Biz öz məqsədlərinə nail olmaq üçün heç bir vasitədən çəkinməyən



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə30/137
tarix24.12.2017
ölçüsü2,62 Mb.
#17912
1   ...   26   27   28   29   30   31   32   33   ...   137

93

FƏSİL I. AZƏRBAYCANLI SAKİNLƏRİN ŞAHİD İFADƏLƏRİ

Yeqiş Paxlavuninin erməni dəstəsi silahlardan müsəlmanlara atəş açdı. 

Demək olar ki, eyni vaxtda şəhərin “Şamaxinka” adlandırılan hissəsində 

Levon Saatsazbəyovun erməni dəstəsi atəş açmağa başladı.

19 martda, səhər erkən, müsəlmanların hələ yatdığı vaxt, erməni əsgər-

lərinin hücumu başlandı. Ermənilər ilk hücumlarını şəhərin müsəlman-

lar məskunlaşan “Kərpicxana”, “Məmmədli” və “Poxlu Dərə” rayonlarında 

həyata keçirdilər. Şəhərin bu və digər rayonlarını dənizdən “Ərdahan” və 

“Janr” hərbi gəmiləri toplardan, Ermənikənd tərəfdən isə ermənilər top-

lardan atəşə tuturdu. Matroslar müsəlmanlara qarşı çıxış etmək istəmir-

dilər, lakin onlar yalnız ermənilərin fitnəkarlığı sayəsində çıxış etdilər, 

çünki ermənilər onları inandırmışdı ki, müsəlmanlar Qalada olan bütün 

rusların və xristianların hamısını qılıncdan keçiriblər. Amma matroslar 

müsəlmanların ruslara toxunmadığına, əksinə, onlara yemək verdiklərinə 

əmin olduqdan sonra toplardan atəş açmağı dayandırdılar. Martın 19-u 

axşam müsəlmanlar bolşeviklərin ultimatumunu

27

 tanımağa məcbur ol-



dular və sülh bağladılar, lakin ermənilər barışıqdan sonra da müsəlman-

ları öldürməkdə davam edirdilər. Martın iyirmisinə qədər müsəlmanların 

əksəriyyəti belə düşünürdü ki, ermənilər onlara qarşı çıxış etməzlər və 

buna görə də martın 20-dək ermənilərə atəş açmırdılar. Martın 20-də bü-

tün müsəlman evlərinin üzərində ağ bayraqlar göründü, lakin ermənilər 

evlərə soxulmaqda və dinc müsəlmanları qətlə yetirməkdə, qadın və uşaq-

ları evlərdən bayıra çıxararaq, küçədə öldürməkdə, müsəlmanların evləri-

ni yandırmaqda davam edirdilər.

Hələ martın 19-da ermənilər demək olar ki, şəhərin “Kərpicxana”, 

“Məmmədli” və “Poxlu Dərə” rayonlarını tamamilə məhv etdilər. Ruslar 

və matroslar erməniləri dayandıra bilmirdilər, lakin harada mümkün idi, 

müsəlmanlara kömək edirdilər. Martın 21-də aviasiya məktəbinin rəisi 

mənə 4 dənizçi verdi və biz əlimizdə tüfəng Bazar küçəsinə yollandıq. Er-

məni əsgərləri burada müsəlmanların evlərini, dükanlarını və mağazala-

rını yandırır, qarət edir, müsəlmanların özlərini isə öldürürdülər. 

Bazarnaya küçəsində biz üç erməni soyğunçunu güllələdik və bir er-

məninin kisəsindən üstündə insan ətinin qalıqları olan sırğa tapdıq. Er-

mənilər martın 24-dək dinc müsəlmanları qırmaqda davam etdilər və 

yalnız 36-cı Türküstan alayının tələbindən və matrosların hədələrindən 

sonra, həmçinin İcraiyyə Komitəsinin Sədri Caparidzenin

28

 ciddi mü-



daxiləsindən sonra qırğınları dayandırdılar. Dənizçilər hədələyirdilər ki, 


BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

94

əgər ermənilər müsəlman qırğınlarını dayandırmazsa, toplardan şəhərin 



ermənilər yaşayan hissəsini atəşə tutacaqlar. Bundan sonra “Ərdahan” və 

“Krasnovodsk” hərbi gəmiləri şəhərin şərq hissəsində yerləşən limanlara 

yaxınlaşdı. Martın 24-də dənizçilər mənə təyyarəçi Rozemblumun rəh-

bərliyi altında 10 silahlı matros verdilər və biz ayın 25-i səhər 6-dək şəhə-

rin Çəmbərəkənd rayonunu mühafizə etdik.

Martın 25-də mən Nikolayevskaya küçəsindən cəsədlərin yığışdırıl-

ması ilə məşğul olmağa başladım. Mən digər müsəlmanlarla birlikdə 3 

müsəlman gimnaziya şagirdinin, süngülərlə deşik-deşik edilmiş və qı-

lınclarla doğranmış 11 müsəlmanın cəsədini, bir rus qadının, 3-5 yaşla-

rında üç müsəlman oğlan uşağının, 8 rus kişi, 19 müsəlman - iranlı tə-

bəələrin və müxtəlif peşələrin sahibi olan 67 müsəlman kişi cəsədlərini 

yığışdırdım. Biz bu cəsədlərin hamısını avtomobillərdə məscidə apardıq.

Məndən başqa ermənilər də müsəlmanların cəsədlərini yığışdırır, ara-

ba və avtomobillərdə köhnə “Vulkan” limanına aparırdılar. Buraya 6748 

nəfər müsəlman kişi, qadın və uşaq meyitləri gətirilmişdi. Martın 26-

da mən şəhərin “Məmmədli” və “Poxlu Dərə” rayonlarına yollandım ki, 

müsəlmanlar burada martın 31-dək cəsədləri yığışdırıb qurtara bilmir-

dilər. Bu rayonlardan meyitləri müsəlmanlar qəbiristanlığa aparırdılar. 

Mən şəhərin “Kərpicxana” adlanan rayonuna özümlə texnik Vladimir 

Sokolovu apardım ki, cəsədlərin fotoşəkillərini çəksin. Sokolov üç şəkil 

çəkdi. Birinci şəkil: Başında güllə yarası olan qadın cəsədi, bədənində beş 

süngü yarası və doğranmış sağ körpücük sümüyü. Cəsədin sağ döşü üzə-

rində süngü ilə ayağından yaralanmış hələ sağ olan körpə var və anasının 

döşünü əmir. İkinci şəkil: İki yaşlarında olan bir uşaq yeddi-səkkiz ver-

şok uzunluğunda mismarla otağın divarına mismarlanmışdır. Mismarın 

papağından görünürdü ki, mismar elə burada atılıb qalmış daşla vurul-

muşdur. Üçüncü şəkil: Yataqda 13-14 yaşlarında qız cəsədi. Onun vəziyyəti 

göstərirdi ki, bir neçə şəxs tərəfindən zorlanmışdır. Aralı qalmış ayaqla-

rının arasındakı yataq qana bulaşmışdı. Boynunda barmaq izləri var idi. 

Bu şəkilləri Sokolov üç evdə çəkdi. Biz dördüncü evə girəndə, qarşımızda 

aşağıdakı mənzərə açıldı: Böyük otağın döşəməsində 22-23 yaşlarında bir 

qadının çılpaq cəsədi, iki qoca qarının və bələkdə olan körpənin ayaq və 

əllərini üç it gəmirir, altı yaşlı qızın və səkkiz yaşında oğlanın cəsədləri. 

Mən itləri güllələdim. Sokolov sifətini dəsmalla örtdü, hönkürərək otaq-

dan qaçdı və şəkil çəkməkdən imtina edərək, evinə getdi. 



95

FƏSİL I. AZƏRBAYCANLI SAKİNLƏRİN ŞAHİD İFADƏLƏRİ

Mən tək qaldım və bir-bir evlərə girməyə başladım. Bütün evlərdə 

müsəlmanların – kişi, qadın və uşaqların müxtəlif vəziyyətlərdə meyitləri 

var idi və ətrafda bütün bu dəhşəti daha da gücləndirən ölü sükut hökm 

sürürdü. Hələ indi də, doqquz aydan sonra, yadıma düşəndə belə, məni 

dəhşət bürüyür. Bütün dəhşət və ölüm mənzərələrini təsvir etmək mə-

nim üçün çox ağırdır, yalnız onu deyə bilərəm ki, “Məmmədli” və “Pox-

lu Dərə” rayonları başdan ayağa dağıntılardan və meyitlərdən ibarət idi, 

və meyitləri toplayan müsəlmanlardan başqa bu rayonlardan kimsə yox 

idi. Geriyə qayıdarkən, Mərkəzi həbsxananın

29

 yaxınlığında 400-dən artıq 



kişi, qadın və uşaq meyitlərinə rast gəldim. Demək olar ki, bütün meyitlər 

soyundurulmuşdu və başları qərbə doğru uzadılmışdı.

Ermənilər qarşılarına bütün müsəlmanları məhv etmək məqsədi qoy-

muşdular, lakin onlara şəhərin rus əhalisi və ruslardan ibarət olan hər-

bi hissələr mane olurdu. Ermənilər mart hadisələrindən sonra türklər 

gələnədək, fürsət düşdükcə, müsəlmanları, əsas etibarı ilə şəhərdən kənd-

lərə köçmüş bütün müsəlmanları öldürür və qarət edirdilər. Məsələn, er-

mənilər “Bərk Dərə” adlanan yerdə pusqu quraraq, şəhərdən Qobu kən-

dinə gedib-gələn bütün müsəlmanları qətlə yetirir və qarət edirdilər. 

Müsəlmanların ermənilər tərəfindən sistemli şəkildə qırılması və qarət 

edilməsi İcraiyyə Komitəsini məcbur etdi ki, Ryabovun başçılıq etdiyi 

dəstəni və 15 silahlı ilə məni şəhərin müdafiəsinə göndərsin. Ryabovun 

dəstəsi 12 silahlı şəxsdən ibarət idi. Biz 18 ermənini mühasirəyə alaraq, 

onların silahlarını götürdük və özlərini həbs etdik. Ermənilər müsəlman-

ları kəndlərdə də qətlə yetirirdilər, cəsədləri xəndəklərə və quyulara atırdı-

lar. Ermənilər gənc müsəlman qadınları öz evlərinə aparır və zorlayırdılar. 

Ermənilər xeyli müsəlman qadınını Ermənikəndə aparmışdılar. Müsəl-

manlar özləri və təcavüzə məruz qalmış müsəlman qadınlar öz rüsvayçı-

lıqlarını gizlədir və ermənilər tərəfindən evlərindən əsir aparılaraq, onla-

ra nə edildiklərini danışmırlar.

Oxundu. İmza.

Fövqəladə Təhqiqat Komissiyasının sədri: 

Ələkbər bəy Xasməmmədov (imza).

Komissiya üzvləri: Məmməd Xan Təkinski

30

, А.Аleksandroviç



31

А.Kluge



32

 (imzalar).

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Siyasi Sənədlər 

Arxivi, fond 277, siyahı 2, iş 14, vərəq 49–52 (bundan sonra: AR Pİİ SSA...)




Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə