Biz öz məqsədlərinə nail olmaq üçün heç bir vasitədən çəkinməyən



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə35/137
tarix24.12.2017
ölçüsü2,62 Mb.
#17912
1   ...   31   32   33   34   35   36   37   38   ...   137

BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

108


likdə öz rayonumuzu ermənilərdən müdafiə etmək üçün səngərlərdə 

idim və biz çərşənbə axşamınadək öz mövqelərimizi müdafiə edirdik. 

Çərşənbə günü biz öz səngərlərimizi təmizlədik və bu vaxt ermənilər 

evlərə basqınlar etməyə və müsəlmanları evlərindən çıxarmağa baş-

ladılar. Mənim dalandarımı ermənilər mənim həyətimdə öldürdülər. 

Məni və mənim ailəmi əsir götürdülər və Mailov teatrına apardılar, 

eləcə də mənim qardaşımın ailəsini, ümumilikdə təxminən 52 nəfərə 

yaxın adamı, əsir apardılar. Ermənilər bizi ona görə öldürmədilər ki, 

bizi əsir götürən 30-a yaxın silahlı ermənilərin arasında mənim köh-

nə tanışlarım var idi. Bizi Serkovnaya küçəsi ilə aparırdılar, bizim qa-

bağımızda başqa müsəlman dəstəsi gedirdi və bu dəstənin arasında 

mən Ramana kəndindən olan İsmayılı, arvadı və qızı ilə birlikdə gör-

düm. Onları müşayiət edən ermənilər Hacı Abbasqulu Rzayevin evinin 

yanında İsmayılı öldürdülər, arvadını isə bizim dəstəyə qatdılar. Serko-

vnaya küçəsində ermənilər tərəfindən qətlə yetirilmiş müsəlmanların 

meyitləri uzanıb qalmışdı. Bütün bu insanları ermənilər evlərindən 

çıxarıb küçədə öldürürdülər. Məni Mailov teatrına apardılar və bizi 

orada 3 gün saxlayandan sonra buraxdılar. Mailov teatrından qayıt-

dıqdan sonra mən evləri gəzməyə və müsəlman qonşularımdan xəbər 

tutmağa başladım. Küçələr qətə yetirilmiş müsəlmanların cəsədləri 

ilə dolu idi, evlərdə də öldürülmüş müsəlmanların, qadın və uşaqların 

cəsədləri var idi. Meyitlərin arasında mən Məşədi Tağı Nağı oğlunun 

arvadını və onun 6 yaşlı oğlunu tanıdım. Mən başqa müsəlmanlarla 

birlikdə öldürülmüş müsəlmanları dəfn etməyə başladım. Mən öz ra-

yonumda meyitlərin sayını müəyyən etməmişəm, ancaq mən özüm 18 

meyit çıxarmışam və arabalarda onları dəfn etməyə aparmışıq. Mənim 

mənzilim tamamilə talan olunmuşdur, əşyalarımın siyahısını təqdim 

edirəm və onu işə əlavə etməyi xahiş edirəm.

Oxundu. İmza (ərəb hərfləri ilə). 

Komissiya üzvləri: А.Kluge, Məmməd Xan Təkinski (imzalar).

Komissiyanın sədri: Ələkbər Xasməmmədov(imza)

AR Pİİ SSA, f. 277, s. 2, i. 13, v. 37-38.




109

FƏSİL I. AZƏRBAYCANLI SAKİNLƏRİN ŞAHİD İFADƏLƏRİ



Sənəd № 12

Dindirmə protokolu

1918-ci il, 31 oktyabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443- cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Kərbəlayı Vəli Mikayılov, 43 yaşlı, Bakı şəhəri, Bondarnaya küçəsi, 

ev № 40 ünvanda yaşayıram. 4-cü polis sahəsi.

