397
QEYDLƏR
dekabr –1919, mart) vəzifəsini icra etmişdir . Azərbaycan milyonçusu Musa
Nağıyevin qızı ilə evli idi. 1920-ci ildə bolşeviklər tərəfindən həbs edilmiş-
dir, qısa müddətdən sonra azad edilmiş, hökumətin rəsmi icazəsi ilə Fran-
saya getmişdir, Parisdə vəfat etmişdir.
63
Şəmsi Əsədullayev – (1841–1913), iri sahibkar, neft sənayeçisi, icti-
mai xadim. Bakıda bir neçə neftayırma emalatxanası, Suraxanı, Sabunçu
və Ramanada 37 buruğu, Xəzər dənizində neft və neft məhsulları daşıyan
gəmiləri vardı. Xeyriyyəçiliklə məşğul olmuşdur. “Nəşri-maarif” müsəl-
man maarifçilik cəmiyyətinin fəal üzvü. 1903-cü ildə Moskvaya köçmüş,
Moskvada və Peterburqda sahibkarlıq fəaliyyəti, həmçinin xeyriyyəçiliklə
məşğul olmuş, bir neçə mülk tikdirmiş, yoxsul təbəqələrin uşaqları üçün
məktəb açdırmışdır. Moskvada Malaya Tatarskaya döngəsində tikdirdiyi
evi o zaman təzə yaradılmış Tatar Mədəniyyət Cəmiyyətinə bağışlamış-
dır. Bu binada tatar məktəbi, kitabxana, konsert salonu və yetimlər üçün
uşaq evi fəaliyyət göstərmişdir. Ümumrusiya müsəlmanlarının 1-ci qurul-
tayında (1905, Nijni - Novqorod) iştirak etmişdir. Sahibkarlıq fəaliyyətinin
coğrafiyası Xəzər dənizinin İran sərhədlərindən tutmuş Lodza qədər əhatə
etmişdir. 1913-cü ildə Yaltada vəfat etmişdir.
64
Qacar Mansur Mirzə Xanbaba Xan oğlu, şahzadə – (1869- 1931), hər-
bçi, türk-azərbaycanlı şah sülaləsi - Qacarlar nəslinin nümayəndəsi. Yeliza-
vetqradda (Kirovoqrad şəhəri, Ukrayna) kornet rütbəsində süvari məktəbi-
ni bitirmişdir. 1905-ci il Rys-Yapon müharibəsinin iştirakçısı, Port-Arturda
döyüşmüş, iki ordenlə - ikinci dərəcəli Müqəddəs Anna və Müqəddəs Vla-
dimir – təltif olunmuşdur. Yaralanandan sonra Qafqaz hərbi dairəsinə
xidmətə göndərilmişdir. Birinci Dünya müharibəsinin iştirakçısı. Döyüş
meydanında göstərdiyi şücaətə görə qızıl silahla təltif olunmuş, 12 saylı
Tver qusar polkunda xidmət etmişdir. 1917-ci il Fevral inqilabından sonra
Bakıya qayıtmışdır. AXC dövründə ordu sıralarında xidmət etmişdir. Sovet
hakimiyyəti qurulduqdan sonra Azərbaycan Xalq Komissarları Sovetində
müxtəlif mülki vəzifələrdə çalışmışdır. Mart hadisələri zamanı erməni əs-
gərləri tərəfindən saxlanılmış, dostlarının köməyi ilə ölümdən xilas olmuş,
əsir aparılmışdır. Şahid və zərərçəkən qismində FTK-na ifadə vermişdir.
65
Kələntərov pasajı – Aşumovskaya meydanındakı (Gənclər meydanı)
binada yerləşirdi, mağazaların üz tərəfləri eyni zamanda Nikolayevskaya
(İstiqlaliyyət) və Olqinskaya (M.Ə.Rəsulzadə) küçələrinə çıxırdı. Sonralar
binanın üst mərtəbələri tikilmişdir Sovet dövrüdə və hazırda bu binada
Azərbaycan Həmkarlar İttifaqları Şurası yerləşir.
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
398
66
“Dikaya diviziya”- “Vəhşi diviziya” - Birinci Dünya müharibəsi döv-
ründə (1914-1918) Qafqazın yerli müsəlman əhalisindən təşkil edilmiş sü-
vari diviziya. Çar hakimiyyəti devrildikdən sonra diviziya Azərbaycana qa-
yıtmış və yaranmaqda olan milli silahlı qüvvələrin bir hissəsi olmuşdur.
67
“Dağıstan” – mehmanxana, Vrangelevskaya, Bazarnaya və Çelyayev-
skaya küçələrinin (Ə.Cavad, Azərbaycan və M.Dilbazi) kəsişməsində, Xan-
larovun evində yerləşirdi, “müsəlman” mehmanxanası sayılırdı, mart
hadisələri günlərində tamamilə yandırılmışdır. Hazırda onun yerində beş-
mərtəbəli yaşayış binası yerləşir.
68
Ermansın apteki – Velikoknyajeskaya küçəsində (M.E.Rəsulzadə) La-
layev pasajında yerləşirdi.
69
Hacı Əjdər bəy məscidi – “İttifaq” - Hacı Əjdər bəy Aşurbəyovun və-
saiti ilə, mülki mühəndis Zivər-bəy Əhmədbəyovun layihəsi əsasında 1912-
1913-cü illərdə Kanitapinskaya rayonunda, Krasnovodskaya və 8-ci Kani-
tapinskaya (S.Vurğun və Dağıstan) küçələrinin tinində tikilmişdir. Mart
hadisələri günlərində məsciddə qonşu məhəllələrin sakinləri, əsasən, qa-
dınlar və uşaqlar gizlənsələr də, təqiblərdən qurtarmamış və erməni qul-
dur dəstələrinin zorakılığının qurbanı olmuşlar. Hazırda – fəaliyyətdə olan
məscid.
70
Karvansara - Sisianovskaya küçəsində (Təbriz Xəlilbəyli) Lalayevlər
ailəsinə məxsus binada yerləşən və öz icarədarının adı ilə tanınan “Abbas
Eyvazovun karvansarası” nəzərdə tutulur. Bütün məhəlləni əhatə edən hə-
min binada müxtəlif kontorlar, idarələr, mağazalar da yerləşirdi. Sovet döv-
rü və hazırda həmin binada “Araz” kinoteatrı, ticarət obyektləri, mənzillər
yerləşir.
71
Doktor Nəriman bəy Nərimanov - Azərbaycanın görkəmli ictimai, si-
yasi dövlət xadimi, tazıçı, publisist, həkim Nəriman Nəcəf oğlu Nərimanov
nəzərdə tutulur. Ətraflı bax: Doktor Nərimanov.
72
“Təbriz” – mehmanxana, Hacı Hacıağaya mənsub idi, “müsəlman”
mehmanxanası hesab edilirdi. Nikolayevskaya (İstiqlal) küçəsindəki bina-
da, “İsmailiyyə”nin yaxınlığında yerləşirdi. Sonradan sökülmüşdür. İndi
həmin yerdə - M.Ə.Sabır bağı yerləşir.
73
«Evropa” – “Avropa” mehmanxana, Lalayevski keçidində (Natəvan
döngəsi) Lalayevlər ailəsinə məxsus ikimərtəbəli binada yerləşirdi. Onun
yaxınlığında, Milyutinskaya küçəsində (T.Əlyarbəyov) Musa Nağıyev tərə-
findən “Novo-Evropa” adlı yeni üçmərtəbəli mehmanxana tikildikdən son-
ra, “Staro-Evropa” adlandırılmışdır. Hazırda – yaşayış evi. Üstü yenidən ti-
399
QEYDLƏR
kilmiş “Novo-Evropa” – “Göy-göl” mehmanxanasının binasında “Luk-oyl”
Rusiya neft şirkətinin Bakı nümayəndəliyi yerləşir.
74
İngilis qoşunlarının qərargahı nəzərdə tutulur. 1918-ci il avqustun
əvvəllərində Sentrokaspi Diktaturası hökumətinin dəvəti ilə Şimalı İranda
Britaniya qoşunlarının komandiri general-mayor Denstervilin rəhbərliyi
altında Bakıya gəlmişdir. Bu qoşunlar Türk-Azərbaycan hərbi qüvvələrinə
qarşı Bakının müdafiə olunmasında hökumətə kömək etməli idi. 1918-
ci il sentyabrın 14-də Bakının azad edilməsi ərəfəsində cəbhə xəttini tərk
edərək İrana qayıtmışlar.
75
Mirbax Vilgelm – (1871-1918), qraf, alman diplomatı. 1915-1917-ci illərdə
Afinada alman səfiri. Brest-Litovskda Sovet Rusiyası ilə danışıqlarda iştirak
etmişdir. Brest sülhü imzalandıqdan sonra, 1918-ci ilin aprelindən - Mos-
kvada alman səfiri. 1918-ci il 6 iyulda sol “eserlər” tərəfindən – bu yolla Al-
maniya ilə Sovet Rusiyası arasında silahlı münaqişə yaratmaq məqsədi ilə
- öldürülmüşdür. FTK sənədləri arasında Mirbaxın qatillərinin ermənilər
olduğuna dair şəhadət vardır.
76
“Bibiheybət” – şiə müsəlmanların möhtəşəm ziyarətgahı – qədim Bi-
biheybət məscidi. Xəlifələrin təqibindən qaçan Yeddinci imam - Musa Ka-
zımın qızı Həzrəti Həkimə xanımın sərdabəsi üzərində tikilmişdir. Müqəd-
dəs qəbirlərin sayına görə - burada Məhəmməd Peyğəmbərin nəslinin dörd
nümayəndəsi dəfn olunmuşdur – islam dünyasında bənzər ziyarətgahlar
arasında üçüncü yeri tutur. Məscidin VIII əsrin sonlarına aid olan ilkin ti-
kilisi qalmamışdır. Keçən əsrlər ərzində məscid-kompleks Səfəvi hakimləri,
Şirvanşahlar tərəfindən bir neçə dəfə bərpa edilmişdir. XX əsrin əvvəllərin-
də Bakı xeyriyyəçisi Dadaşovun vəsaiti ilə sərdabədən şimalda yeni məscid
binası tikilmiş, sərdabə və köhnə məscid yenidən qurulmuşdur. 1936-cı ilin
sentyabr ayında Sovet hakimiyyətinin dinə qarşı apardığı kampaniyanın
gedişində Bibiheybət məscidi partladılmışdır. 1998-ci ildə Azərbaycan Pre-
zidenti Heydər Əliyevin sərəncamı ilə məscidin yenidən tikilməsinə baş-
lanmışdır. 14 iyul 2008-ci il tarixdə “Bibiheybət” kompleksinin açılışı ol-
muşdur.
77
«Rekord” – kinoteatr, Bolşaya Morskaya (Bülbül pr.) küçəsi, Birjevaya
meydanında (Sahil) yerləşirdi. 1912-ci ildə dairəvi formada taxtadan tikil-
miş bina əvvəlcə sirk üçün nəzərdə tutulmuş, 1914-cü ildə yenidənqurma
işlərindən sonra 2000 nəfər tamaşaçı tutumu olan kinoteatra çevrilmiş-
di. Mart hadisələri günlərində kinoteatrın binasına əsir götürülmüş azər-
baycanlılar gətirilirdi. Erməni əsgərlərinin binanı, içərisindəki insanlarla
Dostları ilə paylaş: |