlarının bu tələbini dinləməli 

olacağıq. Həm də ola bilsin ki, elə bir an gələcəkdir ki, xalq kütləsi özü 

hərəkət etməyə başlayacaqdır və bu da faciəvi vəziyyət yaradacaqdır, çün-

ki Bakı problemi – Respublikanın ölüm-dirim məsələsidir”. (87) 

Azərbaycan fraksiyasının çağırışlarına Zaqafqaziya Seyminin qoşunların-

dan Müsəlman korpusu cavab verdi və 1918-ci ilin aprel ayının əvvəlində kn-

yaz Maqalovun komandanlığı altında sayı 2 min nəfərdən artıq olan dəstələr 

Bakıya tərəf hərəkət edərək Hacıqabula yetişdilər. Onlarla eyni zamanda Da-

ğıstandan Nəcməddin Qotsinskinin dağlılardan ibarət dəstələri qubalı Əli 

bəy Zizikskinin döyüşçüləri ilə birlikdə Bakıya yollandılar və şəhərdən 10 ki-

lometr məsafədə yerləşən Xırdalan stansiyasına qədər gəldilər. (88) Lakin, Qı-

zıl Ordu qoşunlarından sayca dəfələrlə az olan Qotsinskinin, Zizikskinin və 

Maqalovun hərbi hissələri tezliklə geri çəkilməyə məcbur oldular.

1918-ci il aprelin 20-də Zaqafqaziya Seyminin tapşırığına əsasən 

Seymin sədr müavini S.O.Tiqranyan Seymin üzvü İ.Heydərovla bir-

likdə Bakı Soveti ilə danışıqlar aparmaq üçün Bakıya yola düşdülər. 

İ.Heydərov Bakıya çatan kimi bolşeviklər tərəfindən həbs edildi. S.Şa-

umyanla əlbir olan S.O.Tiqranyan isə Tiflisə qayıdan kimi Bakıya qar-

şı yönəldilmiş hərbi əməliyyatların dayandırılmasını və baş vermiş 

hərc-mərcliyin sülh yolu ilə aradan qaldırılması üzrə tədbirlərin görül-

məsini tələb etdi. (89) 

 Zaqafqaziya Seyminin rəhbərliyi daxilində Bakı hadisələrinə mü-

nasibətin heç də birmənalı olmadığı Seym tərəfindən qərarların qəbul 




Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə