Biz öz məqsədlərinə nail olmaq üçün heç bir vasitədən çəkinməyən



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə32/137
tarix24.12.2017
ölçüsü2,62 Mb.
#17912
1   ...   28   29   30   31   32   33   34   35   ...   137

99

FƏSİL I. AZƏRBAYCANLI SAKİNLƏRİN ŞAHİD İFADƏLƏRİ

veribmiş ki, müsəlmanlar qılıncdan keçirilən gün bu kəlləni qurban edə-

cəkdir. İndi həmin gün artıq gəlmişdir. Mart qırğınlarından sonra bir çox 

erməni evlərində ballar təşkil edilirdi.

Oxundu. Poruçik Əli Əsədullayev (imza).

Komissiya üzvü: Prokuror köməkçisi А.Kluge (imza).

Komissiya üzvü: Məmməd Xan Təkinski (imza).

Komissiyanın sədri: Ələkbər bəy Xasməmmədov (imza).

AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 44-47.



Sənəd № 4

Dindirmə protokolu

1918-ci il. 24 oktyabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyası aşağıda adı 

çəkilən şəxsi zərərçəkmiş qismində dindirmiş və o Cinayət Prosessual Məcəlləsi-

nin 307 və 443-cü maddələrinin məzmunu ilə əvvəlcədən tanış olaraq göstərmiş-

dir:

Məmməd Əliyev, 29 yaşım var, Bakı şəhəri, Serkovnaya küçəsi, ev 

№ 189 ünvanda yaşayıram.

Bu il mart ayının ortalarında mən bizim komandirimiz Əli Əsə-

dullayevlə və Milli Tatar polkunun

43

 digər süvariləri ilə birlikdə bizim 



polkun zabiti Məmməd Tağıyevin cəsədini Lənkərandan Bakıya gətir-

dik. Martın 17-də axşam Lənkərana geri qayıtmaq üçün hamımız Ru-

siya-Qafqaz cəmiyyətinin gəmisinə gəldik. İkinci fitdən sonra bizə bil-

dirdilər ki, İcraiyyə Komitəsi gəminin dənizə buraxılmamağı haqqında 

sərəncam verib. Onda Əsədullayev və mən bir neçə nəfər digər süva-

rilərlə birlikdə gəmidən endik və Petrovskaya meydanına yollandıq. 

Limandan 30-40 addım aralanmağa macal tapmamışdıq ki, meydana 

çıxan bütün küçələrdən, evlərin damlarından bizim qrupu tüfəng və 

pulemyotlardan atəşə tutdular. Güllə atan Erməni polkunun əsgərləri 

və digər əsgərlər idi. Bu atışma zamanı mən hər iki ayağımdan yara-

landım. Məni əvvəlcə gəmiyə keçirdilər və sarğı qoydular, ertəsi gün 

isə Qlaz və Kaqanın

44

 xəstəxanasına apardılar və burada həkim Fin-



kelşteyn

45

 mənim sağ ayağımı kəsdi. Xəstəxanada yatdığım müddətdə 




BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

100


oraya üç erməni gəldi və mənimlə bir palatada yatan iki müsəlmanı 

özləri ilə apardılar.

Qabaqcadan onlardan birindən 1000 rubl aldılar. Tibb bacısı və həkim-

lərin xahişi ilə ayağım olmadığı üçün mənə toxunmadılar. Həmin vaxtda 

mənim mənzilimi qarət etmişdilər, amma arvadıma və anama toxunma-

mışdılar, çünki arvadım karaim idi, anamı isə dağ yəhudisi kimi təqdim 

etmişdilər. Pul və əşyalarla birgə məni yetmiş min rubl dəyərində qarət 

etmişlər. Artıq sonralar çəkməçi İsaak Baqdasarov mənə danışırdı ki, mən 

yaralandığım gecə bütün ermənilər, onun özü də, “Daşnaksütun” partiya-

sının əvvəlcədən verdiyi əmrə əsasən şəhəri mühasirəyə almışdılar və si-

lahlanaraq küçələrə çıxmışdılar.

Sonradan mən arvadımla birlikdə gəmidə qalmış əşyalarımın geri qay-

tarılmasına sərəncam verməsi xahişi ilə Fövqəladə Qafqaz Komissarı Şa-

umyanın


46

 qəbuluna getmişdik. O mənə dedi: “İndi siz bizə lazım deyil-

siniz. Hara istəyirsiniz çıxın gedin. Sizin hamınızı qabaqcadan öldürmək 

lazım idi”.

Oxundu. Məmməd Əliyev (imza).

Komissiyanın sədri: Ələkbər bəy Xasməmmədov (imza). 

Fövqəladə Təhqiqat Komissiyasının üzvləri: А.Kluge, 

Məmməd Xan Təkinski (imzalar).

AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 26-27.

Sənəd № 5

Dindirmə protokolu

1918-ci il. 5 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyası aşağıda adı 

çəkilən şəxsi şahid qismində dindirmiş və o, Cinayət Prosessual Məcəlləsinin 307 

və 443-cü maddələrinin məzmunu ilə əvvəlcədən tanış olaraq göstərmişdir:

Mir Əbdül Əziz Seyidov

47

, 21 yaşlı, Bakı şəhərində, Zavedenskaya 



küçəsi, 13 №-li evdə yaşayıram. 

Bu ilin mart ayında, ermənilərin müsəlmanlar üzərində zorakılıqlar 

törətdiyi zaman, mən Tatar süvari polkunda könüllü zabit kimi xidmət 

edirdim. Polkumuz Lənkəranda yerləşirdi, lakin mən Bakıda ezamiyyət-




101

FƏSİL I. AZƏRBAYCANLI SAKİNLƏRİN ŞAHİD İFADƏLƏRİ

də idim. Bazar günü, martın 18-də, axşama yaxın atışma başladı, mən 

tüfəngimi götürdüm və Nikolayevskaya küçəsində, Müsəlman Xeyriyyə 

Cəmiyyəti “İsmailiyyə”nin yanında olan səngərlərə getdim. Erməni əs-

gərləri qaçaraq yer dəyişməklə bizə hücum edirdilər. Səngərlərdə mən 

2 gün oturdum, üçüncü gün Sadovaya və Nikolayevskaya küçələrinin 

kəsişdiyi yerdə qazılmış başqa bir səngərə keçdim. Bu səngər Naberej-

naya küçəsindən atəşə tutulurdu; kimin atdığını mən görmürdüm. Son-

ra mən Zavedenskaya və Kladbişenskaya küçələrinin tinindəki səngərə 

keçdim; burada Tarayevin evinin damından məni pulemyot atəşinə tu-

turdular. Nikolayevskaya küçəsində bizə hücum edənlər arasında mən 

tələbə Papovyanı gördüm. Barışıq elan olunandan sonra mən öldürül-

müş qohumlarımı axtararaq şəhəri gəzirdim. Bu zaman mən çoxlu say-

da eybəcər hala salınmış müsəlman meyitlərinə rast gəlirdim. Görünür-

dü ki, müsəlmanları vəhşicəsinə incitmiş, işgəncələr vermiş və hər cür 

təhqir etmişlər. Məsələn, mən “Fantaziya”

48

 hamamında qaynar suya 



atılmış müsəlman meyitləri görmüşdüm, onların sümükləri və əzələləri 

yanmış, yumşaq hissələri isə tökülmüşdü. Qarnı yırtılmış uçaq cəsədlə-

ri, qucağında qarnı yarılmış körpə uşaq olan qadın meyiti görmüşdüm. 

Əlləri və ayaqları kəsilmiş meyitlərə rast gəlirdim. Bir meyitin sifəti 

göm-göy idi və başı olduqca şişmişdi; məndə belə fikir yarandı, mərhu-

mu diri-diri ayaqlarından asıblar. Üç meyiti boğazlarında kəndirlə gör-

düm. Cəsədlərin çoxu çılpaq idi. 

Martın 27-də mən Bakıdan getdim. Mən burada olmayanda Axundo-

vun qarajından matroslar mənim 2 motosikletimi və onların tam təkər 

və şin dəstini aparıblar (müsadirə ediblər). Onların ümumi dəyəri o vaxt 

4000 rubl, indiki qiymətlərlə isə 24.000 rubl təşkil edir. 

Oxundu. Seyidov. (imza).

Komissiya üzvü: A.Kluge (imza) 

AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 24.




Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə