201
FƏSİL II. AZƏRBAYCANLI QADINLARIN ŞAHİD İFADƏLƏRİ
Sənəd № 480
Dindirmə protokolu
1918-ci il, 8 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Pəri Xanım İsgəndər qızı, 60 yaşım var, Bakı sakini, Bakıda, Azovski
döngəsi, 13 №-li evdə yaşayıram, savadsızam.
Bu il mart ayının 19-da səhər saat 9-da yüz nəfərə yaxın erməni əs-
gəri yuxarıda göstərilən evə soxuldular, mənim ərim Ağa Bala bəy Əsə-
dulla bəy oğlunu, qardaşım Kəblə Fərəculla bəyi, qardaşım oğlu İsgəndər
bəy Abbas bəy oğlunu mənzildən çıxardılar və küçədə, evin qabağında öl-
dürdülər, Abbas bəyi isə həyətdə öldürdülər. Adları çəkilən şəxsləri öldür-
dükdən sonra ermənilər onları qarət etdilər və əyinlərindəki kostyumla-
rı çıxardılar. Ərimin cibindən 3000 rublu götürdülər. Mənim mənzilimi
1476 rubl məbləğində qarət etdilər. Oğurlanmış əmlakın siyahısını təqdim
edirəm və işə əlavə olunmasını xahiş edirəm.
Oxundu. Savadsızdır.
Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 71.
Sənəd № 482
Dindirmə protokolu
1918-ci il, 8 dekabr, Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Məşədi Şeyda Fətəli qızı, 60 yaşım var, Bakı sakini, Azovski döngəsi,
89 №-li evdə yaşayıram.
Bu ilin martın 19-da səhər saat 9-da yuxarıda göstərilən evə erməni əs-
gərləri soxuldular, mənim ərim Məşədi Əbdül Hacı İmam oğlunu, 76 yaş-
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
202
lı, bacımın əri Rüstəm Ələkbər oğlunu öldürdülər, ərimin cibindən 1270
rublu götürdülər, məni isə əsir apardılar. Ondan əvvəl mənzilimi 1872 rubl
məbləğində qarət etdilər. Oğurlanmış əmlakın siyahısını təqdim edirəm
və işə əlavə olunmasını xahiş edirəm.
Oxundu. Savadsızdır.
Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 72.
Sənəd № 484
Dindirmə protokolu
1918-ci il, 9 dekabr, Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Səadət Nəcəf Qulu qızı, 80 yaşım var, Bakıda, Azovski döngəsi, 2
№-li evdə yaşayıram.
Mart hadisələri zamanı mənim oğlum Zeynal Həsən oğlu öldürülmüş
və siyahıda göstərilən 22.200 rubl məbləğində əmlakımız qarət edilmişdir.
Oxundu. Savadsızdır.
Komissiya üzvü: А.Kluge (imza).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 182.
Sənəd № 485
Dindirmə protokolu
1918-ci il, 9 dekabr, Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Səriyyə Məmməd Əli qızı, 30 yaşım var, Bakıda, Azovski döngəsi, 5
№-li evdə yaşayıram.
203
FƏSİL II. AZƏRBAYCANLI QADINLARIN ŞAHİD İFADƏLƏRİ
Mart hadisələri zamanı ermənilər mənim ərim Gülməmməd Mahmud
oğlunu yaralamış, oğlum Mahmud Gülməmməd oğlunu öldürmüşlər; bu
zaman bizim evdən siyahıda göstərilən və 52.650 rubl məbləğində əmlakı-
mızı aparmışlar.
Oxundu. Savadsızdır.
Komissiya üzvü: А.Kluge (imza).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 182.
Sənəd № 486
Dindirmə protokolu
1918-ci il, 11 dekabr, Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Əminə Xanım Heybət qızı, 45 yaşım var, Bakıda, Azovski döngəsi, 12
№-li evdə yaşayıram.
Mart qırğınları zamanı ermənilər mənim oğlumu, 18 yaşlı Gülmirzə
Allahverdi oğlunu öldürüblər, mən isə kor olmuşam. Bundan əlavə, ermə-
nilər mənim köhnə qiymətlərlə 24.000 dəyərində əmlakımı qarət ediblər.
Oğurlanmış əmlakın siyahısını və qiymətlərini təqdim edirəm və işə əlavə
olunmasını xahiş edirəm. Hazırda mənim əmlakımın qiyməti 73.200 rubl
edir və bu məbləğin mənə ödənilməsini xahiş edirəm.
Oxundu. Savadsızdır.
Komissiya üzvləri: Aleksandroviç, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 165.
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
204
Sənəd № 487
Dindirmə protokolu
1918-ci il, 17 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Səlminaz Əli Məmməd qızı, 54 yaşım var, Bakıda, Azovski döngəsi,
9 №-li evdə yaşayıram, savadsızam.
Bu il mart ayının 19-da erməni əsgərləri yuxarıda göstərilən evə
soxuldular, mənim oğlum, 22 yaşlı Abbasqulu Məşədi Əli oğlunu öldür-
dülər, mənzilimi isə 1939 rubl 50 qəpik məbləğində qarət etdilər. Oğur-
lanmış əmlakın siyahısını təqdim edirəm və işə əlavə olunmasını xahiş
edirəm.
Oxundu. Savadsızdır.
Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 15, v. 6.
Sənəd № 488
Dindirmə protokolu
1918-ci il, 11 dekabr, Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Fatma Cavad qızı, 60 yaşım var, Bakıda, Melniçnaya küçəsində, şəx-
si evimdə yaşayıram.
Bakıda 1918-ci il mart qırğınları zamanı mən öz evimdə idim və soba-
da olan çörəyi bişməmiş ataraq evimin arxa divarından qaçmağa məcbur
olmuşdum. Divarı müsəlman-kişilər yarmışdılar. Mənim evim ermənilər
tərəfindən qarət edilmiş və 24.000 rubl məbləğində əmlakım aparılmış-
dır. Mənim oğurlanmış əmlakımın qiyməti indi 72.000 rubl təşkil edir. Bu
məbləğin mənə ödənilməsini xahiş edirəm.
Dostları ilə paylaş: |