Biz öz məqsədlərinə nail olmaq üçün heç bir vasitədən çəkinməyən



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə55/137
tarix24.12.2017
ölçüsü2,62 Mb.
#17912
1   ...   51   52   53   54   55   56   57   58   ...   137

171

FƏSİL II. AZƏRBAYCANLI QADINLARIN ŞAHİD İFADƏLƏRİ

göstərilən və dəyəri 3.450 rubl olan əşyalarımızı qarət etmişlər. 

Savadsızdır.

Komissiyanın sədri: Ə.Xasməmmədov (imza) 

Komissiya üzvü: А.Kluge (imza)

AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 94. 

Sənəd № 384

Dindirmə protokolu

1918-ci il, 9 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Dürnisə Heybət qızı, 40 yaşım var, Bakı şəhəri, Kirpiçnaya küçəsi, 

ev № 65 ünvanda yaşayıram.

Bu ilin mart ayında ermənilər mənim böyük oğlum Məşədi İbrahimi 

qətlə yetirmiş və kiçik oğlum Mirzə Əlini yaralamışlar. Canilər xəncərlə 

böyük oğlumun başını kəsmişdilər. Ermənilər bundan əlavə bizim əşya-

larımızı qarət etmişlər. Onların 14.285 rubl dəyərində olan siyahısını təq-

dim edirəm. 

Savadsızdır. 

Fövqəladə Təhqiqat Komissiyasının sədri: Ə. Xasməmmədov (imza).

Komissiya üzvü: А.Kluge (imza). 

AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 95.



Sənəd № 385

Dindirmə protokolu

1918-ci il, 9 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:


BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

172


Qız Xanım Cabbar qızı, 25 yaşım var, Bakı şəhər sakini, Kirpiçnaya 

küçəsində yaşayıram, savadsızam.

Bu ilin martında silahlı ermənilər mənim ərimi və 10 yaşlı oğlumu 

öldürdülər, sonra isə evimizi qarət edərək, verdiyim ərizədə göstərilən 

10.000 rubl dəyərində əşyalarımızı apardılar. Mən baş vermiş hadisənin 

şahidi olmuşam. Ermənilər məni və digər qadınları əsir götürdülər, əsir-

likdə bizi təhqir edir, yalnız balığın baş tərəfini təklif edərək, yemək verir-

dilər.


İfadə oxunmuşdur. Savadsızdır. 

Fövqəladə Təhqiqat Komissiyasının sədri: Ə. Xasməmmədov (imza).

Komissiya üzvü: А.Kluge (imza). 

AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 97.



Sənəd № 386

Dindirmə protokolu

1918-ci il, 11 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Bəyim Xanım Oruc Bala qızı, 80 yaşım var, Bakı şəhər sakini, Kir-

piçnaya küçəsində şəxsi evimdə yaşayıram.

Bu il martın 19-da erməni əsgərləri səhər tezdən hücuma keçdilər. 

Mən qaçdım, amma mənim oğlum Xan Əhməd Dadaş oğlunu, 25 yaşlı, 

erməni əsgərləri öldürdülər. Mənim mənzilimi 12.650 rubl məbləğində 

qarət etdilər. Əmlakın siyahısını təqdim edirəm və işə əlavə olunmasını 

xahiş edirəm.

Oxundu. Savadsızdır. 

Komissiya üzvləri: M. Təkinski, А.Kluge (imzalar)

AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 153.



173

FƏSİL II. AZƏRBAYCANLI QADINLARIN ŞAHİD İFADƏLƏRİ



Sənəd № 387

Dindirmə protokolu

1918-ci il, 11 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Pəri Xanım Rza qızı, 17 yaşım var, Bakı şəhər sakini, Kirpiçnaya 

küçəsi № 1 ünvanda yaşayıram.

Bakıda mart qırğınları zamanı ermənilər mənim ərim Xəlil Əbdül Hü-

seyn oğlunu, 28 yaşlı, öldürmüşlər, mənzilimi isə köhnə qiymətlərlə 8.300 

məbləğində qarət etmişlər. Mən əşyaların siyahısını və qiymətlərini təq-

dim edirəm və işə əlavə olunmasını xahiş edirəm. İndiki qiymətlərlə on-

ların dəyəri 250.000 rubldan aşağı deyildir. Bu məbləğin mənə ödənilmə-

sini xahiş edirəm.

Oxundu. İmza. 

Komissiya üzvləri: Aleksandroviç, А.Kluge (imzalar)

AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 165. 

 

Sənəd № 388

Dindirmə protokolu

1918-ci il, 18 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Balabacı Heybətqulu qızı, 60 yaşım var, Bakı şəhərində, Kirpişnaya 

küçəsi, ev № 39 ünvanda yaşayıram, savadsızam.

Bu il martın 19-da erməni əsgərləri göstərilən evə soxuldular, mənim 

oğlum, 35 yaşlı Məmməd Qasım Nəcəfqulu oğlunu və onun oğlu 2 yaşlı 

Nəcəfqulunu öldürdülər. Mənim mənzilimi 16.940 rubl məbləğində qarət 

etdilər. Oğurlanmış əmlakın siyahısını təqdim edirəm və işə əlavə edil-

məsini xahiş edirəm.




BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

174


Oxundu. Savadsızdır. 

Komissiya üzvləri: M. Təkinski, А.Kluge (imzalar)

AR Pİİ SSA, f. 277, s. 2, iş 15, v. 22.

Sənəd № 390

Dindirmə protokolu

1918-ci il, 10 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Çeşmi Həsən Əli qızı, 60 yaşım var, Bakı sakini, Məmmədlinskaya 

küçəsində yaşayıram, savadsızam.

Bu ilin mart ayında ermənilər məni əsir götürdülər. Ermənilər bizim-

lə pis davranır, bizi təhqir edir, ələ salırdılar. Mənim evimdə manufaktu-

ra malları var idi, mənim ticarətlə məşğulam. Bütün mallar və başqa ev 

əşyaları həmin ermənilər tərəfindən qarət olunmuşdur. Onların qiymə-

ti 8000 rubl idi.

İfadə oxunmuşdur. Savadsızdır. 

Təhqiqat Komissiyasının sədri: Ə. Xasməmmədov (imza).

Komissiya üzvləri: M. Təkinski, А.Kluge (imzalar) 

AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 127.

 

Sənəd № 392

Dindirmə protokolu

1918-ci il, 14 noyabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Alma Xanım Nuhəli qızı, 60 yaşım var, Bakı sakini, Məmmədli əra-

zisində yaşayıram.



Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə