BAKI. MART 1918-ci il. AZƏRBAYCAN
QIRĞINLARI SƏNƏDLƏRDƏ
380
rülmüş tanınmış azərbaycanlılar oraya gətirilirdilər. EMŞ həmçinin mart
hadisələri zamanı azərbaycanlıların qarət olunmuş əmlakının yerləşdiril-
məsinə nəzarət etmiş, bu məqsədlə qabaqcadan ermənilərə məxsus anbar-
lar və binalar hazırlanmışdır. Mart hadisələrindən sonra Bakının yüksək
erməni cəmiyyəti hər vəchlə azərbaycanlılara qarşı törədilən vəhşiliklərdə
ermənilərin iştirakını inkar etməyə çalışmışdır. Lakin Fövqəladə Təhqiqat
Komissiyası tərəfindən Bakı, Şamaxı şəhəri və Şamaxı qəzasının kəndlə-
rinin dinc müsəlman əhalisinə qarşı cinayətlər törətdiklərinə görə həbs
edilmiş və axtarışa verilmiş şəxslər arasında EMŞ-nın bir çox rəhbərləri və
tanınmış xadimləri var idi.
24
Daşnaksütun (İttifaq) – Erməni milli-burjua partiyası, 1890-cı ildə
Tiflisdə yaradılmışdır. Sosial bazası – erməni burjuaziyasının müxtəlif
təbəqələri, liderləri – S.Zavaryan, S.Zoryan (Rostom), Mikaelyan və d. ya-
radılarkən partiyanın əsas məqsədi Türkiyə ermənilərinin azad edilməsi
və Türkiyə ərazisində müstəqil erməni dövlətinin yaradılması ideyasında
ifadə olunmuş, bu ideyanın həyata keçirilməsi uğrunda bütün mübarizə
üsulları, silahlı mübarizə və terror da daxil olmaqla, məqbul sayılmışdır.
Birinci dünya müharibəsi dövründə çar hökumətinin militarist-hərbçi si-
yasətini dəstəkləmiş, könüllü dəstələr yaratmış və onları Qafqaz cəbhəsi
rus komandanlığının sərəncamına vermişdir. 1914-1918-ci illərdə daşnak-
lar Osmanlı imperiyasında rus çarizminin nüfuzunun agentləri rolunu
oynamışlar. Türkiyə ermənilərinin azad edilməsi, Rusiya və Türkiyə ermə-
nilərinin “vahid, ümumi vətəninin” yaradılması ideyasını irəli sürməklə,
silahlı çıxışlar və terror aktları yolu ilə, həmçinin Qərb dövlətlərinin kömə-
yi ilə, qonşu ölkələrin – Azərbaycan, Gürcüstan, Türkiyənin – əraziləri hesa-
bına “Böyük Ermənistan” – Xəzər dənizindən Aralıq dənizinədək ––dövləti
yaratmağa ümid edirdilər. 1917-ci il Oktyabr inqilabından sonra Zaqafqazi-
ya Komissarlığının və Seyminin yaradılmasında iştirak etmişlər. Partiya-
nın Bakı təşkilatının öz Mərkəzi Komitəsi və rus dilində “Vperyod” adlı çap
orqanı var idi. 1917-ci ilin mart ayında Bakıda yaradılmış Erməni Milli Şu-
rasının 50 üzvündən 17 nəfəri “Daşnaksütun” partiyasının nümayəndələri
olmuşdur. Bakı Kommunasının hakimiyyəti qurulan dövr S.Şaumyan baş-
da olmaqla Bakı Soveti ilə ittifaqa girmiş, 1918-ci ilin mart hadisələrində
birləşdirilmiş qüvvələrlə Bakı və Şamaxıda, daha sonra Azərbaycanın digər
qəzalarında müsəlman əhalisinin qırğınlarını törətmişlər. 1918-ci ilin may
ayında Zaqafqaziya dövləti süqut etdikdən sonra Ermənistan hökuməti-
ni təşkil və ona başçılıq etmişlər. AXC dövründə Bakıda öz mövqeyini və
381
QEYDLƏR
təsirini itirməsinə baxmayaraq, partiya Azərbaycan Parlamentində ayrı-
ca fraksiya ilə təmsil olunmuşdur. May 1918 - noyabr 1920-ci il tarixində
Ermənistan Respublikasında hakim partiya olmuşdur. Ermənistan sovet-
ləşdirildikdən sonra qeyri-leqal vəziyyətə keçmiş, üzvlərinin əsas hissəsi
mühacirət etmişdir.
25
Parapet – Bakı şəhərinin mərkəzində meydan (Kolyubakinskaya m.,
Karl Marks m., Fəvvarələr m.), şəhərin işgüzar və ictimai mərkəzini təş-
kil edən element kimi şəhər esplanadasında 1860-cı illərin əvvəllərində
yaranmışdır. Parapetdə – o zaman artıq Kolyubakinskaya meydanında
(1863-1872-ci illər Bakı qubernatoru M.P.Kolyubakinin şərəfində) bağça ya-
radılmasına 1891-ci ilin sonlarından başlansa da uzun illər burada demək
olar ki, yaşıllıq salmaq mümkün olmamışdır. Yalnız XX əsrin əvvəllərində
nazik yaşıl zolaq meydana gəlmişdir. Bakılılar kinayə ilə onu “Quru bağ”
adlandırırdılar. Parapetin tikililəri əsasən arxitektor Qasım bəy Hacıbaba-
bəyovun yaradıcılığı ilə təmsil olunur, onun layihələri əsasında meydanda
bir neçə ikimərtəbəli binalar – karvansara (“Araz” kinoteatrı), “Metropol” və
Qrand-otel” mehmanxanaları (Nizami muzeyi, yaşayış və ticarət obyekt-
lərinin binası), yaşayış evləri inşa edilmişdir. 1905-1907-ci illərdə burada
tez-tez fəhlə mitinqləri və yığıncaqları keçirilmişdir. 1920-ci ildə meydana
K.Marksın adı verilmişdir. Meydanın və bağın yenidən qurulmasına 1950-
ci illərdə başlanmış, nəticədə o, geniş və müxtəlif ağaclardan ibarət yaşıllıq
olan meydan-bağa çevrilmişdir. 1984-cü və 2000-ci illərdə bağ-meydanda
bir daha yenidən qurulma işləri aparılmış, yaşıllıqların tərkibi yeniləşdiril-
mişdir. Meydan-bağın ayrılmaz hissəsini fəvvarələr təşkil edir, onun yeni
adı da bununla bağlıdır.
26
Erməni kilsəsi – Kolyubyakinskaya (N.Rəfibəyli) küçəsində, Parapet
(Fəvvarələr meydanı) meydanının yaxınlığında yerləşirdi. Bakıda 1860-
cı illərdə memar Gippiusun layihəsi əsasında tikilmişdi. Mart hadisələri
ərəfəsində kilsənin zirzəmiləri erməni hərbi birləşmələrinin silah anbar-
larına çevrilmişdi.
27
Bolşeviklərin ultimatumu – 1918-ci il mart hadisələri günlərində bol-
şevik liderləri tərəfindən “Müsavat” partiyasına və digər Azərbaycan təşki-
latlarına təqdim edilmiş ultimatum nəzərdə tutulur. Ultimatumda Bakı So-
vetinin hakimiyyətinin açıq və qeyd-şərtsiz tanınması, Azərbaycan hərbi
hissələrinin, ilk növbədə “Dikaya diviziya”nın Bakı və onun rayonlarından
çıxarılması, həmçinin Bakıdan Tiflisə və Bakıdan Petrovskadək dəmir yo-
lunun açılması üçün təcili tədbirlərin görülməsi tələb olunurdu.