Biz öz məqsədlərinə nail olmaq üçün heç bir vasitədən çəkinməyən



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə52/137
tarix24.12.2017
ölçüsü2,62 Mb.
#17912
1   ...   48   49   50   51   52   53   54   55   ...   137

BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

160


uşaqlarımla yaşayırdım. Mənim evimlə yanaşı anam Xanı İmam Əli qı-

zının evi var idi, və o, burada oğlu Hacı Baba Kəlbalı oğlu ilə yaşayırdı. 

Mən anamın evində hay-küy eşitdim və evimin damından anamın həyə-

tinə boylanarkən orada silahlı erməniləri gördüm. Onlar anamın və qar-

daşımın üzərinə atıldılar və hər ikisini öldürdülər. Oradaca adlarını bil-

mədiyim başqa müsəlmanları da qətlə yetirdilər. Ermənilər məni damda 

görəndə mənə tərəf atəş açdılar. Mən dərhal aşağı düşdüm və ermənilə-

rin məni və arvadımı öldürəcəyini bildiyimdən, arvadım və üç uşağım-

la küçəyə qaçdıq. Küçədə ermənilər bizə atəş açdılar, arvadımı və üçyaşlı 

uşağımı öldürdülər. 

Ermənilər anamın evindən bütün əşyaları çıxardılar, onların siyahısı-

nı sizə təqdim edirəm və işə əlavə etməyinizi xahiş edirəm. 

Oxundu. İmza. Rəcəb Kəlbalı oğlu.

Komissiya üzvləri: А.Kluge, M.Təkinski (imzalar).

AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 62.

Sənəd № 335

Dindirmə protokolu

1919-cu il, 26 mart. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Əli Bala Dadaş oğlu, 24 yaşım var, Bakı şəhər sakini, 3-cü Parallelna-

ya küçəsi, 96 №-li şəxsi evimdə yaşayıram. Müsəlmanam, savadlıyam.

1918-ci ilin qanlı mart hadisələrinin ikinci günü, yəni mart ayının 

19-da səhər tezdən silahlı ermənilər yuxarıda adı çəkilən küçəni mü-

hasirəyə aldılar və müsəlmanların evlərinə atəş açmağa başladılar. Mən 

43 yaşlı anam Bilqeyis Baba qızı, 16 yaşlı bacım Səfurə Dadaş qızı və iki 

azyaşlı qardaşlarımla birlikdə, qaçaraq xilas olmaq məqsədilə, evdən ba-

yıra çıxdıq. Küçədə ermənilər bacımı uzaq məsafədən güllə ilə vurdular, 

məni və anamı isə yaraladılar. Lakin mən özümü itirmədim: yaralı ana-

mın və balaca qardaşlarımın qoluna girdim, və çox çətinliklə ölümün 



161

FƏSİL I. AZƏRBAYCANLI SAKİNLƏRİN ŞAHİD İFADƏLƏRİ

pəncəsindən qurtara bildik. Mən və anam bu günədək hələ də yaralar-

dan özümüzə gələ bilməmişik, ağrılardan əziyyət çəkirik: mən dirsək-

dən yuxarı sol qolumdan yaralanmışam, anam isə sinəsindən yara alıb. 

Biz, fiziki və mənəvi zərərlərdən başqa, həm də maddi ziyan çəkmişik: 

ermənilər bizim bütün əmlakımızı qarət etmişlər və mən bu əmlakımı-

zı ötən ilin mart ayının qiymətləri üzrə 132.700 rubl dəyərində qiymət-

ləndirirəm. Qarət edilmiş əşyalarımızın siyahısını və mənim ərizəmi 

işə əlavə etməyinizi xahiş edirəm.

Oxundu. İmza.

Komissiya üzvləri: Hacı-İrzayev, А.Kluge (imzalar). 

AR Pİİ SSA, f. 277, s. 2, iş 25, v. 26.



FƏSİL II

AZƏRBAYCANLI 

QADINLARIN 

ŞAHİD İFADƏLƏRİ




163

FƏSİL II. AZƏRBAYCANLI QADINLARIN ŞAHİD İFADƏLƏRİ



Sənəd № 372

Dindirmə protokolu

1919-cu il, 5 fevral. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Humay Xanım Sultanova, 26 yaşım var, Bakı şəhərində, Vorontsovs-

kaya küçəsi, 10 №-li evdə yaşayıram.

Hələ mart qırğınları başlayanadək mən və ərim ermənilərin müsəl-

manlara qarşı çıxışlarının gözlənildiyi barədə şayiələri eşidirdik. Lakin, 

ərimlə mən dağıstanlı olduğumuza görə, düşünürdük ki, ermənilər bizə 

toxunmazlar. Buna görə də sakitcə öz mənzilimizdə qalırdıq və qiymətli 

əşyalarımızı gizlətmirdik. Martın 17-də və 18-də ermənilərlə müsəlmanlar 

arasında atışmalar baş verirdi, amma ərimlə mən hələ də heç bir təhlükə-

sizlik tədbirləri görmürdük. Çərşənbə axşamı, martın 20-də, səhər saat 

7-yə yaxın, ixtisası həkim olan ərim Bəybala bəy, mənim otağıma gəldi və 

geyinməyimi məsləhət gördü. Belə ki, şəhərdə atışma başlanmışdır, odur 

ki, geyimdə olmaq daha yaxşıdır ki, təhlükə yarandığı halda evdən gedə 

bilək. Bir qədər keçdikdən sonra ərim mənə dedi ki, evdən getmək lazım-

dır, çünki ermənilər evlərə soxulmağa başlayıblar və qarətlə məşğuldurlar. 

Biz qonşu damdan mühəndis Qolginin mənzilinə keçdik. Məni və oğlu-

muz Məhəmməd Mirzəni burada yerləşdirərək, ərim yenidən mənzilimizə 

qayıtdı ki, daha qiymətli əmlakımızı götürsün. Bu zaman bizim evimizə 

həyətdən, küçədən və giriş qapısından silahlı ermənilər doluşmağa baş-

ladılar. Mən oğlumla otağa girdim, Qolgin və onun adını bilmədiyim bir 

tanışı, qonşuluqda yerləşən dəyişik paltar tikən emalatxananın sahibi 

ilə şüşəbənddən bizim mənzilə tərəf baxmağa başladılar. Bu zaman bo-

ğuq atəş səsi eşidildi və mən Qolginin və emalatxananın sahibinin doktor 

Sultanovun, mənim ərimin öldürüldüyünü necə qışqırdıqlarını eşitdim. 

Mən ərimin yanına getməyə can atdım, lakin məni buraxmadılar. Bir az 

sonra erməni əsgərləri Qolginə yaxınlaşdılar və ondan Sultanovun ailəsi-

nin harada gizləndiyini göstərməyi tələb etdilər. 

Belə olan halda Qolgin bizim hamımızın evdən getməsini məsləhət 

gördü. Oğlumla mən və Qolgin arvadı və iki uşağından ibarət olan ailə-



BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

164


si ilə birlikdə onların mənzilində çıxdıq və parapetin yanından keçərək 

Torqovoya küçəsinə yollandıq, məni burada Qolginin tanışı olan qadının 

mənzilində qoydular. Mən gecəni orada keçirdim və ertəsi gün tezdən əri-

min universitet yoldaşı Nikolay Aleksandroviç Lavrovun mənzilinə get-

dim və orada beş gün qaldım. Evimizə qayıdarkən mənzilimizi dəhşətli 

vəziyyətdə gördüm. Hər şey qırılmış, sındırılmış, bağı aşağı çevrilmişdi. 

Bütün qiymətli əşyalarımız, xalçalar və paltarlarımız yoxa çıxmışdı. Mən 

qarət edilmiş bütün əşyalarımızın siyahısını sizə təqdim edirəm və işə 

əlavə olunmasını xahiş edirəm. Ümumilikdə 182.570 rubl dəyərində əşya-

larımız qarət edilmişdir. Bundan əlavə, ermənilər ərimin cibindən 70.000 

rubl nağd pulunu çıxarmışlar. 

Qolgin, feldşer Mixaylov və tacir Şirinbəyov görmüşdülər ki, bizim 

mənzilə soxulan əsgərlərə əlində revolver tutmuş Stepan Lalayev başçı-

lıq edir. Ərim bizim yanımıza, Qolginin mənzilinə keçməyə hazırlaşanda 

Lalayev onu saxlamış və revolverdən onun başına atəş açmışdır, bundan 

sonra ərim yerə yıxılmışdır. Lalayevi müşayiət edənlərdən kimsə ərimin 

yerli müsəlman olmadığını, dağıstanlı olduğunu söyləyərək, onu müdafiə 

etmək istədikdə, Lalayev onu da öldürəcəyini qışqırmış və bundan sonra 

erməni susmuşdur. Həyətə düşən Lalayev həmin revolverlə adını bilmədi-

yim dalandarı, onun arvadını və iki aylıq körpəsini güllələmişdir. 

Mart hadisələrindən sonra Temir-Xan-Şuraya getdim. Getməzdən əv-

vəl, bizim evdə yaşayanların hamısı, aşağıda, mənə danışırdılar ki, onlar 

da Lalayevi yaxşı tanıyıblar, onun mənim ərimi və ailəsi ilə birlikdə da-

landarı necə öldürdüyünü görüblər. İndi isə, artıq mən Şuradan qayıtdıq-

dan sonra, onlar hamısı ərimi öldürənin Stepan Lalayevə yalnız oxşadığı-

nı deyirlər. Mən bunu onunla izah edirəm ki, bütün şahidlər Lalayevdən 

və onun qohumlarından qorxurlar.

Hal-hazırda Temir-Xan-Şurada iki bacı – Nisə Xanım (Nina) və Əminə 

Xanım (Emma) Acıyevalar yaşayırlar. Onlar hər ikisi, əvvəllər oxuduq-

ları Bakıdakı Müqəddəs Nina

89

 məktəbində eşidiblər ki, Stepan Lalaye-



vin orada oxuyan bacısı hamıya danışırmış ki, Vorontsovskaya küçə-

sində yaşayan doktor Sultanovu, yəni mənim ərimi, onun qardaşı özü 

öldürmüşdür. Lalayevlə birgə onun dostu zabit Arzumanov da evlərə 

girir və qarətlə məşğul olurdu. Mən bunu bir çox tanışlarımın, eləcə 

də Lalayevin cangüdəninin sözlərindən bilirəm. O, bu barədə Petrovsk-

da Didikov adlı bir inquşa danışmışdır; bu, Biçeraxovun

90

 dəstəsi Pet-




Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə