147
FƏSİL I. AZƏRBAYCANLI SAKİNLƏRİN ŞAHİD İFADƏLƏRİ
ki 148 №-li evə qaçdıq. Bu evdə 50 nəfərə yaxın müsəlman qadın, kişi və
uşaq var idi. Elə həmin günün axşamı ermənilər bu evə girdilər, hamımızı
qarət edib, əsir apardılar. Atamın çörək gətirmək üçün evə gedərkən mənə
verdiyi 2.665 rubl pulu mənim cibimdən çıxardılar. Biz müsəlmanları ha-
mımızı Birjevaya meydanına qədər gətirdilər və burada bütün kişilərin
ayıraraq, ayrıca apardılar. 12-ci lazaretin yaxınında mən hiss etdim ki, er-
mənilər bizə atəş açmağa hazırlaşırlar. Mən addımlarımı sürətləndirdim
və başqa müsəlmanlardan irəli keçdim. Birdən silahlardan yaylım atəşi
açıldı. Mənə iki güllə dəydi, budur, güllə yerlərini göstərirəm. Mən başqa-
ları ilə birlikdə yıxıldım və ermənilər bizim üzərimizə atılaraq süngülərlə
axırımıza çıxmağa başladılar. Mənim bədənimə 18-ə yaxın süngü zərbə-
si vurdular. Mən özümü ölülülüyə vurmuşdum və üzü aşağı uzanmışdım.
Bir müddət sonra ermənilər çıxıb getdilər və sanitarlar və şəfqət bacıları
yaxınlaşdılar. Şəfqət bacılarını gördükdə mən zarımağa başladım və onlar
sanitarlara məni 12-ci lazaretə aparmağı əmr etdilər.
Məni lazaretə gətirdikdə, orada məni erməni həkim qarşıladı və məni
güllələmək istədi, lakin şəfqət bacıları və rus həkim məni öldürməyə
qoymadılar. Mən rus həkimindən xahiş etdim ki, məni erməni yox,
onun özü müalicə etsin. Mənim bədənimdə təxminən 18-ə yaxın süngü
yarası var və bu yara yerlərini sizə göstərirəm. Mən sonradan öyrəndim
ki, ermənilər, məndən və mənimlə birlikdə lazaretdə yatan Məşədi Əli-
dən savayı bütün müsəlmanları öldürüblər. Onun bədənində beş süngü
və iki güllə yarası var idi.
Oxundu. İmza. İbrahim Qəniyev.
Komissiya üzvü: Məmməd Xan Təkinski (imza).
AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 35.
Sənəd № 84
Dindirmə protokolu
1918-ci il, 27 oktyabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
148
Əhəd Bağır oğlu, 31 yaşım var. Bakılıyam, Bakıda, Çadrovaya küçəsi,
ev 170 ünvanda yaşayıram.
Martın 18-də axşam saat 6-da şəhərdə atışma başlandı. Martın 19-20-
də səhər tezdən bolşeviklərin və ermənilərin hücumu başlandı. Mən öz
mənzilimdə idim və çərşənbə axşamı 10-a yaxın silahlı erməni bizim
evin həyətinə soxuldular, biz müsəlmanların üstünü axtardılar, pulları-
mızı götürdülər və bizi Çadrovaya küçəsi ilə Bakıxanovun evinə apardılar
və evin zirzəmisinə saldılar. Biz, on altı (16) nəfər müsəlman, zirzəmiyə
daxil olduqda, ermənilər qapı və pəncərələrdən bizə atəş açmağa başla-
dılar. Biz, yaralananlar və ölənlər, yerə yıxıldıq. Bir neçə tüfəng atəşindən
sonra ermənilər çıxıb getdilər və Manafovun evini yandırmağa başladılar.
Ermənilər Bakıxanovun evini bir rus qadınının sayəsində yandırmadılar:
o, evi yandırmamağı xahiş edərək, bu evdə aptekin yerləşdiyi göstərdi. Zir-
zəmidə cəsədlərin altında əzilmiş Əli Hüseyn Ağa Dadaş oğlu qışqırmağa
başladı ki, biz onu çıxaraq. Onun qışqırtısına ermənilər yenidən qayıtdılar
və yenidən bizə atəş açmağa başladılar. Zirzəmidə olan 16 nəfərdən yalnız
dörd nəfər sağ qalmışdı. Mən sağ qalmış üç müsəlmanla birlikdə axşam
saat səkkizədək sakitcə zirzəmidə oturduq, axşam saat səkkizdə mən rus
dilində danışan qadın səsləri eşitdim. Mən qadınları səslədim, onların bi-
zim qonşularımız olduğunu gördüm, onlar bizi mənzillərinə apardılar və
orada gizlətdilər.
Oxundu. İmza.
Komissiya üzvləri: A. Kluge, Məmməd Xan Təkinski (imza).
AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 39.
Sənəd № 109
Dindirmə protokolu
1918-ci il, 8 noyabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Pələng Hüseynov, 38 yaşım var, Bakıda, Vorontsovskaya küçəsində,
Lazarevin evində yaşayıram.
149
FƏSİL I. AZƏRBAYCANLI SAKİNLƏRİN ŞAHİD İFADƏLƏRİ
Çərşənbə axşamı, martın 20-də mən Şıx Balayevin Verxnyaya-Priyuts-
kaya küçəsindəki evinin yanında dayanmışdım. Bu vaxt Tatarskaya küçə-
si tərəfdən erməni əsgərləri dəstəsi göründü və bizə tərəf atəş atmağa
başladı. İki güllə mənim sol əlimə dəydi. Şıxın dediyinə görə, bu dəstənin
başında o, Stepya Lalayevi və Seryoja Melikovu görmüşdür.
Mən özüm Armyanskaya küçəsində 1 №-li evdə yaşayırdım. Ermənilər
ora basqın etdilər və mənim bütün ev və qiymətli əşyalarımı apardılar.
Ümumiyyətlə 150.000 rubl məbləğində əmlakımı oğurlayıblar. Əlim qətiy-
yən işləmir.
Oxundu. Savadsızdır. Onun yerinə imzaladı (imza).
Komissiya üzvü: A.Kluge (imza).
AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 135.
Sənəd № 112
Dindirmə protokolu
1918-ci il, 12 noyabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyası aşağıda adı
çəkilən şəxsi zərərçəkmiş qismində dindirmiş və o Cinayət Prosessual Məcəlləsi-
nin 307 və 443-cü maddələrinin məzmunu ilə əvvəlcədən tanış olaraq göstərmiş-
dir:
Ağa Əli oğlu, 47 yaşım var, Bakı şəhərində, Tatarskaya küçəsi, ev №
75, (6-cı polis sahəsi) ünvanda yaşayıram.
Mart qırğınlarının ikinci günü, mən ailəmlə birlikdə qonşu evə, rusla-
rın yanına getdiyimiz gün, evimizə çoxlu erməni soxuldu və bizi əsir gö-
türərək, yeni erməni kilsəsinin qarşısındakı erməni məktəbinə apardılar.
Əgər axtarış milisinin rəis köməkçisi Xijnyakov bizimlə getməsəydi, bizi
yolda öldürəcəkdilər; Xijyanov erməniləri bizə toxunmağa qoymurdu. Biz
evdə olmadığımız zaman 12.607 rubl məbləğində bütüm əmlakımızı qarət
etdilər. Ermənilər qonşu həyətdə müsəlmanları mənzillərindən çıxarır və
elə həyətdəcə hamının gözü qabağında güllələyirdilər; onlar həmçinin öz
ərlərini müdafiə etmək məqsədilə onları qucaqlayan və beləliklə onlarla
birlikdə ölən bir neçə qadını də qətlə yetirdilər.
Oxundu. Savadsızdır. Onun əvəzinə imzaladı (imza).
Dostları ilə paylaş: |