Martın 18-də, axşam, müsəlman qırğınları başlayanda mən “İsmail-

liyə”də növbətçi idim; mən “Müsavat”

60

 partiyasının üzvü kimi növbə çə-



kirdim. Sonra mən Qalaya keçdim və ermənilərlə müsəlmanlar arasında 

sülh bağlanana qədər orada qaldım. Mən evdə olmayanda silahlı ermə-

nilər mənim evimə hücum etmiş və bütün mənim əmlakımı oğurlamış-

lar. Mənim kirayənişinlərim – yəhudilər, mənim ailəmi gizlətməyə mü-

vəffəq olmuşlar. Yəhudilərin dediyinə görə, onlar talançıların arasında 

axtarış polisində xidmət edən bir neçə nəfər ermənini tanımışlar. Mənim 

ümumən köhnə pula altmış min rubl dəyərində əmlakımı qarət etmişlər. 

Oxundu. İmza.

Komissiya üzvləri: А.Kluge, Məmməd Xan Təkinski (imzalar).

AR Pİİ SSA, f. 277, s. 2, i. 13, v. 5.



Sənəd № 14

Dindirmə protokolu

1918-ci il, 6 noyabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443- cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Bala-bəy


61

 Aşurbəyov, 36 yaşında, Bakıda, Qoqolevskaya küçəsindəki 

şəxsi evimdə yaşayıram.

Ermənilərin müsəlmanlara qarşı mart çıxışları zamanı mən öz ailəm-

lə birlikdə Persidskaya küçəsinə, bacımın evinə getmişdim. Mənim olma-



BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

110


dığım müddətdə evimə 40 nəfər erməni əsgərlərindən ibarət dəstə gəlmiş 

bütün mənzilləri gəzərək, ailəmlə birlikdə məni və qardaşım Əlı-bəyi 

axtarmışlar. Həmçinin şəhər rəisinin keçmiş köməkçisi polkovnik Olonq-

renin mənzilinə girərək, bizi çarpayıların altında belə axtarmışlar. Er-

mənilər mənim mənzilimdən, köhnə qiymətlə, ümumilikdə 60.000 rubl 

dəyərində gümüş, müxtəlif qadın parçaları, qadın alt geyimi, mənim kost-

yumlarımı aparıblar. Hələ qırğınlar başlayanadək şəhərdə ermənilərin 

müsəlmanlara qarşı çıxış etməyə hazırlaşdıqları barədə şayiələr gəzirdi. 

Elə bu zaman biz ermənilərin şəhərin müsəlmanlar yaşayan hissəsindən 

ermənilər yaşayan hissəyə köçdüyünü görürdük. Ermənikəndin yaxınlı-

ğında ermənilərin səngərlər qazdıqları da aşkar olunmuşdu. Buna görə də 

mart hadisələri bizi qəfildən yaxalamadı və mən ailəmlə birlikdə qırğın-

lar başlamazdan iki saat əvvəl evdən çıxıb getməyə müvəffəq oldum.

Oxundu. Bala-bəy Aşurbəyov. İmza.

Komissiya üzvləri: А.Kluge, Məmməd Xan Təkinski (imzalar).

AR Pİİ SSA, f. 277, s. 2, i. 13, v. 148.



Sənəd № 15

Dindirmə protokolu

1918-ci il, 12 oktyabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443- cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Ağa Şərif bəy Aşurbəyov, Bakılı, 48 yaşım var, Bakıda Spasskaya 

küç., ev № 34 ünvanda yaşayıram.

12 oktyabr 1918-ci il tarixli ərizədə ifadə edilənləri təsdiqləyirəm. Mə-

nim iki əmioğlum – Yüzbaşı bəy və Cavad bəy Aşurbəyovlar ermənilər 

tərəfindən qətlə yetirilmişlər. Bu il mart ayının ortalarında axşamüstü 

mənim evimə iyirmiyə yaxın silahlı erməni gəldi, revolverlə hədələyərək, 

şkafları və kassanı açmağı əmr etdilər. Mən onların tələblərini yerinə ye-

tirdim və onlar ərizədə göstərilən əmlakımı özləri ilə apardılar. Mən bu 

vaxtadək heç yerə şikayət etməmişəm. İndi olduğu kimi, o zaman da 

Spasskaya küçəsi ev № 34-də yaşayırdım. Məni qarət edən ermənilərdən 



Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə