Biz öz məqsədlərinə nail olmaq üçün heç bir vasitədən çəkinməyən



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə53/137
tarix24.12.2017
ölçüsü2,62 Mb.
#17912
1   ...   49   50   51   52   53   54   55   56   ...   137

165

FƏSİL II. AZƏRBAYCANLI QADINLARIN ŞAHİD İFADƏLƏRİ

rovskda olarkən baş vermişdir və Stepan Lalayev də həmin dəstədə idi. 

Mən eşitmişəm ki, Lalayev Petrovskda da qətl və qarətlərlə məşğul ol-

muşdur. Orada dostu Digityanla birlikdə bir çox tanınmış müsəlmanları 

qətlə yetirmişdir. Ayrıca qətl və qarət hallarını göstərə bilmərəm. Əlavə 

edirəm ki, biz Qolginin mənzilinə bazar ertəsi günü, martın 19-da get-

mişdik, lakin, axşam saat 6-da ərim bolşeviklərlə müsəlmanlar arasında 

barışıq elan edildiyini gördükdə, biz evimizə qayıtmışdıq. Biz Qolginin 

mənzilinə apardığımız bütün qiymətli əşyalarımızı və pullarımızı elə 

bu vaxt geri gətirmişdik.

Oxundu. Humay xanım Sultanova (imza).

Fövqəladə Təhqiqat Komissiyasının sədri: 

Ələkbər bəy Xasməmmədov (imza). 

Komissiya üzvləri: А.Kluge, А. Hacı-İrzayev (imzalar).

AR Pİİ SSA, f. 277, s. 2, iş 26, v. 62-64.



Sənəd № 374

Dindirmə protokolu

1918-ci il, 14 noyabr Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Xədicə İsmayıl qızı, 20 yaşım var, Bakıda yaşayıram.

Mart hadisələri zamanı mənim ərim İsgəndər Qasım Qulu oğlu iki 

gün müdafiə olundu, sonra silahlı ermənilər bizim evə soxuldular, ərimi 

beş güllə ilə yaraladılar və həyətimizdə 12 qonşumuzu qətlə yetirdilər: öl-

dürülənlərin arasında uşaqlar və hamilə qadınlar da var idi. Ərim ağır ya-

ralara baxmayaraq hələ 20 gün yaşadı və sonra aldığı yaralardan xəstəxa-

nada öldü. Mən qaçmağa müvəffəq olmuşdum, bununla belə küçədə top 

mərmisindən yara almışdım və xəstəxanaya gətirilmişdim. Bizim evimiz-

dəki bütün əmlakımızı qarət etmiş və atımızı öldürmüşdülər. Dəymiş zi-

yan 10.000 rubldan çoxdur. Mənim ərizəmi qarət edilmiş əşyaların siyahı-

sı ilə birlikdə işə əlavə etməyinizi xahiş edirəm.

Oxundu. Savadsızdır.



BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

166


Komissiya üzvü: А.Kluge (imza). 

Xədicə İsmayıl qızı öz ifadəsinə aşağıdakıları əlavə etdi:

Mart hadisələrindən sonra mən Lənkərana getmişdim və oradan yal-

nız 2 həftə sonra Bakıya qayıtdım. Bakı alınmamışdan əvvəl 2000 erməni 

əsgəri Lənkərana gəldi və özbaşınalıq etməyə, müsəlman əhalisini ələ sal-

mağa başladı. Onlar yeməkxanalara girir, yeyib-içir və pulunu ödəmədən 

çıxıb gedirdilər; çörək alır və onun pulunu vermirdilər. Sonra onlar türk-

lərdən müdafiə olunmaq üçün müsəlmanları səngər qazmağa məcbur 

edirdilər. Hətta o həddə çatmışdı ki, ermənilər şaxsey

91

 zamanı müsəl-



manlara öz dini ehtiyaclarını həyata keçirməyə maneçilik törətməyə baş-

lamışdılar. Bununla belə müsəlmanlar məscidlərdə toplaşdıqda və orada 

öz dini mərasimlərini keçirdikdə, erməni əsgərləri məscidlərə soxuldular 

və onları qarət etdikdən sonra, yandırmağa cəhd göstərdilər. Lakin gür-

cülər buna mane olaraq məscidi müdafiə etməyi bacardılar; iş hətta atış-

ma həddinə çatdı. Mən yalnız erməni əsgərlərinin müsəlman qadınını 

öldürdükləri bir hadisəni xatırlayıram.

Mart hadisələri zamanı ermənilər Bakıda qardaşımın iki yaşlı oğlunu 

divara mıxlamışdılar və bu yolla ona ölənədək əzab vermişdilər (şahid ifa-

də verərkən ağladı). Türklərin Bakıya ilk hücumundan əvvəl Quba qəza-

sında ermənilər mənim altmış beş yaşlı əmimi tikə-tikə doğramışlar. 

Oxundu. Savadsızdır. Onun əvəzinə imzaladı (imza).

Komissiyanın sədri: Ələkbər bəy Xasməmmədov (imza).

Komissiya üzvləri: М.Təkinski, А.Kluge (imzalar). 

AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 157.

Sənəd № 375

Dindirmə protokolu

1918-ci il, 4 dekabr. Bakı şəhəri.



Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Xanımana Ağarza qızı, 33 yaşım var, Bakı şəhəri, 4-cü Paralellnaya 

küçəsində, Bəhram Atam Oğlanın evində yaşayıram, savadsızam.



167

FƏSİL II. AZƏRBAYCANLI QADINLARIN ŞAHİD İFADƏLƏRİ

Bu il mart ayının 19-da səhər 10-11 radələrində otuza yaxın silahlı er-

məni əsgəri yuxarıda göstərilən evə soxuldular, yeddi nəfər müsəlman ki-

şisini, və o cümlədən mənim 70 yaşlı atam Ağa Rzanın tüfəngin qundağı 

ilə başını parçalayaraq, öldürdülər, altı nəfər qadını, iki azyaşlı uşağı qətlə 

yetirdilər. Ermənilər uşaqları süngü ilə öldürdülər. Mənim iki min rublu-

mu zorla aldılar, atamın isə cibindən dörd min səkkiz yüz rubl (4800 rubl) 

pulunu çıxardılar. Məni əsir apardılar və mənim mənzilimi qarət etdilər. 

Qarət edilmiş əşyaların siyahısı təqdim edirəm və işə əlavə olunmasını 

xahiş edirəm, əşyaları yeni qiymətlə beş min manat dəyərində qiymət-

ləndirirəm. Yolboyu məni və digər qadınları qundaqlarla vururdular və 

yerə yıxılan qadınları hörüklərindən tutaraq qaldırırdılar. 

Erməni əsgərləri bütün qonşu evlərə də girir, müsəlmanları, cinsindən və 

yaşından asılı olmayaraq, öldürür, onların əmlakını qarət və məhv edirdilər. 

“Poxlu Dərə” rayonunda demək olar ki, müsəlmanların hamısını qırmışdılar 

elə bir ev yox idi ki, ermənilər kimisə öldürməsinlər, əksinə, elə evlər var ki, 

ermənilər evdəkilərin hamısını qətlə yetirmişlər. Erməni əsgərləri müsəlman-

ların çox olduğu evlərə od vururdular. “Poxlu Dərə” rayonu demək olar ki, bü-

tünlükdə ermənilər tərəfindən məhv edilmişdir və bu rayondan çox az sayda 

müsəlman sağ qalmışdır. Evlərdə və küçələrdə müsəlman kişilərin, qadın və 

uşaqların, və hətta südəmər körpələrin eybəcər hala salınmış meyitləri uzanıb 

qalmışdı. Bütün dəhşətlər haqqında danışmaq çox çətindir. Ağırdır.

Oxundu. Savadsızdır.

Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar). 

AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 13.



Sənəd № 376

Dindirmə protokolu

1918-ci il, 2 noyabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Ümsalma Məşədi Novruz qızı, 35 yaşım var, Budaqovskaya küçəsi, 

ev № 197 ünvanda yaşayıram, savadsızam, Bakı sakiniyəm.



Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə